Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə75/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   70   71   72   73   74   75   76   77   78

225 
 
küstan ərazilərinə cəmi 30 min əsirin gələcəyi və onların şəhərdə 
deyil, kəndlərdə yerləşdiriləcəyi haqda məlumat vermişdir. Müa-
sir tədqiqatçıların araşdırmalarından  məlum olur  ki, artıq 1918-
ci ilin yayında və payızında Türküstanda təxminən 35 min hərbi 
və mülki əsir vardı. 
Mövcud olan  ədəbiyyatdan (bir  çox  hissəsi  internet saytla-
rında yerləşdirilib) məlum olur ki, Birinci Dünya müharibəsi za-
manı düşmənin 3 milyona yaxın zabit və əsgərləri rus ordusu tə-
rəfindən əsir götürülmüşdür. Eyni zamanda Rusiyanın itkilərinin 
yarısını əsirlər təşkil edirdi (2,4 milyon insan). Maraqlıdır ki, Bi-
rinci  Dünya  müharibəsi  ərzində  70-ə  (bəzən  73)  yaxın  rus  ge-
neralı əsir düşmüşdür. Onlardan yalnız bir nəfər, 48-ci diviziya-
nın komandiri general  L.Q.Kornilov (1870-1918) üçüncü cəhd-
dən
1
 sonar qaça bilmişdir. Əsirlər yalnız rulsar deyildi, türk xal-
qı daxil olmaqda o zaman Rusiya ərazisində yaşayan digər mil-
lətlərin  nümayəndələri  də  vardı.  Birinci  Dünya  müharibəsinin 
döyüş  meydanında  qəhrəmancasına  vuruşanların  arasında  türk-
mən süvari alayının sıravi əsgərləri də var idi. 
Türkmən  süvari  döyüşçülərinin  hekayəsinə  keçməzdən  əv-
vəl qeyd etmək istərdik ki, Murmansk dəmir yolunun tikintisin-
də  işləyən  Avstriya-Macarıstan  və  alman  hərbi  əsirlərin  müha-
fizəsini  çərkəzlər,  inquşlar  və  Şimali  Qafqazın  digər  nümayən-
dələri təşkil edirdi. 1916-cı ilin avqustunda hər gözətçiyə 40-dan 
artıq əsir düşməklə mühafizə 942 dağlıdan ibarət idi. Gözətçilə-
rin sayı azlıq təşkil etdiyindən əsirlərin qaçmasına səbəb olurdu. 
Buna görə də hər gözətçiyə təxminən 10 əsir düşmək şərtilə gö-
zətçilərin sayını 2000 nəfərə çatdırmaq qərarına gəldilər. Elə he-
sablamışdılar ki, 1 türkmən 10 əsirə nəzarət edəcək. Ancaq Mur-
                                                
1
 Bax: Военнопленные Первой мировой войны//Цитируется по сай-
ту  в  Интернете:  voynablog.ru/2012/04/12/voennoplennye-pervoj-mirovoj-
vojny/ (28.02.2013) и др. 


226 
 
mansk Dəmiryolunun Tikinti İdarəsi buna razılıq vermədi. Onlar 
hesab edirdilər ki, türkmənlər «şimalın
1
 iqlim şəraitinə tamamilə 
uyğun  deyillər».  Bizim  fikrimizcə,  mindən  artıq  türkməndən 
ibarət bu hərbi mühafizə Türkmənistanla (Trans-Xəzər regionu) 
əlaqəli deyil, çox güman ki, o, Stavropol (Şimali Qafqaz) türk-
mənlərindən ibarət idi. 
 
Türkmən atlıları və onların komandirləri 
Avstriya  cəbhəsində  öz  döyüş  qabiliyyəti  ilə  seçilmiş  türk-
mən könüllü atlı alayı 31  mart 1916-cı  ildə Tekin atlı alayı  ad-
landırılmışdır (orada xidmət edən türkmənlərin  əksəriyyəti təkə 
tayfasından idi). Bu alaydan başqa bəzi türkmən zabitləri Qafqaz 
müharibəsində rus ordusunun bölmələrinə başçılıq edirdi. Onlar-
dan  biri  haqqında  14  dekabr  1914-cü  ildə  «Закаспийской  ту-
земной газеты» 1-ci nömrəsində «Qəhrəman baş zabiti xatırla-
yarkən» adlı qısa bir məqalə  həsr edilib. Məqalədə Qafqaz cəb-
həsində  29  oktyabr  1914-cü  ildə  qəhrəmancasına  həlak  olmuş 
Kiyev  hərbi  məktəbinin  məzunu,  Trans-Xəzər  regionunun  Ted-
jenski  vilayətinin  Ata  Seraxs  kəndində  doğulmuş  zabit  Çarı 
Amangəldi oğlundan yazılıb. 
Qafqaz  döyüşlərində  iştirak  edən  digər  türkmən  baş  zabiti 
isə 1-ci Kazan atıcı drujinasının komandiri podpolkovnik (indiki 
polkovnik-leytenant  –  Q.Şəhriyar)  Nikolay  Nikolayeviç  Xan 
İodumski (Qaraşxan oğlu İodumski (1868-1928) – Q.Şəhriyar)

idi. T.Latipovun məqaləsindən göründüyü kimi, o dövrün Kazan 
                                                
1
 Bax: Новикова И.Н. Австро-венгерские и германские военноплен-
ные  на  строительстве  Мурманской  железной  дороги  //  Военно-истори-
ческий журнал, 2006, № 2. 
2
  Ətraflı  məlumat  almaq  üçün  bax:  Soyegov  M.  Sandarmoh’ta  Şehit 
Olan Üç Türkmen Aydın // Türkmeneli Edebiyat ve Sanat Dergisi. Sayı: 37, 
Şubat. Kerkük/Irak, 2011, s.14-20. 


227 
 
qəzetləri onun 17 may 1916-cı il tarixli təşəkkür məktubunu nəşr 
edib.  Məktubda  deyilirdi:  «Sevinirik  ki,  döyüş  dəstəmizin  əziz 
vətəni  Kazan  bizi unutmur... Öz evindən ayrılmış və Rusiyanın 
şərəfi və böyüklüyü uğrunda döyüşən bizlərə qürbətdə Kazanın 
sevgisini  və  qayğısını  duymaq,  təbii  ki,  çox  vacibdir.  Əziz  Ka-
zan torpağına baş əyirik»
1
.
 
 
S.İsxakov  (Rusiya  Elmlər  Akademiyasının  Tarix  İnstitutu) 
«Birlikdə  və  ya  ayrı.  1914-1918-ci  illərdə  rus  ordusunda  türk-
müsəlmanları»  məqaləsində  türkmən  ağ  imiqrantı
2
  Rəzak  bəy 
Hacıyevin  xatirələrinə  əsaslanaraq  yazırdı  ki,  öz  elitasının 
çağırışına əsasən türkmənlər könüllü Tekin atlı alayına xidmətə 
gəldilər: «Rusiya təhlükədədir, biz gərək rus ordusunun cərgələ-
rində vuruşaq». Ancaq rus hərbiçiləri xivin (Daş oğuz) türkmən-
lərindən  ibarət  40  minlik  ordunun  yığılmasına  razılıq  vermə-
dilər. Nəticədə, türkmən  əhalisinin  hesabına Trans-Xəzər regio-
nununda yalnız bir Tekin atlı alayı formalaşdırıldı. Alayın döyüş 
nailiyyətləri  elə  o  andaca  diqqəti  cəlb  etdi.  «Петроградский 
курьер»  qəzetinin  jurnalisti  yazırdı  ki,  alman  torpaqları  olan 
Soldaunun yaxınlığındakı döyüşlərdə ilk dəfə bizim orduda türk-
mənlərdən  ibarət  yeni  atlılar  gördüm...  Onların  gəlişi  hər  yerdə 
səs-küyə səbəb olur və diqqəti cəlb edir». Rus-alman cəbhəsində 
alay dəfələrlə  vəziyyəti xilas edirdi. Məşhur hərbi  müxbir Vasi-
liy  İvanoviç  Nemiroviç-Dançenko  «Русское  слова»  qəzetində 
Lozd  yaxınlığındakı  döyüşləri  belə  təsvir  edir:  «Çaşqınlıq 
içərisində qalan almanlara hücum edənləri təsvir etmək mümkün 
deyil.  Alman  baş  qərargahından  olan  zabitlərdən  biri  deyirdi: 
«Kim bilirdi ki, rusların insanoğlunun bacara bilmədiyini həyata 
                                                
1
 Латыпов Т. «Низко кланяемся дорогой земле Казанской» // Цити-
руется  по  сайту  в  Интернете: 
http://www.e-vid.ru/index-m-192-p-63-
article-24631.htm
 (01.03.2013). 
2
 Təxminən altı il davam edən Vətəndaş müharibəsi (1917-1923) nəticə-
sində Rusiyadan gələn imiqrant dalğası belə adlanır. Ağ imiqrasiya 1919-cu 
ildə kütləvi xarakter alaraq bir neçə mərhələdə formalaşdı – Q.Şəhriyar. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə