Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə18/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

52 
 
görə, o dövrdəki Turxomania (Turchomaniya) bir zamanlar Er-
mənistan idi
1
. Daha sonralar isə (XVI əsrdə) Minadoi Turxoma-
nianı Gürcüstanın bir bölgəsi kimi göstərir
2

«Kitabi-Dədə  Qorqud»da  «təkur»  sözü  ermənicədən  keçən 
kəlmədir.  Bayburt  şəhəri  ilə  bağlı  olan  Barasar  adı  da  ermə-
nicədə ola bilər
3

 
*** 
«Dədə Qorqud hekayələri»ndə XIII əsrdə İrana, Qafqaza və 
Anadolunun  böyük  bir  hissəsinə  edilən  Monqol  yürüşündə  və 
XIV əsrdə Elxanilərin qurduğu hakimiyyət yer alır
4
. Səlcuqilərin 
XII-XIII  əsrlərdə  təxminən  bütün  Anadolunu  əhatə  edən  hökm-
ranlıqlarından  bəhs  edilmir
5
.
 
Osmanlı  səltənətindən  söz  açılmır 
(Dədə Qorqudun buna aid kəhanəti (peyğəmbərliyi – Q.Şəhriyar
giriş qismindədir və  hər hansı  bir  məqsəd üçün uydurulmuşdur). 
Dövrün digər türk bəylikləri haqqında da heç bir məlumat yoxdur. 
Hekayələrin  qəhrəmanları  olan  oğuzlar  Bayındır  xan  və  Qazan 
bəyin əmri  ilə  müstəqil  bir dövlət yaratmış görünürlər. Lakin bu 
qeyri-müəyyənlik və  zamansızlıq, çox güman ki, epik hekayənin 
                                                                                                     
olaraq xilas ola bilsə də, Ağqoyunlu səfiri və Barbaronun katibi öldürülmüşdü. 
Səfarət 14 aprel 1474-cü ildə Təbrizə çatdı. O, 1478-ci ildə Uzun Həsənin ölü-
mündən sonra Venesiyaya qayıtdı. Ona bir erməni bələdçinin kömək etdiyini 
yazır.  İosafat  Barbaronun  Qıpçaq  xanlığı,  İran  və  Gürcüstan  haqqında  yaz-
dıqları əvəzsiz hesab olunur – Q.Şəhriyar. 
1
 Ramusio. Della navigationi et viaggi. II, Venezia, 1559, 108 v. 
2
 Historia della guerra fra Turchi et Persiani. Venezia, 1593, s.51. 
3
  Adların  sıralamasına  bax:  Barasar  haqqında:  P.N.Boratav.  Halk  Hi-
kâyeleri ve Halk Hikâyeciliği, s.65. Osman Turan İslam ensiklopediyasındakı 
«Bayburt» adlı məqaləsində Barasarın bir xristian şahzadəsinin adı ola bilə-
cəyini söyləyir. 
4
  A.Z.Velidî.  Moğollar  Devrinde  Anadolunun  İktisadî  Vaziyeti.  Türk 
Hukuk ve İktisat Tarihi Mecmuası – I, 1931, s.1-42. 1136-cı ildə Abxaziya və 
Gürcüstan  monqol hökümətinə ildə 1202000 dinar vergi ödəyirdi. Azərbay-
can isə 2384000 dinar verirdi. 
5
 Bu dövr haqqında ətraflı məlumat üçün bax: C.Cahen. Les tribus turques 
dAsie Occidentale pendant la période seldjuqide. WZKM, LI, 1950, s.178-187. 


53 
 
xüsusiyyətidir.  Kitabın  toplanması  çox  qədim  bir  dövrdə,  məsə-
lən,  XIII  əsrdəki  monqol  istilasından  əvvəlki  zamanda  olmasına 
bizi  inandırmır. Əlimizdə olan  nüsxənın  yazılışı təxminən  bir az 
əvvəl  üzərində  durduğumuz  tarixi  dövrlərdə  və  irəlidə  izah 
edəcəyimiz coğrafi bölgələrdə meydana gəlmişdir. 
 
«Dədə Qorqud hekayələri»nin coğrafi mühiti 
 
İndiyə  qədər  «Dədə  Qorqud  hekayələri»nin  topoqrafiyası 
haqqında  bildiyim  tədqiqat  işi  Fəxrəddin  Çeliyə  məxsusdur.  O, 
«Dədə Qorqud kitabı»ndakı coğrafi adlar» adlanan bu məqaləsini 
«Ülkü» dərgisində (Ankara, c. XVII, 1941, s.449-450) nəşr etdir-
mişdir
1
.  Çeliyin  fikrincə,  «Dədə  Qorqud»  hekayələri  VIII-X  əsr-
lərdə  Kür və  Araz çaylarının aşağı hissəsində məskunlaşan oğuz-
larla  Axıska  və  Kutaisidə  Kür  çayının  ortalarında,  Qara  dənizin 
şimal-şərqindəki  sahillərində  Çoruhdan  Qarusu  (Fərat)  ilə  Kür-
Araz boyunca və Naxçıvan bölgəsində (Ermənistanın cənubunda) 
məskunlaşan xristianların mübarizələrindən bəhs edir. Hekayələrin 
bu  coğrafi  əlaqəsini  qəbul  edə,  ancaq  meydanı  daha  da  geniş-
ləndirib Mardin və Amidə qədər – qərbə doğru uzada da bilərik. 
Hekayələrin  tarixi  əlaqəsi,  fikrimizcə,  XIV-XV  əsrlərə  aid 
edilməlidir.  Yeri  gəlmişkən,  daha  qədim  dövrləri,  bəlkə  də  XI-
XII əsrlərdə Anadoluda Səlcuq yürüşlərinin təsirlərini əks etdir-
diyini  də  qəbul  edə  bilərik.  Çeliyin  qəbul  etdiyi  VIII-X  əsrlər-
dəki yürüşlər daha az inandırıcıdır. 
Çeliyin fikirlərini əsas tutaraq hekayələrdən hər birinin coğ-
rafi sahəsini aşağıdakı kimi sıralaya bilərik: 
1.
 
Buğac xan hekayəsi – qarlı Türküstandan bəhs edir. Tür-
küstandakı Qazılıq dağının adı çəkilir. 
                                                
1
  Məqalə  davam  etməli  idi,  lakin  dərginin  sonrakı  saylarını  görmədim 
(«Ülkü» dərgisinin bu seriyası 102-ci sayda nəşrini dayandırmışdı, hər halda 
müəllif ona görə də dərginin sonrakı saylarını görmədiyini yazır. Sonradan bu 
dərgi yenidən nəşrə başladıldı – Q.Şəhriyar). 


54 
 
2.
 
Dəli Domrul hekayəsi – Anadoluda yeri məlum olmayan 
bir bölgədə Rumdan Suriyaya qədər uzanan bir bölgədir. 
3.
 
Təpəgöz hekayəsi – Günortac, Uzunpınar Salaxana qaya-
sı adlanan Qərbi Türküstan bölgələri. 
4.
 
Qazanın evinin yağmalanması hekayəsi – 4 (Uruz bəyin 
dutsaqlığı), 9 (Bəkil oğlu İmran), 11 (Qazanın dutsaqlığı) Çeli-
yin fikrincə, Kür çayı boyunca keçmiş ola bilər, 3 (Beyrək bəy) 
Pasin və Bayburt arasında ola bilər, 6 (Qanturalı) və 7 (Yegnək) 
Trabzon  və  Düzmürd  arasındakı  Qara  dəniz  sahillərində,  10 
(Səgrək) Əlincə və Naxçıvan bölgəsində, 12 (Daş Oğuzların üs-
yanı) adətən Oğuz bölgəsindədir. 
Çeliyin  fikrincə,  Oğuzların  iki  qismini  (İç  Oğuz  –  Daş 
Oğuz) aşağıdakı kimi bölə bilərik: İç Oğuzlar Eleşgirt və İrəvan 
bölgəsində, Daş Oğuzlar da Gökcə dəniz və Gəncəyə qədər uza-
nan şərq bölgədədir.  
Hekayələrdəki coğrafi adların Çelik tərəfindən sıralanması: 
1.
 
Şərq:  Dərəşam,  Dərəşamsuyu,  Əlincə,  Gökcə  dəniz, 
Gökcə dağ, Bardar, Gəncə. 
2.
 
Şimal: Tomanin, Ayasofya, Ağhisar, Axıska, Başı Açuq, 
Dadiyan, Dəmir Qapu (Dərbənd), Gürcüstan. 
3.
 
Qərb: Qara dəniz, Düzmürd, Trabzon, Bayburt, Harun eli. 
4.
 
Cənub: Pasin, Avnik. 
Oğuz elini bu torpaqların tam mərkəzinə yerləşdirmək lazım-
dır. Bu bölgə Aladağ, Sürməlü, Sürük, Dana Sazı, Ağqaya, Ortac 
Kır, Ağca
1
 qala (Qazan bəyin əfsanəvi yeri olması güman edilir). 
Oğuz torpaqlarından  və  «Dədə Qorqud hekayələri»nin sər-
hədlərindən  kənarda  adı  çəkilənlər:  Qan  Abxaz  eli,  Bizanslılar 
(Rum  eli),  İstanbul,  Suriya  və  Şam,  Sancidan,  Ümman  dənizi, 
                                                
1
A.İnan (Türk Halk Bilgisine Ait Maddeler – IV. Birinci İlmî Seyahata 
Dair  Rapor,  İstanbul,  1930,  s.57)  Qarsın  Çıldır  vilayətində  mevrus  (osman-
lıcada  vərəsə,  miras  –  Q.Şəhriyar)  ənənələrini  davam  etdirən  türkmənlərin 
məskunlaşdığı  qəsəbələri  aşkarladı.  Lakin  sadəcə  ona  bənzəyir  deyə  Ağqala 
adı ilə adlandırmaq çox primitivdir. İrəliyə bax. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə