Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə68/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

203 
 
Türkiyədə  isə  ilk dəfə Müəllim Rifət əsəri  ərəb  hərfləri  ilə 
1916-cı  ildə  İstanbulda  yayınladı.  Türk  alimi  Orxan  Şaiq  Gök-
yay  düzəldilmiş  tam  mətnini  1938-ci  ildə  yayınladı.  Eyni  ildə 
Bakıda (Əmin Abid tərəfindən – Q.Şəhriyar) latın hərfləri ilə bir 
başqa nəşri yayınlandı.  
1952-ci  ildə  italyan  şərqşünası  professor  Rossi  Vatikanda 
bu əsərin başqa bir əlyazmasını tapdı və elə həmin il də bir giriş 
yazısı  ilə  yayınladı.  Daha  sonra  Məhərrəm  Ergin  əsəri  redaktə 
ilə  Ankarada  1956-cı  ildə  nəşr  etdirdi.  Son  zamanlarda  Orxan 
Şaiq Gökyay tərəfindən bu sahədə elmi və olduqca geniş bir əsər 
işıq  üzü  gördü.  Əsər  şərhlər  və  izahlarla,  eyni  zamanda  sözlər, 
deyimlər və adların siyahısını, «Dədə Qorqud kitabı»nın təsirin-
də  yaranan  şifahi  əfsanələrini  və  «Dədə  Qorqud»  haqqındakı 
araşdırmalarının  xülasələrini  əks  etdirməklə  yanaşı,  min  səhi-
fədən çox və keyfiyyətli nəşrlə yayınlandı
1

Son illərdə biri Amerikada, digəri İngiltərədə olmaqla əsərin 
iki  ingilis  dilində  tərcüməsi  də  işıq  üzü  gördü
2
.  Bu  yayınların 
nəticəsində  tədqiqatçıların  diqqəti  Azərbaycanın  zəngin  folklor 
və mədəniyyət xəzinəsinə yönəldi.  
Bu  əsərləri  araşdıranlar  Dədə  Qorqudun  tarixi  şəxsiyyəti, 
dastanların  məzmunu  və  bu  qədim  əsərin  tarixi  və  mədəni  əhə-
miyyəti, dil və yazı üslubu haqqında çox geniş araşdırmalara baş-
ladılar. Məsələn, məşhur rus şərqşünası Bartold gənclik illərindən 
ömrünün  son  günlərinə  qədər  bütün  zamanını  bu  əsəri  araş-
dırmağa  həsr  etmişdir.  Hadisələrin  cərəyan  etdiyi  coğrafiyanın 
Azərbaycandan başqa bir yer olmayacağını ilk söyləyən də məhz 
Bartold idi. Daha sonrakı araşdırmalar da bu faktı təsdiqlədi. 
Azərbaycan  (tarixi)  coğrafiyasındakı  Gəncə,  Bərdə,  Dər-
bənd, Şərur, Əlincə çayı, Əlincə qalası, Şam dərəsi, Göyçə gölü 
və s. kimi yer adları dəfələrlə bu əsərdə təkrar edilmişdir. Hadi-
                                                
1
 Orhan Şaik Gökyaya. Dedem Korkut’un Kitabı. İstanbul, 1973 
2
 Birinci kitab Faruk Sümər və iki amerikalı yardımçısı tərəfindən, ikin-
ci kitab isə “Penguen yayınları» tərəfindən yayınlandı.   


204 
 
sələr bu  yerlərdə cərəyan edir. Dastan qəhrəmanları  isə  erməni-
lər, gürcülər, abxazlar və talışlarla qonşudurlar.  
Orta  əsr  səyyahları  da  Azərbaycan  mədəniyyətindən  söz 
edərkən  bu  cür  xalq  qəhrəmanlıq  abidələrinə  istinad  etmişlər. 
Məsələn,  Övliya  Çələbi  «Səyahatnamə»sində  Dədə  Qorqudun 
məzarını Dərbənddə gördüyünü söyləyir. Şirvanşahlar bu məza-
ra qarşı böyük hörmət və ehtiram bəsləyirlər
1
. Və ya 1638-ci il-
də Şərqi səyahət edən Adam Oleari «Qazan xan və həyat yoldaşı 
Burla xatunun məzarını və Dədə Qorqudun məzarını Dərbənddə 
ziyarət etdim» deyə yazır. 
Hekayələrin  söyləmə  şəkli  də,  yazı  üslubu  da  Azərbaycan 
dilindədir.  «Kitab»ın  mətnində  istifadə  olunan  bir  çox  kəlmə, 
deyim hələ də Azərbaycan xalqının dilində dolaşır. Türk dili təd-
qiqatlarında  bu  deyimlər  «Azərbaycana  xas  deyimlər»  adlanır. 
Yəni  digər  türk  dilində  danışan  bölgələrdə  bu  deyimlərdən  isti-
fadə  olunmur.  Məsələn,  tipik  Azərbaycan  ləhcəsinə  aid  «sillə», 
«bələmək», «səksənmək» kimi sözlər bu «Kitab»da işlədilmişdir. 
Ümumiyyətlə, əsər söz dağarcığı, qrammatik quruluşu və de-
yimlər  baxımından  türk  dilinin  digər  ləhcələrindən  daha  çox 
Azərbaycan  ləhcəsinə  yaxındır.  Türkiyədə  yayınlanan  bütün 
nəşrlərdə  hər  üç  ifadə  yanlış  anlaşılmışdır.  Yəni  «bələmək»  – 
«uşağın  bələyini  bələmək»  ifadəsini  «Dədə  Qorqud»u  ilk  nəşr 
edən  Müəllim  Rifət  «bəlmək»  kimi  göstərmiş  və  mənasını  başa 
düşməmişdir. Türkmənlər  isə  bu  ifadənin  qarşılığı  kimi  «kanda-
mak» sözünü istifadə etmişlər. «Sillə» sözü əvəzinə isə «şapalaq» 
ifadəsindən  istifadə  edirlər.  Eyni  zamanda  türk  alimləri  «diksin-
mək», «ürpərmək» ilə eyni mənanı daşıyan «səksənmək» sözünün 
anlamını  başa  düşmədiklərindən  bu  sözlərin  qarşılığında  qəribə 
anlamlar vermişdilər. Məsələn, «qarmalamaq» sözünü «qaranlıq-
da  sağa-sola  hərəkət  etmək»  kimi  göstərmişlər.  Halbuki  türk 
alimlərinin  düzgün  məna  verə  bilmədikləri  bu  sözləri  azərbay-
canlılar  gündəlik  həyatda  istifadə  edirlər.  Hekayələrdə  quruluş 
                                                
1
 Evliya Çelebi. Seyahatnâme. C. 10, İstanbul, Hicri 1314/1936. 


205 
 
baxımından  hadisələrin  açıqlanması  və  ötürülməsi  nəsr  şəklində 
və  qəhrəmanların  dialoqları  isə  şeir  şəklində  və  mənzumdur.  Bu 
quruluşa  Azərbaycan  şifahi  xalq  ədəbiyyatında  «dastan»  deyilir. 
Fars dilində də «mənzumə» deyilir.  
Azərbaycan  dastanları  əslində  bir  növ  xalq  romanlarıdırlar. 
Aşıqlar və ozanlar tərəfindən yaradılan bu dastanlar həcm və ge-
niş  ərazilərə  yayılması  baxımından  çox  ciddi  əhəmiyyət  daşıyır. 
Aşıqlar bu dastanların nəsr hissələrini nəql edib mənzum parçaları 
isə müxtəlif aşıq havaları ilə söyləyirlər. Hər iki bölüm bir-birinə 
bağlıdır. Nəzm parçaları qoşma, gəraylı, bayatılardan ibarət olur-
lar.  Əsasən  dastan  qəhrəmanların  daxili  iztirab  və  həyəcanlarını 
əks  etdirən  bu  mənzum  parçalar  lirik  poeziya  xüsusiyyətinə  sa-
hibdirlər. Belə ki, ara-sıra «sözlə söyləmək olmaz, sazla anlatmaq 
gərək»  və  ya  «o  aldı  söylədi»,  yaxud  da  «aldı  görəlim  nə  cavab 
verdi, mən söyləyim, siz dinləyin» kimi ifadələrə rast gəlirik.  
Qrammatika baxımından dilin ən ibtidai şəklini  əks etdirən 
nəsr parçaları belə bu əsərlərdə ən gözəl ifadələr və şirin təşbeh-
lərlə  qarşımıza çıxır. Aşıqlar  burada xalq dilinin  zəngin söz da-
ğarcığından bacardıqları qədər faydalanıb ifadə və qafiyələri sıra 
ilə  dastanlarında  istifadə  edirlər.  Məsələn,  «dənizlər  mürəkkəb, 
meşələr  qələm  olsaydı  belə,  onun  mal  varlığını  qeyd  etməyə 
yetməzdi»,  ya  da  «özünü  yeddi  qələm  bəzəyib  onun  qarşısında 
parlayan on dörd gecəlik ay kimi durdu» və ya «Tanrı gözəllik 
verəndə  comərdlik  etmiş  və  ilk  cizgini  bu  qıza  bəxş  etmişdir» 
yaxud  «yuxarıdan  geyinib  ayaqdan  kilidlədi  və  ayaq  ucundan 
geyinib yuxarısını kilidlədi» və s. kimi. 
Dastanlar  xalqın  şənlik  məclislərində  söylənirdi.  Məsələn, 
toy  mərasimləri  bir  neçə  gecə  öncədən  başlanırdı.  Bəzi  aşıqlar 
hər  hansı  bir  dastanı  bir  neçə  gün  boyunca  anlada  bilirlər.  Bə-
ziləri isə dastanı həftələr, hətta aylarca uzada bilirlər. Aşıq dasta-
nın  uzandığını,  başqa  sözlə  desək,  dinləyənlərin  yorulduğunu 
hiss edərsə, dastanın arasına «qaravəlli» adlanan qısa komik he-
kayələr və şənləndirici türkülər əlavə edir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə