Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə17/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

49 
 
XIII  əsrdə  gələn  Ağqoyunlular
1
  Əlincə  qalasını  aldılar,  Anado-
luya girərək Pəhlivan  bəy, oğlu Turəli  bəy  və  nəvəsi Qutlu  bəy 
zamanında Yuxarı Fəratda və Diyarbəkirdə məskunlaşdılar. 
Turəli bəy və oğlu Qutlu bəyin adları bizanslı Mixayıl Pana-
retin  XV  əsrin  ilk  yarısında  Trabzonda  yazdığı  «Περì  των  τηζ 
Τσαπε ζοντοζ βασιλεων»
2
 adlı əsərində çəkilir
3
. Buradan məlum 
olur ki, Ərzincandan Ərzuruma, Bayburta qədərki əraziyə sahib 
olan türkmənlər 1348-ci ildə Trabzona hücum etdilər və üç gün 
davam  edən  döyüşdən  sonra  məğlub  oldular.  Bu  döyüşdə  türk-
mənlərin  komandanı  Mehmet  Erkestares  amitiotilərin  koman-
danı  isə  Turəli  bəy  Bozdoğan  (Ho  Bozdoganis)  idi.  Panaretin 
«Salnamə»sində Amitioti, Amid (Diyarbəkir) hakimi Ağqoyun-
lular idi. Bunlar Trabzon kralları ilə çox sıx hərbi və sülh müna-
sibətlərində idilər. 
1351-ci  ildə  Trabzon  Rum  imperatoru  Aleksi  III  Komne-
nosun  bacısı  Kira  və  ya Despina Mariya  Amitioti  əmiri Turəli-
nin oğlu Qutlu bəy ilə evləndi. 
Şərq və Bizans mənbələrindən əldə edilən bu tarixi hadisələr 
«Dədə Qorqud hekayələri»ndə aşağıdakı kimi əks olunmuşdur: 
1.
 
VI  hekayədə  Trabzona  gedən  Qanturalının  təşəbbüsün-
                                                
1
  V.Minorsky.  La  Perse au  XV  siècle  entre la  Turquie  et  Venise.  Paris, 
1933; həmin müəllif, A Soyurgal of Kasım b. Jahangir Akkoyunlu (903/1498). 
BSOS, Londra, c. IX; W.Hinz. Irans Auftiegzum Nationalstaat. 1936, s.34 vd. 
İ.Hakkı Uzunçarşılıoğlu. Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Dev-
letleri.  Ankara,  1937  və  xüsusilə  də  Mükrimin  Halil  Yınanç.  Akkoyunlular. 
İslam Ansiklopedisi, fasikül 4, s.251-270. 
2
 Trapezun salnaməsi – Mixayıl Panaretin bu əsəri 1905-ci ildə A.Xaxano-
va  tərəfindən  nəşr  edilmişdir.  Ətraflı  məlumat  üçün  bax:  Михаил  Панарет. 
Трапезунтская хроника/пер. А.Хаханова//«Труды по востоковедению» изд. 
Лазаревским институтом восточных языков. Москва, 1905 – Q.Şəhriyar. 
3
  Fallmerayer  nəşrinə  istinad  etdim.  Münih  1843-1844  ilə  Sp.Lambros, 
Neos  Ellenumenon  (IV,  1907,  s.257-295)  adlı  dərgidəki  nəşri  ilə  T.E.Evan-
gelidisin «İstoria tis Trapezuntos» (Odessa, 1895) adlı əsərini də nəzərə aldım. 
W.Miller.  Trebizond.  The  Last  Greek  Empire.  London,  1926;  G.Moravcsik. 
Byzantinoturcica,  I.  Die  Byzantinischen  Quellen  der  Geschichte  der  Tur-
kenvölker. Budapest, 1942, s.265. 


50 
 
dən  bəhs  edilir.  O,  imperatorun  qızı  şahzadə
1
  Selcan  ilə  evlənə 
bilmək  üçün  üç  canavarla  apardığı  mübarizədə  uğur  qazandı. 
Sevdiyini  qaçırdı,  onları  təqib  edənlərlə  döyüşdü  və  nəhayət, 
oğuzların yanına döndülər. 
2.
 
«Dədə  Qorqud  hekayələri»ndə  Qazan  bəy  «Amid  soyu-
nun  arslanı»dır  (II,  III,  VII  hekayələr).  Bir  çox  tədqiqatçını  tə-
rəddüd içərisində qoyan bu adın XIV əsrdə Ağqoyunluların mər-
kəzi olan Amid (Diyarbəkir) olduğunu göstərmək gözəl izahdır. 
Yuxarıda adı çəkilən Bizans mənbələrinin sülaləyə Amitioti adı-
nı verməsinə də açıq şəkildə uyğun gəlir. 
Tarixi mənbələrlə «Dədə Qorqud hekayələri» arasındakı bən-
zətmələr  bu  qədər  kifayətdir.  Çünki  düşünürəm  ki,  ağır  şərhlər 
üzərində  israrla  durmağın  heç  bir  mənası  yoxdur.  Mühüm  olan 
«Dədə Qorqud hekayələri»nin yayılması, Ağqoyunluların XIV və 
XV  əsrlər  arasında
2
  Anadoludakı  hakimiyyəti  dövründə,  daha 
əvvəl baş vermiş hadisələrdə və daha qədim  ənənə və adətləri də 
əhatə  etdiyini  söyləyərək  mövzuya  yekun  vurmaqdır.  Trabzon 
rumları ilə Ağqoyunluların əlaqələri XV əsrin ikinci yarısına qədər 
hər  iki  dövlətin  də  Fateh  Sultan  Mehmet  tərəfindən  süquta  uğra-
masına qədər davam etmişdir. Trabzon 1464-cü ildə  fəth edildiyi 
kimi, Anadoludakı Ağqoyunlu hakimiyyəti də 1473-cü ildə Otluq- 
belindəki
3
  döyüşdə  Osmanlının  qələbə  qazanması  nəticəsində  sü-
quta uğradı
4
. Sonuncu qüdrətli Ağqoyunlu hökmdarı Uzun Həsən 
                                                
1
  Mətnin  orijinallığına  xələl  gətirməmək  üçün  bu  sözü  Ettori  Rossinin 
ifadə etdiyi kimi saxlamağı lazım bildik – Q.Şəhriyar. 
2
  H.Hüsaməddinin  «Amasya  Tarihi»  (c.  2,  s.316-320)  adlı  əsərində 
535/1140-cı  ildə  Amasya  əmiri  olan  Yağıbasan  adlı  bir  şəxsdən  bəhs  edir. 
Yağıbasan bir ünvandır və «düşməni məğlub edən» mənasını ifadə edir. Bu 
da  «Dədə  Qorqud  kitabı»ndakı  qəhrəmanlardan  birini  xatırladır:  Bayındır 
xanın yağısını basan Qəflət Qoca oğlu Şir Şəmsəddin. 
3
 Otluqbeli döyüşü – 11 avqust 1473-cü ildə Osmanlı dövləti ilə Ağqo-
yunlu dövləti arasında baş verən müharibə – Q.Şəhriyar. 
4
  Döyüş  haqqında  verilən  raportla  bağlı  ətraflı  məlumat  üçün  bax: 
R.Rahmeti  Arat.  Un  yarlık  de  Mehmed  II,  le  Conquerant,  Annali  dellist. 


51 
 
1458-ci  ildə  Trabzon-Rum  imparatoru  Davidin  qardaşı  qızı  Des-
pina Katerina ilə evlənmişdi. Onun macəralı həyatı «Dədə Qorqud 
hekayələri»nin  dastanına  rəng  verir.  Osmanlı  tarixçisi  Aşıqpaşa-
zadə  onun  boz  atından  söz  açır,  sonda  ona  «dövlətsiz  türkmən» 
(yazıq və ya talehsiz türkmən) deyərək təhqir edir (s.180, 182). 
 
* * 
«Kitabi-Dədə  Qorqud»dakı  oğuzların  Gürcüstan  və  Abxa-
ziya ilə münasibətləri XIV əsrin sonundan XV əsrin əvvəlinə qə-
dər olan tarixi dövr ilə əlaqəlidir. Bunu irəlidə coğrafi mənbələrə 
istinad  edərək  göstərəcəm.  Burada  yalnız  onu  deyə  bilərəm  ki, 
hekayələrdə  kafir  şahzadələrə  verilən  məlik
1
  adı  ilk  ərəb  işğal-
larından  sonra  Gürcüstan  və  Şərqi  Anadoluda  istifadə  olunan 
ərəb dilindəki «məlik» idi (M.Polo XIII əsrdə bütün Gürcü kral-
larının adlarının David Məlik olduğunu qeyd edir). II hekayədə 
göstərilən  Aznavur  adı  da  gürcü  dilində  «əsil»,  «kübar»,  «do-
ğuşdan məşhur» mənasında istifadə olunur
2

 
*** 
«Dədə Qorqud hekayələri»ndə Ermənistan və ermənilərdən 
bəhs  edilməməsinə  səbəb  kimi  XIV  əsrdə  Ermənistanın  bir  tə-
rəfdən Gürcüstan və bir tərəfdən də XIII  əsrdəki  Monqol  istila-
sından  sonra  qurulan  türkmən  dövlətlərinin  ərazilərinə  tabe  ol-
masını göstərə bilərik (bu da bizim əsərə verdiyimiz tarixi dövrə 
uyğun  gəlir).  İosafat  Barbaronun
3
  XV  əsrdə  verdiyi  məlumata 
                                                                                                     
Superiore Orientale di Napoli, N.S.,1, 1940, s.25-68. 
1
  Gürcüstan  məliyi,  Tiflis  və  Samtsixe  məlikləri  çox  məşhur  idilər. 
Brosset, Histoire de la Georgie, St. Petersbourg, 1849, s.152. 
2
 Allen, A History of the Georgian People, s.225. 
3
 İosafat Barbaro (1413-1494) – Venesiya taciri, səyyahı və diplomatı. O, 
türkcə  və  azca  farsca  bildiyi  üçün  səfarətlərdə  önəmli  şəxs  hesab  olunurdu. 
Barbaro Kiprə çatanda Uzun Həsənin Ərzurum yaxınlığında osmanlılara məğ-
lub  olduğu  xəbərini alır.  1474-cü ilin  fevralında  Kiprdən  çıxan  səfarət  özünü 
müsəlman zəvvarlar qılığına salmışdı. Daha sonra Təbrizə getmək üçün dağlıq 
ərazidən  keçərkən  səfarət  kürdlərin  hücumuna  məruz  qalır.  Barbaro  yaralı 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə