Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə12/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

34 
 
birbaşa  türkmənlər  arasında  toplanan  dastansayağı  xəbərlərə 
görə çox əhəmiyyətli  mənbədir. Burada Dədə Qorqudun və Sa-
lur Qazanın da adları çəkilir. Salur Qazanın macəraları mənzum 
şəkildə  nəql  edilir  və  «Dədə  Qorqud  kitabı»nın  eyni  bölümlə-
rinin mübaliğəli olaraq xatırlanmasını təmin edir ki, bunun üçün 
xüsusilə XI hekayəni qeyd edə bilərik
1

Deməli, oğuznamə aşağıdakı mənaları vermişdir: 
1.
 
Oğuzların etnik ve mifoloji dastanları. 
2.
 
Səlcuqilər  dövründəki  qərb  türklərinin  (oğuz  mənşəli) 
türkmən soylarının və ilk Osmanlı sultanlarının orta əsrlərin son-
larında meydana gələn hekayə və əfsanə şəklindəki salnamələri. 
3.
 
Oğuz  və  onun  mühitinin  ərəbcə  «hikayat»,  farsca  «das-
tan» və türkcə «boy» (boy, hekayət və oğuznamə
2
 burada tədqiq 
etdiyimiz  «Dədə  Qorqud  hekayələri»nin  Drezden  və  Vatikan 
nüsxələrində  eyni  mənanı  verir)  deyə  adlandırılan  epik-dastan-
sayağı hekayəsidir. 
4.
 
Bəzən  oğuz  müdrikliyini  göstərən  türk  atalar  sözlərinin 
toplandığı  bir  əsərdir.  Oğuzların  hikmətini  ən  gözəl  bir  şəkildə 
əks  etdirir.  Qaldı  ki,  Berlində  mühafizə  edilən  bir  əlyazmada 
(Pertç  kataloqu,  no.  34)  «Hadihi  ər-risalə  min  kəlimət-i  Oguz-
name  əl-Maşhur  bi  Ata  Sözü»
3
  başlığı  vardır.  Giriş  qismində 
Dədə  Qorquddan  da  bəhs  edilir  və  burada  «Kitabi-Dədə  Qor-
qud»un girişindəkilərlə eyni olan bəzi atalar sözləri də mövcud-
                                                
1
 «Səcəreyi-Tərakimə» adlı əsər A.Tumanski tərəfindən ruscaya çevril-
miş və 1892-ci ildə Aşqabadda nəşr edilmişdir. Cağatayca nüsxənin surəti isə 
1937-ci ildə Türk Dil Qurumu tərəfindən nəşr edilmişdir.  
Tarixi  nağıllar  seriyasından  olan  əsərlər  arasında  İmami  adlı  bir  şəxs 
tərəfindən XVII əsrdə buxaralı özbək sultanının şərəfinə qələmə alınan «Xan-
namə» görürük. Kosmoqonik  əfsanələr Adəmdən Çingiz xana qədər xristian 
və  müsəlman  hekayələri  ilə  doludur.  «Şadırvan»  dərgisinin  (8  (20)  Mayıs, 
1949, İstanbul) içindəki bir xəbər. 
2
 Oğuznamə hekayənin sonundakı duanı da göstərə bilər. 
3
 Mətnin bir hissəsi H.F.Dits tərəfindən «Denkwürdigkeiten von Asien» 
(I, s.137-205, II, s.331-338) dərgisində yayınlanmışdır. Giriş isə O.Ş.Gökyayın 
tərcüməsi ilə nəşr edilmişdir: Dede Korkut, İstanbul, 1938, s.XXX-XXXIII. 


35 
 
dur. Dədə Qorqud atalar sözlərinin birində  «gri (boz – Q.Şəhri-
yar) gözlü divlərin qızından
1
 doğulmuş olması ilə öyünür». Və-
ləd  İzbuduqun  yayınladığı  əski  885/1480-ci  il  tarixli  «Atalar 
Sözü»ndə (İstanbul, 1936) oğuznamə başlığı yoxdur. 
 
Dədə Qorqudun əfsanəvi şəxsiyyəti 
 
Dədə  Qorquda  (həm  Dədəm  Qorqud,  həm  də  Qorqud  Ata 
adlanır)  «Kitabi-Dədə  Qorqud»da  girişdə  olduğu  kimi  hekayə-
lərin  hər  birində  çox  sıx rast gəlinir (ətraflı  məlumat üçün  bax: 
mətnin tərcüməsi və sondakı ad sırası
2
). Çox böyük əhəmiyyətə 
sahib olan bu şəxs oğuzlar tərəfindən müdrik və müşavir, şair və 
musiqişünas  kimi  böyük  hörmətlə  təqdir  edilir.  Bir  müsəlman 
əzizi  mahiyyəti  daşımaqla  yanaşı,  əslində  paqan
3
  (lâdini)  bir 
ofsunçudur.  «Kitab»a  görə,  oğuzların  Bayat  boyundandır  və 
Hz.Məhəmməd  dövrünə  yaxın  bir  zamanda  yaşamışdır.  Oğuz 
hakimiyətinin Qayı boyuna və oradan da Osmanlılara keçəcəyini 
əvvəlcədən söyləmişdi
4

Girişdə verilən məlumata görə, Dədə Qorqud ona hər möv-
zuda  müraciət  edən  oğuzların  dərdlərinə  çarə  tapır:  böyük  bir 
şeir qüdrəti olan tövsiyələrində qəhrəmanların cəsarətini, comərd-
liyini,  qonaqpərvərliyini,  səmimiyyətini  və  doğruluğunu  təriflə-
yir, dini öhdəlikləri yerinə yetirməyi, ...qadınların fəzilət və qü-
surlarını həcvlə sadalayır. 
«Dədə Qorqud hekayələri»ndə buğa ilə döyüşdə qalib gələn 
Bahadır Buğac xan (I hekayə) və Gürcü soyğunçular üzərində zə-
fər  çalan  Bamsı  Beyrəyə  (III  hekayə)  ad  verməyə  çağırılır
5
.  Bu-
                                                
1
 H.F.Diez «Denkwürdigkeiten»in II cildində I cilddə verilən tərcüməyə 
əsasən (Atasözü, 74) eynilə belə tərcümə etmişdir. 
2
  Müəllif  özünün  yayınladığı  «Dədə  Qorqud  kitabı»nın  tərcüməsini  və 
əsərin sonunda adlara verdiyi şərhləri nəzərdə tutur – Q.Şəhriyar. 
3
 Bütpərəst. 
4
 Bu kəhanətlərlə bağlı irəlidə söz açacağam. 
5
 Ad vermə bu gün də Anadoluda xüsusilə türkmənlər arasında və eyni 


36 
 
nun üçün də Banuçiçəyi istəməyə dəli qardaşı Qarcarın yanına ge-
dir və çətinliklə də olsa, bu təşəbbüsündən ilahi bir hikmətlə qur-
tulur, eyni zamanda bir də çılğın dəliyə oyun oynayır (III hekayə). 
Başqa  bir  zamanda  da  Dədə  Qorqud  dişi  aslan  tərəfindən 
böyüdülüb heyvani hərəkətləri ilə seçilən gənc oğuz Basatı tər-
biyə etmək üçün dəvət edilir. Qorqud da ona ad verərək insan ol-
duğunu  təlqin  edir  (VIII  hekayə).  O,  Təpəgöz  adlı  canavarla 
inləyən oğuzlar (Təpəgözün əlindən – Q.Şəhriyar) arasında saziş 
bağlamaq  üçün  göndərilir:  onunla  quzu  və  insan  qurbanları  ilə 
anlaşır  (VIII  hekayə).  Oğuzların  ən  böyük  bəyi  Gürcüstandan 
vergi  müqabilində  yollanan  silahları  kimə  təslim  edəcəyini  tə-
rəddüd  etdiyi  zaman  Dədə  Qorqud  Bəgilə  (Bəkil  –  Q.Şəhriyar
verilməsini  tövsiyə  edir  və  sonra  şəxsən  silahları  geyinərək  bir 
qəhrəman (alp) qiyafətinə bürünür (IX hekayə). 
Bundan başqa, Dədə Qorqud on iki boyun da sonunda ortaya 
çıxır,  bir  oğuznamə  yazır,  bayram  (şadlıq)  edir,  qopuz  çalır
1

dinləyicilər  və  daha  doğrusu,  yığıncaqda  olan  xan  üçün  dualar 
edib uğur diləyən sözlər söylədikdən sonra Allahın inayəti, niyaz 
və  nəvələri  üçün  cənnət  duası  oxuyur,  eyni  zamanda  insan 
həyatının faniliyi və hamını gözləyən ölüm üçün tövsiyələr verir. 
Bütün  bunlar  Dədə  Qorqudun  xüsusiyyətləridir:  ofsunçu 
(baxşı), müdrik, filosof, musiqişünaslıq
2
 bacarığı olan və bir islam 
əzizi dərəcəsində təzim edilən biridir. Səgrək hekayəsində (X) bir 
oğuz  alpı  yatan  digər  alpı  əlində  qopuz  tutduğu  üçün  qoruyur. 
Səbəb kimi də «Dədə Qorqudun qopuzuna hörmətən» deyir. 
İndi «Kitabi-Dədə Qorqud» dastanından başqa digər mənbə-
                                                                                                     
zamanda  kəndlilər  və  dağdakı  çobanlar  arasında  çox  dəbdə  olan  bir  məra-
simdir.
 
Buraya  qonaqlar  dəvət  olunur,  quzular  kəsilir.  Xoca  yeni  doğulan 
uşağın qulağına əzan oxuduqdan sonra ad qoyur. 
1
 Qopuz (qırğızlarda və digər türk topluluqlarında istifadə olunan musiqi 
aləti) haqqında ətraflı məlumat üçün bax: F.Köprülü.  Millî Tetebbular Mec-
muası, c.7 (1915), s.57-63 (Radlovun qeydləri əsasında). 
2
  Mahmut  R.Kösemihal.  Dede  Korkut  Hikâyelerinde  Musiki  İzleri». 
Ülkü, XII, 1938-1939, s.394-397. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə