187
verdiyi hüquqdan istifadə etməsi ilə bağlı çox gözəl nümunələr
gətirir.
Hələ 1983-cü ildə Macarıstanda beşikkərtmənin bir növün-
dən istifadə edilirdi. Daha əvvəllər – XVI-XVII əsrlərdə bu ənə-
nə böyük bəylərin ailəsi tərəfindən də icra olunurdu. Bunu yazılı
mənbələr də sübut edir (Ferenc, 1987: 7071). Ailənin qərarını
həyata keçirmək üçün bəzən tilsimdən də istifadə edilmişdir. Ni-
şanlıları eyni dayə əmizdirir və ya hər iki dayə bacı idi. İki uşağa
da qarşı-qarşıya yerləşən sobada qızardılmış kökə yedirərdilər
(Karoly, 89-99).
Bir macar xalq mahnısındakı «Sözü verdi o zamanda/Beşi-
yində salınınca... (yellənincə – Q.Şəhriyar)» sözləri beşikkərtmə
adətinə aiddir.
At və ox yarışması
At və ox yarışmasının ən gözəl nümunəsinə «Beyrək bo-
yu»nda rast gəlirik:
«...gel imdi senün-ile ava çıkalım, eger senün atun menüm
atumı kiçer-ise onun atını daha kiçersin, hem senün-ile ok ata-
lum, meni kiçer-isen anıdahı kiçersin... İkisi atlandılar, meydana
çıkdılar. At depdiler, Beyrek atı kızun atını kiçdi. Ok atdılar,
Beyrek kızun okın yardı» (Ergin, 1958: 123).
Həmin boyda Beyrək evə qayıdanda: «Gördi dügünde güye-
gü ok atar...» Qazan bəyin hüzurunda Yalançı oğlu Yaltacuk ilə
ox atma yarışına qatılan Beyrək zəfər çalır.
Macar və Hun igidlərinin at və ox yarışmasından örnək ve-
rən naməlum tarixçi «Qesta» əsərində:
«Vəzirlər hüzurunda, demək olar ki, hər gün atlanıb, qalxan
və nizə ilə döyüşdülər, o biriləri bütpərəst adətinə görə (latınca:
more paganismo), yay və ox yarışması göstərirdilər», – deyə
göstərir.
Beyrək və Banuçiçək kimi gənc oğlan və qızın ox yarışma-
larının bir növü macar xalq ənənələrində oyun olaraq yaşayır.
188
Bu, Erdeldə «xoruz atma» və ya «xoruz bayramı» adlandırılır.
XIX əsrdə oğlanlar və qızlar 2 qrupa ayrılır, qızların gözləri yay-
lıqları ilə bağlanır, bir dirəyə bağlanmış toyuğu dəyənəklə, oğ-
lanlar isə başqa bir dirəyə bağlanmış xoruzu oxla vurmağa çalı-
şırdılar. Xoruzu oxla ilk vuranın şərəfinə birlikdə «Xoruz tür-
küsü» (macarca: kakas ének) yüksək səslə söylənilirdi. Oynanıl-
dığı kəndlərdə mövcud olan bir çox türkcə adlar bu oyunun növ-
lərinin türk mənşəli olduğunu isbat edir. Türkös (1625), Turk-
falva (1336), Turkester (1540), (rumınca: Turkis), (almanca:
Türkischdorf), (latınca: Villa Turcica) və s. XIX əsrdə bu adəti
toplayan və kitabında yazan Balazs Orbana görə, «oyunun türk
rənginə şübhə yoxdur» (Balazs, VI c.: 152-157).
Buğa ilə güləş
Buğac xan buğa ilə güləşdikdən sonra «Dedem Korkut gel-
sün, bu oğlana ad kosun... babasına varsun, babasından oğlana
biglik istesün, taht ali-virsün dedilər» (Ergin, 1958: 15-17) – de-
yə göstərilir. Buna bənzər hadisələrə həm macar xalq ənənələ-
rində, həm də ədəbiyyatda rast gələ bilərik. Pasxadan yeddi həf-
tə sonra gələn Yortu (macarca: Pünkösd) bayramının qeyd olma-
sı haqqında məşhur macar yazıçısı Mor Yokai yazır: «Kral seç-
mə oyunu bayramının üçüncü günündə at yarışı keçirilir, yarışın
nəticəsi iştirakçılar tərəfındən qəbul edilməzsə, rəqiblər bir azğın
buğanı qovalayarlar».
O, bunu XIX əsrə aid romanında və ardından da 1856-cı il-
də «Vasárnapi Ujsáq»ın (türkcə «Bazar qəzeti») məqaləsində də
yazmışdır. Məşhur macar etnoqrafı Tekla Dimitri 1983-cü ildə
mövzumuzla əlaqəli yazırdı: «Buğa ilə güləşmə Müqəddəs Üç
üqnum
1
(Pünköst) bayramında həyata keçirilən kral seçkiləri
1
Üç üqnum xristianlıqda Allahın üç surətinin olması əqidəsidir. Xris-
tianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu
ağıla zidd hesab etmirlər. Xristian əqidəsinə görə, Allah birdir və sifətləri üç-
dür – Ata, Oğul və Müqəddəs Ruh – Q.Şəhriyar.
189
haqqında məlumatımız 1910-cu ilə qədər olmasına baxmayaraq,
bununla bağlı çox az məlumatımız var» (Dömötör, 1983).
Yanos Araninin məşhur «Toldi» əsərində yoxsul kəndli
gənc olan qəhrəman Toldi azğın buğanı qol gücü ilə məğlub et-
diyi üçün kral onu öz ordusuna qəbul edir. Bu əsərdə «Dədə
Qorqud kitabı»ndakı kimi, böyüklərin xidmətində 40 igid durur.
Həm türk, həm də macar ənənələrindəki «buğa ilə
güləşmə»nin kökü şaman inancı ilə bağlıdır. Macar xalq
inancları bunu sübut edir. «İnsandan daha artıq gücə sahib olan
taltos (qamın bir növü) tez-tez başqa bir taltosla qara buğa, at və
s. şəklində döyüşməlidir. Məsələn, Pişta Pezaso yeddi dəfə bir
taltos buğa ilə döyüşməli idi, o, buğanı məğlub edə bilməzdi. Bu
şəxs 20 dekabr 1939-cu ildə dünyasını dəyişmişdir» (Barna,
1979: 34-38).
Müasir dövrdə Türkiyədə buğa ilə insanların yarışmasından
xəbərim yoxdur, amma Orta Asiyadakı türklər və uyğurlar ara-
sında bu adət hələ də yaşayır.
Aşıx oyunu
«Buğac boyu»nda oxuyuruq: «Dirsə xanun oğlancuğı üç da-
hı ordu uşağı meydanda aşuk oynarlar-idi». Aşıx qoyunun bilək
sümüyüdür. Sümükdən hazırlanmış zərlə oynanılan barbut çox
qədim qumar növüdür. Milanlı yepiskop Ambrosi 385-ci ildə
yazdığı «Liber de Tobia» adlı əsərində hunlara məxsus igid oxa-
tanların aşıx oynadıqlarından bəhs etmişdir.
Macar türkoloqu Armin Vamberinin fikrincə, aşıx oyunu
oxatanların barmaqlarının çevikləşdirilməsi üçün bir vərdiş he-
sab edilirdi. Vamberi Orta Asiyada XIX əsrdə gördüyü aşıx oyu-
nunun qaydalarını da təsvir etmişdir. Oyunun şərtinə görə, nə
atacağını əvvəlcədən doğru söyləyən oyunu qazanır. Qoyunun
qol sümüyünün kəmər şəklindəki tərəfi «çekə», kəskin yanı
«alçı», düz yanı «toxan» adlanır. 4, bəzən 8 aşıxla oynanılır
(Vambery, 1885: 232).
Dostları ilə paylaş: |