Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə77/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   70   71   72   73   74   75   76   77   78

231 
 
Q.Şəhriyar),  başqırdlar,  qumıqlar
1
,  noqaylar,  qırğızlar  və  Rusi-
yada  yaşayan  digər  xalqların  nümayəndələri  də  var  idi.  Robert 
Lax  1916-1917-ci  illərdə  həmin  əsirlərin  ifasında  onların  xalq 
mahnılarını
2
  qrammofon  vasitəsi  ilə  yazıya  almışdır.  Musiqişü-
nas  Vyana  Elmlər  Akademiyasında  nəşr  olunan  (1917-1917) 
Vena  fonoqram arxivində  mühafizə  edilən  bu  iş  haqda  məruzə-
sindən  başqa  «Rus  hərbi  əsirlərin  mahnıları»  (Gesänge  russis-
cher  Kriegsgefangener.  I-III,  Wien-Leipzig,  1926-1952)  adlı 
toplular silsiləsini nəşr etmişdir. Onun 1930-cu ildəki ikinci nəş-
rində  R.Laxın  xahişi  ilə  dörd hərbi  əsir tərəfindən  ifa edilən 79 
Krım-tatar xalq mahnısının not və sözləri də yerləşdirilib: 
1.
 
Mustafa Süleyman (30 yaş, ticarətçi) 34 mahnı (1-34);  
2.
 
Kabullah Bikdaş (25 yaş, bağban) – 5 mahnı (35-39);  
3.
 
Abdullah Armet (26 yaş, bağban) – 8 mahnı (40-47);  
4.
 
Useyn  Asan  (31  yaş,  üzümçü-bağdan)  –  31  mahnı  (48-
79)
3

1952-ci  ildə  Vyana  universitetinin  (1920-1939)  və  Vyana 
Musiqi Akademiyasının (1924-1945) professoru olarkən Robert 
Lax  Qerber  Yanskiy  ilə  birlikdə  Vyanada  «Volksgesänge  von 
Völkern  Russlands,  II.  Turktatarische  Völker.  Kasantatarische, 
mischärische,  westsibirisch-tatarische,  nogaitatarische,  turkme-
nische, kirgisische und tscherkessisch-tatarische  Gesänge» (207 
səhifəli)  adlı  not  və  mahnı  sözlərindən  ibarət  yekun  toplu  nəşr 
etdirdi. Əvvəlki toplularda olduğu kimi, bu kitabda da mahnıla-
                                                
1
  İqnats  Kunoşun  Macarıstan  hərbi  düşərgələrində  olan  qumıqlardan 
topladığı materiallar Macarıstan Milli Elmlər Akademiyasının elmi arxivində 
mühafizə olunur və bu materiallar heç vaxt tədqiqata cəlb olunmayıb. Ətraflı 
məlumat üçün bax: Q.Şəhriyar. İqnats Kunoş: folklorşünaslıq fəaliyyəti. “Də-
də Qorqud” elmi-ədəbi toplu, 2015 (2)  
2
  Bax:  Какук  Ж.  Татарский  материал  Игнаца  Куноша  //  Советская 
тюркология, 1987, № 3, с.53-57. 
3
  Lach  R.  Gesänge  russischer  Kriegsgefangener.  II.  Band:  Turktata-
rische Völker.1. Abteilung: Krimtatarische Gesänge. Transkription und Über-
setzung von Herbert Jansky. Wien und Leipzig: Hölder-Pichler-Tempsky A.-
G., 1930, s.5-76. 


232 
 
rın  sözlərini  ərəb  dilində  latın  qrafikası  ilə  yazıb  alman  dilinə 
tərcümə  edən  avstriyalı  türkoloq,  islam  tarixi  və  türkologiya 
haqqında  çoxsaylı  tədqiqatların  müəllifi  Qerber  Yanskiy  (Her-
bert  Jansky  (1898-1981)  –  Q.Şəhriyar)  olub.  Türk  xalq  mahnı 
folkloru olan bu nümunələr onun məqsədyönlü səyləri nəticəsin-
də  nəşr  edilmişdir.  Alman  dilində  olan  tərcümələrlə  yanaşı, 
Q.Yanskiy  alman  oxucusna  aydınlıq  gətirmək  üçün  bu  şeirlərə 
lazımi izahlar və şəhrlər də vermişdir. 
Bizim  hesabımıza  görə,  yuxarıda  qeyd  edilən  iki  kitabda 
Rusiyanın müxtəlif regionlarından olan üç tatar hərbi əsirlərinin 
ifasında 180 tatar mahnısı öz əksini tapmışdır:  
1.
 
Ufim quberniyasından 26 yaşlı Kazan tatarı Niqmatullah, 
rəncbər – 62 mahnı;  
2.
 
Simbir  quberniyasından  25  yaşlı  mişər  tatarı  Abdulqə-
nim, rəncbər – 94 mahnı;  
3.
 
Qərbi  Sibirdən  41  yaşlı  Lətif  Xaybullin,  tacir  olub,  mü-
haribədən  əvvəl  Semipalatenskidə  (indiki  Semey  –  Q.Şəhriyar
yaşayıb (14 mahnı)
1
.  
Sadə  müqayisə  göstərir  ki,  mahnıların  sayı  mahnı  sözlə-
rindən daha çoxdur, çünki bir şeir iki və daha çox mahnıda isti-
fadə edilmişdir. Bundan  başqa,  bizim  fikrimizcə, hərbi  əsirlərin 
ifasında  olan  çoxsaylı  mahnılar  elmi  mənada  mahnı  sayılmır, 
buna  sübut  olaraq  bir  insanın  ifasında  olan  34,  62  və  hətta  94 
mahnı göstərmək olar. Onların əksəriyyəti, çox güman ki, ayrı-
ayrı  nəğmə,  sadə  mahnı  motivləri  olub.  Buna  görə  də  həmin 
melodiyaların  not  yazıları  çox  qısa  olub.  Digər  tərəfdən  isə 
həmin  ifaçıların  yaxşı  vokal  göstəriciləri  olduğundan  R.Laxın 
xahişi ilə öz bildikləri mahnılardan başqa, düşərgədə olan hərbi 
əsirlərin dilindən yeni əzbərlədikləri mahnıları da ifa etdiklərini 
fərz etmək olar. 
Robert  Lax  tərəfindən  yazılan  mahnılarla  yanaşı,  Berlinin 
Ali Musiqi  Məktəbinin professoru G.Şümenin rəhbərliyi  ilə  Bi-
                                                
1
 Lach R. Volksgesänge von Völkern Rublands. S. 5-57, 92-165. 


233 
 
rinci Dünya müharibəsinin hərbi əsirləri tərəfindən yazılan (əsa-
sən  Vünsdorfda)  xalq  mahnılarının  fonoqram  toplusu  haqqında 
da  məlumat  var.  Məsələn,  bu  topluda  61  tatar,  11  çuvaş  və  4 
başqırd mahnısı yer alır. Topluda hərbi əsir olan qeyri-türk xalq-
larının
1
 nümayəndələrinin ifasında olan xalq mahnıları da az de-
yil. Fikrimizcə, başqa xalqların mahnılarına, məsələn, tatar mah-
nılarına nisbətən türkmən mahnılarının sayının az olması dolayı 
yolla da olsa, ondan xəbər verir ki, əsir türkmənlər digər millət-
lərin hərbi əsirlərindən daha az sayda olublar.  
Türkmən  mahnılarının  təhlilinə  keçməzdən  əvvəl  qeyd  et-
mək  istəyirik  ki,  Rusiyadan  olan,  o  cümlədən  müsəlman-türk 
hərbi əsirlərlə bağlı humanitar məsələlərin həlli ilə Avstriya-Ma-
carıstan  və  alman  alimləri  (R.Lax,  İ.Kunoş,  G.Şüneman  və  s.), 
həmçinin digər yardım təşkilatları (Qırmızı xaç, Qırmızı aypara 
və s.), eləcə də Osmanlı İmperiyasının mütərəqqi ziyalıları məş-
ğul olurdular. Məsələn, alman (böyük ehtimalla Avstriya-Maca-
rıstan)  əsirliyində
2
  olan  müsəlmanların  vəziyyətini  yoxlamaq 
məqsədi ilə Berlinə gedən xüsusi nümayəndə heyətinin tərkibin-
də  Həlim  Sabit  Şibay  (Kazan  əsilli  tatar),  Tunuslu  Şeyx  Saleh, 
Əbdürrəşid İbrahim, Əhməd Ağaoğlu və digərləri də var idi. 
 
Rəcəb Sarının oxuduğu altı mahnıdan dörd bənd 
Haqqında danışdığımız türkmən əsilli hərbi əsir Rəcəb Sarı-
nın ifasında yazıya alınan türkmən xalq mahnısının mətni aşağı-
da göstərilmişdir. 1952-ci ildə toplunun mətninə guya hər mah-
nıdan  bir  bənd  əlavə  edilmişdir.  Həqiqətən  də,  əlimizdə  hərəsi 
dörd sətirdən ibarət (cəmi 16 sətir) dörd bənd var. Buna baxma-
yaraq, not yazılarında bu, dörd yox, altı türkmən müsiqi folkloru 
                                                
1
  Гилязов И. «Германия воспринимает вас не как военнопленных, а 
как своих гостей». О книге Маргот Каляйс «Мусульмане в Бранденбурге - 
военнопленные в Первой мировой войне» // Гасырлар авазы - Эхо веков, 
2002, № 1/2. 
2
 Биринджи А. Халим Сабит Шибай // Научный Татарстан, 2012, № 
4. - С. 51-56. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə