206
Aşıqlar bir mövzudan başqasına keçərkən dastan söyləyici-
liyi ənənəsinin ustalıqla keçiş formulundan yararlanırlar. Adətən
dinləyicilərin diqqətini çəkmək üçün hər hansı bir hadisəni bitir-
mədən başqa bir hadisəyə keçiş etmək istərkən, məsələn, «indi
Arzunu tat evində buraxaq, xanın yanına şikayətə gedən Qəm-
bərdən dinləyəlim» və ya «dəlilər zindanda dursun, biz kimdən
xəbər verəlim, Çamlıbeldəki Koroğludan» və s. kimi keçiş qəlib-
lərindən ustalıqla istifadə edirlər.
Müasir folklorçular Azərbaycan dastanlarını iki növə ayı-
rırlar: qəhrəmanlıq və məhəbbət dastanları. Qəhrəmanlıq dastan-
larından «Koroğlu», «Qaçaq Nəbi», «Qaçaq Kərəm», «Səttarxan»
və s.-nin adını çəkmək olar. Bu kimi dastanlar tarix boyunca
xalqın haqqını qorumaq uğrundakı mücadilələrini təsvir etmişlər.
Bunlardan bəziləri, məsələn, «Koroğlu» dastanı kimi bəşəriyyətin
çox əhəmiyyətli mədəni dəyərləri arasında yerini almışdır.
Azərbaycan folklorunun böyük hissəsini təşkil edən, eyni
zamanda ən böyük və daha geniş ərazidə yayılan dastanlar içə-
risində lirik və məhəbbət dastanlarından bəhs edə bilərik. Bu tip
dastanlar qəhrəmanlıq dastanlarının əksinə bu torpaqların sülh
və sükunət dövrünün əsərləridir. Dastanların qəhrəmanları eşq,
sevgi, sədaqət, vəfanın elçiləri olmuşdular.
Bu dastanlarda hər zaman iki qəhrəman vardır: aşiq və mə-
şuq. Onların əsas quruluşunu iki aşiqin bir-birinə qovuşmaq
üçün verdikləri mücadiləsi və vüsal badəsini içmələri və ya qo-
vuşa bilməmələrinin kədərli hekayələri təşkil edir. Müasir folk-
lorşünas Məhəmmədhüseyn Təhmasibə görə, lirik/məhəbbət
dastanları aşağıda göstərilən üç bölümdən ibarət ola bilər:
1)
Baş qəhrəmanın doğulub böyüməsi;
2)
Aşiq olması və macəraların başlanması;
3)
İnkişaf, dastanda hüzn və ya xoşbəxtliyin zirvəsi.
Bu dastanlar adətən xalqın müxtəlif dövrlərdəki həyat tərzi və
dünyanı qavramalarına görə yenidən şəkillənir və bitir. Xalq üslu-
bunda yaradılmış bu əsərlərin hər biri cəmiyyətin arzu və düşüncə-
207
lərini əks etdirib. Qəhrəmanın başına gələn bütün bəlalar və çəkdiyi
sıxıntılar əslində cəmiyyətin üz-üzə qaldığı sıxıntılara ayna tutur.
Hətta qəhrəmanın adı belə bəla və sıxıntılara uyğun olaraq dəyişə
bilir. Belə ki, Mahmud Kərəm adını və ya Rəsul Qərib adını alır.
Bir çox romantik məhəbbət dastanında qəhrəman sevgilisinə
qovuşur: Getdiyi yol qarşılaşdığı bütün maneələri ortadan qal-
dırıb məşuqəsini də götürüb məmləkətinə geri qayıdır. Məsələn,
«Aşıq Abbas və Gülgəz Pəri», «Şah İsmayıl», «Əlixan və Pəri
xanım» və s. məhəbbət hekayələri də bu qəbildəndir.
«Arzu və Qəmbər» kimi hekayələrdə isə qəhrəman ayrılıq
dərdinə sonsuza qədər mübtəla olur. Bu növ hekayələrin sonunun
kədərlə bitməsinin səbəbi bu torpaqlardakı xalqların müxtəlif
dövrlərdəki ağır həyat şərtləri və cəmiyyətin keçirdiyi travmalar
və sıxıntılardır. Dinləyiciləri hüznləndirən bu cür kədərli heka-
yələr zamanla böyük dramlara çevriləcək qədər yanıqlı ağıların
ortaya çıxmasına səbəb olur. Bu cür hekayələrdə mücərrəd xüra-
fat tipi düşüncələrlə yanaşı, dünyanın etibarsızlığı və gözəllərin
vəfasızlığı, dünya nemətlərinə çox etibar olunmasına və s., xalqın
dünyaya və yaşama dair fəlsəfi, ictimai fikirləri gözə çarpmaqda,
o insanların istək, təmənniləri və yaşayış şəkillərini əks etdirir.
Bu hekayələrin ortaq tərəfi qəhrəmanların vüsala çatmaq
üçün qarşılarına çıxan maneələrlə mücadiləsidir. Ümumiyyətlə,
bu cür mücadilələrdə qəhrəmanın güvəndiyi yeganə şey özünün
və dünyanın maddi gücüdür. Pis güclərlə qarşılaşma, yolda rast
gəldiyi quldurlar, hətta hökmdarların ordularına qarşı çıxıb bu
güclərlə mübarizədə qalib gələrək sevgilisini onların əsirliyindən
azad etməsi hekayələrin əsas mövzusudur. Bir çox başqa heka-
yələrdə isə, məsələn, «Aşıq Qərib», «Abbas və Gülgəz», «Aşıq
Qurbani» və s. bu kimi hekayələrdə qəhrəman saz və söz ustadıdır
və aşıqlıq sənəti ilə mücadiləyə gedir. Bəzən aşığın özünün aşıqlıq
sənəti və ustalığını nümayiş etdirməsindən irəli gələn bu cür heka-
yələrdə qəhrəmanın qarşısındakı şər və bədxahlığın təmsilçisi olan
da elə məhz aşıqlıq sənətinə sahib biridir. Qəhrəman onunla yarışır.
208
Başqa sözlə, deyişir. Sonda ona qalib gələn qəhrəman sazını öpüb
sinəsinə basır. Beləliklə, qəhrəman vüsala qovuşur. Aşıq Abbas
sevgilisi Gülgəz Pərinin Şah Abbasın sarayına zorla cariyə veril-
məsinin ardından yalnız sazını götürüb Tufarqandan (bugünkü
Azərşəhr) İsfahana gedib onunla aşıq üslubunda deyişir.
Bəzən də bu cür hekayələrdə bilinməyən fövqəladə güclərin
gəlib qəhrəmana yardım etdiyini görürük. Məsələn, «Aşıq Qərib»
hekayəsində kimsənin qırx gündə gedə bilmədiyi məsafəni Xı-
zırın yardımı ilə hekayənin qəhrəmanı üç gündə gedir və onu
məmləkətinə çatdırır. «Şah İsmayıl və Gülzar» hekayəsində qəh-
rəmanın gözləri açılır və ya «Aşıq Qurbani» hekayəsində qəh-
rəman ölümün pəncəsindən fövqəltəbii varlıqların sayəsində azad
olur. Bu güclər daha çox insanların qədim zamanlardan və ibtidai
inanclarından bəhrələndikləri Azərbaycan əfsanələrinin xüsusiy-
yətləridirlər. Ancaq belə vəziyyətlər hekayələrin əsl süjet xəttini
təşkil etmir. Hətta bir çox yerdə bu cür fövqəltəbii hadisələrə
maddi həyəcan və görünüş də verilir. Belə ki, «Arzu və Qəmbər»
dastanında Qəmbərin etdiyi qarğışların belə ruhani və ya meta-
fizik güclərdən ziyadə zülmə məruz qalmış qəhrəmanın təmiz qəl-
binin iztirab və həyəcanlarının ifadəsindən ibarətdir.
Bütün bu müxtəlifliklər əslində məhəbbət dastanlarının qəh-
rəmanlıq dastanlarından fərqli bir mücadilə anlayışına sahib oldu-
ğunu göstərir. Qəhrəmanlıq dastanlarında qəhrəman haqsızlığa
uğrayaraq zülmə məruz qalmış cəmiyyətin mənfəətləri uğrunda
zalımlara, işğallara və istilalara qarşı göstərdiyi mücadilələrdən
bəhs edilir. Yəni vətəni yad və ya yerli feodalların istilasından azad
etmək üçün fədakar mücadilələr təsvir edilir. Halbuki məhəbbət
dastanlarında siyasi və iqtisadi məsələlərin yerinə məhəbbətdən və
sevgidən söz açılır və burada vüsala yetmək üçün mücadilə edilən
güclər qara güvvələrdir. Hər nə qədər bu cür hadisələr və təsvirlər
feodal dövr Şərq cəmiyyətləri üçün xarakterik sayılsa da, «Ko-
roğlu», «Qara Məlik», «Nəbi» və ya «Şah İsmayıl-Taclı» dastan-
larında aparılan mübarizə milli mənfəətlər və vətən üçündür.
Dostları ilə paylaş: |