Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə71/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

212 
 
görür.  Nəhayət,  Ceyhun  çayının  ətrafına  sığınıb  orada  yaşamaya 
başlayır və təxminən üç yüz il ömür sürdükdən sonra orada ölür
1

Dədə  Qorqudun  tarixi  şəxsiyyət  olmasının  isbatı  məsələsi 
hələ  tədqiqatçılara qaranlıq qalmaqla  yanaşı,  «Dədə Qorqud ki-
tabı»ndakı dastanların  Azərbaycan  xalqına aid edilməsi də  mü-
bahisə doğurur. Bu iddianın əsas istinad mənbəyi isə əsrlər keç-
məsinə baxmayaraq, Azərbaycanın yarımköçəri tayfaları və kəd-
lilər  arasında  on  iki  əfsanəyə  əsaslanan  müxtəlif  rəvayətlər  və 
variantları hələ də mövcuddur. 
Bu məqalənin müəllifi (Hüseyn Məhəmmədzadə Sadiq burada 
özünü nəzərdə tutur – Q.Şəhriyar) Azərbaycanın (Güney Azərbay-
can  –  Q.Şəhriyar)  Heris  bölgəsinin  kəndlərinin  birində  müəllim 
işlədiyi  illərdə xalq arasında bu cür rəvayətləri şəxsən duymuş və 
qeydə almışdır. Məsələn, Heris bölgəsinə yaxın Mehram kəndində 
qırx yaşlı (1344/1965) əkinçi Fərrux Razavi-Azərdən «Əzrail» adlı 
bir rəvayət dinləmişdir. Bu rəvayət «Dədə Qorqud kitabı»ndakı on 
iki hekayədən biri olan «Duxa  Qoca oğlu Dəli Domrul» kimi çox 
əski bir dastandan izlər daşıyır. Bu rəvayət aşağıdakı kimidir: 
 
Əzrail 
«Adamın  biri  atına  minib  səyahət  üçün  kənddən  ayrıldı. 
Yolda bir atlını görüb onunla dost oldu. Birlikdə gedib bir kəndə 
çatdılar. Atlı atından enib adama: «Sən mənim atımı saxla, mən 
bu kəndə baxıb gəlirəm» – dedi. 
Adam onun atını saxladı. Atlı piyada gedib bir müddət son-
ra geri qayıtdı, atına mindi və yenidən yola düşdülər. 
Adam kənddən ağlaşma və ağı səslərinin yüksəldiyini duysa 
da, əhəmiyyət vermədi. Bir az yol getdikdən sonra ikinci kəndə 
çatdılar. Atlı yenə atından enib atını adama verdi. Kəndin içinə 
gedib qayıtdıqdan sonra yola düşdülər. Adam baxdı ki, bu kənd-
dən  də  ağlaşma  səsləri  yüksəldi.  Adam  fikrə  gedib  bu  atlının 
kim olduğunu anlamağa çalışdı. Üçüncü kəndə çatdılar. Atlı ye-
                                                
1
 «Dede Korkut» maddesi, İslam Ansiklopedisi. 


213 
 
nə  atını  adama  verib  kəndə  yollandı.  Adam  fikirləşib  öz-özünə 
«mən  bu  adamın  atına  minim»  –  dedi.  Ata  minən  kimi  bütün 
dünyanın ayağının altında olduğunu gördü. İnsanlar qarışqa kimi 
o  tərəfə-bu  tərəfə  qaçırdılar.  Adam  bu  atlının  Əzrail  olduğunu 
anladı. Kəndlərdən gələn ağlaşma və ağı səslərinin səbəbi isə bu 
atlının gedib insanların canını almasıdır. 
Atdan enib gözləməyə başladı. Əzrail gələndə «indi biz qardaş 
kimi olduq, söylə görüm mənim ömrümdən nə qədər qaldı?» – dedi. 
Əzrail: «Cəmi üç gün, amma əgər hər hansı biri sənin yerinə 
canını verməyə razı olsa, sənin canın qurtular» – dedi. 
Adam  çox  təəssüfləndi.  Evə  qayıdıb  baş  verənləri  atasına 
danışıb dedi: «İndi mənim yerimə Əzrail sənin canını alsınmı?» 
Atasının  ayağına  bir  iynə  batırdı.  İynə  atasının  dizinə  çatanda 
atası bağıraraq: «Aman! Çıxart, özünə batır» – dedi. 
Adam anasının yanına gəlib baş verənləri danışıb yenə iynə-
ni anasının ayağına batırdı. İynə anasının dizinə çatanda qalxıb: 
«Aman! Çıxart, özünə batır» – dedi.  
Adam artıq arvadının yanına vidalaşmağa gəldi. Baş verən-
ləri ona anlatdı. Qadın «iynəni mənim ayağıma batır» – dedi. 
Adam  iynəni  arvadının  ayağına  batırdı.  İynə  dizinə  qədər 
gəldi, amma qadın heç bir reaksiya vermədi. İynə qarnına qədər 
çatsa da, qadın yenə bir şey söyləmədi. Başına qədər gəldi, am-
ma yenə bir şey demədi. 
Əzrail olanları Tanrıya anlatdı. Qadının sevgisi Tanrının çox 
xoşuna  gəldiyindən  onların  hər  ikisinə  altmış  il  ömür  bağışladı. 
Əzrailə də adamın atası və anasının canını almasını əmr etdi». 
 
*** 
«Dədə Qorqud kitabı»ndakı  «Duxa Qoca oğlu Dəli Domrul» 
hekayəsini  oxuyanlar  yuxarıda  təqdim  etdiyimiz  rəvayət  ilə  bu 
hekayə arasındakı bəzərlikləri görə bilərlər. Hətta göründüyü kimi, 
bu rəvayət əslində o hekayənin yarımçıq variantıdır da deyə bilərik. 
Belə  misalların  sayını  artıra  bilərik.  Belə  ki,  Azərbaycanda 
kənd-kənd, boy-boy gəzdiyiniz zaman bunları duya bilərsiniz. Bu 


214 
 
məqamda Təbrizdə duyduğum bir anonim türkünü misal gətirmək 
istəyirəm. Türkünün təqti 4+4+4 şəklindədir və  hər misranın so-
nunda dörd hecalı qafiyəsi isə «Dədə Qorqud»la təkrar olunur: 
 
Gəlinə ayran demədim mən, Dədə Qorqud! 
Ayrana doyuran demədim mən, Dədə Qorqud! 
İynəyə tikən demədim mən, Dədə Qorqud! 
Tikənə sökən demədim mən, Dədə Qorqud! 
 
*** 
Göründüyü  kimi,  «Dədə  Qorqud  hekayələri»  bütövlükdə 
yarımköçəri  cəmiyyətin  sıxıntılı  dövrlərinin,  patriarxaizmin  və 
feodal quruluşun meydana çıxdığı və formalaşdığı dövrün məh-
suludur.  «Dədə  Qorqud  kitabı»nın  təsvir  etdiyinə  görə,  bu  ya-
rımköçəri/feodal cəmiyyətin başında böyük hökmdar xanlar xanı 
Bayındır xan vardır və bütün hekayələrdə onun adı çəkilir. 
Bayındır xanın da tarixi şəxsiyyət olduğu anlaşılır. Hicri X 
əsrin  sonlarında  (miladi  XVI  əsrdə)  yazılan  «Təvarix  cədidi-
mərat cahan» adlı kitabda «Dər Evsafi-Bayındır xan» adı altında 
bir bölüm var. Bir çox qədim tarixçilər də ona istinad etmişdir. 
O cümlədən hicri XII əsrdə (miladi XVIII əsrdə) Hafız Dərvişəli 
Çəngiyi-Buxarayi tərəfindən  fars dilində qələmə  alınmış  əsərdə 
24 oğuz boyunun xanları və hökmdarları olan Ağxan, Qara xan 
və Bayındır xan haqqında məlumat yer alır
1

Əsərdəki qəhrəmanlar Qazan xan və onun ətrafındakı baha-
dırlardan ibarətdir. Eyni zamanda burada qamış nizəli rəiyyət və 
çobanlardan bəhs edilir. 
Qəhrəmanlıqla  düşmənə  qarşı  müqavimət  göstərən  və  hey-
van  sürüsünü  qurtarmaq  üçün  iki  qardaşını  fəda  edən  Qaraca 
Çoban tipi  isə zəhmətkeş xalqın rəmzidir. Qaraca Çoban  bütün 
hekayələrin qəhrəmanı olan Qazandan daha güclü və daha cəsur 
təsvir  edilir.  Dəli  Domrul  isə  adı-sanı  bilinməyən  biri  olmasına 
                                                
1
 Ətraflı məlumat üçün bax: Fahrettin Kırzıoğlu. Dede Korkut Oğuzna-
meleri. İstanbul, 1952, s.10 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə