Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə28/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

82 
 
yayınlanmış, dil və dastançılıq baxımından «Dədə Qorqud»dakın-
dan  zəif  olan  bir  hekayə  daha  əlavə  oluna  bilər  (Oszman-Török 
Nepköltesi  gyüjtemeny,  Budapest  1887-1889,  c.  I,  s.287-291, 
hekayə  66).  Qəhrəmanı  Bəy  Börə  və  atının  adı  Rəngibozdur 
(«Dədə Qorqud kitabı»nda Bozatlu Bəy Börədir). Bir kralın uşağı 
yoxdur. Bir dərviş ona arvadı ilə birlikdə yemək üçün alma verir 
(bu  motivə  türk  və  İran  folklorunda  sıx  rast  gəlinir).  Bəy  Börə 
dünyaya gəlir. Yuxusunda bir qız görür və aşiq olur. Toydan əv-
vəl yeddi başlı əjdəhanın əsiri olan bu gözəl qızı qaçırmağa cəhd 
göstərir. Onun yoxluğunda nişanlısı atasının vəzirlərindən birinin 
oğlu ilə evlənmək üzrədir. Bəy Börə işini bitirən kimi yetişir, bir 
musiqiçi cildinə girir. Toyda qız onu tanıyır və evlənirlər. 
Anadoludan kənarda, lakin yenə türk mühitində Beyrək bəy 
hekayəsinin  motivini  özbək  dilində  «Yusif  və  Əhməd»  adlı  bir 
xalq  hekayəsində  görürük.  Kişi  qəhrəmanlar  (Bozoğlan)  Yusif 
və  Əhmədin  gözəl  sevgililəri  də  Gül  Xədicə  Gülasıdır.  Burada 
da iki aşıq musiqiçi cildində bir başqası ilə evlənmək üzrə olan 
nişanlılarının  toylarına  mane  olurlar  və  kor  olan  qohumlarının 
gözlərini açırlar
1
.  V.Prohl  tərəfindən  Qafqazın  Balkarlarda  top-
lanan  «Aybek  oğlu  Aytek  hekayəsi»  də  çox  bənzərdir  (Keleti 
Szemle,  XVI,  1915-1916,  s.139  vd.).  Şimalda  və  şərqdə  Qara-
qalpaq və Qara qırğız (qəhrəmanın adı  Alpamış və  ya  Alpamsı) 
və Başqırd (qəhrəmanın adı Alpamış və ya Alpamsadır) türkləri 
arasındakı  müştərək  bir  hekayədə  çox  yaxın  motivlər  mövcud-
dur. Bəlkə də Alpamsı «Dədə Qorqud»unkuna ən yaxın olanıdır 
(Qazan, 1910, 2. baskı)
2

                                                
1
 O.Ş.Gökyayın adı çəkilən əsəri, s.X-XI. А.Н.Самойлович. Очерки по 
истории Туркменской литературы. Туркмения, I, 1929, s.123-167. Özbək 
dilində  mətni  nəşr  edən:  A.Vambery.  Jusuf  und  Ahmed.  Ein  özbegische 
Volksepos  im  Chiwaer  Dialekte.  Keleti  Szemle,  X.  Suppl,  1911.  Beyrəyin 
hekayəsi  ilə  fars  dilindəki  «Le  prince  Ismeil  et  Arap-Zéngi»  hekayəsi 
arasındakı bənzərlik haqqında əlavə məlumat üçün bax: H.Massé. Croyances 
et costumes persans. II, Paris, 1938, s.469-476. 
2
 Abdülkadir İnan, Ülkü, X, 1937-1938, s.545-547. Şükrü Kurgan. İzahlı 


83 
 
Hekayədə  dünya  folklorunun  bir  çox  motivlərini  tapırıq:  bir 
yabanı hayvanı təqib edib sevgilisini tapan atlı (türk və İran xalq 
ədəbiyyatında sıx rast gəlinir) ilə Amazon arasındakı güləş (türk-
cə «Battalnamə» və Bizans dövründə «Dionis Akrit»
1
,
 
«1001 ge-
cə» nğıllarındakı Ömər və Rubenin səhifə 222-224-də qeyd etdiyi 
monqol  və  şərq  türklərinin  hekayələri.  Ölüm  xəbərini  gətirmək 
üçün  istifadə  edilən  köynək  (Hz.Yusifin),  süvarinin  atı  ilə 
danışması
2
, nişanlısı və ya həyat yoldaşının bir başqasına verildiyi 
zaman  yetişən  qəhrəman  («Odisseya»dakı  Ulissenin  qayıdışı, 
qəhrəmanın qüvvətini göstərən yay çəkməsi aşkar bənzərlikdir). 
 
IV. Qazan bəy oğlu Uruz bəyin əsarətinin hekayəsi 
Bir  gün  Salur  Qazan  bir  ziyafətdə  ağlamağa  başlayır.  Oğlu 
Uruz  hələ  baş  kəsmədi  və  qan  tökmədi,  onun  ölümündən  sonra 
yerinə keçə bilməz. Uruz atasının ağlamasının səbəbini öyrənmək 
istəyir və aldığı cavabın müqabilində atasının onu bir dəfə də ol-
sun ova aparmadığını, hərbi təlimlərdə iştirak etdirmədiyini deyir. 
Bundan  sonra  Qazan  bəy  oğlu  ilə  birlikdə  yola  çıxır  və  Ansaka 
(Axısqa)  ilə  Dadian  (Minqrelia)  məntəqəsindəki  kafirlərin  sər-
həddinə  yetişir.  Burada  dincələrkən  kafirlərin  hücumuna  uğrasa 
da, oğuz bəylərinin yardımı ilə döyüşə başlayır. Oğluna da bir tə-
rəfdə durub seyr etməsini tapşırır. Lakin dəliqanlı savaşın cazibəsi 
onu  mücadiləyə  atılmağa  vadar  edir  və  o,  əsir  düşür.  Düşmən-
lərini məğlub edən Qazan bəy oğlunu qoyduğu yerde axtarsa da, 
tapa  bilmir.  Qaçdığını  zənn  edərək  yurduna  geri  dönür.  Uruzun 
anası uzun boylu Borlı xatun oğluna bir şey olduğunu anlayır və 
Qazandan kədərlə xəbər alır, sonra da oğlunu axtarmasını istəyir. 
Qazanın yenidən gəldiyini görən kafirlər Uruzu atası ilə danışmaq 
                                                                                                     
Eski Metinler Antolojisi. Ankara, 1943, s.75-77 bəzi araşdırmalar vardır. 
1
 H.Grégoire. L`Amazone Maximo. Mélanges Cumont (Annde la l`Inst. 
de Phil. et d`Hist. orientales et slaves, IV, 1936, s.723. 
2
 A.Chodzko. Les chants historiques de l`Ukranie. Paris, 1879. Türk dilin-
də «Tercan» hekayəsində sıx bənzərliyi olan iki misra vardır. Radloff. Proben. 
111, s.143; tərcüməsi III, s.179: eki közüno bolain korkuttan cargap sıraktai. 


84 
 
məqsədi  ilə  sərbəst  buraxırlar.  Uruz  atasının  onu  azad  etməsi 
üçün  döyüşməsinə  mane  olmaq  istəyir,  lakin  onun  əsir  götürü-
lərək öldürülməsindən qorxur. Ən yaxşısı evə  dönüb anasına ka-
firlərin  əlində  olduğunu  xəbər  verməkdir.  Atasının  ölüməyin-
dənsə, talehinə razıdır. Aralarındakı danışıqlar ata-oğul sevgisinin 
ən dərin hislərə təzahür edərək uzun müddət davam edir. 
Sonda kafirlərin təkbaşına hücumuna uğrayan Qazan yarala-
naraq yerə yıxılır, həyat yoldaşı Borlı xatun qırx incə qızı ilə ye-
tişir. Qazan onu tanımır. Eyni zamanda oğuz bəyləri də yardıma 
yetişir və birlikdə düşməni məğlub edərək Uruzu azad edirlər. 
Rubenin işarə etdiyi kimi (s.228), «Uruzun əsir götürüldüyü 
hekayəsi» I və II hekayələrə çox bənzəyir. Bəzi motivlər, demək 
olar ki, eyni sözlərlə təkrarlanır: ananın oğlunun  əri ilə birlikdə 
dönməməsi ilə bağlı sualları. Ananın oğluna incə qızları ilə yar-
dıma gəlməsi, sonda Qazan bəyin yardımına gələn oğuz bəyləri.  
 
V. Duxa Qoca oğlu Dəli Domrulun hekayəsi 
Bir  zamanlar  oğuzların  arasında  Duxa  Qoca  oğlu  Dəli 
Domrul adı ilə tanınan bir qəhrəman yaşamaqda idi. Bir gün bir 
köprüdə  oturarkən  ora  gələn  boylarda  bir  igid  ölmüşdü.  İgidin 
ölüm səbəbini soruşanda ona «al qanadlı Əzrail» demişdilər. Dəli 
Domrul da Əzraili təhqir etdi. Tanrı bu sözlərə əsəbləşdi, Əzraili 
göndərdi.  İlk  qorxunu  atlatdıqdan  sonra  Dəli  Domrul  ölüm 
mələyini  qılıncı  ilə  qovur.  Əzrail  göyərçin  cildinə  girərək qeybə 
çəkilir. Dəli Domrul atı və göyərçin ovlayan şahini ilə yola çıxır. 
Evinə  döndüyü  zaman  Əzrail  atının  önündə  görünür,  at  şaxə 
qalxır, Dəli Domrul yerə düşür. Əzrailin hücumuna məruz qalan 
Domrul əfv diləyir və Tanrıya yalvarır. Əgər bir başqası öz həya-
tını onun əvəzinə verməyə razı olsa, o, bağışlanacaq. Dəli Domrul 
əvvəl atasına həyatını verməsi üçün rica etməyə gedir. Atası onu 
qurtarmaq üçün bütün malını verməyə hazırdır, lakin: 
Dünya şirin, can əziz, 
Canıma qıyamam, bəlli bil, – deyir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə