Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə19/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

55 
 
Qazılıq dağı (hər halda Türküstandadır)
1

Çeliyin  sərhədlərdən  kənarda  tutmaq  istədiyi  Mardin  və 
Amid şəhərlərini də, çox güman ki, Oğuz elinə daxil etməliyik. 
 
*** 
Yuxarıda  adları  çəkilən  bəzi  yer  adları  haqqında,  onların 
əlaqələri və tarixləri yaxşı bilindiyindən onlar haqda fikir bildir-
mək  yersizdir:  Trabzon, Mardin,  Amid (Amit), Bayburt, Barda, 
Gəncə. Digərləri haqqında fikirlərin aydınlanması üçün bəzi şey-
lər söyləməkdə  fayda  var. Bunun üçün də  araşdırmalarım  əsna-
sında almış olduğum bəzi qeydləri sizin diqqətinizə çatdırıram. 
Axıska  Gürcüstandakı  Samtsixe  bölgəsindəki  Axaltsixedir
2

Övliya Çələbi «Səyahətnamə»sində (c. 2, s.322) Ahıska və Ağsaka 
şəklində yazmışdır. Gürcüstanda Tiflisdən Ərzuruma gedən yolun 
üstündə olduğundan Türkmənistan  ilə Gürcüstan sərhədi arasında 
yerləşir.  Lakin  Gürcüstana  doğru  olan  əsas  keçid  (II  hekayənin 
əvvəlindəki  Gürcüstan  boğazı)  Ərzuruma  daha  yaxındır  (Övliya 
Çələbi. Gurci Bogaz, c. 2, s.361; Gugushvili. Historical Division of 
Georgia. Londonda yayınlanan «Georgica» dərgisi, c. 1/1936/s.70, 
Minadoi.  Historia  della  guerra  fra  Turchi  e  Persiani.  Venedik, 
1598, s.104). Clisca, Ardahanın şərqində dul gürcü qadının məm-
ləkəti/dərgi. 4 hekayədə Axıska düşmən ərazisidir (gürcülərin). 
Dadian  IV  hekayədə  düşmən  (Gürcü)  ərazisi  olaraq  gös-
tərilir. Dadian

həqiqətən o illərdə Meqrellərdə hökm sürən Gür-
                                                
1
Qazılıq dağı Radlov tərəfindən nəşr edilən qazax-qırğızların «Manas» 
dastanında  vardır.  Vətəni  üçün  göz  yaşı  axıdan  qalmıkın  şərqisində  də  var 
(Proben, III, s.51, tərcümə III, s.67). 
2
  Samtsixe-Cavaxeti  diyarı  –  Gürcüstan  Respublikasının  doqquz  diya-
rından biri. Cənubi Gürcüstanda yerləşir və kənd təsərrüfatı bölgəsi kimi ta-
nınır.  Samtsixenin  mərkəzi  Axaltsixe,  Cavaxetinin  mərkəzi  isə  Axalkalaki 
şəhəridir.  Burada  bağçılıq  və  üzümçülük  inkişaf  etmişdir.  Həmçinin  aşağı 
keyfiyyətli  qonur  kömür  yataqları  vardır.  Yüksək  dağlıq  ərazilərdə  isə  əqiq 
(qiymətli daş) yataqları mövcuddur – Q.Şəhriyar. 
3
 Dadian, Başı Açıq və ya Açıq Baş (Imeritia) haqqında L.Feketenin çox 
maraqlı məqaləsinə bax:  Zur Gerschichte der Grusiner des 16 Jahrhunderts. 


56 
 
cü  sülaləsinin  adıdır.  Bu  ad  bəlkə  Qara  dənizə  tökülən  Dadi 
çayının adından götürülə bilər (Allen. A History of the Georgian 
People. London, 1932, s.104, 107). Pietro Della Valleyə görə də, 
Dadian  ilə  Meqrellər  eyni  yerdir  (Viaggi,  Brighton,  I,  s.616). 
Övliya Çələbi (C. 2, s.320) və Ququşvilinin də fikrinə görə (eyni 
məqalə, s.133-140), elədir. 
IV  hekayədə  göstərilən  Başı  Açuq  da  Gürcüstandadır.  Mi-
nadoi  (Historia  della  Guerra  fra  Turchi  e  Persiani.  Venedik, 
1593, s.59) bunu bir gürcü hökmdarı kimi göstərir. P.Della Valle 
(Viaggi  I,  s.619)  Basciaciuk  («capo  aperto»  və  ya  «capo  aco-
perto»
1
) deyə türklərin bir gürcü hökmdarını adlandırdıqlarını da 
söyləyir  ki,  gürcülər  bunu  İberiadakı  İmeriti  kralı  adlandırırlar. 
Övliya Çələbi də Gürcüstandakı Kutaisi bölgəsindəki Açuq Baş 
haqqında məlumat verir (c. II, s.320). 
Abhazia (Abxaz)  bəyi IV  hekayədə oğuzların düşməni ola-
raq göstərilir. Erməni müəllifi Hayton monqol və türklərdən ol-
duğu qədər gürcülərdən də müstəqil olaraq bəhs edir (La flor des 
las  ystorians  de  Orient,  W.Robertson  Long  yayını.  Chicago, 
1934, s.63). 
Əlincə X  hekayədəki  bir  yer, İran  Azərbaycanında, Naxçı-
vandan  Culfaya  gedən  yol  üzərindəki  Arazın  şimal  yamacında 
bir qaladır. Müxtəlif mənbələrdə bu ad Əlincək, Alınçak, Alan-
cık (çox güman ki, bu şəkil daha düzgündür) şəklində göstərilir. 
Bu, Türkiyə türkcəsindəki «alan» (ərazi, sahə) kəlməsinin kiçilt-
mə şəklidir. Hekayəyə görə, buraya sahib olan bir xristian (gür-
cü)  şahzadə  Qara  Təkür  əsir  götürdüyü  Oğuz  alplarını  burada 
həbs edir. Tarixi mənbələrdən

bizə  məlum olduğuna görə, XIII 
əsrdə Azərbaycanda Atabəylərin mərkəzi və əsas qalası idi. XIV 
                                                                                                     
Acta Orientalia, I, 1950, s.106 vd. 
1
  Basciaciuk  –  başıaçuq.  Mötərizədə  E.Rossi  sözün  italyan  dilində  tərcü-
məsini vermişdir. F.Türkmən kitabında tərcümə zamanı əsər boyu müəllifin ital-
yan dilinə tərcümə etdiyi mətnləri və ya sözləri göstərməmişdir – Q.Şəhriyar. 
2
 F.Köprülü. «Alıncak», İA, fas. 4, 1941, s.302-304. 


57 
 
əsrdə  Qaraqoyunlular  1401-ci  ildə  Teymur  tərəfindən  ələ  keçi-
rildi. Sonrakı illərdə bu bölgə türklər və iranlılar arasında döyüş 
yeri  oldu  və  Qafqazı  işğal  edən  ruslar  tərəfindən  iranlılardan 
alındı.  İndiki  adı  Əlincədir  və  Sovet  Naxçıvanında
1
  yerləşir. 
Yenə  eyni  hekayədə  bugünkü  Ermənistan  sərhədlərinin  da-
xilində  qalan  iki  yer  adı  vardır.  Sürük  (?)  və  Gökçə  dəniz.  Bu 
ikinci ad İrəvan  şəhərinin
2
  şərqində  bir  dağ  gölü  olan  «Гёкча» 
(rusca) və  ya  «Sevang» (ermənicə) sözlərinin türkcə adıdır. He-
kayələrdə  adı  çəkilən  şərqdəki  Dəmir  Qapu  Xəzərin  qərb  sahi-
lindəki  Dərbənd  ola  bilər.  Bundan  Marko  Polo,  Hayton  (eyni 
əsər,  s.61),  Minadoi  (adı  çəkilən  əsəri,  s.51),  İosafat  Barbaro 
(Ramusio neşri, II 109 Derbent-Thamir capi), Övliya Çələbi (adı 
çəkilən əsəri, II, s.303-311) bəhs edirlər. Lakin «Dədə Qorqud» 
hekayələrində «Dərvənd» adlandırılan başqa yer adları da vardır. 
Şərqi Anadoludakı yer adlarında hekayələrdə sıx-sıx Avnik 
və  Pasinin  adı  çəkildiyinin  şahidi  oluruq.  Bunlar  Arazın  üst 
tərəfində  vadinin  sonundadır.  Buranın  əhəmiyyətli  bir  yer  ol-
duğunu düşünürük. «Dərvənd» farscadakı «Dərbənd» kəlməsin-
dən  türkcəyə  olduğu  kimi,  yunan  dilinə  də  «keçid»,  «boğaz» 
mənasında  daxil  olmuşdur
3
,  Avnik
4
  bir  təpənin  üstündədir.  Ər-
zurumdan  (Nüzhətül-Qülub, s.97) səkkiz  mərhələdə Maku (Öv-
liya  Çələbi,  II,  s.226)  üzərindən  Ərzuruma  İrana  gedən  yolun 
üzərindədir.  «Pasin»  türkcədəki  «Pasinlər»dir  və  əski  «Pha-
siane»dən gəlir. Xrisantosun topladığı məlumatlara əsasən, XIV 
əsrdə müsəlmanların yaşadığı bölgə idi (I ekklisia tu Trapezun-
tos,  Atina,  1936,  s.38,  160  vd).  XVII  əsrdə  adı  Paseni  idi 
(N.A.Bees. Sur quelques évêchés suffragants de la métropole de 
Trébizonde, Byzantion I, 1924, s.124). Minadoi (adı çəkilən əsə-
                                                
1
 Müəllifin bu əsəri yazdığı dövr nəzərdə tutulur – Q.Şəhriyar. 
2
 Mirza Bala, «Gökçe», İA. 
3
  Yunan  dilindəki  «klisura»  termininin  qarşılığı  olub  Yunanıstan  və 
Bizans dövrü Anadolusunda yer adı kimi istifadə edilirdi. 
4
  A.İnanın  fikrincə  (Birinci  İlmî  Seyahata  Dair  Rapor,  s.56),  Həsənqa-
ladan bir az irəlidə yerləşən bugünkü Yeniköy ola bilər. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə