Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə32/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

94 
 
manlığı qəbul etdirir. Digər düşmənlər qaçırlar. 
İmranın bu hərəkəti bütün türk və dünya hekayələrində sıx 
rast gəlinən bir üslubdadır. İmran Tanrıya yalvararaq əldə etdiyi 
güc  ilə  düşmənini  yenməsi  V  və  VII  hekayələrdə  görülən  yal-
varışları  xatırladır.  Bir  barmağını  qaldırıb  (Tanrının  birliyinə 
inanış)  müsəlmanlığı  qəbul  edən  kafir  rəqibin  «Battalnamə»-
sində, türkcə hərb ədəbiyyatında və Bizansın «Dionis Akrit»ində 
müşahidə  edilir.  Duel  əsnasında  rəqiblərin  bir-birlərindən  adla-
rını soruşmaları VIII və X hekayələrdə də görülür. 
 
X. Uşun Qoca oğlu Segrəyin hekayəsi 
Uşun Qocanın iki oğlu vardı. Böyüyü Egrək Bayındır xanın 
hüzurunda  heç  bir  şücaət  göstərmədən  və  heç  bir  şeyə  haqq 
qazanmadan şərəfli bir yerdə oturduğu üçün yoldaşlarından biri 
tərəfindən təhqir olunur. O da bir neçə bahadırı ilə birlikdə yola 
çıxdı. Lakin Əlincə qalasına yaxılaşanda düşmən tərəfindən ələ 
keçdi və əsir alındı. Kiçik qardaşı Segrək uzun zamandan sonra 
dava  edən  iki  uşağı  ayırmaq  istəyəndə  biri  ona:  əgər  cəsarətin 
varsa, get Əlincə qalasındakı qardaşını azad et. Segrək Egrəyin 
vətənə döndüyünü söyləyir. Anası bu xəbərə əvvəlcə  sevindi və 
onu  qarşılamağa  getməsini  söylədi.  Lakin  sonra  onun  qardaşı-
nının taleyini öyrənmək və onu azad etmək üçün qalaya getmək 
məqsədilə  yalan  söylədiyini  anlayanda  onu  bu  fukrindən  vaz 
keçirməyə çalışdı. Segrək ana, ata və nişanlısının yalvarmalarına 
məhəl  qoymayaraq  yola  çıxdı.  Qardaşının  həbs  edildiyi  qalaya 
gəldi. Üç gün, üç gecə  yol gəlməkdən  yorulan gənc Segrək atı-
nın  yüyəninə  sarılaraq  yatdı.  Bunu  öyrənən  kafirlər  onu  yaxa-
lamağa  çalışdılar.  Lakin  Segrəyin  atı  iki  dəfə  onu  zamanında 
oyandıraraq düşmənlərinə qalib gəlməsinə səbəb oldu. Hər səfə-
rində  də  Segrək  yenidən  yatdı.  Üçüncü  dəfə  düşmənlər  Egrəyi 
bu igid  bahadırı  ələ keçirmək üçün ortaya çıxardılar. Egrək yat-
maqda  olan  gənci  (bu  zaman  atının  yüyəni  boşalaraq  uzaqlaş-
mışdı)  gördü  və  səsləndi.  Oyandırdıqdan  sonra  kim  olduğunu 


95 
 
öyrəndi.  İki  qardaş  birləşərək  düşmənə  hücum  etdilər  və  qalib 
gəldilər. İkisi birlikdə yurdlarına geri döndülər. 
Hekayədəki iki qardaş motifi bütün dünya folklorunda geniş 
yayılmışdır.  Yalnız  türk  folklorşünaslığını  göz  önünə  gətirsək, 
deyə  bilərik  ki,  Rubenlə  razılaşırıq  (s.260):  Radlovda  (c.II, 
s.687) və Şiefnerdə də eyni hekayələr (4 və 11) vardır. Nəticədə 
qardaşını azad edən qardaş motivi atasını azad edən övlad moti-
vindən  o  qədər  də  fərqli  deyil.  Onsuz  da  biz  də  VII  hekayənin 
təfsirini  verərkən  bir  məşhur  Bizans  nümunəsi  vermişdik.  Eyni 
zamanda I və XI hekayələrə baxın. 
 
XI. Salur Qazanın əsir götürülməsi və oğlu Uruzun onu 
azad etməsinin hekayəsi 
Salur Qazan bir şahin ilə ova çıxdı. Şahin Tomanin qalasına 
qondu.  Onu  izləyən  Qazan  kafirlərin  toprağına  daxil  oldu.  Yo-
rulduğu  üçün  qalanın  yaxınlığında  yatıb  qaldı.  Dərhal  da  ələ 
keçdi və bir quyuda həbs edildi. Təkfurun arvadı əsirin vəziyyəti 
ilə maraqlanmaq istəyir və eşidir ki, Təkfurun ailəsindən ölmüş 
olanlara ata minən kimi minir. Bundan sonra əsirin oradan çıxa-
rılmasını  və  bu  təhqiredici  vəziyyətin  qarşısını  almaq  istəyir. 
Təkfur Qazanı çağırır və ailəsini mədh etməsini, oğuzları təhqir 
etməsini  və  bir  daha  düşmənlik  etməmək  üçün  and  içib  oradan 
çıxıb  getməsini  istəyir.  Qazan  isə  tərs  və  səhv  hərəkət  edir. 
Oğuzları mədh edir və Təkfur ilə ailəsini təhqir edir. 
Bu  zaman  Qazanın  oğlu  Uruz  böyümüşdü.  Atasının  əsir 
edildiyini öyrənir. Oğuz əsgərləri ilə düşmənə hücum edir. Möh-
kəm kilsə olan Ayasofyanı ələ keçirir və Tomaninə doğru yürüşə 
başlayır. Vəziyyəti belə görən Təkfur Qazanı çağırır və onu düş-
mənin  ordusunu  məğlub  etməyə  vadar  edir.  Əgər  qalib  gəlsə, 
azad olacaqdır. 
Meydana çıxan Qazan bir çox oğuz igidini məğlub edir. Son-
da oğlu Uruz ilə döyüşür və yaralanır. Qazan qarşısındakının üzü-
nə  baxanda  oğlunu  tanıyır.  Qucaqlaşırlar,  birlikdə  kafirləri  məğ-


96 
 
lub edirlər. Kilsənin yerinə bir məscid tikib bayram edirlər. 
Əsir  götürülmüş  atasını  azad  edən  oğul  (oğlunu  azad  edən 
ata  və  ya  qardaşı  azad  edən  qardaş  kimi)  motivinə  bu  hekayə-
lərdə sıx rast gəlinir (I, II, IV, VII, X). VII hikayədə dolayı yolla 
bir Bizans dastanında da açıq şəkildə görünən bənzərlikdən bəhs 
etmişdik.  Ruben  (s.260)  Qara  qırğızlar  arasındakı  uzun  epik 
poemadakı bir çox bənzərliklərə işarə edir
1
.
 
Burada da ata bir şa-
hini  izləyərkən  düşmənin  əlinə  keçir.  Ata  ilə  oğul  duel  zamanı 
tanış olurlar. 
 
XII. Daş oğuzların üsyanı və Beyrəyin ölümünün hekayəsi 
Qazan  hər  üç  ildə  bir  İç  və  Daş  Oğuzları  toplayaraq  evini 
yağmaladırdı. Bir dəfə bu yağmalamaya yalnız İç Oğuzlar qatıl-
dılar. Daş oğuzlar da xanları Uruz Qoca ilə birlikdə Qazan bəyə 
qarşı etiraz etdiklərini bildirdilər. Qazanın məsləhətləşmək üçün 
yolladığı şəxs üsyan xəbərinin doğru olduğunu söylədi. 
Uruz  Qoca  bütün  Daş  Oğuz  bəylərini  topladı.  Hadisəni  və 
alınan qərarı açıqladı. Bəylər də onunla birlik oldular və düşmə-
nə qarşı mücadilə edəcəklərinə dair Qurana əl basdılar. 
Bütün oğuzların ən igidi olan Beyrək yurdunda idi. Qazan-
dan iltifat görmüş və onun etibarlı vəziri olmuşdu. Eyni zaman-
da Uruz Qocanın qızını alaraq onunla qohum olmuşdu. Uruz Qo-
ca onu çağırır və sədaqət andı içməsini istəyir. Beyrək isə Qazana 
qarşı  borclu olduğu,  hörmət  və  sədaqətə  xəyanət etməmək  üçün 
bu çağırışı rədd etdi. Uruz Qoca da onu ölümcül yaraladı. 
Qan  içində  qalan  Beyrək  alplarından rica  edərək  Qazana  in-
tiqamını  alması  üçün  xəbər  göndərdi.  Alplar  Qazanın  hüzuruna 
gedirlər. Qısa sürən bir tərəddüddən sonra Qazan və ona bağlı olan 
İç Oğuzlar birdən Daş Oğuzlara qarşı hücuma keçirlər. Uruz Qoca 
öldürülür və digər bəylər də itaət etdikdən sonra əfv edilirlər. 
Bu  hekayə  hislərin ucalığı  və  mövzunun canlılığı  baxımın-
dan  ən  maraqlısı,  eyni  zamanda  ev  yağmalaması  və  xanın  yur-
                                                
1
 W. Radloff, Proben, çeviri V, s. 372-520. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə