Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə69/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   65   66   67   68   69   70   71   72   ...   78

206 
 
Aşıqlar bir mövzudan başqasına keçərkən dastan söyləyici-
liyi ənənəsinin ustalıqla keçiş formulundan yararlanırlar. Adətən 
dinləyicilərin diqqətini çəkmək üçün hər hansı bir hadisəni bitir-
mədən  başqa  bir  hadisəyə  keçiş  etmək  istərkən,  məsələn,  «indi 
Arzunu  tat  evində  buraxaq,  xanın  yanına  şikayətə  gedən  Qəm-
bərdən dinləyəlim»  və  ya  «dəlilər zindanda dursun,  biz kimdən 
xəbər verəlim, Çamlıbeldəki Koroğludan» və s. kimi keçiş qəlib-
lərindən ustalıqla istifadə edirlər. 
Müasir  folklorçular  Azərbaycan  dastanlarını  iki  növə  ayı-
rırlar:  qəhrəmanlıq və  məhəbbət dastanları. Qəhrəmanlıq dastan-
larından «Koroğlu», «Qaçaq Nəbi», «Qaçaq Kərəm», «Səttarxan» 
və  s.-nin  adını  çəkmək  olar.  Bu  kimi  dastanlar  tarix  boyunca 
xalqın haqqını qorumaq uğrundakı mücadilələrini təsvir etmişlər. 
Bunlardan bəziləri, məsələn, «Koroğlu» dastanı kimi bəşəriyyətin 
çox əhəmiyyətli mədəni dəyərləri arasında yerini almışdır. 
Azərbaycan  folklorunun  böyük  hissəsini  təşkil  edən,  eyni 
zamanda  ən  böyük  və daha geniş  ərazidə  yayılan dastanlar  içə-
risində lirik və məhəbbət dastanlarından bəhs edə bilərik. Bu tip 
dastanlar  qəhrəmanlıq  dastanlarının  əksinə  bu  torpaqların  sülh 
və  sükunət  dövrünün  əsərləridir.  Dastanların  qəhrəmanları  eşq, 
sevgi, sədaqət, vəfanın elçiləri olmuşdular.  
Bu dastanlarda hər zaman iki qəhrəman vardır: aşiq və  mə-
şuq.  Onların  əsas  quruluşunu  iki  aşiqin  bir-birinə  qovuşmaq 
üçün verdikləri mücadiləsi və vüsal badəsini içmələri və ya qo-
vuşa bilməmələrinin kədərli hekayələri təşkil edir. Müasir folk-
lorşünas  Məhəmmədhüseyn  Təhmasibə  görə,  lirik/məhəbbət 
dastanları aşağıda göstərilən üç bölümdən ibarət ola bilər: 
1)
 
Baş qəhrəmanın doğulub böyüməsi; 
2)
 
Aşiq olması və macəraların başlanması; 
3)
 
İnkişaf, dastanda hüzn və ya xoşbəxtliyin zirvəsi. 
Bu dastanlar adətən xalqın müxtəlif dövrlərdəki həyat tərzi və 
dünyanı qavramalarına görə yenidən şəkillənir və bitir. Xalq üslu-
bunda yaradılmış bu əsərlərin hər biri cəmiyyətin arzu və düşüncə-


207 
 
lərini əks etdirib. Qəhrəmanın başına gələn bütün bəlalar və çəkdiyi 
sıxıntılar  əslində  cəmiyyətin  üz-üzə  qaldığı  sıxıntılara  ayna  tutur. 
Hətta qəhrəmanın adı  belə  bəla  və  sıxıntılara uyğun olaraq dəyişə 
bilir. Belə ki, Mahmud Kərəm adını və ya Rəsul Qərib adını alır. 
Bir çox romantik məhəbbət dastanında qəhrəman sevgilisinə 
qovuşur:  Getdiyi  yol  qarşılaşdığı  bütün  maneələri  ortadan  qal-
dırıb məşuqəsini də götürüb məmləkətinə geri qayıdır. Məsələn, 
«Aşıq  Abbas  və  Gülgəz  Pəri»,  «Şah  İsmayıl»,  «Əlixan  və  Pəri 
xanım» və s. məhəbbət hekayələri də bu qəbildəndir. 
«Arzu  və  Qəmbər»  kimi  hekayələrdə  isə  qəhrəman  ayrılıq 
dərdinə sonsuza qədər mübtəla olur. Bu növ hekayələrin sonunun 
kədərlə  bitməsinin  səbəbi  bu  torpaqlardakı  xalqların  müxtəlif 
dövrlərdəki  ağır  həyat  şərtləri  və  cəmiyyətin  keçirdiyi  travmalar 
və  sıxıntılardır.  Dinləyiciləri  hüznləndirən  bu  cür  kədərli  heka-
yələr  zamanla  böyük  dramlara  çevriləcək  qədər  yanıqlı  ağıların 
ortaya çıxmasına səbəb olur. Bu cür hekayələrdə mücərrəd xüra-
fat  tipi  düşüncələrlə  yanaşı,  dünyanın  etibarsızlığı  və  gözəllərin 
vəfasızlığı, dünya nemətlərinə çox etibar olunmasına və s., xalqın 
dünyaya və yaşama dair fəlsəfi, ictimai fikirləri gözə çarpmaqda, 
o insanların istək, təmənniləri və yaşayış şəkillərini əks etdirir. 
Bu  hekayələrin  ortaq  tərəfi  qəhrəmanların  vüsala  çatmaq 
üçün  qarşılarına  çıxan  maneələrlə  mücadiləsidir.  Ümumiyyətlə, 
bu  cür  mücadilələrdə  qəhrəmanın  güvəndiyi  yeganə  şey  özünün 
və  dünyanın  maddi  gücüdür.  Pis  güclərlə  qarşılaşma,  yolda  rast 
gəldiyi  quldurlar,  hətta  hökmdarların  ordularına  qarşı  çıxıb  bu 
güclərlə mübarizədə qalib gələrək sevgilisini onların əsirliyindən 
azad  etməsi  hekayələrin  əsas  mövzusudur.  Bir  çox  başqa  heka-
yələrdə  isə,  məsələn,  «Aşıq  Qərib»,  «Abbas  və  Gülgəz»,  «Aşıq 
Qurbani» və s. bu kimi hekayələrdə qəhrəman saz və söz ustadıdır 
və aşıqlıq sənəti ilə mücadiləyə gedir. Bəzən aşığın özünün aşıqlıq 
sənəti və ustalığını nümayiş etdirməsindən irəli gələn bu cür heka-
yələrdə qəhrəmanın qarşısındakı şər və bədxahlığın təmsilçisi olan 
da elə məhz aşıqlıq sənətinə sahib biridir. Qəhrəman onunla yarışır. 


208 
 
Başqa sözlə, deyişir. Sonda ona qalib gələn qəhrəman sazını öpüb 
sinəsinə  basır.  Beləliklə,  qəhrəman  vüsala  qovuşur.  Aşıq  Abbas 
sevgilisi  Gülgəz  Pərinin  Şah  Abbasın  sarayına  zorla  cariyə  veril-
məsinin  ardından  yalnız  sazını  götürüb  Tufarqandan  (bugünkü 
Azərşəhr) İsfahana gedib onunla aşıq üslubunda deyişir. 
Bəzən də  bu cür hekayələrdə bilinməyən  fövqəladə  güclərin 
gəlib qəhrəmana yardım etdiyini görürük. Məsələn, «Aşıq Qərib» 
hekayəsində  kimsənin  qırx  gündə  gedə  bilmədiyi  məsafəni  Xı-
zırın  yardımı  ilə  hekayənin  qəhrəmanı  üç  gündə  gedir  və  onu 
məmləkətinə çatdırır. «Şah İsmayıl və Gülzar» hekayəsində qəh-
rəmanın  gözləri  açılır  və  ya  «Aşıq  Qurbani»  hekayəsində  qəh-
rəman ölümün pəncəsindən fövqəltəbii varlıqların sayəsində azad 
olur. Bu güclər daha çox insanların qədim zamanlardan və ibtidai 
inanclarından  bəhrələndikləri  Azərbaycan  əfsanələrinin  xüsusiy-
yətləridirlər.  Ancaq  belə  vəziyyətlər  hekayələrin  əsl  süjet  xəttini 
təşkil  etmir.  Hətta  bir  çox  yerdə  bu  cür  fövqəltəbii  hadisələrə 
maddi həyəcan və görünüş də verilir. Belə ki, «Arzu və Qəmbər» 
dastanında  Qəmbərin  etdiyi  qarğışların  belə  ruhani  və  ya  meta-
fizik güclərdən ziyadə zülmə məruz qalmış qəhrəmanın təmiz qəl-
binin iztirab və həyəcanlarının ifadəsindən ibarətdir. 
Bütün bu müxtəlifliklər əslində məhəbbət dastanlarının qəh-
rəmanlıq dastanlarından fərqli bir mücadilə anlayışına sahib oldu-
ğunu  göstərir.  Qəhrəmanlıq  dastanlarında  qəhrəman  haqsızlığa 
uğrayaraq  zülmə  məruz  qalmış  cəmiyyətin  mənfəətləri  uğrunda 
zalımlara,  işğallara  və  istilalara  qarşı  göstərdiyi  mücadilələrdən 
bəhs edilir. Yəni vətəni yad və ya yerli feodalların istilasından azad 
etmək  üçün  fədakar  mücadilələr  təsvir  edilir.  Halbuki  məhəbbət 
dastanlarında siyasi və iqtisadi məsələlərin yerinə məhəbbətdən və 
sevgidən söz açılır və burada vüsala yetmək üçün mücadilə edilən 
güclər qara güvvələrdir. Hər nə qədər bu cür hadisələr və təsvirlər 
feodal  dövr  Şərq  cəmiyyətləri  üçün  xarakterik  sayılsa  da,  «Ko-
roğlu»,  «Qara Məlik»,  «Nəbi»  və  ya  «Şah İsmayıl-Taclı»  dastan-
larında aparılan mübarizə milli mənfəətlər və vətən üçündür.   


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə