Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə64/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

190 
 
Artıq XV əsrdə macar kralı Matyaş Mərkəzi Avropadakı qa-
nunlara uymayan qaydalarla – Orta Asiya qaydasında aşıx oyna-
dı. Çünki aşıxı atmazdan əvvəl nəticəni söyləyib qalib gəldi. Av-
ropa qaydasına əsasən oynasa idi, atdığı kub üzərindəki zəri gör-
düyü zaman söyləyərdi. İtalyan əsilli macar tarixçisi Bonfini bu 
oyunu XV əsrin  ən maraqlı oyunlarından biri kimi təsvir etmiş-
dir (Laszlo, 1977: 526). 
 
Yalançı (təqlid) gəlin  
Macar toy adətləri çox  zəngindir  və  bölgələrə görə dəyişir. 
Adətlər  arasında  islamdan  əvvəlki  dövrə  məxsus  bir  türk  mən-
şəli «yalançı (təqlid) gəlin» zarafatı diqqəti daha çox cəlb edir. 
Mənim  fikrimcə,  macarların  «yalançı (təqlid) gəlin» oyunu 
məskunlaşmadan  daha  əvvələ,  yəni  IX  əsrdən  də  əvvələ  gedib 
çıxır və yaxud da məskunlaşma zamanı macarlarla birlikdə məs-
kunlaşan  türk  boylarından,  daha  sonra  isə  macarlaşmış  türklər-
dən alınmadır. 
XIX  əsrdə  toplanmış  adət  Macarıstanın  həm  şərq,  həm  də 
şimal  bölgələrində geniş  yayılmışdı. Bu adətə görə, toyda  bəyə 
gəlini  verməzdən  əvvəl,  qoca,  çirkin,  şikəst  bir  qadını  göstərib 
zarafatlaşırlar.  Bir  çox  yerlərdə  gəlinin  yalnız  bir  dəfə  təqlid 
olunmasına baxmayaraq, Erdel Orosztelke (ruslar yaşayan Erdel 
bölgəsi – Q.Şəhriyar) kəndində isə bu, üç dəfə təkrarlanır. Maq-
yarvişta kəndindəki adət bu baxımdan çox diqqətə layiqdir. Yen-
gə  «qızıl  üzüklə  nişanlanmış  çiçək»  axtaranda  ev  sahibi  «əgər 
sizə  uyğundursa,  mən  gətirərəm»,  –  deyə  cavab  verir.  Elçilər 
«gəlinin  şəkli  çuxura  çox  getmiş  camış  buzovu  kimi  yırtıq  və 
əyridir», – deyirlər. İkinci dəfə ağ geyimli, sifəti qırışmış bir if-
ritə  gətirilir. Qabarıq sinəli qadın  «nişanlısına»  yaxınlaşıb öpür, 
quru otdan  bağlanmış  gül  dəstəsini  ona  verir.  «Gəlin  üç  ayaqlı 
kürsü  qədər  gözəldir,  adaxlısının  isə  artıq  kefi  qaçdı»  –  deyir, 
bundan  sonra  həqiqi  gəlin  gətirilir.  Yakotelke  kəndində  söylə-
nilən «Gözətçi» şeirində bu adətin kökü də izah olunur:  
Gözcüler geldiler uzak Asyadan, 


191 
 
Macarların eski Vatanından... 
Macar  xalqının  Asiyadan  gəldiyi  düşünülür  (Balazs,  1868: 
100-109). 
Burla xatun Bamsı Beyrəkdən soruşur: 
– Mərə dəlü ozan, ya maqsudun nədür? 
– Xanum, maqsudum ərə varan qız qalxa oynaya, mən qo-
puz çalam. 
Sonra Burla qısırca yengəyə: 
– Dur sən oyna, nə bilür dəlü ozan». 
Bu qısır yaşlı qadın: «Ərə varan qız mənəm» desə də, Bey-
rəyi aldada bilmir və «Qısır qısrağa mindügüm yoq» misrası ilə 
başladığı  soylamasında  qadının  əxlaqının  olmadığını  da  deyir. 
Başqa bir soylamasında Beyrək Boğazca Fatma ilə eyni rola gi-
rərək qadının əvvəllər «bığ altı» (qırx oynaşlı) adını bildiyini də 
söyləyir.  Bu  iki  «təqlid  gəlin»  göstərildikdən  sonra  Beyrək  hə-
qiqi gəlinlə – Banıçiçəklə görüşdürülür. 
«Yalançı (təqlid) gəlin» adətinin Türkiyədə qorunub-saxlan-
masından xəbərim yoxdur, bəlkə də Silifkə ətrafındakı Taxtaçı-
lar arasında mövcuddur. 
 
Sevginin sınanması 
Macar  xalq  şeirlərinin  ən  qədim  nümunələri  arasında 
məzmuna  görə  təsnifləndirilən  ballada-dastanların  bir  qismi 
«Sevginin  sınanması»  adlandırılır.  Bu  növdə  müxtəlif  formada 
təxminən  40  ballada  vardır  və  bütün  macarların  məskunlaşdıq-
ları  yerlərdə  geniş  yayılmışdır.  Balladadakı  «qoyunda  bəslənən 
ilan» mövzusu çox maraqlı bir tərzdə macarların ağac üzərində 
oyma  xalq  sənətində  dizayn  edilmiş  şəkildə  yer  almışdır.  Aşa-
ğıda  Szaks  kəndindən  toplanmış  balladanın  bir  neçə  misrası 
mövzunun başa düşülməsini asanlaşdırır: 
1.
 
Köröş dağında gezdim, öküzlerü güttüm  
Dişbudak yanında uzanıp kestirdim. 
2.
 
Büyük bir sarı yılan bağrıma yumuldu  


192 
 
Tatlı anam çıkaver, yoksa hemen ölürüm. 
Yoksa hemen ölürüm, dünyadan el etek çekerim! 
3. Oğlum, tatlı oğlum; ben bunu eyleyemem, 
Eğer hemen ölsen de; dünyadan el etek çeksen de! 
4. (İlk iki misra ilə eynidir.) 
5.  Büyük bir sarı yılan bağrıma yumuldu  
Tatlı badam çıkaver yoksa hemen ölürüm, 
Yoksa hemen ölürüm, dünyadan el etek çekerim! 
6.  Oğlum, tatlı oğlum; dünyadan el etek çeksen de! 
7.  (İlk iki misra ilə eynidir.) 
8.  Büyük bir sarı yılan bağrıma yumuldu, 
Tatlı gülüm, çıkaver, yoksa hemen ölürüm. 
Yoksa hemen ölürüm, dünyadan el etek çekerim! 
9.  Sevgilim ölme sen! çıkarım ben hemen! 
Eğer sen ölürsen, ben de seninle ölürüm. 
Sevgilisi  ona  yaxınlaşıb  bağrında  yumrulananı  qapıb  yerə 
çırpdı. Bu, ilan deyil, bir kasa pul idi. Beləliklə, anladı ki, sev-
gilisi həqiqidir. Buna görə də dərhal evləndi (Imre, 1991: 3-6). 
Macar  folklorçularının  əksəriyyəti  «Sevginin  sınanması» 
adlanan balladaları antik yunan və ya Roma mənşəli hesab edir-
dilər. Evripidin (ölüm tarixi e.ə. 406) «Alkesta» əsərində ölümə 
layiq görülən kişinin  yerinə arvadı  can verməyə razı olur. Baş-
qalarının fikrincə isə bu cür macar balladalarının mənşəyi Qərbi 
Avropa dəniz quldurlarına aid balladalarıdır (Lajos, 1979: 161). 
Rumıniyalı  tədqiqatçılardan  biri  (Adrian  Fochi)  bunun  səhvən 
qədim  daklardan  gəldiyini  hesab  edir.  «Sevginin  sınanması»  ti-
pindəki  balladalara  Karpat  hövzəsinin  qərbində  rast  gəlinmir, 
amma şərqdə – Balkanlarda çoxlu variantları toplanmışdır. Mə-
nim fikrimcə, belə balladalar tarixin müəyyən bir dövründə türk-
lərin yaşadığı, yaxud osmanlıların fəth etdikləri ərazilərdə  möv-
cud olduğuna görə, o, türk mənşəlidir. 
Məncə,  «Sevginin  sınanması»  adlı  balladalar  qrupunun 
mənşəyi «Dəli Domrul boyu»dur. Bunu sübut etmək üçün yalnız 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə