184
«Oğuz» dastanının doqquz misrası eyni qafiyəlidir, buna av-
ropalı ədəbiyyatçılar «assonans» deyirlər. XIX əsr macar ədə-
biyyatında «assonans»dan o qədər çox istifadə edildi ki, bu,
«macar qafiyəsi» adlandırıldı.
Dastanın nəsrlə olan hissəsində türk müəllif daha çox səc-
dən istifadə etmişdir. Macar ədəbiyyatında da buna tez-tez rast
gəlinir.
Həm türk, həm də macar dili eyni dil qrupuna daxil olduğu
üçün dastanı, məsələn, alman və ya ingilis dilinə tərcümə etmək-
dənsə macar dilinə tərcümə etmək daha asan idi, sadəcə qədim
türk dilindəki sözlərə uyğun olaraq macar dilində eyni hecalı və
qafiyəli söz tapmaq bəzən çətin idi.
Toy və qonaqlama
«Dədə Qorqud» boylarının çoxunda «xanlar xanı xan Ba-
yındır yılda bir kərə toy idüp Oğuz biglerin qonuqlar idi» kimi
sözlər oxuyuruq. Macarların məskunlaşmalarından əvvəlki dövr-
lərdə – VIII-IX əsrlərə aid ənənələrindən bəhs edən naməlum bir
tarixçinin XII əsrin sonlarında qələmə aldığı «Qesta» adlı əsəri-
nin XVI fəslində: «Həmin yerdə bütpərəst (latınca «more paga-
nism») ənənəyə uyğun olaraq bir bəslənmiş at öldürüb böyük
toy etdilər» yazılmışdır.
Amma bu ənənə yüzillər boyu yaşadı. Naməlum tarixçinin
fikrincə, Arpad adlı vəzirin oğlu Zoltanın (türkcə «Sultan») do-
ğumu: «günlərcə sürən toy (qonaqlama) ilə qutladı. Vəzirlər və
xanlar önündə igidlər qoyunların quzuları ilə keçi kimi oynadı-
lar» şəklində ifadə olunur.
XVII-XVIII əsrlərin Erdel (Transilvaniya) ənənəçilərindən
Piter Apor «Metamorphosis Transylvaniae» adlı əsərində (Peter,
1978: 42-43) «insanlar içki içəndən sonra… türkü söyləməyə
başlayıb gözəl əhvalatlardan danışdılar, bəzən məhəbbətdən də
danışdılar… qədim dövrlərdə zurna ilə davul böyük adamların
çox sevdiyi musiqi aləti idi… İndi çox güman ki, o gözəl macar
185
türkülərini Erdeldə artıq kimsə söyləyə bilmir», – deyə təəssüf
hissi ilə yazmışdır.
Deməli, əski türk ənənəsi olan qonaqlama mədəniyyəti
macarlar vasitəsilə Avropaya aparılıb orada yaşamağa davam
etmişdir.
Qorqud Atanın diləyi
Boyların çoxu Dədə Qorqudun «yom verəyüm, xanım»
deyimi ilə başlayan diləklərlə bitir. Bərəkət verən sözlər (alqışlar
– Q.Şəhriyar) arasında «...kölgəlücə qaba ağacun kəsilməsün…»
(Ergin, 1963: 70) kimi ifadələrə də rast gəlinir. Deməli, oğuzlar
«həyat ağacı»na inanırdılar. Həyat ağacı mifi çoxvariantlıdır,
fərqlidir və geniş ərazini əhatə edir. Macar tədqiqatçısı Janos
Berze Nagi türk əfsanələrində olan Həyat ağacı ilə bağlı mətn-
ləri toplayarkən ortaq nöqtələrinə əsaslanaraq iki sinfi təsnif
etmişdir:
1) Ölümsüzlük və zənginlik;
2) Hər həyatın və hər törədənin başlanğıcı və qaynağı ol-
duqlarını simvolizə edir (Berze, 1961: 177).
Həm macar, həm türk xalq ənənələri ilə yanaşı, şamanizmdə
də qüvvətli kökü olan belə bir inanc bu günə qədər xalq yaradı-
cılığına davam edir. Hər iki xalqın yaradıcılığının müxtəlif sahə-
lərində (toxuculuq, xalçaçılıq, kilim, hörmə, naxış, ağac üzərin-
də oyma, daş bəzəmə) Həyat ağacı motivlərinə rast gəlinir.
Macarıstanın indi Slovakiyaya aid olan bölgəsində uşaq do-
ğularkən atası ona bir «xatirə ağacı» əkir. Yerli inanca görə, hə-
min uşaq ağacla bərabər ölür.
Buna bənzər misallara xalq balladasında da rast gələ bilərik.
Eyni gündə Konqo (adam adıdır) ilə bir ağac da dünyaya gəlir,
ikisi də eyni gündə ölür, çünki Konqo bu ağac kəsildikdən sonra
onun odunu ilə hazırlanmış dar ağacında öldürülür (Berze, 1961:
234).
Şərqi Anadoluda bərəkətli ailə həyatı üçün toy günlərində
nişanlılar qohum və dostlar ilə birlikdə bağda ağac əkərlər. Mey-
186
və ağacı əkilərsə, əkildiyi gün də onun ilk meyvəsindən evlənən-
lərə verilir.
Macarıstanın Mohac bölgəsində (Meydan döyüşündə məş-
hur bir yer – İ.Adorjan) gəlinə tumurcuqlu bir budaq verilir. Bu
budaq diqqətlə hazırlanır. Budaq ucuna qədər yaşıl rəngdə kiçik
tumurcuqlarla bəzədilir, ucuna alma və zərli (bəzəkli, təmtəraqlı
– Q.Şəhriyar) albalı ilə yanaşı, quş tükü də asılır. Macarıstanın
başqa bölgələrində də eyni adət və ya bu adətin növlərini görə
bilərik (Eger qalası ətrafında, Erdeldə, Balato gölü yanında və
s.). Bəzi yerlərdə budağın ucuna tortdan quş da qoyurlar.
Bu macar ənənəsindəki budağın Türkiyədəki bənzəri Ərzu-
rumda yerləşən Səlcuqilər dövrünə aid qoşa minarəli mədrəsənin
girişində çox böyük ölçüdə daş üzərində yonulmuş möhtəşəm
Həyat ağacı vardır. Bunun, demək olar ki, eynisi Sivasda yerlə-
şən Göy mədrəsənin girişində də mövcuddur. Səlcuqilər dövrü-
nə aid saysız-hesabsız abidələrdə Həyat ağacının uclarında mey-
vələr və quşlar görə bilərik.
Beşikkərtmə
«Beyrək baxdı gördi, bu otağ Banuçiçək otağı-y-imiş ki
Beyregün bişik kertme nişanlusı-y-idi...» (Ergin M. 122/V26).
Çünki daha əvvəl «Pay Piçen Big aydur: Bigler Allah Taala
mana bir kız virecek olur-ise, siz tanık olun, menüm kızum Pay
Büre Big oğlına bişik kertme yavuklu olsun didi» (Ergin M.
117/D 69).
Türkiyədə hələ də evlənmə üsullarından biri «beşikkərtmə»-
dir. Bu, bir ailənin başqa bir ailə ilə qohumluq əlaqəsi yaratmaq
istəyidir. «Derleme Sözlüğü»ndən də göründüyü kimi, uşaqların
çox kiçik, hələ beşikdə ikən ad edilmələri bir çox şəhər, vilayət,
rayon və kəndlərdə müşahidə edilir. Uşaqların beşiyində «oyuq»
(kor oyuq – Q.Şəhriyar) açmaq bu bağın əlamətidir və «beşik-
kərtmə» adı də buradan gəlir. Sedat Veyis «Örnek Türk Halk-
bilimi» (Sedat, 1977: 187) adlı kitabında beşikkərtmədə hər
hansı problem yaranarsa, hakimin qüvvədə olan qanunun ona
Dostları ilə paylaş: |