Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə21/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

61 
 
mövzulardan  ümumi  qənaətlər  çıxarmamaq,  bir  sənət  əsərində 
fantastik  və  idealizə  üslubundakı  formaları  həqiqət kimi göstər-
məkdən də qaçıram. 
«Dədə Qorqud hekayələri»ndəki oğuzlar tək Tanrıya inanan 
müsəlmanlardır.  Cənnətə  (türkcə  «uçmaq»,  farscada  «behişt» 
deyilir)  inanırlar.  İnandıqları  Hz.Məhəmmədə  daima  «görklü» 
deyə  müraciət edirlər. Etimoloji olaraq «gözəl» anlamından çox 
əziz və ya möhtərəm mənasını verir. Hz.Əliyə və oğulları Həsən 
və  Hüseyn  ilə  Hz.Məhəmmədin  qızı,  onun  həyat  yoldaşı  Fat-
maya da itaət edirlər. Vuruşmadan əvvəl namaz qılırlar və daha 
öncə də arı su ilə abdəst alırlar. Kafirlərə qarşı talançılıq ehtirası 
və  ya  döyüşçü  ruhundan  çox,  islam  dininin  ad-sanı  üçün  vuru-
şurlar.  Kafirlərin  qalalarını  aldıqdan  sonra  kilsələrini  uçurur, 
məscid  tikib  xütbə  oxuyurlar.  İslam  qəhrəmanlarıdırlar  (alp, 
ərən,  qazi).  Lakin  onların  islamçılığı  inancda  və  onun  tətbiq 
olunmasında  aydın  deyildir.  Dədə  Qorquddan  başqa  dindar  bir 
adam  görmürük.  O  da  imamdan  daha  çox  ovsunçudur.  Bu  da 
«Dədə  Qorqud  kitabı»nı  «Battalnamə»  kimi  orta  əsr  Anadolu 
Türkiyəsindəki  dastan  və  dastan  tipli  romanlardan  ayıran  əsas 
xüsusiyyətidir.  V.Bartold  mülahizəsinə  görə
1
,  kitabda  islam  tə-
səvvüfünün əsl duyğularını dilə gətirən, məsələn, əvvəl V boyda 
söyləyib  sonra  VII  və  IX  boyda  fərqli  şəkildə  təkrar  edilən 
Allaha yalvarma kimi misallar vardır: 
Sən ucasan,  
Sənin ucalığını kimsə biləməz. 
Səni yerdə, göydə arar cahillər, 
Sən isə ürəyimizdəsən
2

Buna  bənzər deyimlər  hekayəçinin  və  onu dinləyən cəmiy-
yətin  ruhi  tərbiyəsi  və  dini  duyğularında  mövcud  olduğuna  bir 
dəlildir. 
                                                
1
 ZVO, VIII, 1894, s.205. 
2
 «Qutadqu Bilig»də (R.R.Arat nəşri, s.18) «közümde yıraq sen könülde 
yaqin» şəklindədir. 


62 
 
Adəm,  Nemrud,  Musa,  Xızır  (xristianların  San  Giorgio  və 
ya San Eliası) kimi İncildə olan, Quran vasitəsi ilə və ya xristian 
əhali ilə birlikdə yaşamaq məqsədi ilə müsəlmanlar arasında ya-
yılmış və inkişaf etmiş kinayəli dini inanc və hekayələr vardır
1
.
 
Bu,  «Dədə  Qorqud»un  mətnində  rast  gəlinən  digər  misallarla 
müqayisə  etmək  üçün  bir  ayrı  tədqiqat  tələb  edir.  Məsələn, 
Qazanın suya xitabı (II boy): Haqqın didarını gördü»
2

Nəticədə,  «Dədə  Qorqud  kitabı»nda  oğuzlar  müsəlmanlar, 
islam dininin qoruyucuları, yəni alp, qazi, hətta Anadoludakı is-
lam cəmiyyətinə  mənsub  olanlar  əxi  kimi təqdim  olunur. Lakin 
onların  müsəlmanlıqları  öz  tərzlərindədir  və  islamiyyətdən  əv-
vəlki türk paqanlığının inanc və adətlərindən də ayrılmamışlar. 
 
*** 
«Dədə Qorqud hekayələri»ndə dindən kənarda adətlərə az və 
ya çox bağlı qalan Orta və Şərqi Asiya türklərinə və islamiyyət-
dən əvvəlki türklərə dair mərasimlərin təsvirini və qeydlərini gö-
rürük. Hər şeydən əvvəl, burada qurbanlar, ziyafətlər, bayramlar, 
ata  bağlılıq,  qımız  içmə,  ad  vermə, dua  şəkilləri,  dağ  və  suların 
müqəddəsliyinə etiqat etmə, qadın ucalığı və s.-nin şahidi oluruq. 
«Dədə  Qorqud  hekayələri»ndə  oxuduğumuza  əsasən,  Ba-
yındır  xan  ilin  müəyyən  fəsillərində Oğuz  bəylərinə  bir  ziyafət 
                                                
1
  D.Sidersky.  Les  origenes  des  légendes  musulmanes  dans le  Coran  et 
dans la vie des Prophètes. Paris, 1933. Hızır-İlyas üçün «Enc.de l`İslam»dakı 
«Khidr»  maddəsi ilə İslam Ensiklopediyasındakı «Hızır» maddələri və eyni 
zamanda bax: Hasluck. Christianity and Islam under the Turks. I, s.319-336: 
el Khidr in the popular religion of Turkey. A.C.Vront. «Ho Agios Georgios 
sti  Rodtiki  laografia».  Atinada  nəşr  edilən  «Laografia»  dərgisindəki  (XI-
1934-1937)  məqaləsində  Rodos  adasında  yaşayan  türklərin  San  Giorgionu 
(Ortodokslarda  Aya  Yorgi  –  Q.Şəhriyar)  «Hetrelè»  olaraq  adlandırdıqları, 
Hızır-İlyas peyğəmbər kimi hörmət etdiklərini yazır. 
2
  Barthold,  ZVO,  VIII,  1894,  s.207-208.  H.H.Schaeder  (Orien.  Litera-
turzeitung, XXXI, 1928, kolon 1046) isə Bəktaşi «Vilayətnamə»sində bənzər 
cümlə ilə bir çayın belə adlandırıldığını yazır: ey didar görmüş. 


63 
 
(toy)  verir
1
. Burada erkək at
2
, buğa, erkək dəvə (buğra) qurban 
edilir, qımız içilir, oyunlar oynanır və güləşirlər. Bu adət yakut-
lardakı  yaz  bayramını
3
  və  e.  II  əsrdəki  Hiunq-Nu  (Hunlar)  ara-
sındakı yaz, yay, payız bayramlarını xatırladır. «Dədə Qorqud»-
dakı oğuzlara aid olan erkək heyvan qurbanetmə adətinə dəyərli 
qırğız tədqiqatçısı Vəlixan oğlu Çakan araşdırmalarında aydınlıq 
gətirir.  Onun  fikrincə,  qırğızlar  heyvanların  dişisini  qurban  et-
məzlər. Bu da qazax-qırğızların «Çorabatır» və «Dudar qız» adlı 
dastanlarında müşahidə olunur
4
.  Hər halda  bu  ənənənin  iqtisadi 
səbəbi  vardır. Belə hesab edirik ki, dişilər südvermə  və  nəsilar-
tırma üçün qorunmalıdır. Oğlan uşağına sahib olmayanlara  edi-
lən  istehzalı  davranış  qazax-qırğızların  «Dudar qız»
5
  və  «Alpa-
mış»
6
 dastanlarında da müşahidə edilir. 
«Dədə Qorqud hekayələri»nin  bəzisinin sonunda  (məsələn, 
II  və  IV)  Qazan  bəyin  «qulları  oğlu  başına  azad  etdi  və  ya 
çevirdi» deyilir. Bu bir bağışlama və ya şükran borcudur. Belə-
liklə, azad olan qadın və kişi qullar sahiblərinin ətrafında dönə-
rək onun üçün həmd və  niyaz edirdilər. Fuat Köprülü
7
 Anadolu 
və Rumelidə bu gün də icra olunan bir ənənəni, yəni edilən yax-
şılıq üçün başının ətrafında üç dəfə dönməyi izah edir. Azərbay-
                                                
1
 Kütləvi şəkildə yemək yeyilməsinə şölən deyilir. Ətraflı məlumat üçün 
bax: Lügatçe. 
2
  Mətndə  bu  feil  «qırdırmaq»  və  ya  «öldürmək»  anlamındadır.  Qurban 
mərasiminin təsviri yoxdur. 

Harva.  Die  relig.  Vorstellungen  der  aktaischen  Völlker,  Helsinki, 
1938, s.572-574. 
4
 Abdülkadir İnan. «Dede Korkut Kitabı»ndaki Bazı Motiflere ve Keli-
melere Dair. Ülkü, IX, 1937-1938, s.139 vd. 
5
 Radloff. Proben. III, s.309-310. Ə.İnanın yuxarıda adı çəkilən məqalə-
sində bəhs edilmişdir. 
6
 Ətraflı məlumat üçün bax: Şükrü Kurgan. İzahlı Eski Metinler Antolo-
jisi. Ankara, 1943, s.74-də verilən hissə. 
7
 F.Köprülü. Dede Korkut Kitabına Dair Notlar: Başa Dönmek, Aynal-
mak.  Azerbaycan  Yurt  Bilgisi,  II,  1932,  s.84-91.  Ahmet  Ateş.  Varka  ve 
Gülşah Mesnevisinin Kaynakları. Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı 
Dergisi, II, 1947, s.19 vd. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə