Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə62/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   58   59   60   61   62   63   64   65   ...   78

184 
 
«Oğuz» dastanının doqquz misrası eyni qafiyəlidir, buna av-
ropalı  ədəbiyyatçılar  «assonans»  deyirlər.  XIX  əsr  macar  ədə-
biyyatında  «assonans»dan  o  qədər  çox  istifadə  edildi  ki,  bu, 
«macar qafiyəsi» adlandırıldı. 
Dastanın  nəsrlə  olan  hissəsində  türk  müəllif  daha  çox  səc-
dən  istifadə  etmişdir.  Macar  ədəbiyyatında  da  buna  tez-tez  rast 
gəlinir. 
Həm türk, həm də macar dili eyni dil qrupuna daxil olduğu 
üçün dastanı, məsələn, alman və ya ingilis dilinə tərcümə etmək-
dənsə  macar  dilinə  tərcümə  etmək  daha  asan  idi,  sadəcə  qədim 
türk dilindəki sözlərə uyğun olaraq macar dilində eyni hecalı və 
qafiyəli söz tapmaq bəzən çətin idi. 
 
Toy və qonaqlama  
«Dədə  Qorqud»  boylarının  çoxunda  «xanlar  xanı  xan  Ba-
yındır yılda bir kərə toy idüp Oğuz biglerin qonuqlar idi» kimi 
sözlər oxuyuruq. Macarların məskunlaşmalarından əvvəlki dövr-
lərdə – VIII-IX əsrlərə aid ənənələrindən bəhs edən naməlum bir 
tarixçinin XII əsrin sonlarında qələmə aldığı «Qesta» adlı əsəri-
nin XVI fəslində:  «Həmin yerdə  bütpərəst (latınca «more paga-
nism»)  ənənəyə  uyğun  olaraq  bir  bəslənmiş  at  öldürüb  böyük 
toy etdilər» yazılmışdır. 
Amma  bu  ənənə  yüzillər  boyu  yaşadı.  Naməlum  tarixçinin 
fikrincə, Arpad adlı vəzirin oğlu Zoltanın (türkcə «Sultan») do-
ğumu:  «günlərcə sürən toy (qonaqlama) ilə qutladı. Vəzirlər və 
xanlar önündə igidlər qoyunların quzuları ilə keçi kimi oynadı-
lar» şəklində ifadə olunur. 
XVII-XVIII  əsrlərin  Erdel  (Transilvaniya)  ənənəçilərindən 
Piter Apor «Metamorphosis Transylvaniae» adlı əsərində (Peter, 
1978:  42-43)  «insanlar  içki  içəndən  sonra…  türkü  söyləməyə 
başlayıb  gözəl  əhvalatlardan  danışdılar,  bəzən  məhəbbətdən  də 
danışdılar…  qədim  dövrlərdə  zurna  ilə  davul  böyük  adamların 
çox sevdiyi musiqi aləti idi… İndi çox güman ki, o gözəl macar 


185 
 
türkülərini  Erdeldə  artıq  kimsə  söyləyə  bilmir»,  –  deyə  təəssüf 
hissi ilə yazmışdır. 
Deməli,  əski  türk  ənənəsi  olan  qonaqlama  mədəniyyəti 
macarlar  vasitəsilə  Avropaya  aparılıb  orada  yaşamağa  davam 
etmişdir. 
 
Qorqud Atanın diləyi 
Boyların  çoxu  Dədə  Qorqudun  «yom  verəyüm,  xanım» 
deyimi ilə başlayan diləklərlə bitir. Bərəkət verən sözlər (alqışlar 
– Q.Şəhriyar) arasında «...kölgəlücə qaba ağacun kəsilməsün…» 
(Ergin, 1963: 70) kimi ifadələrə də rast gəlinir. Deməli, oğuzlar 
«həyat  ağacı»na  inanırdılar.  Həyat  ağacı  mifi  çoxvariantlıdır, 
fərqlidir  və  geniş  ərazini  əhatə  edir.  Macar  tədqiqatçısı  Janos 
Berze Nagi türk  əfsanələrində olan Həyat ağacı  ilə  bağlı  mətn-
ləri  toplayarkən  ortaq  nöqtələrinə  əsaslanaraq  iki  sinfi  təsnif 
etmişdir:  
1) Ölümsüzlük və zənginlik;  
2)  Hər  həyatın  və  hər  törədənin  başlanğıcı  və  qaynağı  ol-
duqlarını simvolizə edir (Berze, 1961: 177).  
Həm macar, həm türk xalq ənənələri ilə yanaşı, şamanizmdə 
də qüvvətli kökü olan belə bir inanc bu günə qədər xalq yaradı-
cılığına davam edir. Hər iki xalqın yaradıcılığının müxtəlif sahə-
lərində (toxuculuq, xalçaçılıq, kilim, hörmə, naxış, ağac üzərin-
də oyma, daş bəzəmə) Həyat ağacı motivlərinə rast gəlinir. 
Macarıstanın indi Slovakiyaya aid olan bölgəsində uşaq do-
ğularkən atası ona bir «xatirə ağacı» əkir. Yerli inanca görə, hə-
min uşaq ağacla bərabər ölür. 
Buna bənzər misallara xalq balladasında da rast gələ bilərik. 
Eyni gündə Konqo (adam adıdır) ilə bir ağac da dünyaya gəlir, 
ikisi də eyni gündə ölür, çünki Konqo bu ağac kəsildikdən sonra 
onun odunu ilə hazırlanmış dar ağacında öldürülür (Berze, 1961: 
234). 
Şərqi  Anadoluda  bərəkətli  ailə  həyatı  üçün  toy  günlərində 
nişanlılar qohum və dostlar ilə birlikdə bağda ağac əkərlər. Mey-


186 
 
və ağacı əkilərsə, əkildiyi gün də onun ilk meyvəsindən evlənən-
lərə verilir. 
Macarıstanın  Mohac  bölgəsində  (Meydan  döyüşündə  məş-
hur bir yer – İ.Adorjan) gəlinə tumurcuqlu bir budaq verilir. Bu 
budaq diqqətlə hazırlanır. Budaq ucuna qədər yaşıl rəngdə kiçik 
tumurcuqlarla bəzədilir, ucuna alma və zərli (bəzəkli, təmtəraqlı 
– Q.Şəhriyar) albalı  ilə yanaşı, quş tükü də asılır. Macarıstanın 
başqa  bölgələrində də eyni adət və  ya  bu adətin  növlərini  görə 
bilərik  (Eger  qalası  ətrafında,  Erdeldə,  Balato  gölü  yanında  və 
s.). Bəzi yerlərdə budağın ucuna tortdan quş da qoyurlar. 
Bu  macar  ənənəsindəki  budağın Türkiyədəki  bənzəri Ərzu-
rumda yerləşən Səlcuqilər dövrünə aid qoşa minarəli mədrəsənin 
girişində  çox  böyük  ölçüdə  daş  üzərində  yonulmuş  möhtəşəm 
Həyat ağacı vardır. Bunun, demək olar ki, eynisi Sivasda yerlə-
şən Göy mədrəsənin girişində də mövcuddur. Səlcuqilər dövrü-
nə aid saysız-hesabsız abidələrdə Həyat ağacının uclarında mey-
vələr və quşlar görə bilərik. 
 
Beşikkərtmə  
«Beyrək  baxdı  gördi,  bu  otağ  Banuçiçək  otağı-y-imiş  ki 
Beyregün  bişik  kertme  nişanlusı-y-idi...»  (Ergin  M.  122/V26). 
Çünki  daha  əvvəl  «Pay  Piçen  Big  aydur:  Bigler  Allah  Taala 
mana bir kız virecek olur-ise, siz tanık olun, menüm kızum Pay 
Büre  Big  oğlına  bişik  kertme  yavuklu  olsun  didi»  (Ergin  M. 
117/D 69). 
Türkiyədə hələ də evlənmə üsullarından biri «beşikkərtmə»-
dir. Bu, bir ailənin başqa bir ailə ilə qohumluq əlaqəsi yaratmaq 
istəyidir. «Derleme Sözlüğü»ndən də göründüyü kimi, uşaqların 
çox kiçik, hələ beşikdə ikən ad edilmələri bir çox şəhər, vilayət, 
rayon və kəndlərdə müşahidə edilir. Uşaqların beşiyində «oyuq» 
(kor  oyuq  –  Q.Şəhriyar)  açmaq  bu  bağın  əlamətidir  və  «beşik-
kərtmə»  adı  də  buradan  gəlir.  Sedat  Veyis  «Örnek  Türk  Halk-
bilimi»  (Sedat,  1977:  187)  adlı  kitabında  beşikkərtmədə  hər 
hansı  problem  yaranarsa,  hakimin  qüvvədə  olan  qanunun  ona 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə