Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə73/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   70   71   72   73   74   75   76   77   78

218 
 
raq,  hələ  dini  ehkamlar  bu  dastanları  yaradan  xalqın  arasında 
özünə əsaslı şəkildə yer etməmişdir.  
Hekayələrdə  dinsizlik, çoxallahlılıq  və  bədəvilik  özünü  var 
gücü ilə büruzə verir. Dastan qəhrəmanları təbiət güclərinə  ina-
nır və təbiət hadisələrinə ehtiramla yanaşırlar. 
Hətta bəzi tədqiqatçılar yerli adların daha çox işləndiyi bu he-
kayələrdə  islama  bağlı  üç  adın  sonradan  mətnə  daxil  edildiyini 
düşünürlər:  Şir  Şəmsəddin  oğlu  Qəflət  Qoca,  Alp  Rüstəm  oğlu 
Düzən və Boğazca Fatma. Yəni qətiyyətlə deyə bilərik ki, «Dədə 
Qorqud hekayələri» oğuzların islamdan əvvəlki əsərlərindən olub 
islamla  bağlı  obrazlar  və  ünsürlər  islamdan  sonra bu  hekayələrə 
daxil edilmişdir. Bu ünsürləri tanıyıb ayırd etmək mümkündür. 
Yuxarıda müdafiə etdiyimiz iddianın dəlillərini görmək üçün 
sadəcə Drezden və Vatikan nüsxələrinin giriş bölümlərinə baxmaq 
kifayətdir.  Belə  ki,  Vatikan  nüsxəsinin  girişindəki  yerli  söz  və 
ifadələr  islamla  bağlı  deyimlərlə  əvəzlənmişdir.  Məsələn,  «boy» 
əvəzinə «hekayə» və «ölmək» əvəzinə «vəfat» sözü işlənmişdir. 
Hekayələrin  məzmunundan  anlaşıldığı  kimi,  yarımköçəri 
oğuz  boyları  o  dövrdə  hələ  müstəqil  yaşayırdılar.  Azərbaycan 
folklorunda  oturaq  həyat  sürən  və  şəhərli  olan  «tat»  ifadəsi  sö-
zün  həqiqi  mənasında  işlədilərək dini  lider kimi  «uzun saqqallı 
tat əri» adlandırılmışdır. 
Digər  bir  çox  folklor  əfsanələrində  də  olduğu  kimi,  «Dədə 
Qorqud hekayələri»ndə qəhrəmanlar öz atları ilə tanınır. Məsələn, 
bütün  hekayələrdə  qəhrəmanlıqlarından  bəhs  edilən  Qazan  xan 
«qonur atın sahibi» və Beyrəyin atı isə «boz at» adlandırılır. 
Hekayələrdə qədim atalar sözü olan «at işləməzsə, ər öyün-
məz» deyimindən istifadə olunmuşdur. Döyüş meydanında Bey-
rək atına deyir: 
 
Açıq-açıq meydana bənzər sənin alıncığın, 
İki gecə işıq saçan tasa bənzər sənin gözciyəzin, 
İbrişimə bənzər sənin yeləciyin, 
İki çift qardaşa bənzər sənin qulaqcığın, 


219 
 
Əri muradına yetişdirir sənin arxacığın, 
At deməm sana, qardaş derim, qardaşımdan daha iyi, 
Başıma iş gəldi arxadaş derim, arxadaşımdan daha iyi. 
 
Hekayənin mətnində bu səhnə aşağıdakı kimi təsvir edilmiş-
dir: 
«At başını yuxarı tutdu, bir qulağını qaldırdı Beyrəyə qarşı 
gəldi. Beyrək atın köksünü qucaqladı, iki gözünü öpdü. Sıçradı, 
mindi». 
 
*** 
Hər  yerdə  müqəddəsliyindən  bəhs  edilənlərdən  biri  də  adı 
Dədə  Qorqudla  birlikdə  çəkilən  «qopuz»  və  ya  «saz»dır.  Dədə 
Qorqud bir ozandır. Ozanlar isə bizim bu gün aşıq adlandırdığı-
mız insanların atalarıdır. 
Aşığa hər zaman  «çiynində sazı asılı olan» deyilir. Bu gün 
saz  aşıqlar  üçün  necə  müqəddəsdirsə,  min  il  əvvəl  qopuz  da 
ozanlar üçün müqəddəs idi. 
«Dədə  Qorqud  hekayələri»nin  qəhrəmanları  düşmənlərinin 
əlində  saz  gördükləri  zaman  onlara  «Dədə  Qorquda  hörmətim-
dən vurmadım» – deyərək qopuzu onların əllərindən alırdılar. 
Azərbaycanın  digər  qəhrəmanlıq  dastanlarında,  məsələn, 
«Koroğlu»da və ya «Aşıq Qərib», «Aşıq Qurbani» və s. roman-
tik  məhəbbət  dastanlarında  da  olduğu  kimi  qəhrəmanların  əllə-
rində  qopuzları  vardır  və  döyüş  meydanına  getdikləri  zaman 
düşmənə meydan oxuyub qopuz çalırdılar. 
 
*** 
Dastanlardakı  bəzi  qəhrəmanlar  fövqəltəbii  güclərlə  döyü-
şürlər.  Bu  qəhrəmanlardan  biri  Dəli  Domruldur.  Fars  dilində 
«dəli-divanə»  kimi  anlaşılan  bu  «dəli»  sözü  əslində  çox  böyük 
fiziki gücə sahib olanlara, pəhlivanlara şamil edilir. 
Domrul da bəy olduğu üçün belə bir ləqəb daşıyır. O, qolu-
nun  gücü  ilə  lovğalanır:  «Bir  quru  çayın  üzərinə  körpü  tikdir-
mişdi. Gəlib-keçəndən otuz üç axça alırdı, keçməyəndən isə dö-


220 
 
yə-döyə qırx axça  alırdı». Çünki özünün də  dediyi kimi,  «mən-
dən  dəli,  məndən  güclü  ər  varmı  ki,  çıxsın,  mənimlə  vuruşsun, 
mənim  ərliyim,  bahadırlığım,  qəhrəmanlığım,  igidliyim  Ruma, 
Şama getsin, səs salsın». Ta ki bir gün körpünün başında gözəl 
bir igid ölür və o da Əzrailin arxasınca düşüb onunla vuruşaraq 
o igidin canını qurtarmaq istəyir və beləliklə, hekayə Dəli Dom-
rulun Əzraillə olan mübarizəsi ilə sona çatır. 
Belə bir digər mücadilə isə «Təpəgöz və Basat əfsanəsi»ndə 
təsvir edilir. Tək gözlü  mənasını  verən Təpəgöz  əslində  bir ço-
banın pəri ilə olan əlaqəsindən dünyaya gəlmiş, alnının ortasında 
tək  bir  gözü olan  bir  divdir.  O  ara-sıra  oğuz  xalqının  bəzilərini 
yeyirdi.  Bir  gün  Aruz  oğlu  Basat  yaşlı  bir  qadının  fəryad  qo-
parması ilə özünə gəlir: 
 
Ovcuna sığmayan qaracalı oğlu, 
İri təkə buynuzundan qatı yaylı, 
İç Oğuzda, Daş Oğuzda adı bəlli, 
Aruz oğlu xanım Basat, mana mədət! 
 
Bu yaşlı qadının üç oğlundan ikisini Təpəgöz yemişdi. Ba-
sat  bunları  öyrənir,  qadının  naləsini  duyur.  Qardaşı  Kiyan  Səl-
cuqun  da  Təpəgözün  əlində  əsir  olduğunu  duyunca  göz  yaşları 
gözündə donur və qardaşını xatırlayaraq söyləyir: 
 
Kənar yerdə tikilmiş otaqlarını, 
O zalim yıxdırdı, demək, qardaş. 
Yarış atlarını tövləsindən, 
O zalım seçdirdi, demək, qardaş. 
Cins-cins dəvələrini qatarından, 
O zalım ayırdı, demək, qardaş. 
Şölənində kəsdiyin qoyununu, 
O zalım kəsdi, demək, qardaş. 
Güvəncimlə gətirdiyim gəlinciyini, 
O zalım səndən ayırdı, demək, qardaş. 
Ağsaqqallı atamı «oğul» deyə ağlatdın, demək, qardaş. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə