Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə67/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   63   64   65   66   67   68   69   70   ...   78

200 
 
dılar. Boyların qəhrəmanları bir yerə yığılıb silahlanaraq otlaqla-
rı və hevanlarını qoruyurdular. 
Bu boyların daimi evləri yox idi. Yaylaq və qışlaqlarda ala-
çıqların içində hevanları ilə birlikdə yaşayırdılar. 
Ozanlar  hər  boydan  insanların  nəzərində  bir  başqa hörmətə 
sahib  idilər.  Ovsunlayıcı  təsirə  malik  olan  bu  insanlar  əllərində 
qopuzları  ilə  eldən-elə,  obadan-obaya  gəzib  boyların  qəhrəman 
liderlərinin  adlarını  öz  hekayələrində  əbədiləşdirirdilər.  Mənzu-
mə söyləyib, dastan deyib, eyni zamanda bir boy ağsaqqalı kimi 
xalqın yaşam sıxıntılarını bir anlıq da olsa, unutmalarına yardım 
edirdilər. Ozanlar bugünkü aşıqların öncülləri  idilər. Onların  ən 
usta qəbul edilən və ad qazananına «dədə» deyirdilər.  
Məşhur  «Dədə  Qorqud»  dastanları  da  bu  ozanların  yarat-
dıqları əsərlərdəndir. «Dədə Qorqud» dastanları X və XI əsrlərin 
yadigarı olub, eyni zamanda Azərbaycan ləhcəsinin ən əski ya-
zılı mətnləridir. Oğuzların Azərbaycan və onun yamyaşıl otlaq-
larına  gəlməzdən  öncəki  qədim  yaşam  və  ənənələri  haqqında 
məlumat verir. Bu  əsər XI  əsrdə  bilinməyən  bir şəxs tərəfindən 
«Kitabi-Dədə  Qorqud  Ala  lisani-Taifeyi-Oğuzan»  adı  ilə  bir 
toplu şəklində bizə gəlib çatmışdır. 
Yarımköçəri  həyat  yaşayan  oğuzlar  irili-xırdalı  24  boydan 
ibarət  idi.  Kaşgarlı  Mahmut  «Divani-Lügatit-Türk»də  oğuzların 
22 boyunun adını çəkir. Eyni zamanda  bir çox  islam tarixçiləri 
də  bu  boylara  işarə  edirlər.  «Camiət-Təvarix»ə  görə,  bu  24  bo-
yun adları aşağıdakı kimidir: «Qayı, Bayat, Alka evli, Qara evli, 
Yazır, Dögər, Dodurqa, Yaparlı, Afşar, Qızıq, Bəydilli, Karqın, 
Bayındır,  Peçenek,  Çavuldur,  Çepni,  Salur,  Eymür,  Alayuntlı, 
İğdir, Bügdüz, Yıva, Üregir, Qınıq»
1

Oğuzlar  X  əsrin  birinci  yarısında  Xəzər  dənizi  və  Ceyhun 
çayı boyunca Fərab bölgəsi ətrafında (Kaşğar Mahmudun ifadəsi 
                                                
1
  Əsərdəki  adlar  Rəşidəddin  Fəzlullah  Həmədaninin «Camiət  Təvarix» 
əsərinini imlasına əsasən verilmişdir. 


201 
 
ilə Qaracıq) yaşayırdılar. «Hüdudi-Aləm»
1
 kitabında verilən mə-
lumata görə, haqqında danışılan bölgə X əsrdə oğuzların qışlaq-
ları idi və Fərabdan iyirmi mənzil məsafədə yerləşirdi
2

İbn Havqalın
3
  verdiyi  məlumata  görə,  X  əsrin  əvvəllərində 
oğuzlardan təxminən min çadır islamiyyətə boyun əymişdilər
4
.  
İbn  Xordabdehə
5
  görə,  Abdullah  bin  Tahir  (hicri  213/230) 
oğuzlardan min əsir və altı yüz min dirhəm almışdı
6

Bütün bunlar bizə oğuz qövmünün islamın ilk illərində orta-
ya çıxdığını göstərir. 
Oğuzların  və  dolayısı  ilə  oğuzlara  bağlı  olan  və  haqqında 
danışılan  boyların  Azərbaycanda  təşəkkülü  də  eyni  dövrə  təsa-
düf edir. Tarixçilərin dediyinə görə, (oğuzlar – Q.Şəhriyar) Səl-
cuqilərdən  əvvəl  Azərbaycana  «çəyirtkə  sürüsü  kimi  düzənlik-
lərə,  dağlara  və  qalalara  dağılmışdılar».  Başqa  sözlə,  azərbay-
canlıların (bir  xalq kimi)  formalaşması  X  əsrdən  əvvəl tamam-
lanmışdır. Bu dövrdə müxtəlif bölgələr arasında az da olsa, iqti-
sadi  əlaqələr  qurulmuşdu.  Azərbaycanlıların  yaşam  sahələrinin 
sərhədləri müəyyənləşmiş, bu  xalqın mədəniyyət kodları yavaş-
yavaş ortaya çıxmışdı. Azərbaycanlıların ortaq ağız xüsusiyyət-
ləri  və  ləhcənin  inkişafı  gündən-günə  təkmilləşərək  xalqın  for-
malaşmasında əsaslı rol oynamağa başlamışdı. 
Qədim Azərbaycan dili Ural-Altay dil ailəsindəndir və çağdaş 
Azərbaycan türkcəsi isə o dilin inkişaf etmiş formasıdır. Bu ləhcə 
geniş  miqyasda  əvvəlki  ləhcələri  öz  təsiri  altına  alaraq  bölgədə 
                                                
1
 X əsrdə naməlum müəllif tərəfindən qələmə alınan bu əsərdə Şirvan-
şahlarla bağlı dəyərli məlumatlar var – Q.Şəhriyar. 
2
  Hudu-l  Âlem  (Düzenleyen  ve  Yayına  Hazırlayan:  Menüçöhr  Sutûde). 
Sazman Esnad ve Ketâbxane-ye Mellî İran Yayınları, Tahran, 1340/1962, s.124 
3
 İbn Havqal (?-976) – X əsrin məşhur islam müəllifi, coğrafiyaşünas, tarix-
çidir. 955-ci ildə Şərqi Anadoluya və Azərbaycana səyahət etmişdir – Q.Şəhriyar. 
4
 İbn Havkal. Suret-ül Arz (Farsça Çev: Cafer Şiar). Bonyad-e Ferheng-
e İran Yayınları, Tahran, 1345/1967, s.511 
5
  İbn  Xordabdeh  (820-912)  –  İran  əsilli  islam  coğrafiyaşünasıdır  – 
Q.Şəhriyar.
  
6
 Ebi el-Kasım Bin Havkal. Elmesâlik ü Elmemâlik. Lyden, 1872, s.37-39. 


202 
 
geniş  yayılmış  bir  dilə  çevrilmişdir.  Beləliklə,  yerlilərin də tarixi 
və  mədəni  ənənələrini  yeni  mədəniyyət  mühitində  əridərək  bədii 
mədəniyyətə malik olan Azərbaycan mədəniyyətini formalaşdırdı.  
Bu  şərtlər  altında  bölgənin  ucqar  yerlərində  yaşayan  bəzi 
feodal və qul tacirlərindən ibarət qruplar (Əhməd Kəsrəvinin id-
diasına görə, Sasanilərin krallıqları) belə oğuzların hökmranlığı-
na  boyun  əydilər. Məsələn,  yenə  onun  fikrincə, Vədsudan Rəv-
vadi  oğuzları  qarşıladı,  hətta  onlardan  (oğuzlardan)  bir  qız  ilə 
evlilik  bağı  qurdu.  Vədsudanın  saray  şairi  olan  təbrizli  Qətran 
oğuz ağsaqqallarını tərifləyən qəsidələr söylədi
1

Səlcuqi fəthlərinin ardından Azərbaycan bütövlükdə bu xal-
qın  yurdu  oldu.  Monqol  hakimiyyətinin  sonunda  yerli  səltənəti 
olan Qaraqoyunlu dövlətini qurdular. Ardından  isə  Şah İsmayıl 
Xətaini  dəstəkləyərək  Səfəvi  hökumətinin  əsasını  qoyub  digər 
vilayətlərin də hakimiyyətini ələ keçirdilər.  
Bu  tarixi  xülasənin  verilməsinin  səbəbi  azərbaycanlıların 
mənşəyi məsələsi deyil, sadəcə «Kitabi-Dədə Qorqud Ala lisani-
Taifeyi-Oğuzan»ın Azərbaycan xalqına bağlılığını göstərməkdir.  
«Kitabi-Dədə Qorqud» əlyazması ilk dəfə XIX əsrin ilk ya-
rısında  Almanyanın  Drezden  Kral  Kitabxanasında  aşkarlandı. 
İlk  dəfə  alman  alimi  Fleyşer  öz  məcmuəsində  ondan  söz  açdı. 
Avropada bu əlyazmadan ilk dəfə istifadə edən alman alimi Dits 
«Təpəgöz» dastanını yarımçıq şəkildə alman dilinə tərcümə edə-
rək  yayınladı. Eyni  zamanda Homerin  «Odissey»i  ilə  müqayisə 
edərək  Homerin  «Odissey»  əsərini  yazarkən  bu  əsərdən  fay-
dalandığını, ya da ən azından onun (Təpəgözün) məzmunundan 
xəbərdar olduğunu söylədi. 
Sonralar Nöldeke  və Bartold dastanı araşdırmağa və tərcü-
mə etməyə  başlardılar. Bartold  əsərə  giriş  yazaraq  «Duxa Qoca 
oğlu  Dəli  Domrul  hekayəsi»nin  rusca  tərcüməsi  ilə  birlikdə 
1894-cü  ildə  yayınladı.  Bartoldun  hazırladığı  digər  mətnlər  isə 
ölümündən sonra 1950-ci ildə yayınlandı.  
                                                
1
 Ahmet Kesrevî. Şehriyarân-i Gumnâm (Kayip Krallar), s. 75 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə