148
İnsan tipinin mənşəyi ilə deyil, insanın doğuluşu ilə bağlı
anlayışlar daha qarışıqdır. Bunları Tanrının razılığı və müxtəlif
səbəblərdən və xüsusilə insan oğlunun sözlərinə cavab olaraq
sıx müşahidə olunan narazılıq nöqteyi-nəzərindən müzakirə
edəcəyik:
Hak-Taâlâ Domrulung sözi xoş gəlmədi (Tanrı Domrulun
sözlərindən xoşlanmadı)
1
.
Allah Taâlâya Dəli Domrulun burada sözi xoş gəldi (Allah
burada Dəli Domrulun sözlərindən xoşlandı)
2
.
Həqiqətən də, Tanrının narazılığının, xüsusilə söhbət övladı
olmayan insanlardan gedəndə, özünü göstərməsi diqqəti cəlb
edir. Hökmdarın özü də məmnun deyil, biz bu mühakimə para-
lelliyində şahzadənin gəldiyi, bənzəri olduğu varlığın fıkirləri ilə
hər zaman harmoniya içərisində olması şəklindəki qədim inan-
cın əksini görürük.
Oglı kız olmayan Allah Taâlâ kargayupdur
(Oğlu-qızı olmayanı Allah qarğıyıbdır)
3
.
Orlaçum yok (...) Allah Taâlâ məni kargayupdur.
(Oğlum yoxdur (...) Allah məni qarğıyıbdır)
4
.
Halbuki insan övladı olmadığı və bundan şikayətləndiyi za-
man Tanrını günahlandırır:
Tenqri Taâlâ bizə bir oğul verməz nədəndür.
(Tanrı bizə niyə bir oğul vermədi?)
5
.
Övlad sahibi olmaq istədiyi və ya bunu dostlarından biri
üçün dilədiyi zaman Ona müraciət edir:
Ola kim bir ağzı dualınung alkısıylə tenqri bizə bir batman
ayal verə (Ola ki, Tanrı bizə bir ağzı uğurlunun (ağzı dualının –
Q.Şəhriyar) razılığı ilə oğul-uşaq verir)
6
.
1
Ergin, s. 177
2
Ergin, s. 180. Ətraflı məlumat üçün bax: Avec Hag, s. 184, eyni mətn.
3
Ergin, s. 78-79
4
Ergin, s. 116. Ətraflı məlumat üçün bax: s. 80
5
Ergin, s. 80
6
Ergin, s. 81
149
Allah Taâlâ sana bir oğul versün (Allah sənə bir oğul
versin)
1
.
Allah Taâlâ mana da bir kız verə (Allah mənə də bir qız
versin)
2
.
Nəhayət, uşaq olduğu zaman bu xoşbəxt hadisə Ona aid
edilir:
Allah-Taâlâ Bay Pürə bəgə bir oğul, Bay Bisən bəgə bir qız
verdi (Allah Bay Pürə bəyə bir oğul, Bay Biçən bəyə bir qız
verdi)
3
.
Ziddiyyət bizi çaşdırmamalıdır. Övladsızlığın necə sona
yetdiyini və Allah övlad verdiyi zaman bütövlükdə nə verdiyini
araşdırmaq daha əhəmiyyətlidir. Mətn məhsuldarlığın səbəbləri
və dolayısıyla insan soyu mövzusu ilə olduqca zəngindir və
bunlar haqqında önə sürdüyü şeylər hələ də geniş şəkildə əski
türk inanclarına bağlıdır. Burada bizi mövzudan uzaqlaşdıra
bilən insanın heyvanlarla bağlı soy zənciri üzərində danışmaya-
cağıq, lakin sadəcə uşaqsız evlərdə icra olunan ayinlərdən bəhs
edəcəyik. Tanrı tərəfindən lənətlənən ər-arvad baş-başa verir.
Qadın ərinə deyir:
Aç görsəng toyurgıl, yalınçak gürsəng tonatgıl.
(Ac görsən, doyur, çılpaq görsən, geyindir)
4
.
Sonra böyük bir ziyafət verilir və bu ziyafət dövründə evin
xanımı hamilə qalır.
«Kitabi-Dədə Qorqud»dakı duaların birində qadının ərindən
istədiyini – Tanrının onun canını almaq istəyi, lakin onu vermə-
mək üçün mücadilə edən bir adam tərəfindən dilə gətirilməsidir.
Bu halda ömrün uzadılmasının yenidən doğuşu tələb etdiyi
düşünülə bilər (şamanizmdəki bu ömrün yenilənməsi ayinlərini
bilirik). Tanrının insana bəxş etdiyi zaman tükənir, ona yeni bir
1
Ergin, s. 117
2
İbid.
3
İbid, ətraflı məlumat üçün bax: s. 121
4
Ergin, s. 81
150
zaman daha verilməlidir. Burada zaman adlandırdığımız şey
göydən gələn bir ömür hədiyyəsi, yəni «qut»dur. Bu, insanın
içərisinə yerləşir və günün birində tükənir, onsuz həyat mümkün
deyil, lakin ən azından bəzi vəziyyətlərdə yenilənə bilir: İrk Bi-
tigdə bir quş, bir geyik və bir oğlan Tenqrinin onlara qut ver-
məsi ilə ölümdən qurtulurlar; bir-birlərini təbrik edib sevinirlər
1
;
yerdə sürünən və qut üçün yalvaran bir adam onu Tenqridən alır
və ömrü uzanır
2
.
Mətninizdə Tanrı tərəfindən bəhs edilən «qut»un müəyyən
bir tərifi olmasa da, bunun mövcud olduğunun izlərini «qutlu ol-
sun» ifadəsində görürük; bunu günümüzdə «xoşbəxt olsun» şək-
lində tərcümə etməyə çalışsaq belə, əsas istifadə edildiyi dövrdə-
ki etimoloji mənasını daha üstün tutmalıyıq
3
.
Əski türk sivilizasiyasında Tanrının başqa bir lütfu olan
«ülüg»ün də tapılmasına baxmayaraq, islamın Tanrıdan gələn
bir yardım
4
, bir lütf
5
olaraq gördüyü şeydə və ya insanın xoş-
bəxtliyi üçün lazım olduğuna baxmayaraq, nə olduğu aydın
olmayan «lütf»də ala biləcəyimiz qarşılıq, bəlkə də, yenə qut
olmalıdır:
Qadir Tenqri verməyincə ər bayımaz (Qüdrətli Tanrı ver-
məyincə, insan zəngin olmaz)
6
.
İslamlaşma Dədə Qorquda canı insana Allahın verdiyini
söylədir. Bəzən bu mövzu ilə bağlı sual da verə bilər:
Ya pəs can veran, can alan Allah-Taâlâmıdır? (Canı verən
və alan Allahdırmı?)
7
. Kitabın bir hissəsində başqa bir termin
önə çıxır
8
: yaş. Şamanizmin də qəbul etdiyi kimi, başqa bir can
1
H.N.Orkun. Eski Türk. cilt II, s. 76
2
Ibid, cilt II, s. 85
3
Ergin, s. 121, 145
4
Ergin, s. 187
5
Ergin, s. 194
6
Ergin, s. 73
7
Ergin, s. 179
8
Məsələn, Ergin, s. l79
Dostları ilə paylaş: |