Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə13/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

37 
 
lərdə Dədə Qorquddan necə  bəhs edildiyinə  baxaq
1
 (əgər müm-
künsə, onun təsirindən kənarda). 
Yuxarıda  haqqında  danışılan  oğuz  dastanlarından  bəhs  et-
mək  üçün  Rəşidəddin  «Tarixi-Oğuzu-Türkan  və  hekayəti-Ca-
hangiri»
2
 adlı əsərində oğuzların İnal Sır Yavkuy adlı sultanları 
zamanında  bir  Dədə  Qorqud  yaşamışdı:  «Həzrəti  Məhəmmədə 
elçi sifətində yollanmış və müsəlman olmuşdu. Bayat boyundan 
idi və möcüzələr göstərib ad çıxarırdı». 
Bayati  Həsən  bin  Mahmudun  yuxarıda  adını  çəkdiyimiz 
886/1482-ci  il  tarixli  «Cami-Cəm  Ayin»  adlı  qısa  əfsanəvi  sal-
naməsində Dədə Qorqudun Qaraxan zamanında Həzrəti Məhəm-
mədə  elçi  sifətində  yollandığı  yazılır.  Osmanlı  ailəsi  oğuzların 
bu əfsanəvi başçısı Qaraxana bağlanır. 
Əbülqazi Bahadırın (1659) «Şəcəreyi-tərakimə» adlı əsərin-
də Qorqud Atanın beş türkmən və ya oğuz sultanı dövründə 290 
il  yaşadığını  yazır. Misralarla öyüb  yüksəltdiyi Salur Qazan  ilə 
çağdaş  idi  («Dədə  Qorqud  kitabı»ndakı  XI  hekayədə  təxminən 
Qazanın  tərifinə  və  mədhiyyələrinə  oxşayan  cağatay  türkcəsin-
dəki  yeddi  dördlüklərə  bənzəyir).  Son  dördlükdə  Dədə  Qorqud 
özünə səyyah deyir. 
Əlişir Nəvainin «Nəfahatül-Üns» adlı əsərinin türkcə tərcü-
mələrindən  birinin  əlyazmasında  Qorqud  Ata  ilə  bağlı  bir  bəhs 
var.  «Qorqud  Atanın  (Allah  onu  bağışlasın)  türklər  arasındakı 
şöhrəti o qədər yayılmışdır ki, bunu aydınlatmaqda fayda var. O, 
özündən çox  illər  əvvəl olanları  və olacaqları  bilirdi. İbrətamiz 
bir çox qərarları vardır»
3

«Tarixi-dost Sultan» adlı əsərdə Qorqud özbək xanın yanın-
dadır  və  türklər  islamiyyəti  qəbul  etdikləri  zaman  «macusi»
4
 
rahibləri ilə münaqişə etmişdi. 
                                                
1
 Burada O.Ş.Gökyayın verdiyi qeydlərə istinad edirəm, s.XVIII vd. 
2
 Əvvəlki ətək yazısına baxın.  
3
 В.Бартольд. Султан Санджар и гази. ZVO, ZX, 1, 1911, s.46-49. 
4
 Atəşpərəst. 


38 
 
«Oğuznamə və ya atalar sözü»
1
  adlı toplama  materialların-
dan ibarət kitabda Dədə Qorqud və  ya Qorqud Ataya aid edilən 
atalar sözü və aforizmlər vardır ki, bunlar da əvvəldə göstərildiyi 
kimi, «Kitabi-Dədə Qorqud»un girişindəki mətni xatırladır. 
Bayburtlu Osmanın ən yeni tarixi faklara əsaslanan və hələ 
də nəşr olunmayan türkcə «Təvarixi-Cədidi-Muradi-Cihan» adlı 
əsərində oğuzların rəisi Xorasandan Qafqaza və Şərqi Anadolu-
nu  fəth etmək üçün gələn  Bayandır  xanın  şəcərəsi  haqqında  bir 
bölüm vardır. Eyni zamanda yenə vəziri Qazan xandan, «Kitabi-
Dədə  Qorqud»da  adları  çəkilən  oğuz  bəylərinin  çoxundan  və 
oğuzları  islamiyyətə  dəvət  etmək  üçün  Hz.Məhəmməd  tərəfin-
dən  göndərilən  Səlmani-Farisidən  sonra  oğuz  şeyxi  olan  Dədə 
Qorquddan  bəhs  edir.  Burada  «Kitabi-Dədə  Qorqud»un  motiv-
ləri  ilə  qaynaşması  açıq  şəkildə  özünü  göstərir.  Bundan  başqa, 
Bayındır  xanın  Məkkəyə  getmək  üçün  təhkim  etdiyi  ilk  şəxs 
Əmən  bəy  idi.  II  boyun  sonunda  («Qazanın  evinin  yağmalan-
ması») «Peyğəmbərin üzünü görən Əmən» ifadəsi işlənir. 
Dədə  Qorqud Anadolu və  Orta Asya türklərinin şifahi  ənə-
nələrində  də  yaşayır. Türkmən  və  qazax-qırğızlarda  «Qorqudun 
qəbrini qazma»  atalar sözü işləkdir  və  «Dədə  Qorqud  əfsanəsi» 
haqqındakı nisbətlə müxtəlif tərzdə izah edilir: ömrün uzunluğu, 
ölümdən qaça bilmə və ya iri cüssəli olmaq kimi izah edilir
2

Qazax-qırğız  cadugərləri  və  ya  baxşıları  ötən  əsrdə  duala-
rında Dədə Qorqudu çağırırdılar. Ənənəyə görə, Dədə Qorqudun 
məzarı  və  ya  məzarları  vardı.  Yuxarıda  da  gördüyümüz  kimi, 
Ə.Divayev  Qorqud  Atanın  məzarı  adlanan  bir  qayanın  şəklini 
çəkmişdi.  Bu  qaya  Aral  gölünə
3
  axan  Sir-Dərya  boyunda  idi. 
                                                
1
 В.Бартольд. Султан Санджар и гази. ZVO, ZX, 1, 1911, s.46-49. 
2
  Burada  və  bir  az  daha  irəlidə  O.Ş.Gökyay  tərəfindən  toplanmış  mü-
hüm xəbərlərin xülasəsini verirəm (s.XXXV). 
3
  Aral  dənizi  və  ya  Aral  gölü  –  Mərkəzi  Asiyada,  Qazaxıstan  və  Özbə-
kistan sərhədində axmaz göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mən-
bəyi  Amu-Dərya  və  Sır-Dərya  çaylarından  suvarmada  mütəmadi  və  rejimsiz 
istifadəsi nəticəsində dənizin səviyyəsi enməyə başladı. 1989-cu ildə dəniz iki 


39 
 
Alman səyyahı Olearis 1638-ci  ildə Dərbənddə (Azərbaycanda) 
olduğu  zaman  verdiyi  məlumata  görə
1
,  Kerchler-Qırxlar  adlan-
dırılan məzarlarla qarşılaşmışdır.  
Yenə  eyni  yerdə  Kassan  (Qazan)  adlı  bir  Oğuz  bəyinin  Da-
ğıstanlı  ləzgilərlə  döyüşündən  bəhs  edilir.  Buranı  ziyarət  edənlər 
dualar  oxuyur  və  nəzir  verirdilər.  Kral  Kassan  Təbriz  ətrafında 
dəfn edilmişdi. Həyat yoldaşı kraliça Burloe (Burla xatun – Q.Şəh-
riyar) Urmiyada 40  ayaq  uzunluğunda  bir  məzarda dəfn  edilmiş-
di
2
. Dərbənddə Qırxlar məzarlarından bir az  irəlidə  iki müsəlman 
məbədi  vardı. Birində İmam Kurchud, yəni Qorqud dəfn edilmiş-
di, digərində  isə əvvəl Hz.Məhəmmədin, sonra da Qazanın yanın-
da  yaşayan  və  ləzgilərə  qarşı  döyüşmək  üçün  şeirləri  ilə  əhalini 
təşviq edən və onlar tərəfindən öldürülən bir adamın qəbri idi.  
Alman səyyahının verdiyi bu məlumatlara türk səyyahı Öv-
liya Çələbinin də əsərində rast gəlirik. O, «Səyahətnamə»sinin II 
cildinin 312-ci səhifəsində Dərbənddə Qırxlar məbədindən, ora-
dakı 40 böyük məzardan, ziyarət yerindən və böyük sultan, şir-
vanlılar  tərəfindən  hörmət  edilən  Dədə  Qorqudun  məbədindən 
bəhs edir. Övliya Çələbi Dərbəndə 1056/1646-cı ildə səyahət et-
mişdi
3
. Yevgeni İvanoviç Kozubskinin «Dərbənd tarixi» əsərində 
bu qeydlərə diqqət yetirən V.Bartold 1908-ci ildə Dərbəndə səya-
hət etmiş və öyrəndiklərini dəqiqləşdirmək istəmişdi. Lakin XVII 
əsrdə səyyahların haqqında məlumat verdikləri bu izlərin itdiyinin 
şahidi olmuşdur. Onlar Qorqud adını belə xatırlamırdılar
4

                                                                                                     
hissəyə parçalandı – Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi – Q.Şəhriyar. 
1
 Adam Oleari. Ausführliche Beschreibung der kundbaren Reisen nach 
Moscow und Persian, Schleswig, 1671, s.721-723. 
2
  «Dədə  Qorqud  kitabı»nın  II,  III,  IV hekayələrində  «boyu  uzun  Burla 
xatun»dan bəhs edilir. 
3
 «Səyahatnamə»sinin başqa bir cildində (IV, s.140) Övliya Çələbi Əh-
lətdə dəfn edilmiş Qorqud xandan söz açır. 
4
 В.Бартольд. Еще известия о Коркуде. Записки Восточного отделе-
ния  Императорского  Русского  археологического  общества,  XIX,  1909, 
s.73-77. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə