Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə74/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   70   71   72   73   74   75   76   77   78

221 
 
Ağca üzlü anamı sızlatdın, demək, qardaş. 
Qarşı yatan qara dağımın yüksəyi qardaş. 
Axıntılı gözəl suyumun daşqını qardaş. 
Güclü belimin qüvvəti qardaş. 
Qaranlıq gözlərimin aydını qardaş… 
 
Divi  tapıb  onunla  döyüşməyə  başlayır.  Bu  mücadilədə  də 
gizli  və  mistik  güclər  ona  yardım  edirlər  və  beləliklə,  o,  qalib 
gələrək oğuzların arasına geri dönür. Bu əsnada yenə Dədə Qor-
qud gəlib ona xeyir-dua verir: 
 
Qara dağa səslənəndə cavab versin, 
Qanlı-qanlı sulardan keçid versin, 
Qardaşının qanını aldın, qüdrətli  
 
Oğuz bəylərini yükdən qurtardın,  
Qadir Allah üzünü ağ etsin!  
 
***
 
Hekayələr  filoloji  və  ədəbi  baxımdan  böyük  əhəmiyyət  daşı-
yırlar. Cümlələr adətən qısa  və axıcıdılar. Hətta bəzi  sözlər atalar 
sözləri və deyimlər xarakterini daşıyırlar. Eyni zamanda söz ehtiya-
tının  zənginliyi,  təşbih  və  istiharəni  də  qeyd  etmək  vacibdir.  Za-
manla  arxaikləşən,  müasir  dövrdə  dilimizdə  mövcud  olmayan  və 
bizim üçün anlaşılmayan saf və səlis sözlərə və ifadələrə rast gəli-
rik. Məsələn, nəsnə – şey, darı – yağmalamaq, əsrik – sərxoş, ozan 
– aşıq, öylən – günorta, sayrı – xəstə, uçmaq – cənnət, ban – əzan 
və s. Bundan başqa, zamanla təhrif olmuş sözlərin düzgün şəkilləri-
nə də rast gəlirik. Məsələn, qarangu – qaranlıq, qansı – hansı, dut-
saq – dustaq və s. bu kimi sözlərin müasir oxucu üçün çətin olması-
na baxmayaraq, bu, «Kitab»ın tarixi baxımdan əhəmiyyətini artırır.  
Bunlar  bir  yana,  hekayələrdəki  bir  çox  söz  və  cümlələr  hələ 
də xalqımızın dilində dolaşır. Burada diqqər yetirilməsi vacib olan 
əsas  məqam  alınma  sözlər  və  ifadələrdir.  Hekayə  mətnlərində 
xüsusi  islam  terminlərinə  nisbətən  çox  rast  gəlirik.  Hətta  müasir 


222 
 
yazılı və şifahi ədəbiyyatımızda belə çox rast gəlmədiyimiz zəhm, 
səht,  təfərrüc  və  s.  kimi  sözlər  dilimizə,  şübhəsiz  ki,  o  dövrdə 
geniş yayılan və rəsmi dil olan farscanın təsiri ilə keçmişdir. 
Hekayələrin ədəbi xüsusiyyətlərinə gəlincə, bir çox ifadə və 
təşbehin  əslində  qədim  yarımköçərilərin  və  kəndlilərin  sadə  və 
təbii dil xüsusiyyətindən qaynaqlandığını görürük. 
Təbiətdən qaynaqlanan belə təşbeh və  müqayisələr olduqca 
maraqlıdır.  Məsələn,  Qanturalının  gözəl  bir  qızla  qarşılaşması 
belə təsvir edilir: «avsal olmuş dana kimi ağzının suyu axdı» və 
ya Qazılıq Qoca arvadından övladının qız, yoxsa oğlan olduğu-
nu öyrənmək istəyərkən heyvandarlıq və köçəri həyat tərzindən 
alınan təşbehlərdən istifadə edərək həyat yoldaşına səslənir: 
 
Ey xatun! Ey həyat yoldaşım! 
Dəvələrin dişisini gəbə qoydum, 
Erkəkmidir, dişimidir, onu bilsəm, 
Qara elimdən qoyununu gəbə qoydum, 
Qoçmudur, qoyunmudur, onu bilsəm? 
 
Qadının verdiyi cavabda da kənd həyatından alınan təşbeh-
lər  vardır. Hekayə  qəhrəmanı düşmən  hücum etdiyi zaman  «bir 
bölük qaza şahin girmiş kimi kafirə at sürdü» şəkilli bədii təsvir 
vasitələrindən istifadə edir. 
Cümlələr adətən sadə və qısadır. Mürəkkəb tərkibli və qarı-
şıq cümlələrə az yer verilmişdir. Əlbəttə, bunun səbəbi hekayə-
ləri  yaradanların  mürəkkəb  düşüncəyə  və  fikirlərə  sahib  olma-
maları deyil. Belə cümlələr oxuyuculara və dinləyicilərə mövzu-
nu çatdırmanın ən gözəl və asan yoludur. Biz hər zaman folklor 
mətnlərinin bu yönünü müşahidə edirik. 
Hekayələrin  nəsr  dili  müsiqilidir.  Cümlələr  qafiyəlidir  və 
sözlər cüt-cüt təkrarlanır. Məsələn:  «Hanı dediyim  bəy  ərənlər, 
/Dünya mənimdir deyənlər», «ünüm anla, sözüm dinlə», «ov ov-
ladı, quş quşladı» və s. 


223 
 
Nəzm hissəsində isə şeirlərin aparıcı formalarına rast gəlirik. 
Burada vəzn və qafiyə o qədər də ustalıqla işlənməmişdir. Xüsu-
silə  ozanlar  şeir  söylərkən  onları  qopuz  və  ya  sazlarla  müşayət 
edirdilər.  Misraların  başlanğıcında  və  ya  sonunda  gətirdikləri, 
yaxud da çıxardıqları söz və ya sözlərin olması hekayələrdəki bu 
cür şeirlərin dağınıq şəkildə bizə gəlib çatmasına səbəb olmuşdur. 
Eynilə  «Avesta»nın  «Yəşt»  hissəsində  olduğu  kimi.  Tədqiqatçı-
ların fikrincə, bu mətnlər əvvəlcədən mənzum idilər. 
Bütün  bunlara  baxmayaraq,  şeirlərdə  istifadə  edilən  gözəl 
və  səmimi  təşbeh  və  ifadələr  vəznlərin  nizamsızlığını  bərpa  et-
mişdir.  Məsələn,  Dirsə  xanın  həyat  yoldaşına  söylədiyi  sözlər 
diqqəti cəlb edir: 
 
Bəri gəl başımın baxtı, evimin taxtı, 
Evdən çıxıb yürüyüncə sərvi boylum, 
Topuğunda sarmaşınca qara saçlım, 
Qurulu yaya bənzər çatma qaşlım, 
Qoşa badam sığmayan dar ağızlım, 
Güz almazı kimi yırtar gördüm! 
 
Bir başqa yerdə isə qadının gözəlliyi belə təsvir edilir: 
 
Qar üstünə qan dammıştək al yanaqlım, 
Rəssam çəkmiştək yay qaşlım! 
 
Dastanların  nəsr  dili  də  musiqilidir.  Hətta  cümlələrin  belə 
daxili qafiyələri vardır. Qoşa sözlər çox təkrarlanır. 
 
 


224 
 
MURADGƏLDİ SOYEQOV (1950) 
 
Muradgəldi Soyeqov 1950-ci ildə Türkmənistanda anadan olmuş-
dur. 1973-cü ildə Aşqabatdakı Məhtumqulu Türkmən Dövlət Universi-
tetinin türkmən filologiyası fakültəsini bitirmişdir. 1991-1996-cı illər-
də  Türkmənistan  Elmlər  Akademiyası  Dilçilik  İnstitutunun  direktoru 
və Türkmənistan Milli Təhsil Nazirliyinin müşaviri vəzifələrində çalış-
mışdır.  1996-2007-ci  illərdə  Aşqabat  Beynəlxalq  Türkmən  Türk  Uni-
versiteti Türkmən Dili və Ədəbiyyatı bölümünün idarə heyətinin rəh-
bəri olmuşdur. Hal-hazırda da həmin universitetin professorudur. 
Türmənistan Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Türk-
mənistan  Elmlər  Akademiyasının  Milli  Əlyazmalar  İnstitutunun  əmək-
daşı  Muradgəldi  Soyeqovun təqdim  etdiyimiz  bu  məqaləsi  «История. 
Научной Татарстан»  (2013  (2),  s.63-73)  jurnalından  götürülmüş  və 
rus dilindən ixtisarla tərcümə olunmuşdur. 
 
1916-1917-Cİ İLLƏRDƏ AVSTRİYA-MACARISTAN 
DÜŞƏRGƏLƏRİNDƏ HƏRBİ ƏSİRLƏR VƏ ONLARIN 
OXUDUQLARI XALQ MAHNILARI 
 
Giriş yaxud hərbi əsirlər haqqında məlumat  
1914-1917-ci illərdə Rusiya İmperiyasının eyni adlı admen-
strativ  mərkəzi  olan  Türküstanın  Aşqabad  şəhərində  türkmən 
dilində nəşr olunan «Закаспийская туземная газета» 20 yanvar 
1915-ci il tarixli nömrəsində 13 yanvar 1915-ci ildə qatarla Aş-
qabada 2 min avstriyalı hərbi əsir gətirildiyindən stansiyanın çox 
izdihamlı olduğu haqda məlumat verilir. Görünür, onlara tamaşa 
etmək  üçün  şəhər  əhalisi  stansiyaya  toplaşmışdı.  Hərbi  əsirləri 
şəhərdəki əsgər qazarmalarına yerləşdirdilər. Elə həmin qəzetin 
verdiyi  məlumata  görə,  növbəti  gün,  yəni  14  yanvar  1915-ci  il 
səhər saat 9.00-da Daşkənd tərəfdən Aşqabat stansiyasına daha 2 
min nəfər hərbi əsir daşıyan eşelon gəldi. Kazarmada yer olma-
dığından əsirlərin hamısını elə həmin qatarla Şahqədəm şəhərinə 
(Xəzər  dənizinin  Türkmənistan  sahilləri,  indiki  Türkmənbaşı) 
apardılar.  Bu  qəzet  17  fevral  1915-ci  ildə  öz  oxucularına  Tür-


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə