142
«Nicə cahillər səni gökdə arar, yerdə istər,
Sən hod müminler könlidesin».
(Bəzi cahillər səni göydə arar, yerdə istər.
Sən inanc sahibi olanların könlündəsən)
1
.
Oğuz bəylərinin ibadət üçün səcdəyə getmək əvəzinə, üz-
lərini yuxarı qaldırmaları açıq-aşkar onların Gök Tanrıya xitab
etdiklərini göstərir
2
. Mətnin ən gözəl ifadələrindən biri olan
«Sən gedəli ağlamağum gökdə ikən yerə endi»
3
çoxtanrılı oğuz-
namədəki bu izaha bənzəmirmi? Ağacdan doğan və oğuzun gə-
ləcəkdəki ilk həyat yoldaşı olacaq qızın göz yaşları Gök Tenq-
rinin öz göz yaşlarıdır
4
.
Əsərin içinə girdikcə Tanrının və göyün çulğlaşması aydın-
laşır və xəbər almaq istəyən bir insanın sözlərində açıq-aşkar
özünü büruzə verir: «Yolunun üzərində suya rast gələndə belə
der: Şu Haqq dizarung görmişdur, ben bu su ilə xəbərləşəyim
(Bu su Tanrının üzünü görmüşdür, bu su ilə danışım)
5
. E.Ros-
sinin
6
göstərdiyi kimi, bu ifadə göyün sular üzərində yansıma-
sını ehtiva edir. Burada kahinliklə bağlı bir mətn haqqında danı-
şıldığından bu ifadə, eyni zamanda gələcəyi görmək üçün vasitə
olan bir aynanın şaman funksiyalarını əks etdirir. Bununla mət-
nin yuxu yozan tərəfindən yuxunun tam yozulmadığını və «Al-
lah yozsun»
7
(«Allah xeyrə yozsun» – Q.Şəhriyar) dediyi bölüm
bölüm arasında bənzərlik yarada bilərik. Burada da şaman
üsuluna müraciət edildiyinin şahidi oluruq: ənənəni öyrənmək
üçün şaman göyə səyahət edir, çünki hər şeyin sirri Ondadır:
1
Ergin, s. 180; Rossi, s. 177
2
Ergin, s. 117; Rossi, s. 113
3
Ergin, s. 171
4
Oğuznamə, 49-69-cu sətirlər. Bang ve Rahmeti, Die Legende von Og-
huz QAGHAN, Berlin, 1932; R.Nour. Oughouz name. Türk Destanı. İsken-
deriye, 1928
5
Ergin, s. 101
6
Rossi, s. 138
7
Ergin, s. 100
143
«Kitabi-Dədə Qorqud»dakı Tanrının ilahi gücü əski türk dinində
göyün sahib olduğu gücdən qaynaqlanır.
Əvvəlcə onu qeyd etmək məcburiyyətindəyik ki, «Kitabi-
Dədə Qorqud»da bir başqa məqsədlə yenidən araşdırdığımız iki
anlayış mövcuddur:
1.
Şamanın göyə səyahəti anlayışı;
2.
Tanrının yer üzünə və insanlara tədbiq etdiyi və qədim
kitabələrdəki göyün həyata keçirdiyinə bərabər olan təzyiq
anlayışı.
Göyün üst təbəqəsində bir nizamsızlığa və buranın dağılma
ehtimalına qədər gedib-çıxan bu təzyiq təbii nəticə kimi yer üzü-
nün yox olmasını da özü ilə birlikdə gətirirdi. Bu da islamdan
əvvəl türklər üçün, bir növ, qiyamət düşüncəsi yaradırdı; bu gün
də bu düşüncə məlumdur: dağların dağılması (yıkıl)
1
və yerin
yarılması (yer obrıldı)
2
kimi cümlələrlə ifadə edilir.
Göyə ox atan Nemruddan bəhs edən misralar açıq-aydın
Qurandan və islam ənənələrindən yararlanaraq yazılmışdır
3
. La-
kin türklərin işğal etdikləri ölkələrin ənənə və inanclarına uyğun
gələn mədəniyyətlərindən çox şey götürmələri ümumi qayda ki-
mi görünür. «Kitabi-Dədə Qorqud»da, Polifem, Siklop
4
və ya
Admetdə
5
bunun xarakterik nümunələrinin şahidi oluruq. Hal-
buki oxun hələ açıqlanmayan çox zəngin simvolik bir mənası
vardır; xüsusilə də bəzən müəyyən məqsədlərlə ox atılır. Ən qə-
dim dövrlərdən bəri və bəlkə də, çinlilərin təsiri ilə Orta Asya
köçəri tayfaları kimə qarşı hiddətləndiklərini belə bilmədən göyə
doğru ox atmağı sevirdilər. Bir tərəfdən ildırıma yetişmək və
onu məhv etmək üçün buludlara doğru ox atır, digər tərəfdən də
1
Ergin, s. 150-170, 227 v.s.
2
Ergin, s. 91
3
Ergin, s. 204-205. Ətraflı məlumat üçün bax: Kur'an, II, 260, XXI,69;
E.I's.v. Nemrud.
4
Ergin, s. 207; Rossi, ətraflı məlumat üçün bax: C.S.Mundy. Polyphe-
mus and Tepegöz, 1350 AS,1956, XVIII-2, s. 279-302
5
Ergin, s. 177; Rossi, s. 175
144
göyü savaş niyyəti ilə deyil, ona çatmaq məqsədi ilə nişan alır-
dılar: Burada ox artıq bir döyüş deyil, ünsiyyət vasitəsi idi.
Şeirlərin birində haqqında çoxlu təriflər söylənilən bir şah
qartalın Qadir Ulu Tanrının yanında uçduğundan bəhs edilir
1
.
Həqiqətən də, müsəlman sufizmi bu faktı gözardı etmir və buna
xüsusilə «Həqiqət ardıcılları»nda («Les Fidèles de Veritè») çox
sıx rast gəlirik
2
. Bununla birlikdə türklərin bunu kürdlərdən və
ya haqq məzhəblərin xaricində başqa bir icmalardan aldığını
düşünürük, lakin bunu onların islamdan əvvəlki təsvirlərində
müşahidə edirik; Əhli Haqq kürdlərlə Sibir və Monqolustan
qədim türk dünyası arasındakı düşüncə ortaqlığı, həqiqətən də,
hər ikisinin ortaq qaynaqdan yararlandığı nəticəsinə gələ biləcək
qədər böyükdür.
Gök Tanrının Allah kəlməsinin təsirindəki şəffaflığında əv-
vəl gördüyümüz «görklü» (gözəl) sifətinin istifadəsi daha çox
aydınlıq gətirir. Bunun köçəri türklərin müqəddəs göy qübbəsi
altında hiss etdikləri estetik duyğunu ifadə etdiyini qəbul etmək
çətindir. Rossi qeydlərində bu «gözəl» sifətinin Məhəmmədə də
verildiyini söyləyir
3
; bu nüans, əgər qəbul etsək, şərhlərimizdə
çiyinlərimizdən böyük bir yükü qaldıracaqdır. Həqiqətdə kita-
bın, Osmanlıların qeydlərindən aydın olduğu kimi, daha əvvəlki
ilk səhifələrində yazıçı gözəl hesab etdiyi bir çox şeyi dilə gə-
tirir, bunlar arasında başda üstümüzdə olan Tanrı ifadəsi, Mə-
həmmədin, bir çox islam böyüyünün və bir çox müqəddəs yerin
adları vardır. Lakin daha sonra ifadələr ayrı-ayrı olduğu halda,
Tanrı yenidən görklü olaraq qarşımıza çıxır; bunun müqabilində
Peyğəmbərdən bəhs etmək istəndiyi zaman çoxsistemli şəkildə
1
Ergin, s. 192
2
M.Mokri. Le Chasseur de Dieu et la mythe du Roi – Aigle.
Wiesbaden, 1969, s. 23
3
Rossi, s. 41
Dostları ilə paylaş: |