169
fətlərdə hər bəyin çox ciddi şəkildə müəyyənləşən yeri vardır.
Bəylər xanla birlikdə məqsədi yalnız əylənmək olmayan ova da
qatılırlar. Döyüşə verilən məna ova da verilir; bu, bölümlərdə ən
çox təkrarlanan hadisələrdən biridir.
Çingiz xan dövründə monqollarda olduğu kimi, oğuz bəylə-
rinin də tabeçiliyində və yoldaşları olan əsgərləri/mühafizəçiləri
vardı. Onlar əsasən döyüşlərdə, ovda, ziyafətlərdə və başqa yer-
lərdə bəylərin tərəfdaşıdır. Bunlar birinci bölümündə yuxarda
bəhs edilən hadisədən başqa dastanda bəylərə çox sadiq göstə-
rilirlər. «Əsgər» terimini ilə yanaşı, dastanda daha geniş mənalı
«igid» sözünə də tez-tez rast gəlinir. Hər əsgər igiddir, ancaq hər
igid əsgər olmaya bilər.
Xan, bəylər, əsgərlər, igidlər və tacirlər yaradıcı şəkildə
ideallaşdırılır, lakin bunların XI-XIV əsrlərdə baş verən tarixi
hadisələrlə həqiqi bağı vardır.
Əsər əsasən müharibələrdən və döyüşlərdən bəhs edən bir
dastandır. Nəql edilən döyüşlərdən ikisi oğuzlar arasında mey-
dana gəlir (I və XII bölüm). İki bölümdə (V və VIII) fövqəltəbii
və qeyri-insani varlıqlarla döyüş aparılır. Digər bölümlərdə
oğuzlar şimal və qərbdəki kafirlərlə müharibə edirlər. Mövzulara
görə isə bu günə qədər aparılan tədqiqatların nəticələrinə əsasən
söylənən hadisələrin iki əsas tarixi mərhələyə ayırmaq mümkün-
dür. Bir çox tədqiqatçılar II bölümün («Salur Qazanın evinin
yağmalandığı dastanı bəyan edər»
1
) oğuzların X əsrdə Oğuz tor-
pağının şimal və şimal-qərbində yaşayan qıpçaqlar və peçenek-
lərlə döyüşməsi mövzusunda həmfikirdirlər.
İkinci mərhələ Ağqoyunlular dövləti dövrü ilə bağlıdır. Bu-
nu Qanturalın Trabzon hökmdarının qızı ilə evlənməsindən bəhs
edən «Qanlı Qoca oğlu Qanturalı dastanını bəyan edər, xanım
hey» boyu çox açıq şəkildə görtərir. Bu bölümdə digər oğuz
qəhrəmanları yer almır, buna görə də bu bölümün yeni olduğu
bir daha təsdiqlənir.
1
Müəllifin üslubunu olduğu kimi saxladıq – Q.Şəhriyar.
170
«Kitab»da bir çox şey o qədər dəqiq təqdim olunur ki, oxu-
cular onun tarixi əsər olduğunu düşünə bilərlər. Ancaq əsərdə
oğuzların yaşadıqları dövrdə mühüm tarixi hadisələrdən hər han-
sı birində iştirak etdiyinə dair heç bir dəlil yoxdur. Məsələn, heç
bir bölümdə oğuzların nə Qəznəvilər sülaləsinin dövlət işlərində
yer aldığı, nə də onun süqutunda rol oynadığı göstərilmir. XI
əsrin son illərində güclü bir hökmranlıq quran oğuz mənşəli
Səlcuqilərin İran və Anadolunun böyük bir qismini tutduğu ar-
dıcıl dövrlərlə təsvir edilir. Deməli, bir çox dastanlarda olduğu
kimi, bu dastanın da mövzusu təxəyyülün məhsuludur. Halbuki
əfsanələr qədim dövrlərdə oğuz həyat tərzini o qədər həqiqi təs-
vir edir ki, bu əsər ictimai və mədəni tarix baxımından əhəmiy-
yətli sənəd kimi qəbul edilir.
Oğuz boylarını bir neçə yüz min insan təşkil etdiyi bilindiyi
halda, «Kitab»ın bölümlərində xalq kütləsi çox nadir hallarda
gözə çarpır. Qəhrəmanlıq əsərlərinin çoxunda olduğu kimi, bu
dastanda da aristokratiya, oğuz yüksək iyerarxiyasındakı xanlar
və bəylərin həyatları təsvir edilir. Əsərin qəhrəmanları yalnız
bəy təbəqəsinin üzvləridir (səhnəyə təxminən 80 qəhrəman çı-
xır). Bu rəqəmə adları çəkilən iyirmi qəhrəman və əfsanədə yer
alan fövqəltəbii varlıqlar (Allah, Əzrail, Xıdır, Təpəgöz) daxil
deyil. Orta Şərq və Orta Asiya ilə bağlı aparılan bir çox qədim
tarixi araşdırmalar oğuz dastanında adı çəkilən insanlardan və
hadisələrdən bəhs edir və bu tədqiqatlar dastanın bəzi hissələ-
rinin həqiqi olduğunu göstərir.
İkinci bölümdəki çoban Qaracıq aristokratiya maneələrini
dəf edən, dastanda əhəmiyyətli rol oynamağı bacaran və xalq
arasından çıxan yeganə insandır. Cəsarəti və sədaqəti o qədər
yüksəkdir ki, hökmdarı olan Qazan müxalif olmasına baxmaya-
raq, çətin vəziyyətlərdə onu yanında aparmaq məcburiyyətində
qalmışdır.
«Dədə Qorqud kitabı» qəhrəmanlıq dastanı olduğundan,
oğuz qəhrəmanın tipi və özəlliyi haqqında bir neçə şey söyləmək
171
vacibdir. Oğuzlara görə, bir insanın ən önəmli xüsusiyyəti cə-
sarətdir. Qadınlarda da bu xüsusiyyətə böyük əhəmiyyət verilir.
Bölümlərin qəhrəmanları kəskin və sərt, əsasən şişirdilmiş
xüsusiyyətləri olan insanlardır. Onların bu fövqəlbəşər xüsusiy-
yətləri döyüşdə, yeyib-içərkən, hətta yuxuda da müşahidə edilir.
O kəskinliyi «qaçanını qovalamadı, aman deyəni öldürmədi»
faktı ilə yumşaldır.
Digər tərəfdən, dastanın qəhrəmanları arasında fəth və dö-
yüşmək hissinin yüksək olmaması maraqlıdır. Daha çox əsir gö-
türülən atalar, oğullar və ya qardaşları düşməndən azad etmək
məqsədilə hücum edilir. Oğuzlar ələ keçirildikləri torpaqda və
ya qalada heç bir zaman məskunlaşmırlar, evlərinə geri dönürlər.
Təsvir edilən hadisələrə görə, oğuzlar fəth etmək üçün deyil, öz
həyatlarını müdafiə etmək və əsirləri azad etmək üçün döyüşür-
lər. Lakin bu, oğuz tarixinin qədim dövrü üçün keçərlidir. Son-
rakı dövrlərdə məqsəd qəhrəmanlıq və cəsarəti nümayiş etdir-
məkdir. Belə ki, beşinci bölümdə Dəli Domrulun davranışlarına
artıq sadəcə özünümüdafiə, ya da ictimai məqsədlə edilən qəh-
rəmanlıq kimi baxmaq mümkün deyil. Bu, daha çox özünü təs-
diq etmənin bir vasitəsi kimi görünür.
Daima döyüşlərlə yaşayan oğuz cəmiyyətində «baş kəsib
qan tökmək» faktı böyük əhəmiyyət kəsb edir. Yalnız döyüşdə
göstərilən qəhrəmanlıqlara görə cəmiyyət üzvlərinə dəyər veri-
lir. Güc və bacarığını nümayiş etdirdikdən sonra gənc oğlana ad
verilir. «O zamanda bir oğlan baş kəsməsə, qan tökməsə, ad qoy-
mazlardı». Buna görə də erkən yaşlarında uşaq ideal qəhrəman
kimi tərbiyə edilir. Bütün əsər belə nümunələrlə zəngindir.
Daima döyüşlərlə keçən həyat insanın həm fiziki, həm zehni
baxımdan güclü olmasını gərəkdirir. Buna görə də orqanizmin
gücü və şəxsi cəsarət hissi böyük dəyərlərdir. Vəhşi heyvanlarla
da tez-tez döyüşmək məcburiyyətində olan oğuzların fiziki quru-
luşu, sanki heyvan şəklini təsvir edirmiş kimi göstərilir: qəh-
Dostları ilə paylaş: |