Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə15/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

43 
 
edərək dolaşırdılar
1

Bütün  bunlar  bizi  hekayələri  bir  yerə  toplayan  qeyri-adi 
sənətkar  qabiliyətinə  malik  olan  müşdərək  bir  ozanın  varlığına 
inandırır. Onun hekayələri başlayıb-bitirməkdə, əlavələrdə, dildə 
açıq  şəkildə  müşahidə  olunan  bağlayıcı  xüsusiyyəti  var  idi.  Bu 
da  qismən  toplayıcının  qabiliyyəti  olduğu  düşünülsə  də,  daha 
çox zamanla inkişaf edən bir ənənənin nəticəsi hesab edilə bilər. 
Hər  hekayənin  sonunda,  yuxarıda  söylədiyimiz  kimi,  dastanın 
Dədə  Qorqud  tərəfindən  yazıldığı  söylənilir.  Dədə  Qorqud  da 
hekayələrdə təsvir edilən Oğuz dünyasının epik-alplıq mühitinin 
bir  qəhrəmanıdır.  O,  Oğuz  bəy  və  şahzadələrinin  mühitində 
türkmən  ozanlarının  əfsanəvi  şəxsiyyətidir.  Girişdəki  «ozan 
Dədə Qorqud ağzından söylər» ifadəsini misal gətirə bilərik. 
«Dədə  Qorqud  kitabı»ndakı  oğuznamələrin  epik  dövrünün 
nə zaman formalaşdığını təyin etmək çox çətindir. Bu mövzu ilə 
əlaqədar  olaraq  sonrakı  səhifələrdə  hekayələrin  mühiti  araşdı-
rılacaq, təxminən formalaşdığı və toplandığı mühitin tarixini və 
coğrafyasını müəyyənləşdirməyə çalışarkən, bəzi nəticələr orta-
ya çıxacaqdır. 
 
«Dədə Qorqud hekayələri»nin yazıldığı təxmini dövr 
 
Türk  ədəbiyyatında  dastansayağı  olmasa  belə,  cəngavər  ru-
huna  uyğun  şəkildə  yazılmış  populyar  tərzdə  Anadolu  və  Rume-
lidəki hərb və fəth mücadilələrini mədh edən bəzi hekayələr vardır. 
Xüsusilə  Seyid  Battal  Qazinin  Anadoluda  Bizanslılara  qarşı  mü-
cadiləsini təsvir edən epik-hekayə «Battalnamə» ərəb mənşəlidir və 
Bizans  dövrünün  «Dionis  Akrit»i
2
  ilə  ortaq  xüsusiyyətləri  möv-
                                                
1
 W.Radloff. Proben der Volkslitt. der Türk. Stämme, III, 260. 
2
  Bu  mövzuya  dair  əlimizdə  olan  zəngin  biblioqrafiya  arasında  H.Qri-
qori  və  M.Kanardın  tədqiqatları  mühüm  yer  tutur.  P.N.Boratav  «Battal» 
(«İslam Ansiklopedisi»ndə «Battalnâme» H.Ethe tərəfindən alman dilinə tər-
cümə edildi (Leipzig, 1871). İtalyada Bizans şeirləri bu kitapda işlənmişdir: 
S.Impellezieri. II Digenis Akritas. L'epopea di Bisanzio, Firenze, 1940. 


44 
 
cuddur.  XV  əsrin  ilk  yarısında  qələmə  alınan  «Danişməndnamə» 
adlı  əsər  «Battalnamə»nin  davamı  sayıla  bilər.  Əsərin  Səlcuqi 
sultanı II İzzəddin Keykavus dövründə qələmə alınmış ilk şəkli XV 
əsrdə  Toqat  qalasının  mühafizəçisi  Arif  Əli  tərəfindən  təkmilləş-
dirilmişdir. Bu əsərdə Danişmənd Əhməd Qazinin XI-XII əsrlərdə 
Anadoluya ilk türk yürüşlərindəki qəhrəmanlıqlarını mədh edir
1

Lakin «Dədə Qorqud oğuznamələri»nin vəsaiti bizi daha çox 
Şərqə, Şərqi Anadoluya, Qafqaza, Azərbaycana, yəni Fərat çayı-
nın  üst tərəfindən  Xəzər  dənizinin  qərb  sahillərinə  qədər  aparır. 
Bu  hekayələrin  ərazisi  olduğuna  dair  araşdırmalar  irəlidəki  bö-
lümdə  göstəriləcək  və  burada  coğrafiya  ilə  topoqrafik  bəhslər 
tədqiq ediləcəkdir. Beləliklə, hekayələrin məğzinin etnik ünsürlər, 
adət-ənənələr, türklərin əvvəlcə məskunlaşıb XI əsrdən sonra fəth 
etdikləri Asiya torpaqlarının şərqdə olduğu görüləcəkdir. 
İndi əlimizdə olan kitabdakı hekayələrin yazılma tarixi (on-
ları  meydana  gətirən  hadisələrin  çıxışı  deyil)  olaraq  XIV  əsrin 
sonu  ilə  XV  əsrin  əvvəllərini  qəbul  edə  bilərik
2
.  Bəzi  nüanslar 
daha qədim dövrlərə gedə bilməyəcəyimizi göstərir. İstər danışıq 
dilində  və  istərsə  də  lüğətdə  XIV-XV  əsr  Azərbaycan  və  Şərqi 
Anadolu türkmənlərinin dili ortaq xüsusiyyətlərə sahibdir.  «Pa-
şa»  kimi  sözlərə  daha  əski  mətnlərdə  rast  gəlinmədiyi  halda, 
«nökər»  və  «qoşun» kimi  XIII  əsrdə  monqol  istilasından  sonra 
türklər arasında yazılmış olanları da vardır. 
Hekayələr Şərqi Anadolunun XIV əsrini əks etdirir. Görəcə-
yimiz kimi, Qantural 1348-cü ildə türkmənlərlə Trabzon rumları 
arasındakı mücadilələrdə adı çəkilən qəhrəmanın bənzəridir. Bu 
şəkildə  bir  çox  mövzular  kitabın  daha  yaxın  bir  zamana  aid 
olamadığını göstərir. Şübhəsiz ki, kitabdakı dastansayağı və cən-
gavər ruhu daşıyan mətnlər Şərqi Anadolu, Qafqaz və Azərbay-
                                                
1
  Fuad  Köprülü.  Anadolu  Selçukluları  Tarihinin  Yerli  Kaynakları. 
Belleten, VII (1943), s.425. M.Ş.Akkaya, DTCF Dergisi, VIII (1951). 
2
  Bartold  və  Fuad  Köprülünün  söylədiklərinə  əlavə  edilən  mövzular 
haqqında ətraflı məlumat üçün bax: O.Ş.Gökyay, adı çəkilən əsəri, s.XL-LI. 


45 
 
can türkmənləri arasında daha əvvəldən formalaşmağa başlamış-
dı.  Təpəgöz  XIII  əsrdə  bilinirdi  və  Dəli  Domrul  kimi  motivlər 
daha əski bir mahiyyətə sahibdir. 
Əlyazmaların  azlığına  baxmayaraq,  hekayələrin  yazıldığı 
dövrü araşdırmaq bizi o qədər də cəlb etmir. Hər iki nüsxə, gör-
düyümüz  kimi,  XVI  əsrin  ortasında  yazılmışdır
1
.  «Kitabi-Dədə 
Qorqud»un girişindəki Osmanlı sülaləsi ilə bağlı qeydləri tədqiq 
etməyə  dəyər.  Burada  Dədə  Qorqud  bir  zaman  sonra  xanlığın 
yenidən  Qayılara  keçəcəyini  və  daima  onların  əllərində  qalaca-
ğına  dair  əvvəlcədən  xəbər  verir.  Kəhanət  Osmanlı  soyunun 
davam edəcəyini söyləyir. 
Qayılar oğuzların bir boyu idi. Əvvəldə də gördüyümüz kimi, 
oğuzların  əfsanələrinə  əsasən  o,  ilk  övlad  idi.  Yazılı  bir  mətndə 
mədh  edilməsi  və  Osmanlı  sülaləsinin  ona  tapşırılması  əlverişli 
mühitdə mümkün olmuşdu. 1300-cü illərdə  Bitinyada (Bursa və 
ətrafı) möhkəm bünövrə üzərində qurulan Osmanlı xanədanı XIV 
əsrdə  mütəmadi  olaraq  genişlənmiş,  İldırım  Bəyazidin  (1389-
1402) zamanında Anadolunun böyük bir hissəsinə hakim olduq-
ları əsnada təxminən on il Teymur istilası ucbatından bu uğurları 
kölgədə qalmış, sonradan II Murad (1421-1451) dövründə yeni-
dən əski qüdrətini qazanmışdı. II Muradın bu səltənəti zamanı Os-
manlılar fəthlərini davam etdirməklə yanaşı, ərəb və fars dilindən 
edilən  tərcümələr  sayəsində  mədəniyyəti  də  inkişaf  etdirdilər  və 
Osmanı oğuzun nəslinə bağlayan rəsmi şəcərə meydana gətirdilər. 
II  Murad  dövründə  qələmə  alınan  Yazıçızadə  Əlinin  «Səlcuq-
namə»  əsərində  «Dədə  Qorqud  kitabı»nın  girişində  söylənən 
sözlərlə  sıx  bağlı  olan  bir  bölüm  vardır.  V.Bartoldun
2
  Asiya 
muzeyindəki nüsxədən çıxartdığı qeydlər aşağıdakı kimidir
3

                                                
1
 Yuxarıdakı səhifələrə baxın. 
2
 ZVO, XIX (1909), s.77. 
3
 
Rəsul əleyhisəlam zamanına yəqin zamanında Boyat boyundan Furqud 
(çox  güman ki, texniki səhvdir. Qorqud  olmalı  idi  –  Q.Şəhriyar) Ata qopdu. 
Kəndi  qövmünün  bəlkə  seyidi,  nə  deyərsə,  olurdu,  qeyibdən  xəbər  söylərdi. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə