166
lər qalibiyyətlə bitən hər döyüşdən sonra Bayındır xana mühari-
bədən əldə olunan qənimətin beşdə-birini verir. Bayındır xan gə-
lən xəracdan bəylərə hədiyyələr verib onların uşaqlarına da qəh-
rəmanlıqlarından sonra cübbə hədiyyə edir. Bölümlərin çoxunda
Bayındır xan müşahidəçi mövqeyindədir. O, bəylərə dəstək verir.
Oğuz iyerarxiyasına görə, Bayındır xandan sonra oğuzların
ən əhəmiyyətli döyüşçüsü Bayındır xanın kürəkəni və bəylər bə-
yi Qazan bəy və ya Salur Qazandır. İç və Daş oğuzların bütün
bəyləri ona bağlıdır.
«Kitab»da ən rəngarəng şəxsiyyət Salur Qazandır. Güclü
döyüşçü və kafirlərin düşməni olaraq göstərilir. Ön plandakı dö-
yüşçü xüsusiyyətləri ilə yanaşı, fəlsəfə və yumor anlayışlarını da
özündə əks etdirir. Həm təkəbbürlü, həm də açıq ürəklidir. Üç
hekayənin baş qəhrəmanı olub (II, IV və XI) digər bölümlərdə
də iştirak edir. Əsas obrazdan başqa, digər bölümlərdə oğuzların
Təpəgözə uğursuz hücumunda, Bamsı Bəyrəyin toy məclisində,
Bayburt qalasına hücumda.. və s. adı çəkilir. Qısacası, «Kitab»ın
baş qəhrəmanıdır.
«Kitab»da Salur Qazanın ailəsinə də xüsusi yer verilir: hə-
yat yoldaşı Burla xatun, oğlu Uruz, Daş oğuzların lideri olan da-
yısı Aruz, qardaşı Qaragünə və əmisi oğlu Qara Budaq.
Boz ata minən Salur Qazanın yardımçısı və sağ qolu olan
Bamsı Bəyrək bir neçə bölümdəki çoxlu sayda qəhrəmanlar
arasından ön plana çıxır. XII bölümdə özünün və Salur Qazanın
şərəfini müdafiə edərkən öldürülür. Bamsı Bəyrək qəhrəmanlıq,
namus və qürur simvoludur.
Xronoloji ardıcıllığa əsasən, oğuz dastanın ən gənc qəhrə-
manı Qanturaldan da bəhs etmək lazımdır. Qantural haqqındakı
hekayə ən çox tarixi hadisələri özündə əks etdirən bir hekayədir.
Bu hekayədə Ağqoyunlu və Trabzon Komnenləri arasındakı
əlaqədən bəhs edilir. Böyük ehtimalla Qantural 1403-1434-cü
illər arasında hökmdar olan Tur Əli bəydir. Qantural hekayəsi
167
Tur Əli bəyin Trabzon İmparatorluğuna hücumunun səbəbi oğlu
Qutlu bəyin III Aleksisin bacısı Mariya ilə evlənməsidir.
«Kitab»ın on iki bölümündən doqquzunda kafirlərlə aparı-
lan döyüşlərdən, ikisi tamamilə mifoloji ünsürlər daşıyır, son
bölüm isə oğuzlar arasındakı qarşıdurmadan bəhs olunur. V və
VI bölümlərdə oğuz lideri olan Bayındır xan, onun ən güclü dö-
yüşçüsü Salur Qazan və digər bölümlərdə olan qəhrəmanlardan
heç biri yer almır. Dəli Domrul haqqındakı bölüm (V) üçün isə
nə müsəlman, nə də Ön Asiya ədəbiyyatında nümunəsini tapmaq
mümkün deyil.
Qalan bölümlər arasında əlaqə daha güclüdür və bu bölüm-
lər Bayındır xan və Salur Qazan adları ilə bağlı olan hekayələrlə
əlaqəlidir.
Birinci hekayədə Dirsə xanın keşikçiləri/əsgərləri oğlu Bu-
ğaca iftira atırlar və atasının onu öldürməsinə inanadırmağa
çalışırlar. İkinci bölümdə Qazan bəylərlə birlikdə ovda əylənər-
kən kafirlər onun evinə hücum edib ailəsini əsir götürür. Üçüncü
bölümdə Bamsı Bəyrəyin əsir götürülməsindən bəhs olunur.
Dördüncü bölümdə Qazanın oğlu Uruzun əsir olmasından söh-
bət açılır. Altıncı bölümdə Trabzon imperatorunun qızını əldə
etmək üçün Qantural üç canavarla döyüşür. Yedinci bölümün
qəhrəmanı Yegnək atası Qazılıq Qocanı əsirlikdən qurtarır. Sək-
kizinci hekayə Təpəgözlə Basat arasındakı mübarizədən bəhs
olunur. Doqquzuncu bölümdə qürur uğrunda Qazana qarşı Bəki-
lin üsyanı diqqət çəkir. Onuncu bölümdə qardaşını azad etmək
üçün Segrəyin döyüşündən söhbət açılır. On birinci hekayədə
yuxuya gedib kafir tərəfindən ələ keçirilən Qazanı oğlu Uruz
azad edir. Sonuncu – on ikinci bölümdə İç Oğuzlara qarşı Daş
Oğuzların üsyanından və Beyrəyin ölümündən bəhs olunur.
Bu əsər mövzu baxımında kamildir, lakin bölümlərin vahid
tərkibinə diqqət yetirilmir. Bölümlərə son şəklini verən «adı
bilinməyən» sənətçi hər bölümə xüsusi dəyər verir, tamamilə
analiz etmədiyi görünür. Hadisələrin xronoloji ardıcıllığını dü-
168
şünmədiyi müşahidə edilir. Hərçənd türkoloqlar da təxmini ya-
xın olan bölümlərin xronologiyası haqqında həmfikir deyillər.
Sovet türkoloqu Koroğlu (Xaliq Koroğlu nəzərdə tutulur –
Q.Şəhriyar) tərəfindən (Огузский героический ерос. АН СССР,
Институт востоковедения, Институт мировой литературы им.
А.М.Горького. Москва, Наука, 1976, s.187) VII, I, III, IV, XI,
II, V, VI, VII, IX, X, XII şəklində verilən sıra ən ağlabatandır.
Bildiyimiz əlyazma variantında bölümlərin sırasını müəy-
yənləşdirən adı bilinməyən toplayıcı bölümləri bir-birindən asılı
olmamasına çalışmasına baxmayaraq, aralarındakı bağı tama-
milə qoparda bilməmişdir. Bu, bölümlərin quruluşunun bir qay-
naqdan bəhrələndiyini və daha qədim dövrdə yaradılan böyük
oğuz dastanı üzərində qurulduğunu göstərir.
Bölümlərin eyni zamanda və eyni yerdə yaşayan, müxtəlif
şəkillərdə bir-birinə bağlanan oğuz bəylərini əsas götürdüyü mü-
şahidə edilir. Hər bölümün əsasında yalnız bir bəyin macərasının
olmasına baxmayaraq, bölüm digər bəylərin də az və ya çox
iştirakı, yaxud hər hansı bir səbəbdən adlarının çəkildiyi hadisə-
lər zincirindən ibarətdir. Digər tərəfdən, bəylərin ön planda ol-
masına baxmayaraq, bu bölümlərdə bəylərin çevrəsi və həyat
tərzində bütün adət-ənənələri ilə oğuz xalqının həyatını göstərir.
Bu çərçivədə toplayıcının məqsədi oğuz xalqının həyatını an-
latmaq və bölümlərin qəhrəmanları məqsədlə istifadə olunan
prototiplərdir. Macəralarda göstərilən həyat və dünyagörüşü
bütün oğuzlarda ortaqdır. Bu da göstərir ki, əsərin əsas mövzusu
oğuzlar və onların həyatıdır; təxminən eyni tipdə olan qəhrə-
manlar isə müəyyən simvollar şəklində göstərilir.
«Kitab»da oğuzlar köçəri aristokratiyaya sahib olan icma
kimi göstərilir. Minlərlə at, dəvə və qoyuna sahib zənginliklə
təsvir edilən bəylər bütün oğuzların xanı olan Bayındır xanın
ətrafında toplaşırlar. Xan hər hansı ortaq fəaliyyət üçün toxu-
nulmaz səlahiyyətə malik olub oğuz xalqı ilə bağlı bütün qərar-
larda baş hakimdir. İstər döyüşlərdə, istərsə də böyük ziya-
Dostları ilə paylaş: |