175
Əsərin milli dastan xüsusiyyətlərindən biri də tarixlə əlaqəsi-
dir. Baxmayaraq ki, o, tarixi dastan deyil, amma tarixdən bəhrə-
lənir. Dastan sənət əsəri kimi tarixi hadisələrin xalq həyatında bu-
raxdığı izlərin poetik ifadəsidir. «Kitab»da türk tarixinin alt qatın-
da yatan hadisələrin dərin izləri və yanğıları müşahidə olunur.
Əvvəldə də qeyd etdiyimiz kimi, oğuz dastanı bir qəhrəmana
ithaf edilən epik mətn deyildir. «Kitab»ın bölümləri böyük mən-
zum dastandan qopardılmış və onun hissələrindən yaradılmışdır.
Əvvəlki müşahidələrin nəticəsi kimi, «Kitab»ın quruluşun-
dan başqa xüsusiyyəti milli dastan kimi türk xalqının ən önəmli
mədəniyyət miraslarından biri olduğunu söyləmək mümkündür.
«Dədə Qorqud kitabı»nın bölümləri quruluşca dastan ilə
xalq hekayəsi arasında yerləşir. Əsərin kompazisiya xüsusiyyət-
lərindən biri oğuzların sonrakı nəsilləri olan türkmənlərə, türk-
lərə (Türkiyə türkləri nəzərdə tutulur – Q.Şəhriyar) və azərbay-
canlılara xas olan mənzum hissələrin nəsrlə birləşdirilməsidir.
Əsas etibarilə hadisələr nəsr şəklində, önəmli və qırılma nöqtə-
ləri, dialoqlar və kövrək anlar mənzum şəkildə verilmişdir. Çox
vaxt mənzum mətndən əvvəl «görəlim xanım nə söylər» kimi
qəlibləşmiş ifadələr işlədilir. Mənzum mətnlərin böyük hissəsi
milli çalğı aləti olan qopuzun müşayəti ilə söyləndiyi əsərdən
aydın şəkildə görünür.
Ancaq «Kitab»ın nəsr hissələri başqa hekayələrdə rast gəli-
nən nəsrə bənzəmir. Cümlələr uyumlu bir şəkildə sıralanır və bu
sayədə axıcılıq, xüsusi vəzn hissini biruzə verir. Bu nəsrin ritmli
olmasına görə, dastandakı nəsrin poeziyaya yaxın bir hislə ya-
randığı müşahidə edilir. Bəzən nəsr və mənzum hissələri bir-bi-
rindən ayırmaq mümkün deyil. Dastandakı nəsrin bir növ sətri
xüsusiyyəti dastanın qaynaqlandığı mənbələr arasında sıx bağın
olduğunu göstərir. Bu şəkildə hekayələrin böyük bir Oğuz das-
tanından qopduğu görülür. Əsrlərdir bu dastana yeni element-
lərin əlavə edilməsinə görə hər bölüm müstəqildir.
Həcm etibarilə nəsr və mənzum hissələr təxminən bərabərdir.
176
Şeir heca vəznindədir və bu da türk xalq şeirinə, hətta çağ-
daş folklorun şeirlərinə xasdır. Ən çox yeddi, səkkiz, on bir və
on iki hecalıdır, ancaq on yeddi hecalı da vardır. Buna görə də
bizim tərcümə etdiyimiz mətndə orijinal mətndə olduğu kimi ey-
ni heca ölçüsündən istifadə olunmamışdır. Tərcümə edilmiş mis-
raların çoxu on hecalıdır.
Bununla yanaşı, misralarda daha çox daxili qafiyə, alitera-
siya, anafora, epifor və assonans istifadə olunmuşdur. Təbii ki,
bunları kifayət qədər dəqiq tərcümə etmək çətindir.
Bölümlər kompozisya baxımından az-çox qəliblənmişdir.
Təxminən hər hekayənin girişində yeni bir hadisə və çox az də-
yişikliklə hər zaman eyni sonluq mövcuddur. Qorqud ozan ro-
lunu ifa edir və hər bölüm də baş qəhrəmana ithaf edilir. Hər bö-
lümün sonunda dualar, istəklər və ricalar («Dərləsin, toplasın
günahınızı, adı gözəl Məhəmmədə bağışlasın, xanım hey!») yer
alır. Müsəlman mistik şeirlərin əks-sədası Qorqudun sonda söy-
lədiyi sözlərin çoxunda var.
Hadisələrin təsvirindəki təkrarlama və bənzərlik gözə çar-
pır. Buğac xanın anası ilə Uruzun anası Burla xatun oğulları
üçün çəkdikləri əzabda eyni acını hiss edirdilər. Qanturalın Sel-
can xatununun və Bəyrəyin Banı Çiçəyinin xüsusiyyətləri eyni-
dir. Bayındır xan və Salur Qazan üçün eyni xüsusiyyətlərdən
istifadə edilir. Bütün əsirlər on altı il əsarət altında qalırlar. On-
ları azad edən qardaşlar, ya da oğullar on beş yaşına çatanda baş
verənləri öyrənir. Qısacası, bölümlər eyni tiplər, qəhrəmanlar və
hadisələrlə doludur. Eyni kafir bir çox hekayənin sonunda öldü-
rüldüyü kimi, çox güman ki, hekayələrin həqiqətə uyğun olma-
yan xronoloji ardıcıllığına görə yaranan qəribə vəziyyətlərə rast
gəlinir. Təpəgöz tərəfindən öldürülən qəhrəmanlar (VIII bölüm-
də olduğu kimi) sonrakı bölümlərdə də qarşımıza çıxır. Lakin
hər bir bölüm mükəmməl quruluşa sahib olduğu üçün bənzər-
liklər və təkrarlanmalar oxucunu yormur.
177
«Dədə Qorqud kitabı» ümumilikdə qəhrəmanlıq dastanıdır.
O, feodalizm dövründə, hətta bəziləri bu gün də keçərli olan is-
lamdan əvvəl əski türk köçəri boylarının həyatı, onların ictimai
əlaqələri, inancları və adətlərindən bəhs edən nadir yazılı əsər
olduğu üçün tarixçilərin və folklorşünasların diqqətini cəlb edir.
«Kitab» əsrlərdir epik ənənəni yaradan və yaşadan xalq ozan-
larının sənətini qəhrəmanlıq ruhu ilə canlandıran bir sənət əsəri
olaraq daha böyük önəm daşıyır. Bir tərəfdən tarixi həqiqətləri,
digər tərəfdən epik mədəniyyət və sirli dünyanı əks etdirən «Də-
də Qorqud hekayələri» X əsrdən etibarən türk insanına hərtərəfli
baxış prizmasını təmin edən bir sənəddir. Yunanlar üçün Odis-
seya və ya almanlar üçün Ziqfrid nədirsə, türklər üçün də «Dədə
Qorqud kitabı»nın önəminin eyni olduğuna inanan insanın sayı
az deyildir. Bəziləri onu dəyərinə görə, «Şahnamə», «Kalevala»
1
və Beovolf
2
ilə eyni səviyyəyə qoyur.
1
Kalevala – Elias Lönnrotun XIX əsrdə fin xalq ədəbiyyatından toplayıb
qələmə aldığı epik dastan. Bu dastan, eyni zamanda fin ədəbiyyatının ən önəmli
əsərlərindən biridir. Dastan 1917-ci ildə Finlandiya-Rusiya müharibəsindən
sonra ölkədə yüksələn Milli azadlıq hərəkatı dövründə qələmə alınmışdır. Das-
tan 22795 misradan və 50 bölümdən ibarətdir – Q.Şəhriyar.
2
Beovulf – eramızın təxminən VIII-XI əsrlərinə aid olan qədim ingilis di-
lində yazılmış anqlosaks qəhrəmanlıq dastanıdır. 3182 sətirlik bu dastan qədim
ingilis dilində yazılmış ən böyük poemadır. Əlyazması Britaniya Muzeyində
saxlanılır. Dastanda Qeotlar qəbiləsinin qəhrəmanı Beovulf öz dəstəsi ilə
danların kralı Xrodqara kömək uçün onların torpaqlarına yola düşür. Hadisələr
Skandinaviyada, indiki Danimarka və İsveç torpaqlarında baş verir. Dastanda
Beovulfun nəhəng Qrendel, onun anası və əjdaha ilə mübarizəsi təsvir olunur.
Son vuruşmada Beovulf ölümcül yaralanır – Q.Şəhriyar.
Dostları ilə paylaş: |