Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə72/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   68   69   70   71   72   73   74   75   ...   78

215 
 
baxmayaraq, eşqlə ölümün amansız savaşında yer alır, hətta Əz-
railə qarşı vuruşur və məhəbbətin yardımı ilə zəfər qazanır. 
Hekayələrdə adətən Qazanın qəhrəmanlıqlarından bəhs edi-
lir.  Onun  evinin  yağmalanmasından,  özünün  və  oğlunun  əsir 
düşməsindən və onların qəhrəmanlıqlarından bəhs edilir. Qazan 
mübarizə aparan, xalqını sevən, fədakar, cəsur və vəfalı bir başçı 
kimi təsvir olunur. 
O, ovda ikən soyğunçular onun evini yağmalayırlar. Bu ha-
disədən xəbər tutan Qazan xan Qaraca Çobanla birlikdə düşmə-
nin arxasınca gedir, anasını, həyat yoladaşını və övladını əsirlik-
dən azad edir, düşməndən intiqam alır. 
Məğlub olan düşmən geri dönərkən oğlunu əsir götürür. Qa-
zan  kimsəyə  xəbər  vermədən  oğlunu  azad  etmək  üçün  geri  dö-
nür.  Ona  tələ  qurub  yer  altı  qara  quyulara  həbs  edərək  işkəncə 
verirlər. Ancaq Qazan yenə də onlara boyun əymir. 
Ondan  qurtulması  üçün  düşməni  tərifləməsini  istəsələr  də, 
o,  əksinə, onlara  meydan oxuyur:  «Məni tutsaq etdiysən, öldür! 
Sənin  qılıncından  qorxum  yoxdur.  Əsalətimə  və  özgürlüyümə 
həqarət edəməm» – deyir. 
Qazan xanın oğlu Uruz da cəsur qəhrəmandır. İki dəfə düş-
mənə əsir düşür və ikisində də igidlik göstərir. O, namusu uğru-
na bədəninin dilim-dilim doğranmasına razı olur. 
Uruz  atasını  həbsdən  azad  edir.  Atası  onu  sınamaq  üçün 
özünü  göstərmir.  Uruz  döyüşdə  bütün  düşmənlərə  qalib  gəlir, 
hətta bu cəhətdən atasından önə keçir. 
Hekayələrin  digər  qəhrəmanları  adətən  oğuz  bəylərindən 
boz atlı Beyrək və Dirsə xan oğlu Buğac kimi döyüşkən ruhları 
və igidlikləri sayəsində nüfuz sahibi olmuşlar. 
Qazan  xanın  çobanının  qəhrəmanlıqları  xüsusilə  diqqətə  la-
yiqdir.  Qaraca  Çobanın  simasında  xalqın  mücadiləsi  və  qəhrə-
manlıqları əks olunmuşdur. Bu sadiq qəhrəman təkbaşına altı yüz 
soyğunçuya  müqavimət  göstərir.  Düşmən  onu  aldatmağa  çalışır 
və  ona  bəylik  və  hökmdarlıq  vəd  edir,  amma  çoban  onların  bu 


216 
 
fəndinə  boyun  əymir.  Sapandı  ilə  təpədən  dırnağa  qədər  silah-
lanmış düşmənə qarşı igidliklə vuruşur. İki qardaşı ölür, amma o, 
yenə  də  döyüşə  davam  edir.  Daşlarının  tükəndiyini  görən  çoban 
keçilərini bir-bir sapanda qoyub atır. Hər dəfə düşmənlərdən iki-
sini öldürür. Beləliklə, soyğunçular geri çəkilirlər.  
Onun sapandı iki-üç yaşında bir dananın dərisindən və bağları 
isə üç keçi tükündən hörülmüşdür. Hər dəfə on iki batmanlıq (təx-
minən əlli kiloqram) bir daşı ata bilirdi. Atılan daş adətən yerə düş-
mür, düşsə də, gips kimi dağılaraq hər yeri dumana bürüyür. Bu da-
şın düşdüyü yerdə üç il ot bitmir. Qaraca Çoban belə təsvir edilir: 
 
Gecə qaranlığı çökdüyündə sən qoruyucusan, 
Qar və yağmur yağdığında sən ocağın atəşini saxlarsan! 
Və nə qədər dəyərli məhsulların var: süd, pendir. 
 
Çoban Qazanla bir yerdə vəsf edilir. O, Qazanın həyatını və 
evini azad etmək üçün düşmənın izini tapır, arvadını və qardaş-
larını azad edir.  
O, düşmənın güclü və təchizatlı rəhbərinə belə xitab edir:  
 
Altındakı alaca atını nə övərsin, 
Alaca başlı keçim qədər gəlməz mana. 
Başındakı tulqanı nə övərsin, bre kafir, 
Başımdakı börküm qədər gəlməz mana. 
Qılıncın nə övərsin, bre kafir, 
Əyri başlı çomağım qədər gəlməz mana. 
Oxluğunda doxsan oxunu nə övərsin, bre kafir, 
Alaca qollu sapandım qədər gəlməz bana. 
 
Çoban  ölümdən  qorxmayan  bir  insan  kimi  düşməndən  hər 
nə  şəkildə  olursa-olsun,  intiqamını  alan,  mübarizə  aparan  bir 
qəhrəman və qorxusuz təsvir edilir. 
 
*** 
«Dədə  Qorqud  dastani-hekayələri»ndə  qadınlar  da  kişilər 
kimi igid və döyüşkəndir. Hekayələrdə ər-arvad, ana-uşaq və ba-
cı-qardaş  bir-birlərinə  qarşı  saf
 
bir  sevgi  ilə,  nişanlı  qızlar  isə 


217 
 
sevgililərinə  sədaqətli  təsvir  edilmişlər.  Hekayələrdəki  qadınlar 
ata  minən,  ox  atan,  cəsur,  döyüşkən,  meydan  oxuyan  və  rəqib 
axtaran obrazlardır. 
Oğlunun gecikdiyini görən Dirsə  xanın  həyat  yoldaşı atına 
minib qırx  incə belli  igid qızını  yanına alaraq oğlunu axtarmaq 
üçün dağlara çıxır və onu yaralı halda tapıb gətirir. 
Qazan xanın oğlu Uruz əsir düşdüyü zaman anası Burla xa-
tun oğlunu azad etmək üçün silahlanıb döyüş meydanına girərək 
Koqan kimi pəhlivanları məğlub edir.  
Biz  bu  hekayələrdə anaların  fədakarlıqları  ilə  yanaşı,  «Ana 
haqqı Tanrı haqqıdır» kimi atalar sözlərinə də rast gəlirik. Eyni 
zamanda ailələrin digər üzvlərinin də sevgiləri safdır. 
Qanturalının nişanlısı Selcan xatun həyat yoldaşı ilə birlikdə 
düşmənə hücum edib «düşmən ordusunun bir ucu mənim, digər 
ucu  sənin»  –  deyərək  döyüşərək  sevgilisini  ölümdən  azad  edir. 
Bu qız xalq arasında atdığı hər ox hədəfə dəyən, daima çiynində 
iki yay daşıyan pəhlivan və ov ovlamaqda məşhur biri kimi təs-
vir edilir. 
Banuçiçək evlənmişdən əvvəl nişanlısı Beyrəyi sınağa çəkən 
bir qızdır. Beyrəyi döyüş meydanına çəkərək ox atdırır, at çapdı-
rır, güləşib qəhrəmanlığına inandıqdan sonra onun qadını olur. 
«Dəli Domrul hekayəsi»ndə qəhrəmanın Dəli Domrula «ca-
nım sənin canına fəda olsun» – deyərək ona sədaqətini və fəda-
karlığını  göstərir,  onun  əvəzinə  canını  Əzrailə  vermək  istəyən 
yeganə  insan  yenə  həyat  yoldaşıdır.  Belə  bir  eşqə  və  sədaqətə 
heyran olan Tanrının  isə  bu sevgi qarşısında qəzəb atəşi  sönür, 
bu saf və  möhtəşəm sevgiyə ərmağan olaraq onlara iki yüz qırx 
il ömür bağışlayır. 
 
*** 
Hekayələrdə dinin təsiri geniş mənada əhəmiyyətsiz və zəif-
dir.  Hekayələrdə  hər  şeyin  dinlə  cilalanmasına,  qəhrəmanların 
kafirlərlə  döyüşməsinə, kilsələrin  məscidə çevrilməsinə, döyüşə 
getməmişdən əvvəl iki rükət namaz qılınmasına və s. baxmaya-


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə