Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə66/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

196 
 
Ox yarışmasında nişangah bir 
üzük dəliyidir 
Ox yarışmasında nişangah 12 balta 
dəliyidir 
Əhvalatın sonunda yanğın 
Əhvalatın sonunda yanğın 
Beyrəyin nişanlısını istəyən ölür  Odisseyin arvadını istəyənlər 
öldürülür 
 
Bunların  arasında  ən  əhəmiyyətli  məqam  ox  yarışması  za-
manı  istifadə  edilmiş  «sərt»  yaydır.  Kirişi  böyük  qüvvə  ilə  gər-
ginləşdirə bilən yay (refleks yayı) yalnız şərqli köçəri xalqlarının 
silahı idi. Avropalı yunanlar isə bu çox təhlükəli, uzaqdan öldü-
rən silahın sahibi olmadılar. Bu yay yunan rəssamlar tərəfindən 
hər  zaman  «skit  tipli  yay»  kimi  təsvir  etmişlər.  Sərt  yayın  skit 
mənşəli  olduğu  qədim  yunan  tarixçisi  Herodotun  yazdığı  «Skit 
şəcərəsi»  də  təsdiqləyir.  Bu  şəcərəyə  görə,  Herakl  Ehidna  ilə 
yaşamış və çox güclü yayını, bəzəkli kəmərini doğulacaq oğul-
larından yayını çəkə bilənin dövləti idarə etməsi üçün ona miras 
verəcəkdir  deyə  şərt  qoymuşdur.  Bunu  yalnız  onun  kiçik  oğlu 
Skit  bacarmış,  atasının  silahını  işlədib  dövlətini  də  almış,  özü 
skitlərin ilk atası olmuşdur (Köhalmi, 1972: 42). 
«Yalnız sahibinin çəkə bildiyi yay» motivi «Beyrək boyu»-
na  çox  bənzəyən  şəkildə  özbəklərin  «Alpamış»  dastanında  da 
verilir. «Dədə Qorqud boy»larına təsiri də  mümkündür. Qırğız-
ların «Manas» dastanındakı «ox və yay yarışması» motivinə az 
qala bütün türk əsilli xalqların ədəbiyyatında rast gəlirik. 
Avropaya şərqdən daxil olan hun, avar, sonra macar süvari 
ordusunun qorxulu silahı idi. Hələ orta əsrlərdə də bu tipdə qüv-
vətli  refleks  yay  tanımayan  Qərbi  avropalılar  arasında  «Tanrı, 
bizi  macarların  oxlarından  qurtar!»  duası  geniş  yayılmışdı.  Bu 
gün  də  Asiyada  türk  və  monqol  xalqları  arasında  ox  yarışması 
ənənəsi yaşamaqdadır. 
Mənim fikrimcə, «kor edilmiş tək gözlü», yaxud «Polifem» 
ilə  «Odisseyin  evə  dönməsi»  və  «ox  yarışması»  motivinin  həm 
Homerin  əsərinə,  həm  macar  xalq  nağıllarına  skitlərdən  türklər 
vasitəsilə gəlmişdir. 


197 
 
Nəticədə... 
«Dədə  Qorqud  kitabı»  həm  türk,  həm  macar  ənənələrinin 
ortaq xəzinəsidir. Macar dilində indiyə qədər nə folklor tədqiqat-
çıları,  nə  də  soy-kökümüzlə  maraqlananlar  oxuya  bilmədilər. 
Tərcüməmiz  (müəllif  «Dədə  Qorqud  kitabı»nın  macar  dilinə 
tərcüməsini  nəzərdə  tutur  –  Q.Şəhriyar)  bu  çatışmazlığı  aradan 
qaldırdı.  Ümid  edirik  ki,  bu  işimiz  türk-macar  mədəniyyətinin 
daha atrıq inkişafına yardım edər. 
 
Ədəbiyyat 
 
1.
 
Balazs O. A Szekelyföld leirasa törtenelmi, regeszeti, termes-
zetrajzi  s  nepismereti  szempontbol.  I-VI  Pest  1868;  V-VI  Pest 
1871. VI. s. 152. 157 
2.
 
Barna  G.  (1979).  Nephit  es  nepszokasok  a  Hortobağy  vide-
ken Budapest. 
3.
 
Berze  N.J.  (1961).  Egigerö  fa,  2.  genişletmiş  yayın.  TIT. 
Baranya Megye, Pecs. 
4.
 
Diez. (1815). Denkwürdigkeiten von Asien. Berlin und Halle. 
5.
 
Dömötör  T.  (1983).  Naptari  ünnüpüknepi  szinjatszas, 
Budapest. 
6.
 
Ergin M. (1958). Dede Korkut Kitabı. 
7.
 
Ergin M. (1963). Dede Korkut Kitabı Giriş-Metin. Ankara. 
8.
 
Ferenc B. (1987). Palocföldi lakodalom. Budapest, Gondolat. 
9.
 
György. (1977). A magyarsag keleti elemei. Budapest. 
10.
 
Halasi (1985), T. 2. 
11.
 
Imre A. (1991). Dede Korkut Hikayelerinden Alıntılar, Ozan 
Kültür ve Sanat dergisi, Yıl 1, Sayı 3, Ocak. 
12.
 
Imre A. (1998). A Turul gyermekei. Oguz eredetmondak es 
a magyar nepi kultura, FMPI Szekesfehervar.  
13.
 
Karoly J. (1994). Örszerek könyve., Ujvidek Forum Kiado. 
14.
 
Köhalmi  K.U.  (1972).  A  steppek  nomadja  lohaton,  fegy-
verben. Budapest.  
15.
 
Lajos V. (1979). Balladaskönyv. Budapest, Zenemükiado. 


198 
 
16.
 
Laszlo Z. (1977). Kincses Magyrorszag, Közepkori müvelö-
desünk törtene-teböl, Magvetö. 
17.
 
Orhan Ş.G. 1938, I-XVI. 
18.
 
Peter A. (1978). Metemorphosis Transylvaniae. Bukarest.  
19.
 
Sedat V.Ö. (1977). Türk Halkbilimi. Ankara.  
20.
 
Török E. (1984), aprilis 28 
21.
 
Vambery A. (1885). A török faj ethnologiai es ethnographiai 
tekintetben. Budapest, MTA.      
  


199 
 
HÜSEYN MƏHƏMMƏDZADƏ SADİQ (1945) 
 
Hüseyn Məhəmmədzədə Sadiq (Hüseyn Düzgün) 1945-ci ildə Təbri-
zin  Sürxab  məhəlləsində  anadan  olmuşdur.  8  yaşından  məhəllənin  oxu-
ma-yazma  bilməyən  uşaqlarına  dərs  demiş,  beləcə  uşaq  yaşlarından 
müəllimliyə  başlamışdır.  Uşaqlara  Azərbaycan  dilində  oxuyub-yazmağı 
öyrətdiyi  üçün  Pəhləvi  dövründə  ciddi  problemlər  yaşayır.  Səməd 
Behrəngi, Əlirza Oqtay, Bəhruz Dehqani, Bəhruz Dövlətabadi və Məftun 
Əmini kimi ədəbiyyatçılarla «Adına» adlı dərgi yayınlayırlar. Türk dilin-
də yayınlanan bu dərgi ana dilinin yenidən canlanmasına səbəb oldu.  
Fars və türk dillərində 300-dən artıq əsərin müəllifi olan Hüseyn 
Məhəmmədzadə Sadiqin təqdim etdiyimiz «Piramune-Dastanhaye De-
de Qorqud» (Heft Məqale, İntişarat-i Daniş, Tahran, 1346/1967, s.2-
40) fars dilindən ixtisarla tərcümə olunmuşdur. 
 
«DƏDƏ QORQUD» DASTANLARI HAQQINDA 
 
Azərbaycan  dialekti  X-XI  əsrlərdə  formalaşmağa  başlamış, 
o dövrdə də azərbaycanlıların məskunladıqları bölgənin sərhəd-
ləri müəyyənləşmiş və  bu xalqın özünəməxsus mədəni xüsusiy-
yətləri ortaya çıxmışdır. 
Bu dövrdə Azərbaycanda ədəbiyyat iki əsas istiqamətdə in-
kişaf etmişdir. Bunlardan  ilki  xalqın şifahi  yaratdıqları,  ikincisi 
isə rəsmi şeirdir. Xalq arasında təbrizli Qətran, şirvanlı Xaqani, 
gəncəli  Nizami  kimi  professional  şairlər  məhşurlaşarkən  hələ 
məskunlaşmayan və arada bir şəhərlərə axın edən
 
yarımköçərilər 
arasında  isə ozanlar (aşıq) geniş  yayılmışdılar.  «Dədə Qorqud» 
qəhrəmanlıq  dastanları  kimi  ən  qədim  Azərbaycan  xalq  yaradı-
cılığı bu dövrdə formalaşmağa başlamışdır.  
Bu dövrdə evlərini bellərində daşıyan kəndlilər oturaq kənd-
lilərdən  fərqli olaraq  yarımköçəri həyatı  yaşayıb  heyvandarlıqla 
məşğul  idilər.  Onların  həyat  tərzi  şəhər  mədəniyyətinə  yad  idi. 
Hətta  bir  çox  boy  ya  islam  dinini  hələ  qəbul  etməmiş,  ya  da 
onun haqqında çox səthi biliyə sahib idi. Bəzən də mərkəzi haki-
miyyətə etiraz edərək öz ağsaqqallarının idarəsi altında yaşayır-


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə