Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə20/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

58 
 
ri,  s.104)  XVI  əsrin  sonunda  «Passenini  Həsən  qalası  və  Ərzu-
rum arasındakı türk qəsri» kimi göstərir. 
XI hekayədəki adı çəkilən Tomanin bir gürcü qalası ola bilər. 
Minadoi  (s.58)  Ermənistan  ilə  Gürcüstanın  birləşdiyi  yeri 
Tomanis olaraq göstərir. Sıx rast gəlinən Aladağ (ad sıralamasına 
bax) dəqiq bir ad olmamaqla yanaşı, Şərqi Anadoludakı
1
 Aladağ 
(Van  gölünün  şimal-şərqində  3250  metr  hündürlükdə)  olduğu 
irəli  sürülə  bilər.  XIV  əsrdəki  Həmdullah  Mustafa  Qəzvini 
«Nüzhətül-Qülub»  adlı  əsərində  (çevirəni  G.Le  Strange.  Gibb 
Memorial  Series  XXIII.  Leyden-London, 1919,  s.100)  Aladağda 
əlverişli  otlaq  və  ov  sahəsi  olduğu  göstərilir.  Burada  saray 
tikdirən Monqol Sultanı Arqun xan (XIII əsr) yay aylarının böyük 
bir hissəsini  burada keçirirdi
2
  (Pegolottide piano dei  falconi eri). 
Şahinçilərin  meydan  adlandırdıqları  yer  də  ola  bilər
3
.  Murad 
suyunun  (Fərat  çayını  qollarındandır)  çıxdığı  bir  yer  olub,  oğuz 
türkmənlərinin  yeridir  və  ya  yaylaqlarından  ola  bilər.  «Dədə 
Qorqud hekayələri»ndə ov yeri şəklində göstərilmişdir. 
*** 
Yeri  müəyyənləşdirilməyən  adlar:  Çeliyin  Türküstan  kimi 
göstərdiyi  VIII  boydakı  Uzun  Pınar  və  Salaxana  qayasıdır. 
Trabzon  ləhcəsində  «salaxana»  «gözlənilməyən»,  «səfil»  məna-
sını verir
4

                                                
1
 Türkiyə ərazisində çoxlu sayda Aladağ adlı dağ mövcuddur. Onlardan 
biri  də  Toros  silsiləsinin  şərqində  yerləşir  («Aladağ»,  İA,  s.278).  V.Hinz  və 
V.Minorskiyə görə («Enc. de l`Islam»dakı Uzun Həsən maddəsi), Aladağ ad-
lanan mahal, Mardin və Diyarbəkir arasındakı bu məskənin adı Ağqoyunlular 
tarixində çəkilir. 
2
 Erməni tarixçisi Axançlı Qriqorun fikrincə, Hülakü xanın iqamət yeri 
ola  bilər  («Oxçu  ulusun  tarixi»  R.P.Bleyk  və  R.N.Fray  tərəfindən  tərcümə 
edilmiş  və  «Harvard  Journal  of  As.  Studies»  (XII,  1949,  s.343)  dərgisində 
yayınlanmışdır). 
3
U.Monneret  de  Villard.  II  libro  della  peregrinazione  nelle  parti 
d`Oriente di Frate Ricaldo da Montecroce. Roma, 1948, s.36. 
4
L.Bonelli.  Voci  del  dialetto  turco  di  Trebisonda.  Kelet  Szemle,  1902, 
s.68. Sallaqxana heyvan kəsilən yerdir. 


59 
 
VI hekayədəki yeddi ağac və IV ilə X hekayələrdəki altı yol 
və III boydakı yeddi yol yerlərini təyin etmək üçün çox şübhəli 
qeydlər  mövcuddur.  Övliya  Çələbinin  fikrincə,  Altı  ağac  Bakı 
yaxınlığında yer adıdır, farscası «şeş dirəht»dir (Seyahatname II, 
s.299).  Yeddi  dərə  girişdəki  bir  atalar  sözündə  «çok  təpə»  mə-
nasında işlədilmişdir. 
II, III, VIII boylardakı Qaracuq başlıqda «Qaracuq qaplanı» 
şəklində işlənir. Türkistandakı Oğuz bölgəsinin dağ və ya bölgə 
adıdır
1

 
*** 
«Dədə  Qorqud  hekayələri»ndə  türkmənlərin  məskunlaşdıq-
ları  Türkmənistana  aid  coğrafi  ad  yoxdur.  Türkmən  kəlməsi  iki 
dəfə – VI və IX hekayələrdə «türkmən qızı» və «türkmən dəlisi» 
birləşmələrində  çəkilir. VI hekayədə  Qan Turalının Oğuzlar ara-
sında  bir  türkmən  gəlini  axtarması  oğuz  və  türkmən  ayrılığına 
işarədir.  Hekayələrin  qəhrəmanları  oğuzlardır  və  ölkələrinə  də 
Oğuz eli deyilir. Lakin anlaşıldığına görə, hekayələrdə adı çəkilən 
oğuzlar Şərqi Anadolu və Qafqazdakı türkmənlərdir və Oğuz eli 
də o zaman qərb səyyahlarının Turkomania adlandırdıqları yerdir. 
Marko Polo XIII əsrdə bu bölgə üçün dediyi fikirləri «Dədə 
Qorqud  hekayələri»nin  mühitini  öyrənmək  baxımından  çox  də-
yərlidir
2
.  Onun  fikrincə,  «Turkomaniada  üç  müxtəlif  insan  tipi 
mövcuddur.  İlk  sırada  Hz.Məhəmmədə  itaət  edən  və  onun  qa-
nunlarına  inanan  türkmənlər.  Bunlar  sadə  yaşayan,  kobud  dilli 
dağ və ovalarda məskunlaşan insanlardır. Buralardakı otlaqlarda 
sürüləri  ilə  yaşayırlar  (yaxşı  cins  türkmən  atları  və  dəyərli  qa-
tırları vardır). İkinci sırada ermənilər və onlarla yanaşı, şəhər və 
                                                
1
«Divani-Lüğat-it-Türk»də də adı çəkilir (I, s.404). Fuad Köprülü. Türk 
Edebiyatında  İlk  Mutasavvıflar,  s.158.  Ziya  Gökalp  «Türk  Medeniyeti 
Tarihi» adlı əsərində (s.155) oğuzların qərbə etdikləri köç əsnasında Qaracuq 
adını Mosulda bir dağa verdiklərini söyləyir. 
2
  L.F.Benedetto  tərəfindən  edilən tərcümə  və nəşr,  Milan-Roma,  1932, 
s.19-20. 


60 
 
qalalarda bir yerdə yaşayan rumlar gəlir. Yalnız ticarət və səna-
ye  ilə  məşğul  olurlar.  Burada  dünyanın  ən  zərif  və  mükəmməl 
xalıları, qırmızı və digər rənglərdə çok gözəl, zəngin ipək qumaş 
toxunur».  Bununla  yanaşı,  Marko  Polo  türkmənlərin  döyüşləri 
haqqında heç bir məlumat vermir. 
«Dədə Qorqud hekayələri»ndə
1
 Bayındır xan və vəkili bəy-
lərbəyi  Qazan  xan  üçün  «Türküstan  sütunu»  ifadəsi  ilə  qarşıla-
şırıq. Bu ifadə bugünkü Qərbi və Şərqi Türküstanının əhatə etdi-
yi coğrafi mənada deyildir. Çünki bu, farscadakı –istan
4
 şəkilçisi 
ilə  düzəldilmişdir,  lakin  türkcədə  «türk  eli»  deyilməli  idi.  Be-
ləliklə,  bu  kəlmə  orta  əsrlərdə  iranlılar  tərəfindən  adlandırılan 
Şimali İrandakı türk ölkəsi mənasını verir. Türküstan, ümumiy-
yətlə,  «Dədə Qorqud hekayələri»ndə  «türklərin  məmləkəti»  an-
lamını ifadə edir. Eyni ilə bir zamanlar orta əsrlərdə Qərbin bü-
tün türklərin və sonradan həmin əsrin sonlarına doğru Balkan və 
Anadolu türklərinin məskunlaşdıqları yerə verilən «Turxia» kəl-
məsi kimi
2
.  
 
Dədə Qorqud hekayələri»nin dini və mənəvi anlamı,  
qəhrəmanlarının həyat anlayışı və davranışları 
 
«Dədə Qorqud hekayələri»ndə göstərilən yaşayış  üsulu, et-
nik-sosial  və  dini  ünsürlərini  təhlil  etmək  üçün  hansı  məqsədlə 
yazılmışdırsa,  ona  əsasən  yekunlaşdırıb  bəzi  yeni  mülahizələr 
önə  sürmək  istəyirəm.  Lakin  bununla  yanaşı,  ikinci  dərəcəli 
                                                
1
  Yuxarıda  adı  çəkilən  Topqapı  Sarayı  Müzeyinin  kitabxanasındakı 
«Oğuznamə»nin bir hissəsində Osmanlı şahzadəsinin şərəfinə Oğuz tərzində 
məth edilməsi nümunə kimi göstərilə bilər. 
2
  Marco  Polo  XIII  əsrdə  Gran  Turchia  (bugünkü  Türkistan)  ilə  Turko-
manianı (bugünkü Türkiyə və Qafqaz) bir-birindən ayırdığı kimi, bir müddət 
sonra  Hayton  (La  flor  de  las  Hystorias,  s.53,  54,  67)  «Regno  di  Tarssia» 
(uyğurlar) ilə «Turqestan» və «Regno de la Turquia»nı (Anadolu Türkiyəsi) 
bir-birindən  ayırdı.  XIII  əsrə  aid  bir  erməni  mənbəsində  Səlcuqilər  zama-
nında türklərin ələ keçirdiyi Kiçik Asiyaya Türkцstan dediklərinin şahidi olu-
ruq: Rec. des Hist. des Croisades. Doc. Arméniens, s.531. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə