Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə59/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   55   56   57   58   59   60   61   62   ...   78

175 
 
Əsərin milli dastan xüsusiyyətlərindən biri də tarixlə əlaqəsi-
dir. Baxmayaraq ki, o, tarixi dastan deyil, amma tarixdən  bəhrə-
lənir. Dastan sənət əsəri kimi tarixi hadisələrin xalq həyatında bu-
raxdığı izlərin poetik ifadəsidir. «Kitab»da türk tarixinin alt qatın-
da yatan hadisələrin dərin izləri və yanğıları müşahidə olunur. 
Əvvəldə də qeyd etdiyimiz kimi, oğuz dastanı bir qəhrəmana 
ithaf edilən epik  mətn deyildir.  «Kitab»ın bölümləri böyük mən-
zum dastandan qopardılmış və onun hissələrindən yaradılmışdır.  
Əvvəlki  müşahidələrin  nəticəsi  kimi,  «Kitab»ın  quruluşun-
dan başqa xüsusiyyəti milli dastan kimi türk xalqının ən önəmli 
mədəniyyət miraslarından biri olduğunu söyləmək mümkündür.  
«Dədə  Qorqud  kitabı»nın  bölümləri  quruluşca  dastan  ilə 
xalq hekayəsi arasında yerləşir. Əsərin kompazisiya xüsusiyyət-
lərindən  biri  oğuzların  sonrakı  nəsilləri  olan  türkmənlərə,  türk-
lərə (Türkiyə  türkləri  nəzərdə tutulur  –  Q.Şəhriyar) və azərbay-
canlılara  xas  olan  mənzum  hissələrin  nəsrlə  birləşdirilməsidir. 
Əsas etibarilə hadisələr nəsr şəklində, önəmli və qırılma nöqtə-
ləri, dialoqlar və kövrək anlar mənzum şəkildə  verilmişdir. Çox 
vaxt  mənzum  mətndən  əvvəl  «görəlim  xanım  nə  söylər»  kimi 
qəlibləşmiş  ifadələr  işlədilir.  Mənzum  mətnlərin  böyük  hissəsi 
milli  çalğı  aləti  olan  qopuzun  müşayəti  ilə  söyləndiyi  əsərdən 
aydın şəkildə görünür. 
Ancaq  «Kitab»ın nəsr hissələri başqa hekayələrdə rast gəli-
nən nəsrə bənzəmir. Cümlələr uyumlu bir şəkildə sıralanır və bu 
sayədə axıcılıq, xüsusi vəzn hissini biruzə verir. Bu nəsrin ritmli 
olmasına  görə,  dastandakı  nəsrin  poeziyaya  yaxın  bir  hislə  ya-
randığı müşahidə edilir. Bəzən nəsr və mənzum hissələri bir-bi-
rindən  ayırmaq  mümkün  deyil.  Dastandakı  nəsrin  bir  növ  sətri 
xüsusiyyəti dastanın qaynaqlandığı mənbələr arasında sıx bağın 
olduğunu göstərir. Bu şəkildə hekayələrin  böyük bir Oğuz das-
tanından  qopduğu  görülür.  Əsrlərdir  bu  dastana  yeni  element-
lərin əlavə edilməsinə görə hər bölüm müstəqildir. 
Həcm etibarilə nəsr və mənzum hissələr təxminən bərabərdir. 


176 
 
Şeir heca vəznindədir və bu da türk xalq şeirinə, hətta çağ-
daş  folklorun şeirlərinə  xasdır.  Ən çox  yeddi, səkkiz, on bir  və 
on iki hecalıdır, ancaq on yeddi hecalı da vardır. Buna görə də 
bizim tərcümə etdiyimiz mətndə orijinal mətndə olduğu kimi ey-
ni heca ölçüsündən istifadə olunmamışdır. Tərcümə edilmiş mis-
raların çoxu on hecalıdır. 
Bununla  yanaşı,  misralarda  daha  çox  daxili  qafiyə,  alitera-
siya,  anafora,  epifor  və  assonans  istifadə  olunmuşdur.  Təbii  ki, 
bunları kifayət qədər dəqiq tərcümə etmək çətindir. 
Bölümlər  kompozisya  baxımından  az-çox  qəliblənmişdir. 
Təxminən hər hekayənin girişində  yeni bir hadisə və çox az də-
yişikliklə  hər  zaman  eyni  sonluq  mövcuddur.  Qorqud  ozan  ro-
lunu ifa edir və hər bölüm də baş qəhrəmana ithaf edilir. Hər bö-
lümün  sonunda  dualar,  istəklər  və  ricalar  («Dərləsin,  toplasın 
günahınızı, adı gözəl Məhəmmədə bağışlasın, xanım hey!») yer 
alır. Müsəlman mistik şeirlərin əks-sədası Qorqudun sonda söy-
lədiyi sözlərin çoxunda var. 
Hadisələrin  təsvirindəki  təkrarlama  və  bənzərlik  gözə  çar-
pır.  Buğac  xanın  anası  ilə  Uruzun  anası  Burla  xatun  oğulları 
üçün çəkdikləri əzabda eyni acını hiss edirdilər. Qanturalın Sel-
can  xatununun  və  Bəyrəyin  Banı Çiçəyinin  xüsusiyyətləri eyni-
dir.  Bayındır  xan  və  Salur  Qazan  üçün  eyni  xüsusiyyətlərdən 
istifadə edilir. Bütün əsirlər on altı il əsarət altında qalırlar. On-
ları azad edən qardaşlar, ya da oğullar on beş yaşına çatanda baş 
verənləri öyrənir. Qısacası, bölümlər eyni tiplər, qəhrəmanlar və 
hadisələrlə doludur. Eyni kafir bir çox hekayənin sonunda öldü-
rüldüyü kimi, çox güman ki, hekayələrin həqiqətə uyğun olma-
yan  xronoloji ardıcıllığına görə  yaranan qəribə  vəziyyətlərə rast 
gəlinir. Təpəgöz tərəfindən öldürülən qəhrəmanlar (VIII bölüm-
də  olduğu  kimi)  sonrakı  bölümlərdə  də  qarşımıza  çıxır.  Lakin 
hər  bir  bölüm  mükəmməl  quruluşa  sahib  olduğu  üçün  bənzər-
liklər və təkrarlanmalar oxucunu yormur. 


177 
 
«Dədə Qorqud kitabı» ümumilikdə qəhrəmanlıq dastanıdır. 
O, feodalizm dövründə, hətta bəziləri bu gün də keçərli olan is-
lamdan  əvvəl əski türk köçəri  boylarının  həyatı,  onların  ictimai 
əlaqələri,  inancları  və  adətlərindən  bəhs  edən  nadir  yazılı  əsər 
olduğu üçün tarixçilərin və folklorşünasların diqqətini cəlb edir. 
«Kitab»  əsrlərdir  epik  ənənəni  yaradan  və  yaşadan  xalq  ozan-
larının sənətini qəhrəmanlıq ruhu ilə canlandıran bir sənət əsəri 
olaraq daha böyük önəm daşıyır. Bir tərəfdən tarixi həqiqətləri, 
digər tərəfdən epik mədəniyyət və sirli dünyanı əks etdirən «Də-
də Qorqud hekayələri» X əsrdən etibarən türk insanına hərtərəfli 
baxış prizmasını təmin edən  bir sənəddir. Yunanlar üçün Odis-
seya və ya almanlar üçün Ziqfrid nədirsə, türklər üçün də «Dədə 
Qorqud kitabı»nın önəminin eyni olduğuna  inanan  insanın  sayı 
az deyildir. Bəziləri onu dəyərinə görə, «Şahnamə», «Kalevala»
1
 
və Beovolf
2
 ilə eyni səviyyəyə qoyur.  
                                                
1
 Kalevala – Elias Lönnrotun XIX əsrdə fin xalq ədəbiyyatından toplayıb 
qələmə aldığı epik dastan. Bu dastan, eyni zamanda fin ədəbiyyatının ən önəmli 
əsərlərindən  biridir.  Dastan  1917-ci  ildə  Finlandiya-Rusiya  müharibəsindən 
sonra ölkədə yüksələn Milli azadlıq hərəkatı dövründə qələmə alınmışdır. Das-
tan 22795 misradan və 50 bölümdən ibarətdir – Q.Şəhriyar. 
2
 Beovulf – eramızın təxminən VIII-XI əsrlərinə aid olan qədim ingilis di-
lində yazılmış anqlosaks qəhrəmanlıq dastanıdır. 3182 sətirlik bu dastan qədim 
ingilis  dilində  yazılmış  ən  böyük  poemadır.  Əlyazması  Britaniya  Muzeyində 
saxlanılır.  Dastanda  Qeotlar  qəbiləsinin  qəhrəmanı  Beovulf  öz  dəstəsi  ilə 
danların kralı Xrodqara kömək uçün onların torpaqlarına yola düşür. Hadisələr 
Skandinaviyada, indiki  Danimarka  və İsveç  torpaqlarında  baş  verir.  Dastanda 
Beovulfun nəhəng Qrendel, onun anası və əjdaha ilə mübarizəsi təsvir olunur. 
Son vuruşmada Beovulf ölümcül yaralanır – Q.Şəhriyar. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə