Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə65/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   61   62   63   64   65   66   67   68   ...   78

193 
 
«Dəli Domrul boyu» ilə macar ballada qrupunu müqayisə etmək 
kifayətdir: 
1.  a) Gəncin həyatı təhlükədədir. 
b)  Nə  anadan,  nə  atadan  yardım  ala  bilmir.  Hər  ikisi  də 
canlarını yeganə oğullarından çox sevirlər. 
c)  Sevgilisi  yarının  canını  daha  üstün  tutaraq  öz  canını 
verməyə hazırdır, qorxmazdır. 
d) Olüm təhlükəsinin sonunda mükafat vardır. 
2.  Yuxarıda qeyd etdiklərimdən  başqa, bu  xüsusiyyətlər də 
mövcuddur: 
a)  «Dəli Domrul boyu»nda gənc igid bir körpünün yanında 
ölür.  Təbii  ki,  körpü  suyun  sahilində  olmalıdır.  Macar  ballada-
larında çoban da çox zaman sulu, yaş, yaşıl yerlərdə ilanla qarşı-
laşır. 
b) Macar balladalarındakı təhlükə ilanın başının altından çı-
xır.  Dəli  Domrulun  xanımının  sözlərində  də  eyni  şəkildə  ilan 
təsviri  vardır:  «Səndən  sonra  bir  yigidi/sevüp  varsam  bile  yat-
sam/Ala  yılan  olup  meni  soksun».  Burada  ilan  cəzalandırma 
vasitəsi kimi təqdim olunur. 
3.  Macar balladaları «Dəli Domrul boyu»nun dəyişməsi ilə 
yaranmışdır. 
a)  «Dəli  Domrul  boyu»nda  Tanrı/Allah  ilə  ölüm  mələyi 
Əzrail daha fəaldır, ən mühüm səhnə isə cənnətdir. Tanrı insana 
hökm edir və hər şey O istədiyi zaman gerçəkləşir. 
Macar balladalarında insanlar din barədə düşünmürlər, Tan-
rıdan söz etmirlər. 
b) Dəli  Domrul  və  xanımı  Tanrının  hədiyyəsi  olaraq  uzun 
ömür müjdəsi alırlar, canlarını oğullarından daha çox sevən ana 
və ata isə cəzalandırıldı, Əzrail onların canlarını aldı. 
Macar balladalarında sevgini həyatlarından üstün tutan cüt-
lük sevgi və cəsarətin mükafatı olaraq qızıl, pul və digər maddi 
şeylər alırlar. Ömrünü fəda etməyi gözə almayanlara hədiyyə də 
verilmir. 


194 
 
Balladalar  həcm  etibarilə  dastandan  və  «Dəli  Domrul  bo-
yu»ndan çox daha kiçikdir. Yüzillərcə söylənilən dastan mətni-
nin  ən  əsas  misralarından  ibarət  daha  kiçik  ballada  variantları 
meydana  çıxmışdır.  Zaman  ötdükcə  qısaldılmış  əsl  mətnin  mə-
nəvi dəyərləri də azalmışdır. Tanrı ilə  insan arasındakı əlaqə  ilə 
və dinlə  heç bir bağı olmayan «Sevginin sınanması» balladaları 
macar, rumın, bolqar variantlarının ortaq xüsusiyyətidir. 
 
«Dədə Qorqud kitabı» və Avrasiya ədəbiyyatı  
arasında əlaqələr 
 
H.O.Fleyşerin  dastanı  Drezdendə  aşkar  etməsindən  bir  az 
sonra  –  XIX  əsrdə  Dits  (Diez,  1815)  «Der  neuentdekte  oughu-
zische  Cyklop»  adlı  məqaləsində  Təpəgözlə  Homerin  «Odis-
seya» əsərindəki Polifemi müqayisə etmiş və bu əfsanəni yunan-
lıların Şərqdən aldıqlarını iddia etmişdir. Dits Təpəgöz və Poli-
femin  bənzərliklərini  10  müddəa  ilə  göstərmişdir.  Əfsanənin 
Anadoludan gəldiyini və böyük ehtimalla skit mənşəli olduğunu 
meydana  çıxarmışdır.  Bunları  Orxan  Şaiq  Gökyayın  əsərində 
oxuyuruq. Qrimm «Təpəgöz» boyunu 1852-ci ildə Polifem An-
tologiyasına daxil etmişdir. 1944-cü ildə isə V.Ruben Oğuz tari-
xi ilə bağlı 25 hekayə tədqiq etmişdir (Orhan, 1938). 
«Kor edilmiş tək gözlü» adı altında təsnif edilən  11  macar 
xalq  nağılı  mövcuddur.  İndiyə  qədər  macar  tədqiqatçıları  belə 
hesab edirlər ki, onlar bu mövzunu Balkanlardan, slavyan xalq-
larından  götürüblər.  Bu  düşüncənin  əsasında  mövzunun  antik 
yunan  mənşəli  olması  dayanır,  lakin  bu  fakt  sübut  olunmayıb. 
Hətta macarlar  və  müxtəlif türk xalqları e.ə. 600-cü  ildən XVII 
əsrə qədər bir-birilə sıx münasibətdə olmuşlar. Məskunlaşmadan 
əvvəl Xəzər dövlətində başlayan bu münasibət macar cəmiyyəti-
nə qoşulan müxtəlif türk əsilli xalqlarla genişlənib davam etmiş-
dir. Karpat hövzəsində ən azı 128 məkan adları – kənd və şəhər 
adlarında türk xalqlarının adı bu gün də qorunub saxlanılır. Bun-
lar  arasında  14  Xəzər,  26  Xarəzm,  88  peçeneq  əsilli  adlardır 


195 
 
(söz).  Bundan  əlavə  əlyazma  mənbələrdə  (məktublarda,  qeyd 
dəftərlərində və  s.) 190 türk-peçeneq əsilli məskən adları da aş-
karlandı (György, 1977:122). Macarlar  və  türklər uzun  müddət 
bir  yerdə  yaşadıqları  üçün  macar  dilində  müxtəlif  türk  ləhcələ-
rindən  (məsələn,  çuvaş,  İtil-bolqar,  Tuna-bolqar,  xəzər,  oğuz, 
qıpçaq, peçeneq, kuman, ən son Osmanlı və s.) alınan çoxlu say-
da türk mənşəli sözlər vardır. XVII əsrə qədər Macar xalq mədə-
niyyətinə  türk  mədəniyyətinin  təsiri  birmənalı  şəkildə  özünü 
göstərir. 
Homerin «Odisseya» əsəri ilə «Dədə Qorqud kitabı» arasın-
da bənzərlik yalnız Təpəgözlə məhdudlaşmır. Beyrəyin oğuzlara 
dönüşü zamanı baş verən hadisələrə diqqətlə nəzər salsaq, Odis-
seyin evə  döndüyü zaman  baş  verən  hadisələrlə  xeyli sayda or-
taq nöqtələr tapa bilərik. «Turul Gyermekei» («Toğrulun oğulla-
rı»)  adlı  kitabımda  20  bənzərliyi  müəyyənləşdirdim  (Imre, 
1998).  Bunlardan  çox  əhəmiyyətli  hesab  etdiklərimi 
nümunələrlə aşağıdakı cədvəldə cəmləşdirdim: 
 
«Bamsı Beyrək boyun»da 
Homerin «Odisseya» poemasında  
Qoyun çobanları 
Donuz çobanları 
Çobanlardan daş toplanılır 
Çobanlar daş atırlar  
Daş yığırlar 
Daşdan divar hörülür 
Beyrək köhnə qaftan geyinir 
Odissey çobandan yeni köynək və 
yapıncı alır 
Beyrəyi bacıları yedirir 
Odisseyi çoban yedirir 
Beyrək bacıları ilə çay kənarın-
da görüşür 
Odisseyin evinin yanında çeşmə var 
Beyrək əski dəvə dərisini geyinir  Odissey əski cırıq paltarını geyinir 
Onu tanımayanların məqsədidir  Onu tanımayanların məqsədidir 
Toy mərasimində zurnaçılar, 
nağaraçılar çalırlar 
Əyləncədə oxuyub rəqs edirlər 
Beyrəyi tanımırlar 
Odisseyi tanımırlar 
Qızları narahat edir 
Qadınları qovur 
Sərt yayı sadəcə sahibi çəkə 
bilir 
Sərt yayı sadəcə sahibi çəkə bilir  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə