203
Türkiyədə isə ilk dəfə Müəllim Rifət əsəri ərəb hərfləri ilə
1916-cı ildə İstanbulda yayınladı. Türk alimi Orxan Şaiq Gök-
yay düzəldilmiş tam mətnini 1938-ci ildə yayınladı. Eyni ildə
Bakıda (Əmin Abid tərəfindən – Q.Şəhriyar) latın hərfləri ilə bir
başqa nəşri yayınlandı.
1952-ci ildə italyan şərqşünası professor Rossi Vatikanda
bu əsərin başqa bir əlyazmasını tapdı və elə həmin il də bir giriş
yazısı ilə yayınladı. Daha sonra Məhərrəm Ergin əsəri redaktə
ilə Ankarada 1956-cı ildə nəşr etdirdi. Son zamanlarda Orxan
Şaiq Gökyay tərəfindən bu sahədə elmi və olduqca geniş bir əsər
işıq üzü gördü. Əsər şərhlər və izahlarla, eyni zamanda sözlər,
deyimlər və adların siyahısını, «Dədə Qorqud kitabı»nın təsirin-
də yaranan şifahi əfsanələrini və «Dədə Qorqud» haqqındakı
araşdırmalarının xülasələrini əks etdirməklə yanaşı, min səhi-
fədən çox və keyfiyyətli nəşrlə yayınlandı
1
.
Son illərdə biri Amerikada, digəri İngiltərədə olmaqla əsərin
iki ingilis dilində tərcüməsi də işıq üzü gördü
2
. Bu yayınların
nəticəsində tədqiqatçıların diqqəti Azərbaycanın zəngin folklor
və mədəniyyət xəzinəsinə yönəldi.
Bu əsərləri araşdıranlar Dədə Qorqudun tarixi şəxsiyyəti,
dastanların məzmunu və bu qədim əsərin tarixi və mədəni əhə-
miyyəti, dil və yazı üslubu haqqında çox geniş araşdırmalara baş-
ladılar. Məsələn, məşhur rus şərqşünası Bartold gənclik illərindən
ömrünün son günlərinə qədər bütün zamanını bu əsəri araş-
dırmağa həsr etmişdir. Hadisələrin cərəyan etdiyi coğrafiyanın
Azərbaycandan başqa bir yer olmayacağını ilk söyləyən də məhz
Bartold idi. Daha sonrakı araşdırmalar da bu faktı təsdiqlədi.
Azərbaycan (tarixi) coğrafiyasındakı Gəncə, Bərdə, Dər-
bənd, Şərur, Əlincə çayı, Əlincə qalası, Şam dərəsi, Göyçə gölü
və s. kimi yer adları dəfələrlə bu əsərdə təkrar edilmişdir. Hadi-
1
Orhan Şaik Gökyaya. Dedem Korkut’un Kitabı. İstanbul, 1973
2
Birinci kitab Faruk Sümər və iki amerikalı yardımçısı tərəfindən, ikin-
ci kitab isə “Penguen yayınları» tərəfindən yayınlandı.
204
sələr bu yerlərdə cərəyan edir. Dastan qəhrəmanları isə erməni-
lər, gürcülər, abxazlar və talışlarla qonşudurlar.
Orta əsr səyyahları da Azərbaycan mədəniyyətindən söz
edərkən bu cür xalq qəhrəmanlıq abidələrinə istinad etmişlər.
Məsələn, Övliya Çələbi «Səyahatnamə»sində Dədə Qorqudun
məzarını Dərbənddə gördüyünü söyləyir. Şirvanşahlar bu məza-
ra qarşı böyük hörmət və ehtiram bəsləyirlər
1
. Və ya 1638-ci il-
də Şərqi səyahət edən Adam Oleari «Qazan xan və həyat yoldaşı
Burla xatunun məzarını və Dədə Qorqudun məzarını Dərbənddə
ziyarət etdim» deyə yazır.
Hekayələrin söyləmə şəkli də, yazı üslubu da Azərbaycan
dilindədir. «Kitab»ın mətnində istifadə olunan bir çox kəlmə,
deyim hələ də Azərbaycan xalqının dilində dolaşır. Türk dili təd-
qiqatlarında bu deyimlər «Azərbaycana xas deyimlər» adlanır.
Yəni digər türk dilində danışan bölgələrdə bu deyimlərdən isti-
fadə olunmur. Məsələn, tipik Azərbaycan ləhcəsinə aid «sillə»,
«bələmək», «səksənmək» kimi sözlər bu «Kitab»da işlədilmişdir.
Ümumiyyətlə, əsər söz dağarcığı, qrammatik quruluşu və de-
yimlər baxımından türk dilinin digər ləhcələrindən daha çox
Azərbaycan ləhcəsinə yaxındır. Türkiyədə yayınlanan bütün
nəşrlərdə hər üç ifadə yanlış anlaşılmışdır. Yəni «bələmək» –
«uşağın bələyini bələmək» ifadəsini «Dədə Qorqud»u ilk nəşr
edən Müəllim Rifət «bəlmək» kimi göstərmiş və mənasını başa
düşməmişdir. Türkmənlər isə bu ifadənin qarşılığı kimi «kanda-
mak» sözünü istifadə etmişlər. «Sillə» sözü əvəzinə isə «şapalaq»
ifadəsindən istifadə edirlər. Eyni zamanda türk alimləri «diksin-
mək», «ürpərmək» ilə eyni mənanı daşıyan «səksənmək» sözünün
anlamını başa düşmədiklərindən bu sözlərin qarşılığında qəribə
anlamlar vermişdilər. Məsələn, «qarmalamaq» sözünü «qaranlıq-
da sağa-sola hərəkət etmək» kimi göstərmişlər. Halbuki türk
alimlərinin düzgün məna verə bilmədikləri bu sözləri azərbay-
canlılar gündəlik həyatda istifadə edirlər. Hekayələrdə quruluş
1
Evliya Çelebi. Seyahatnâme. C. 10, İstanbul, Hicri 1314/1936.
205
baxımından hadisələrin açıqlanması və ötürülməsi nəsr şəklində
və qəhrəmanların dialoqları isə şeir şəklində və mənzumdur. Bu
quruluşa Azərbaycan şifahi xalq ədəbiyyatında «dastan» deyilir.
Fars dilində də «mənzumə» deyilir.
Azərbaycan dastanları əslində bir növ xalq romanlarıdırlar.
Aşıqlar və ozanlar tərəfindən yaradılan bu dastanlar həcm və ge-
niş ərazilərə yayılması baxımından çox ciddi əhəmiyyət daşıyır.
Aşıqlar bu dastanların nəsr hissələrini nəql edib mənzum parçaları
isə müxtəlif aşıq havaları ilə söyləyirlər. Hər iki bölüm bir-birinə
bağlıdır. Nəzm parçaları qoşma, gəraylı, bayatılardan ibarət olur-
lar. Əsasən dastan qəhrəmanların daxili iztirab və həyəcanlarını
əks etdirən bu mənzum parçalar lirik poeziya xüsusiyyətinə sa-
hibdirlər. Belə ki, ara-sıra «sözlə söyləmək olmaz, sazla anlatmaq
gərək» və ya «o aldı söylədi», yaxud da «aldı görəlim nə cavab
verdi, mən söyləyim, siz dinləyin» kimi ifadələrə rast gəlirik.
Qrammatika baxımından dilin ən ibtidai şəklini əks etdirən
nəsr parçaları belə bu əsərlərdə ən gözəl ifadələr və şirin təşbeh-
lərlə qarşımıza çıxır. Aşıqlar burada xalq dilinin zəngin söz da-
ğarcığından bacardıqları qədər faydalanıb ifadə və qafiyələri sıra
ilə dastanlarında istifadə edirlər. Məsələn, «dənizlər mürəkkəb,
meşələr qələm olsaydı belə, onun mal varlığını qeyd etməyə
yetməzdi», ya da «özünü yeddi qələm bəzəyib onun qarşısında
parlayan on dörd gecəlik ay kimi durdu» və ya «Tanrı gözəllik
verəndə comərdlik etmiş və ilk cizgini bu qıza bəxş etmişdir»
yaxud «yuxarıdan geyinib ayaqdan kilidlədi və ayaq ucundan
geyinib yuxarısını kilidlədi» və s. kimi.
Dastanlar xalqın şənlik məclislərində söylənirdi. Məsələn,
toy mərasimləri bir neçə gecə öncədən başlanırdı. Bəzi aşıqlar
hər hansı bir dastanı bir neçə gün boyunca anlada bilirlər. Bə-
ziləri isə dastanı həftələr, hətta aylarca uzada bilirlər. Aşıq dasta-
nın uzandığını, başqa sözlə desək, dinləyənlərin yorulduğunu
hiss edərsə, dastanın arasına «qaravəlli» adlanan qısa komik he-
kayələr və şənləndirici türkülər əlavə edir.
Dostları ilə paylaş: |