Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə30/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

88 
 
mürtə  edilən  hücuma  qatıldığını  söyləyir.  Bəylərin  çoxu qalanın 
yenilməz komandanı qarşısında dayana bilməzlər. Yegnək Tanrı-
ya yalvarır və düşmənini öldürməyə müvəffəq olur. Qazılıq Qoca 
sevinc içində onu azad edən heç tanımadığı oğlunu qucaqlayır. 
Atasını azad edən oğul motivi XI hekayədə və bir çox yer-
lərdə qardaşı Egrəyi azad edən Segrəyin hekayəsini xatırladır (X 
hekayə). 
Primitiv  də  olsa,  Radlovun  qırğızlardan  toplamış  olduğu 
«Qan Sentai» adlı epik hekayəsinə  bənzəyir (Proben, III, mətn, 
s.252-270, tərcümə III, s.277-321). Qan Sentai əsirlikdə ikən on 
yaşındakı oğlu anasından atasına nə olduğunu soruşur. Anası da 
oğlunun  atasını  azad  etmək  məqsədi  ilə  döyüşəcəyindən  qorx-
duğu üçün çaşır. Bir gün dostları ilə birlikdə aşıx oynarkən ata-
sının aqibətini öyrənir və onu azad edir, sonra da oğurlanan on 
min atını axtarmağa gedir. 
Bu  və  X  hekayələr  «Armuris  şərqisi»  kimi  tanınan  epik  bir 
Bizans  şərqisi  ilə  yalnız  bir  bənzərliyi  vardır.  Ancaq  qəhrəman 
hər variantda ayrı bir ad alır. Bunlardan biri «Asquris» adlı H.Lu-
deke
1
 tərəfindən Kıbrıs adasında toplanmışdır. Bir yürüş əsnasın-
da əsir alınan cəsur cəngavərdir. Oğlu Orestes o getdikdən sonra 
anasının himayəsində böyüyür. Bir gün kralın arxasından piyada 
bir  ov  məclisinə  qatılır.  O  qədər  çevik  və  sürətlidir  ki,  geyikləri 
buynuzlarından  tutur  və  əyləndikdən  sonra  da  sərbəst  buraxır. 
Gəncin  bu  hərəkətlərindən  xoşlanmayan  kral  «fəsadçının  oğlu, 
yeddi  nəsildən  yoxsan»  deyərək onu təhqir  edir. Orestes  anasın-
dan atasının kim olduğunu soruşur. Onun əsir olduğunu öyrənən-
də  ərəb  atına  atlayır,  Fərat  çayını  keçir,  düşmən  ölkəsinə  girir, 
atasını  və  babasını  azad  edir.  Qayıdanda  düşmən  əskərləri  ilə 
qarşılaşıran  dəliqanlı  onları  darmadağın  edərək  atasına  layıq  bir 
övlad olduğunu sübut edir. Çox məğrur bir qəhrəmanlıq tonu olan 
bu hekayədə çox təsirli təkrirlər, mübaliğələr və söz oyunu vardır. 
                                                
1
  H.Qreqoir «Nouvelles  chansons  épiques  des  IX  et  X  siècle»  (Byzan-
tion, XIV, 1939, s.235-163) adlı məqaləsində təhlil etdi. 


89 
 
VIII. Basatın Təpəgözü necə öldürdüyünün hekayəsi 
Bir düşmən hücumundan sonra oğuzlar gecə köç edirdilər. Bir 
uşaq itir və dişi bir aslan tərəfindən himayə edilir. Bir müddət son-
ra oğuzlar yerlərinə qayıdanda aslan kimi bir gəncin atları öldürüb 
qanını içdiyini görürlər. Onu bir aslan qəfəsinə salırlar. Lakin Uruz 
Qoca oğlunu tanıyan kimi evə aparır. Uşağın tərbiyə edilməsi çox 
çətindir. Dədə Qorqud nəsihət edir və Basat adını verir. 
Aradan zaman keçir, bir gün çobanın biri dağlarda sürüsünü 
otararkən  dişi  bir  pəri  ilə  cinsi  münasibətdə  olur  və  nəticədə, 
Təpəgöz dünyaya gəlir. Uruz Qoca onu evində Basat ilə bərabər 
böyütməyə  başlayır.  Təpəgöz  bütün  dayələrinin  qanını  əmərək 
ölümlərinə səbəb olur. Bu zaman o, heyvan südü  əmməyə baş-
layır.  Yeniyetmə  çağlarında  vəhşiliyinə  görə  onu  evdən  qovur-
lar. Bundan sonra o, oğuzlar üçün  təhlükəyə çevrilir. Bütün ço-
banları öldürür, xalq arasında qorxu saçır. Heç bir silah ona təsir 
etmir.  Anası  pəri  onun  barmağına  sehirli  bir  üzük  taxdığı  üçün 
ona nə ox, nə də qılınc təsir edirdi. 
Onunla  danışmağa  gedən  Dədə  Qorqud  insanlara  və  hey-
vanlara  hörmət  etməsini  söyləyir.  Hər  gün  yeməyində  iki  insan, 
beş yüz qoyunu iki aşpazın hazırlaması üçün onunla razılığa gəlir. 
Oğuz ailələri sıra ilə divin doyması üçün qurban verirdilər. 
Bir  müddət  sonra  bir  qadın  iki  oğlundan  birini  verməsinə  bax-
mayaraq,  ikincisini də  vermək  məcburiyyətində  qalır. O  əsnada 
yürüşdən dönən Basatı gördü və ona yalvarıb oğlunun yerinə bir 
əsir verməsini söylədi. Çox təsirlənən Basat ona bir əsir verir və 
qardaşı Qıyan Səlcuqu öldürdüyünə görə nifrət etdiyi divlə  vu-
ruşmağa gedir. 
Basat  bir  ovuc  qalın  ox  atdığı  zaman  Təpəgöz  günəşlənirdi 
və  qıcıqlandığı  üçün  qalxdı.  Basatı  tutdu,  mağarasındakı  çək-
mənin içinə qoydu, sonra da aşpazlara onu ikindi yeməyinə bişir-
mələrini  tapşırdı  və  yatdı.  Basat  aşpazlardan  Təpəgözün  yalnız 
göz tərəfində ət olduğunu öyrəndi. Şişi qızdırdı və onun  gözünə 
soxaraq kor  etdi.  Mağaranın  dibinə  gedib  quzu  və  qoçların  ara-


90 
 
sında gizləndi. Qoyunlar mağaradan çıxarkən Təpəgöz onları bir-
bir  yoxlayırdı.  Basat  bir  qoyun  kəsdi,  başını  və  quyruğunu 
saxlayaraq  dərisini  kürəyinə  keçirdi.  Təpəgöz  önündən  keçən 
saxta  qoyunun  buynuzlarından  tutanda  əlində  qaldı,  Basat  ma-
ğaradan qaçdı. Təpəgöz Basatı hiylə ilə ələ keçirməyə çalışdı. Əv-
vəlcə  barmağına  üzüyünü  keçirtmək  istədi,  sonra  bir  gümbəzin 
içinə  həbs  etdi,  başını  sehirli  qılıncı  ilə  kəsməyə  çağırdı.  Basat 
bütün  bu  təhlükələrdən  çeviklik  və  zəkası  ilə  qurtuldu.  Bütün 
bunlardan  sonra  Təpəgöz  Basatın  mərhəmətinə  sığınmaq  istədi. 
Adını  və  soyunu  öyrəndikdə  ona  mənəvi  qardaşlıq  təklif  etdi. 
Lakin  Basat  qətiyyətlidir  və  qardaşının  intiqamını  almaq  və  xal-
qına etdiyi zülmlərin cəzasını çəkdirmək istədi, onu öldürdü. 
Bu  hekayənin  «Odisseya»dakı  «Ulisses  və  Polifem  heka-
yəsi»  ilə  bənzəriliyi  açıq-aşkar  görünür.  1815-ci  ildə  buna  diq-
qəti H.F.Dits çəkmişdi. Ən son araşdırma da
1
 İlmaz Çapan tərə-
findən  «Şadırvan»  dərgisində  (19.08.1949,  sayı  21)  yayınlan-
mışdır. Oxşar nüanslara diqqət yetirsək, sehirli doğuluş (bir ço-
ban  və  pəridən  Təpəgözün,  Poseydon  və  bir  pəridən  Polifem), 
təpədə tək  göz,  insan  əti  yemək,  bir  paya  və  ya  şişlə  kör  etmə, 
qoyun  dərisinə  bürünmə  hiylələri  kimi  motivlərin  şahidi  olarıq. 
Fərqli  cəhətlər  isə:  Basat  tək  başına  ikən  Ulissesin  altı  dostu 
vardır. Basat birbaşa Təpəgözü öldürməyə gedir, halbuki Ulisses 
divi kor etdikdən sonra qaçmağı düşünür. İşarə edəcəyimiz digər 
bir  detal  da  div  Odesseyin  adını  soruşanda  «heç  kimsə»  deyə 
cavab verməsidir, Basat isə öz adını söyləyir. 
Burada  əfsanənin  orijinallığı  məsələsini  müzakirə  etmirik. 
Aydındır  ki,  türklər  XI  əsrdə  Anadoluya  etdikləri  ilk  axından 
sonra Rumlarla əlaqələrində deyil, Qaradəniz yolu ilə Avropa və 
Asiya arasında əvvəlki əlaqələrində öyrənmişdilər
2

                                                
1
  Ətraflı  məlumat  üçün  bu  şərhlərə  baxa  bilərsiniz:  O.Ş.Gökyay,  adı 
çəkilən əsəri, s.VI-VIII; V.Ruben, adı çəkilən əsəri, s.249-252. 
2
H.F.Dits  adı  çəkilən  əsərində  (II,  s.416-417)  yunanların  bu  hekayəni 
Şərqdən  aldıqları  fikri  üzərində  durur.  Müasir  (E.Rossinin  bu  əsəri  yazdığı 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə