178
İMRƏ ADORJAN (1935)
İmrə Adorjan 1935-ci ildə Macarıstanın Sombatxey vilayətində
anadan olub. 1950-ci ildə Budapesti Református Gimnáziumdan
məzun olan alim təhsilini Budapesti Református Teológia İnstitutunda
davam etdirib. 1956-cı ildə buranı müvəffəqiyyətlə bitirib. Ömrünü
türk xalqları ədəbiyyatının öyrənilməsinə həsr edən alim «Kitabi-Dədə
Qorqud»un öyrənilməsində və Macarıstanda tanınmasında əvəzsiz
xidmətləri olmuşdur. 1997-ci ildə Fejér Megyei Pedagógiai Szolgál-
tató Intézet tərəfindən yayınlanan Macar-Türk xalq mədəniyyəti ara-
sındakı bənzərlikləri topladığı «A Turul Gyermekei» başlıqlı kitabın
hazırlığı əsnasında O.Ş.Gökyayın «Dədə Qorqud kitabı»na istinad
edərək 12 hekayəni macar dilinə çevirsə də, bu tərcümələr müstəqil ki-
tab halında yayınlanmamışdır. Elə həmin ildə də M.Erginin variantını
əsas tutaraq Laszlo Puskasla bəndlərdəki heca saylarını və qafiyə
quruluşuna nəzarət edərək yenidən tərcümə etmiş və 2002-ci ildə
L’Harmattan Yayıncılık və Avropa Folklor İnstitutu tərəfindən yayın-
laşmışdır (Imre Adorján, László Puskás (2002). Dede Korkut könyve
forditotta: Adorján Imre és Puskás Lászlo. Budapest: L’Harmattan
Könyvkiadó–Európai Folklór Intézet, Terebess Ázsia E-Tár).
İmrə Adorjanın təqdim etdiyimiz 1977-ci ildə yayınlanan «Dede
Korkut Kitabı’nın Macaristan’daki Geçmişi ve Önemi» adlı bu məqa-
ləsi
www.kanalkultur.blogspot
(Adorjan, 2008,
02.05.2015) internet
saytından götürülmüşdür.
«DƏDƏ QORQUD KİTABI»NIN MACARISTANDAKI
KEÇMİŞİ VƏ ƏHƏMİYYƏTİ
1977-ci ildə Ankarada incəsənət tarixçisi Qabar Pap
1
Orxan
Şaiq Gökyayın türk dilinə tərcümə etdiyi «Dədə Qorqud kita-
bı»nı (İstanbul, 1976) aldı və hədiyyə etdi
2
. Macarıstana qayı-
dandan sonra əsəri oxudum və o dəqiqə də diqqətimi çəkdi.
1
Bu səfərimizin məhsulu «Gábor Pap, Fényhimnusz a kappadókia bar-
langszentélyeiben» (Budapeşte, Design & Quality, 1997) əsəridir.
2
Halasi Téka, 2. szám 1985., s.38.
179
Dr.Andras Kelemenlə
1
seçdiyimiz üç boyu macar dilinə tərcümə
etməyi qərara aldıq.
İlk tərcümə etdiyimiz boy «Buğac xan soylaması» idi. Bu
əsnada türk mədəniyyətinə məxsus olan bu əsərin macar ədə-
biyyatı ilə bağlılığını duyduq. Məsələn, dəliqanlının buğa ilə gü-
ləşməsi bizi təəccübləndirdi. Çünki məşhur macar şairi Yanoş
Aranın
2
əsərində də Mikloş Toldi
3
adlı qəhrəman buğa ilə döyü-
şür. Bundan əlavə «qırx igidin», yəni nökərlərin sayı da həm
Toldi, həm də Buğac boyunda qırxdır. Bundan sonra macar ilə
türk xalq ənənələrinin bənzərliklərini axtarmağa başladıq.
«Dəli Domrul»dakı soylama ilə macar xalq şeirlərində «sev-
ginin sınanması» adlanan bölümlər arasında ciddi oxşarlıqlar aş-
karladım. Bunu məndən əvvəl macar ballada tədqiqatçıları bilir-
dilər, lakin onlar «Dəli Domrul» boyunu heç oxumamışdılar.
Düşündük ki, Macarıstanda «Dədə Qorqud» hekayələrini ta-
nıtmalıyıq. Bu məqsədlə «Buğac xan hekayəsi» əsasında kukla
teatrının ssenarisini yazdım. Bu tamaşa 1983-cü ildə Sekeşfeher-
varda orta məktəb şagirdlərinin iştirakı ilə səhnəyə qoyuldu.
Kukla teatrının premyerası o zamankı Türkiyə səfiri Osman
Başmanın və iş yoldaşlarımın qarşısında, əyalət Mədəniyyət
mərkəzində, Müqəddəs Stefanos adlı teatr salonunda nümayiş
1
Andras Keremenin Türkiyə türkcəsindən macar dilinə tərcümə etdiyi
mühüm əsərlər: «Török elbeszelok» kitabında «Halikarnas balıkcısı»: «Cen-
net gemisi»; Refik Halıt Jaray. «Yatık Emine»; Sadri Ertem. «Bacayı İndir-
Bacayı Kaldır»; Ahmet Hamdı Tanrınar. «Erzurumlu Tahsın»; İlhan Tarus.
«Demokrasi»; Yaşar Kemal. «Çancının Karısı» (Budapeşte, Europa, 1974);
Samim Kocagöz. «Onbinlerin Dönüşü» romanı. Budapeşte, Europa, 1976.
2
Yanoş Aran – (János Arany, 1817-1882) macar xalq ənənələrinə söy-
kənən realist şeirin banisi hesab olunur. Şekspir və Aristofanesin əsərlərini
tərcümə edən şair onlardan təsirlənmiş, Hun kralı Budanın ömrünün son ba-
harında qardaşı Attila ilə olan münasibətlərindən və mücadilələrindən bəhs
edən «Buda Halala» adlı dastan yaratmışdır – Q.Şəhriyar.
3
Mikloş Toldi – (Toldi Miklós, 1320-1390) macar Milli qəhrəmanı, Ya-
noş Aranın trilogiyasınının, Peter İloşvayın povestinin və Benedek Yelekanın
romanının real prototipidir – Q.Şəhriyar.
180
etdirildi. Şagirdlər bu kukla teatrı ilə bir çox yarışlarda iştirak
edərək mükafat qazandılar.
1984-cü ildə Sekeşfehervardakı Alba Regia otelində keçi-
rilən «Türk mətbəx gecəsi»ndə «Dəli Domrul» və «Sevginin sı-
nanması» adlı tamaşalar eyni zamanda iki yerli teatr truppasının
iştirakı ilə səhnədə qoyuldu (Török E., 1984). Pyes eyni şəkildə
arxitektorların Mədəniyyət Evində də təkrarlandı. Türkiyənin
səfiri Osman Başman xanımı və iş yoldaşları ilə birlikdə hər iki
mərasimdə də iştirak etdi.
Andras Kelemen və mən ayrı-ayrılıqda «Dədə Qorqud kita-
bı»nı təbliğ etmək məqsədi ilə Budapeştdə, Bekeşçabada,
Debreçendə, Keçkemetdə, Kişkunxalasda məruzələrlə çıxış
etdik.
Qabar Pap və həyat yoldaşı Judit Berente 1985-ci ildə
«Halaşi Teka» (Halasi, 1985: 38-42) məcmuəsində bizim
birlikdə tərcümə etdiyimiz «Buğac xan boyu»na ön söz yazaraq
yayınladılar.
Debreçen Koşut Layoş Elmi Universitetinin Mədəniyyət
Mərkəzi tərəfındən sətri olaraq çevirdiyimiz üç boy yayınlandı.
Bunlar «Buğac xan», «Dəli Domrul» və «Bamsı Beyrək»
boyları idi
1
.
«Dədə Qorqud kitabı»nı almancaya (Joachim Heyn, 1958),
ingiliscəyə (Geoffrey Levis, 1974) və bildiyimə görə, 6 boyunu
italyancaya (Ettore Rossi) tərcümə etmişlər. O zamana qədər
Macarıstanda yalnız almanca yazılmış bir məqalə yayınlanmışdı
(Körösi Csoma Archivumun, 1926). Etnoqrafıya ensiklopediya-
sında bəhs edilən «Sevginin sınanması» balladaları türk mənşəli
yeganə abidə hesab olunur. Buna görə də əsərin macar dilinə tər-
cüməsinin əhəmiyyətli olduğunu düşündük. Andras Kelemen
nəşriyyatların çoxuna baş çəkib 12 boyun hamısını macar dilinə
1
İmre A. Kelemen A., 3 oguz törzs mondaja, Dede Korkut elbeszele-
seiböl. Kezirat, Modszertani füzet belsö hasznalatra, kiado: Kossuth Lajos
Tudomanyegyetem Közmüvelödesi Titkarsaga. Petö Andor.
Dostları ilə paylaş: |