Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə70/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

209 
 
Burada  sadəcə  məna  deyil,  məzmun  və  məqsəd  də  fərlidir. 
Hətta döyüş vasitələri belə fərqlidir. Yəni məhəbbət dastanların-
da qılınc, ox, yay, dəmir zireh, Misri qılınc, şeşpər və s. silahlara 
ehtiyac yoxdur. Bunların əvəzinə saz – söz, nəğmə – türkü, rəqs 
–  musiqi  vardır.  Burada,  eyni  zamanda  saysız-hesabsız  cinaslı 
qafiyələr qəhrəmanlıq dastanlarındakı nizələrin və oxların yerini 
tuturlar.  Mənəvi  dəyərlərin  və  yaradıcılıq  nümayişinin  mənşəyi 
təbiətin və insanın maddi həyatının olduğunu bilirik. Eyni şəkil-
də orta əsr xürafat və düşüncə şəkillərinin ayaq izlərini də adi in-
sanların yaradıcılıqlarında izləyirik. 
Ancaq  söylədiyimiz  kimi,  bu  dastanlarda  da  quruluş  baxı-
mından  bir-birinə  zincir  kimi  bağlı  mənsur  və  mənzum  parça-
lardakı ana xətt yenə də mücadilədir. Sevgililərin bir-birinə qo-
vuşmalarına mane olan güclü düşmənə və şər qüvvələrə qarşı fə-
dakar mücadiləsi dastanı fərdilikdən çıxarıb ictimailəşdirməkdir.  
Bununla birlikdə, bu dastanların ən qədim növlərindən olan 
«Dədə  Qorqud»  dastanları  bütövlükdə  başqa  xüsusiyyətlər  nü-
mayiş  etdirir.  Dastanlarda  qəhrəmanlıq  və  məhəbbət  iç-içədir. 
Qəhrəmanlar başqa milli dastan qəhrəmanları kimi daxili və xa-
rici  düşmənlərə  qarşı  mücadilə  edir,  aşiq  olub  sevdiyinə  könül 
verir  və  fövqəlbəşər  işlər bacarırlar. Bəzən  insanların dünyasın-
dan fərqli dünyalarda gəzirlər. Bəzən insanlara sevgi bəsləyirlər. 
Arada  bir də  bədheybətlə  insanlıq uğruna  mücadilə  edərək  mif-
lər yumağında yaşayırlar. 
«Dədə Qorqud kitabı» on iki dastandan və bir müqəddimə-
dən  ibarətdir.  Bu  dastanların  hər  biri  aşıqların  əcdadları  olan 
ozanlar tərəfindən yaradılmışdır. Yalnız bütün dastanlarda Dədə 
Qorqudun  adı  çəkilir.  Əslində  bütün  dastanlar  ona  ithaf  edilir. 
Bütün  qəhrəmanlara  ad  verən  yenə  də  odur.  Dədə  Qorqud  soy 
soylayıb dastan söyləyir. 
Dədə Qorqud kimdir? Dədə Qorqud haqqındakı fikirlər mü-
bahisəlidir.  Ancaq  onun  tarixi  şəxsiyyət  və  islamın  ilk  illərində 
oğuzlar arasında yaşaması dəqiqdir.  


210 
 
Bu  iddianın  ən  önəmli  istinadlarından  biri  «Cami-Cəm 
Ayin»  əsərinin  müəllifinin  verdiyi  açıqlamadır.  O,  bu  əsərdə 
göstərir ki, oğuz boyunun lideri olan Qaraxan Qorqud Ata, ya da 
Dədə Qorqud adlı şəxsi islam peyğəmbərinin yanına göndərmiş, 
Dədə Qorqud isə Salmani-Farsi ilə birlikdə imana gələrək islamı 
təbliğ etmək üçün oğuzların arasına geri dönmüşdür
1

Bundan  başqa,  «Dədə  Qorqud  kitabı»nın  müqəddiməsində 
də  «Rəsul  əleyhis-səlam  zamanına  yaxın  Bayat  boyundan  Qor-
qud Ata derlər, bir ər qopdu» deyə yazılır.  
Yenə də eyni mətndə bu sözlər yer alır: «Oğuzuñ ol kişi ta-
mam bilicisi idi. Nə dersə, olur idi. Qeybdən dürlü xəbərlər söy-
lər idi. Haqq-Təala onuñ köñlünə ilham edər idi». 
Burada «bilikli şəxs» mənası verən «bilici» sözü əslində ka-
hin, övliya, kəramət sahibi olan insanlar üçün istifadə olunur. 
Əmir  Nizaməddin  Əlişir  Nəvayi  «Nəsayimül-Mühəbbə» 
əsərində,  Əbül-Qazi  Bahadırxan  isə  «Şəcəreyi-Tərakimə»  əsə-
rində,  Xacə  Rəşidəddin  Fəzlullah  Həmədani  və  digərləri  isə  öz 
əsərlərində Dədə Qorqudu «keçmişlərin bilicisi, gələcəkdən xə-
bərdar, kəramət sahibi» olaraq qiymətləndirirlər.  
Dədə  Qorqudun  adı  çəkilən  ilk  yazılı  tarixi  mənbə  Xacə 
Rəşidəddinin  «Camiət-Təvarix»in  «Tarixi-oğuz  və  türkan  və 
hekayəti-Cahangiri» başlıqlı bölümüdür. 
Bunlardan  başqa,  «Dürərüt-tican»
2
,  «Tarixi-dost  Sultan»
3

Yazıçıoğlunun  «Səlcuqnamə»si,  «Risaleyi-min  kələmati-Oğuz-
name  əl-məşhur  bi  Atalar  sözü»  və  s.  əsərlərində  onun  (Dədə 
Qorqudun  –  Q.Şəhriyar)  adı  çəkilmiş  və  «Kitabi-Dədə  Qor-
qud»a birbaşa və ya dolayı yolla istinad edilmişdir.  
                                                
1
  İslam  Ansiklopedisi,  “Korkut  Ata»  maddesi;  Türk  Dili  ve  Edebiyatı 
Dergisi, sayı 6.  
2
 Əsərin tam adı «Dürərüt-tican və təvarix»dir («Şöhrətlilərin tarixindən 
incilər»). Müəllifi tarixçi Abdulla ibn Aybək əd-Dəvadaridir. O, bu əsəri 1309-
cu ildə sultan Nəsir Məhəmməd ibn Kalavuna həsr etmişdir – Q.Şəhriyar.  
3
  Ötəmiş  Hacı  ibn  Mövlanə  Məhəmməd  Dostinin  əsəridir.  O,  XVI  əsr 
tarixçisidir. Bu əsərin 1550-ci ildə yazıldığı bilinir – Q.Şəhriyar. 


211 
 
Bunlara  əlavə  olaraq qeyd  edək  ki,  bir  çox  klassik  şairin  də 
öz  əsərlərində  Azərbaycan  folkloruna  istinadən  istifadə  etdikləri 
materialların  və  ünsürlərin  qaynağı  yenə  də  «Dədə  Qorqud»dur. 
Bəlkə cəsarətlə söyləyə bilərik ki, bütün Azərbaycan şairləri «Də-
də Qorqud»un sözlərini, dastanlarını  nəzmə  çəkmişlər. Hətta ya-
şadığı dövr və əsərinin tarixi bilinməyən Qul Ata adlı bir azərbay-
canlı şair tərəfindən Dədə Qorqudun öyüdverici sözlərini  nəzmə 
keçirilərək yazılan bir məsnəvi mövcuddur. Əski Azərbaycan ləh-
cəsi ilə yazılan bu məsnəvinin bir neçə bəndi aşağıdakı kimidir: 
 
Dədə Qorqud söylədi ki, düşmənin, 
Ölüsü ölsə, sevimən kimsənin. 
Necə ki, bu cümlə başlardan keçər, 
Cümlə aləm həm bu şərbətdən içər. 
 
Xoş demiş Qorqud təhammül xoş durur, 
Ney-şəkər tək qəhri udmaq xoş durur. 
Şeytan ağlıyla iş işlədik müdam, 
Ta olur belə işimiz xam. 
Piş-qədəmlər eşitmək gərək, 
Hər nə ki, pirlər demiş, etmək gərək. 
 
Kəm-əsil kişilərin işi budur, 
Qiybət, yalan, böhtan edişi budur. 
Dədə Qorqud der ki, ol ağıl durur, 
Söyləyən deyir ki, ol betər durur
1

 
Dədə Qorquda aid edilən belə sözlər türkülərdə, əfsanələrdə və 
digər folklor mətnlərində əks olunmuşdur. Bu cür əfsanələrdə onun 
şəxsiyyəti  miflərin  ecazkar  örtüyü  altında  gizlədilmişdir.  Bir 
əfsanəyə görə, yuxusunda ona bir məzar qazıldığını görür. Oyanıb 
qaçmağa başlayır və sərgərdan olur. O getdiyi hər yerdə məzarını 
                                                
1
 Muharrem E. Dede Korkut Kitabı Üzerine. Türk Dili ve Edebiyatı Der-
gisi, C. III, 1955, s.100.    


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə