Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə76/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   70   71   72   73   74   75   76   77   78

228 
 
keçirən  «şeytanlar»ı  var?  Məgər  dəliliklə  həmsərhəd  olan  qəh-
rəmanlığı  qabaqcadan  görmək  mümkündürmü?  Bu  sağlam  dü-
şüncəyə sığmır». 28 may 1916-cı ildə Tekin alayı özlərini dəfə-
lərlə üstələyən Avstriya bölmələrini darmadağın etdi: türkmənlər 
2000 nəfərə  yaxın öldürdü, 3000-dən artıq adamı isə əsir götür-
dülər. Bir neçə aya digər hərbi mükafatları
1
 saymasaq, alayda 67 
ordenlə təltif edilmiş qəhrəmanlar var idi (qeyd edək ki, Beynəl-
xalq  Türk-Türkmən  Universiteti  toplusunun  səhifələrində  nəşr 
olunan  67  türkmən  döyüşçünün  siyahısı  (doğulduğu  yerləri 
göstərilməklə) bizim tərəfimizdən 2 dəfə – 1999-cu ildə türkmən 
və 2011-ci ildə rus dillərdə yayınlanıb)
2
. Ancaq bir vaxt var idi, 
ağır  döyüşlər  nəticəsində  böyük  itkilər  verən  alayın  sayı  400 
atlı-türkmən təşkil edib. 
Tekin  alayının  komandirləri  arasında  tanınmış  türkmənlər 
də olub. Belə komandirlərdən biri 1879-1881-ci illərdə Göytəpə 
qalasının  müdafiəsinə  başçılıq  edən  Dıkma  (Tıkma)  Sərdarın 
oğlu,  gələcəyin  ağ  imiqrantı  Oraz  Sərdar  (Belqrad,  ?-1929) 
1918-ci ildə türkmənlər arasında ilk dəfə general-mayor ali hərbi 
rütbəsi  ilə  təltif  olunmasına  baxmayaraq,  xalq  arasında  «pol-
kovnik Oraz Sərdar» kimi tanınırdı. 19 noyabr 1918-ci ildə Bay-
ramlı şəhərində (əvvəllər rus çarı II Nikolayın malikanəsi yerlə-
şən ərazi) o, inglis generalı Ser Uilfed Mallesonla (Major-Gene-
ral  Sir  Wilfred  Malleson  (1866-1946)  –  Q.Şəhriyar)  görüşərək 
əmir-monarxın  adından  ona  Buxaranın
3
  ordenini  təqdim  et-
mişdir. 
                                                
1
 Исхаков С. Вместе или порознь. Тюрки-мусульмане в российской 
армии в 1914-1918 годы // Татарский мир, 2004, № 15. 
2
  Soyegov  M.  Türkmenler  ve  İlk  Dünya  Savaşı//Türkmenistan’ın 
Bağımsızlığının  Sekizinci  Yılına  Armağan.  Aşkabat:  UTTÜ,  1999.  S.1-19; 
Соегов М. Туркменский кавалерийский полк//Türkmen ylmy Galkynyş we 
halkara gatnaşyklar yolunda (Ylmy makalalar yygyndysy – 2011/3). Aşgabat: 
Ylym, 2011. С. 96-117. 
3
 Bax: Түркмен Совет Энциклопедиясы. Т. 6. Ашгабат, 1984. - С.327. 


229 
 
Xaricə miqrasiya etməzdən əvvəl Oraz xan (Sərdar) 1918-ci 
ildə  Büzmeyin  şəhərində  (indiki  Abadan)  yaranmış  və  üç  ay 
ömür sürmüş ilk milli türkmən (müsəlman) hökümətinə başçılıq 
edib.  Hələ  1922-ci  ildə  Büzmeyindən  olan  cavan  ədəbiyyatçı, 
gələcəyin  məşhur  türkmən  roman  yazıçısı  Ata  Qovşudovun 
(Kauşudov  (1903-1953)  –  Q.Şəhriyar)  yazdığı  «Oraz  Sərdar» 
(digər adı «Trans-Xəzər cəbhəsi») adlı pyesi yeni açılan türkmən 
teatrlarının səhnələrinə tamaşaya qoyuldu. 
1918-ci ildə Tekin alayının digər bölmə komandiri Seyitmı-
rat (Seyid Murad) Ovezbayev (1889-1937) qiyabi olaraq Musta-
fa  Çokayevin  (Şokay(ulı)  (1890-1941)  –  Q.Şəhriyar)  başçılıq 
etdiyi  Kokand  Muxtariyyətinin  hərbi  naziri  təsdiq  edilir. 
S.Ovezbayev  1937-1938-ci  illərdə  «böyük  terrorun»  çoxsaylı 
qurbanlarından biri olub
1
.
 
Moskva kadet korpusun və Tver süvari məktəbinin məzunu, 
Tekin atlı alayının digər komandirlərindən biri Rəzak bəy (Bəy-
nəzər) Hacıyev (1895-1966) 1917-ci  ilin  yayından  yuxarıda adı 
çəkilən  general  L.Q.Kornilovun  şəxsi  mühafizəsinin  rəisi  idi. 
General adyutantı Hacıyevə «xan» ləqəbini vermişdi. Generalın 
xətrinə o, «Xan Hacıyev» adını götürmüş və Meksikada miqrasi-
yada olarkən yazdığı memuar əsərlərini – «Dahi zadəganlar» ro-
manını, «Atçapar» hekayəsini və digər çoxsaylı məqalələrini
2
 də 
bu imza ilə yazmışdır. 
 
Əsirlər arasında musiqişünaslar tərəfindən aparılan iş 
Məqalənin  əvvəlində  əsirlər  haqqında  açılan  söhbətə  qayı-
daraq qeyd edək ki, «Закаспийской туземной газеты» səhifələ-
rində yerləşdirilən təltif olunmuş türkmən döyüşçülərin (10 fev-
                                                
1
 Bax: Söyegov M. Sandarmoh’ta şehit olan üç Türkmen aydın. S. 14-20. 
2
 Ətraflı məlumat üçün bax: Соегов М. Туркменский писатель-белоэми-
грант из Соединенных Штатов Мексики // Ученые записки Таврического 
национального  университета  им.  В.  И.  Вернадского.  Серия  «Филология. 
Социальные коммуникации». - 2012. - Т. 25 (64).- № 3, ч.1. - С.259-266. 


230 
 
ral 1915-ci il) siyahısı ilə birlikdə 23 yanvar 1915-ci ildə doğul-
duqları və döyüşə qədər yaşadıqları kəndlər göstərilməklə 20 nə-
fər yaralı və itkin düşmüş döyüşçünün adları da nəşr olunmuşdu. 
İtkin düşmüş 11 nəfər aşağıdakılardır:  
1. Gökdəpə (Göytəpə) kəndindən Ata Sarı oğlu;  
2. Gökcə (Göyçə) kəndindən Durdı Annaqılınc oğlu;  
3.  Baharden  (indiki  Baharlı)  kəndindən  Nurmırat  İlmırat 
oğlu; 
4. Mürcə (Murca) kəndəndən Berdimırat Ovez oğlu;  
5. Qıpçaq (Kipçaq) kəndindən Qurtav Ovez oğlu;  
6. Yanqıqala (Yanqala) kəndindən Annamammet Paşa oğlu;  
7. Anev (Anau) kəndindən Bayramdurdı Xallıqurban oğlu;  
8. Qıpçaq (Kipçaq) kəndindən Annanepes Şıxşax oğlu;  
9. Büzmeyin (Bezmein) kəndindən Suxanberdi Xudayberdi 
oğlu;  
10. Qorcav kəndindən Qurbanqəldi Menqli oğlu;  
11. Qorcav kəndindən Söyün oğlu.  
Birinci  Dünya  müharibəsi  illərində  əsir  düşmüş  əsgərlərin 
itkin düşmüş kimi hesab edilməsi hallarına dəfələrlə rast gəlinib. 
Avstriyalı musiqişünas, şair və bəstəkar Robert Lax (Robert 
Lach (1874-1958) – Q.Şəhriyar) 1916-cı ildə türkmən mahnıla-
rını Rəcəb Sarının (Redscheb Tsari) dilindən fonoqrafik plastin-
kalara  yazmışdı.  O,  Çexiyanın  Eger  şəhərinin  (indiki  Xeb)  ya-
xınlığında  yerləşən  Avstriya-Macarıstan  monarxiyasının  düşər-
gələrindən birində  saxlanılan türkmən əsirlərindən idi. 27 yaşlı
1
 
Rəcəb  Sarı  Marıy  qəzasında  müharibədən  əvvəl  rəncbər  kimi 
fəaliyyət göstərirdi. 
Hərbi  əsir  düşərcəsində  türkmənlərdən  başqa  Kazan,  Qərbi 
Sibir  və  Krım-tatarları,  mişərlər  (tatarların  subetnik  qrupu  – 
                                                
1
 Lach R. Volksgesänge von Völkern Rublands, II. Turktatarische Völker. 
Kasantatarische,  mischärische,  westsibirisch-tatarische,  nogaitatarische,  turk-
menische, kirgisische und tscherkessisch-tatarische Gesänge. Transkription und 
Übersetzung von Herbert Jansky. Wien: Rudolf M. Rohrer, 1952, s.5. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə