Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə63/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

187 
 
verdiyi hüquqdan istifadə etməsi ilə bağlı çox gözəl nümunələr 
gətirir. 
Hələ  1983-cü  ildə  Macarıstanda  beşikkərtmənin  bir  növün-
dən istifadə edilirdi. Daha əvvəllər – XVI-XVII əsrlərdə bu ənə-
nə böyük bəylərin ailəsi tərəfindən də icra olunurdu. Bunu yazılı 
mənbələr  də  sübut  edir  (Ferenc,  1987:  7071).  Ailənin  qərarını
 
həyata keçirmək üçün bəzən tilsimdən də istifadə edilmişdir. Ni-
şanlıları eyni dayə əmizdirir və ya hər iki dayə bacı idi. İki uşağa 
da  qarşı-qarşıya  yerləşən  sobada  qızardılmış  kökə  yedirərdilər 
(Karoly, 89-99). 
Bir macar xalq mahnısındakı «Sözü verdi o zamanda/Beşi-
yində salınınca... (yellənincə – Q.Şəhriyar)» sözləri beşikkərtmə 
adətinə aiddir. 
 
At və ox yarışması  
At  və  ox  yarışmasının  ən  gözəl  nümunəsinə  «Beyrək  bo-
yu»nda rast gəlirik:  
«...gel  imdi senün-ile ava çıkalım, eger senün atun  menüm 
atumı kiçer-ise onun atını daha kiçersin,  hem  senün-ile ok ata-
lum, meni kiçer-isen anıdahı kiçersin... İkisi atlandılar, meydana 
çıkdılar.  At  depdiler,  Beyrek  atı  kızun  atını  kiçdi.  Ok  atdılar, 
Beyrek kızun okın yardı» (Ergin, 1958: 123). 
Həmin boyda Beyrək evə qayıdanda: «Gördi dügünde güye-
gü ok atar...» Qazan bəyin hüzurunda Yalançı oğlu Yaltacuk ilə 
ox atma yarışına qatılan Beyrək zəfər çalır. 
Macar və Hun igidlərinin at və ox yarışmasından örnək ve-
rən naməlum tarixçi «Qesta» əsərində:  
«Vəzirlər hüzurunda, demək olar ki, hər gün atlanıb, qalxan 
və  nizə  ilə döyüşdülər, o biriləri bütpərəst adətinə görə (latınca: 
more  paganismo),  yay  və  ox  yarışması  göstərirdilər»,  –  deyə 
göstərir. 
Beyrək və Banuçiçək kimi gənc oğlan və qızın ox yarışma-
larının  bir  növü  macar  xalq  ənənələrində  oyun  olaraq  yaşayır. 


188 
 
Bu,  Erdeldə  «xoruz  atma»  və  ya  «xoruz  bayramı»  adlandırılır. 
XIX əsrdə oğlanlar və qızlar 2 qrupa ayrılır, qızların gözləri yay-
lıqları  ilə  bağlanır,  bir dirəyə  bağlanmış toyuğu  dəyənəklə, oğ-
lanlar isə  başqa bir dirəyə  bağlanmış xoruzu oxla vurmağa çalı-
şırdılar.  Xoruzu  oxla  ilk  vuranın  şərəfinə  birlikdə  «Xoruz  tür-
küsü» (macarca: kakas ének) yüksək səslə söylənilirdi. Oynanıl-
dığı kəndlərdə mövcud olan bir çox türkcə adlar bu oyunun növ-
lərinin  türk  mənşəli  olduğunu  isbat  edir.  Türkös  (1625),  Turk-
falva  (1336),  Turkester  (1540),  (rumınca:  Turkis),  (almanca: 
Türkischdorf), (latınca:  Villa Turcica) və s. XIX  əsrdə bu adəti 
toplayan  və  kitabında  yazan  Balazs  Orbana  görə,  «oyunun  türk 
rənginə şübhə yoxdur» (Balazs, VI c.: 152-157). 
 
Buğa ilə güləş  
Buğac xan buğa ilə güləşdikdən sonra «Dedem Korkut gel-
sün,  bu  oğlana  ad  kosun...  babasına  varsun,  babasından  oğlana 
biglik istesün, taht ali-virsün dedilər» (Ergin, 1958: 15-17) – de-
yə  göstərilir.  Buna  bənzər  hadisələrə  həm  macar  xalq  ənənələ-
rində, həm də ədəbiyyatda rast gələ bilərik. Pasxadan yeddi həf-
tə sonra gələn Yortu (macarca: Pünkösd) bayramının qeyd olma-
sı haqqında məşhur macar yazıçısı Mor Yokai yazır: «Kral seç-
mə oyunu bayramının üçüncü günündə at yarışı keçirilir, yarışın 
nəticəsi iştirakçılar tərəfındən qəbul edilməzsə, rəqiblər bir azğın 
buğanı qovalayarlar». 
O, bunu XIX əsrə aid romanında və ardından da 1856-cı il-
də «Vasárnapi Ujsáq»ın (türkcə «Bazar qəzeti») məqaləsində də 
yazmışdır.  Məşhur  macar  etnoqrafı  Tekla  Dimitri  1983-cü  ildə 
mövzumuzla  əlaqəli  yazırdı:  «Buğa  ilə  güləşmə  Müqəddəs  Üç 
üqnum
1
  (Pünköst)  bayramında  həyata  keçirilən  kral  seçkiləri 
                                                
1
  Üç  üqnum  xristianlıqda  Allahın  üç  surətinin  olması  əqidəsidir.  Xris-
tianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu 
ağıla zidd hesab etmirlər. Xristian əqidəsinə görə, Allah birdir və sifətləri üç-
dür – Ata, Oğul və Müqəddəs Ruh – Q.Şəhriyar. 


189 
 
haqqında məlumatımız 1910-cu ilə qədər olmasına baxmayaraq, 
bununla bağlı çox az məlumatımız var» (Dömötör, 1983). 
Yanos  Araninin  məşhur  «Toldi»  əsərində  yoxsul  kəndli 
gənc olan qəhrəman Toldi azğın buğanı qol gücü ilə məğlub et-
diyi  üçün  kral  onu  öz  ordusuna  qəbul  edir.  Bu  əsərdə  «Dədə 
Qorqud kitabı»ndakı kimi, böyüklərin xidmətində 40 igid durur. 
Həm  türk,  həm  də  macar  ənənələrindəki  «buğa  ilə 
güləşmə»nin  kökü  şaman  inancı  ilə  bağlıdır.  Macar  xalq 
inancları bunu sübut edir. «İnsandan daha artıq gücə sahib olan 
taltos (qamın bir növü) tez-tez başqa bir taltosla qara buğa, at və 
s.  şəklində  döyüşməlidir.  Məsələn,  Pişta  Pezaso  yeddi  dəfə  bir 
taltos buğa ilə döyüşməli idi, o, buğanı məğlub edə bilməzdi. Bu 
şəxs  20  dekabr  1939-cu  ildə  dünyasını  dəyişmişdir»  (Barna, 
1979: 34-38). 
Müasir dövrdə Türkiyədə buğa ilə insanların yarışmasından 
xəbərim  yoxdur,  amma  Orta  Asiyadakı  türklər  və  uyğurlar  ara-
sında bu adət hələ də yaşayır. 
 
Aşıx oyunu  
«Buğac boyu»nda oxuyuruq: «Dirsə xanun oğlancuğı üç da-
hı ordu uşağı meydanda aşuk oynarlar-idi». Aşıx qoyunun bilək 
sümüyüdür.  Sümükdən  hazırlanmış  zərlə  oynanılan  barbut  çox 
qədim  qumar  növüdür.  Milanlı  yepiskop  Ambrosi  385-ci  ildə 
yazdığı «Liber de Tobia» adlı əsərində hunlara məxsus igid oxa-
tanların aşıx oynadıqlarından bəhs etmişdir. 
Macar  türkoloqu  Armin  Vamberinin  fikrincə,  aşıx  oyunu 
oxatanların  barmaqlarının  çevikləşdirilməsi  üçün  bir  vərdiş  he-
sab edilirdi. Vamberi Orta Asiyada XIX əsrdə gördüyü aşıx oyu-
nunun  qaydalarını  da  təsvir  etmişdir.  Oyunun  şərtinə  görə,  nə 
atacağını  əvvəlcədən  doğru  söyləyən  oyunu  qazanır.  Qoyunun 
qol  sümüyünün  kəmər  şəklindəki  tərəfi  «çekə»,  kəskin  yanı 
«alçı»,  düz  yanı  «toxan»  adlanır.  4,  bəzən  8  aşıxla  oynanılır 
(Vambery, 1885: 232). 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə