193
«Dəli Domrul boyu» ilə macar ballada qrupunu müqayisə etmək
kifayətdir:
1. a) Gəncin həyatı təhlükədədir.
b) Nə anadan, nə atadan yardım ala bilmir. Hər ikisi də
canlarını yeganə oğullarından çox sevirlər.
c) Sevgilisi yarının canını daha üstün tutaraq öz canını
verməyə hazırdır, qorxmazdır.
d) Olüm təhlükəsinin sonunda mükafat vardır.
2. Yuxarıda qeyd etdiklərimdən başqa, bu xüsusiyyətlər də
mövcuddur:
a) «Dəli Domrul boyu»nda gənc igid bir körpünün yanında
ölür. Təbii ki, körpü suyun sahilində olmalıdır. Macar ballada-
larında çoban da çox zaman sulu, yaş, yaşıl yerlərdə ilanla qarşı-
laşır.
b) Macar balladalarındakı təhlükə ilanın başının altından çı-
xır. Dəli Domrulun xanımının sözlərində də eyni şəkildə ilan
təsviri vardır: «Səndən sonra bir yigidi/sevüp varsam bile yat-
sam/Ala yılan olup meni soksun». Burada ilan cəzalandırma
vasitəsi kimi təqdim olunur.
3. Macar balladaları «Dəli Domrul boyu»nun dəyişməsi ilə
yaranmışdır.
a) «Dəli Domrul boyu»nda Tanrı/Allah ilə ölüm mələyi
Əzrail daha fəaldır, ən mühüm səhnə isə cənnətdir. Tanrı insana
hökm edir və hər şey O istədiyi zaman gerçəkləşir.
Macar balladalarında insanlar din barədə düşünmürlər, Tan-
rıdan söz etmirlər.
b) Dəli Domrul və xanımı Tanrının hədiyyəsi olaraq uzun
ömür müjdəsi alırlar, canlarını oğullarından daha çox sevən ana
və ata isə cəzalandırıldı, Əzrail onların canlarını aldı.
Macar balladalarında sevgini həyatlarından üstün tutan cüt-
lük sevgi və cəsarətin mükafatı olaraq qızıl, pul və digər maddi
şeylər alırlar. Ömrünü fəda etməyi gözə almayanlara hədiyyə də
verilmir.
194
Balladalar həcm etibarilə dastandan və «Dəli Domrul bo-
yu»ndan çox daha kiçikdir. Yüzillərcə söylənilən dastan mətni-
nin ən əsas misralarından ibarət daha kiçik ballada variantları
meydana çıxmışdır. Zaman ötdükcə qısaldılmış əsl mətnin mə-
nəvi dəyərləri də azalmışdır. Tanrı ilə insan arasındakı əlaqə ilə
və dinlə heç bir bağı olmayan «Sevginin sınanması» balladaları
macar, rumın, bolqar variantlarının ortaq xüsusiyyətidir.
«Dədə Qorqud kitabı» və Avrasiya ədəbiyyatı
arasında əlaqələr
H.O.Fleyşerin dastanı Drezdendə aşkar etməsindən bir az
sonra – XIX əsrdə Dits (Diez, 1815) «Der neuentdekte oughu-
zische Cyklop» adlı məqaləsində Təpəgözlə Homerin «Odis-
seya» əsərindəki Polifemi müqayisə etmiş və bu əfsanəni yunan-
lıların Şərqdən aldıqlarını iddia etmişdir. Dits Təpəgöz və Poli-
femin bənzərliklərini 10 müddəa ilə göstərmişdir. Əfsanənin
Anadoludan gəldiyini və böyük ehtimalla skit mənşəli olduğunu
meydana çıxarmışdır. Bunları Orxan Şaiq Gökyayın əsərində
oxuyuruq. Qrimm «Təpəgöz» boyunu 1852-ci ildə Polifem An-
tologiyasına daxil etmişdir. 1944-cü ildə isə V.Ruben Oğuz tari-
xi ilə bağlı 25 hekayə tədqiq etmişdir (Orhan, 1938).
«Kor edilmiş tək gözlü» adı altında təsnif edilən 11 macar
xalq nağılı mövcuddur. İndiyə qədər macar tədqiqatçıları belə
hesab edirlər ki, onlar bu mövzunu Balkanlardan, slavyan xalq-
larından götürüblər. Bu düşüncənin əsasında mövzunun antik
yunan mənşəli olması dayanır, lakin bu fakt sübut olunmayıb.
Hətta macarlar və müxtəlif türk xalqları e.ə. 600-cü ildən XVII
əsrə qədər bir-birilə sıx münasibətdə olmuşlar. Məskunlaşmadan
əvvəl Xəzər dövlətində başlayan bu münasibət macar cəmiyyəti-
nə qoşulan müxtəlif türk əsilli xalqlarla genişlənib davam etmiş-
dir. Karpat hövzəsində ən azı 128 məkan adları – kənd və şəhər
adlarında türk xalqlarının adı bu gün də qorunub saxlanılır. Bun-
lar arasında 14 Xəzər, 26 Xarəzm, 88 peçeneq əsilli adlardır
195
(söz). Bundan əlavə əlyazma mənbələrdə (məktublarda, qeyd
dəftərlərində və s.) 190 türk-peçeneq əsilli məskən adları da aş-
karlandı (György, 1977:122). Macarlar və türklər uzun müddət
bir yerdə yaşadıqları üçün macar dilində müxtəlif türk ləhcələ-
rindən (məsələn, çuvaş, İtil-bolqar, Tuna-bolqar, xəzər, oğuz,
qıpçaq, peçeneq, kuman, ən son Osmanlı və s.) alınan çoxlu say-
da türk mənşəli sözlər vardır. XVII əsrə qədər Macar xalq mədə-
niyyətinə türk mədəniyyətinin təsiri birmənalı şəkildə özünü
göstərir.
Homerin «Odisseya» əsəri ilə «Dədə Qorqud kitabı» arasın-
da bənzərlik yalnız Təpəgözlə məhdudlaşmır. Beyrəyin oğuzlara
dönüşü zamanı baş verən hadisələrə diqqətlə nəzər salsaq, Odis-
seyin evə döndüyü zaman baş verən hadisələrlə xeyli sayda or-
taq nöqtələr tapa bilərik. «Turul Gyermekei» («Toğrulun oğulla-
rı») adlı kitabımda 20 bənzərliyi müəyyənləşdirdim (Imre,
1998). Bunlardan çox əhəmiyyətli hesab etdiklərimi
nümunələrlə aşağıdakı cədvəldə cəmləşdirdim:
«Bamsı Beyrək boyun»da
Homerin «Odisseya» poemasında
Qoyun çobanları
Donuz çobanları
Çobanlardan daş toplanılır
Çobanlar daş atırlar
Daş yığırlar
Daşdan divar hörülür
Beyrək köhnə qaftan geyinir
Odissey çobandan yeni köynək və
yapıncı alır
Beyrəyi bacıları yedirir
Odisseyi çoban yedirir
Beyrək bacıları ilə çay kənarın-
da görüşür
Odisseyin evinin yanında çeşmə var
Beyrək əski dəvə dərisini geyinir Odissey əski cırıq paltarını geyinir
Onu tanımayanların məqsədidir Onu tanımayanların məqsədidir
Toy mərasimində zurnaçılar,
nağaraçılar çalırlar
Əyləncədə oxuyub rəqs edirlər
Beyrəyi tanımırlar
Odisseyi tanımırlar
Qızları narahat edir
Qadınları qovur
Sərt yayı sadəcə sahibi çəkə
bilir
Sərt yayı sadəcə sahibi çəkə bilir
Dostları ilə paylaş: |