163
«Hekayət-i Oğuznâme, Qazan Beğ ve Gayrı» adı ilə altı bö-
lümdən ibarət ikinci əlyazma Vatikan kitabxanasında mühafizə
edilir. Əsəri italyan dilinə tərcümə edən E.Rossi yazdığı geniş
ön sözündə bu dastanı tamamilə izah etməyə çalışmışdır (İl Ki-
tab-i Dədə Qorqut. Racconti epico-cavalereschi dei Turchi
Oguz, Citta del Vaticano, 1952).
Türkiyədə ilk nəşri Drezden nüsxəsi əsasında (Kitab-i Dedem
Korkud Alâ Lisan-ı Taife-i Oğuzan, İstanbul, 1916) Kilisli Müəl-
lim Rifət tərəfindən hazırlanmışdır. Bu tərcümə digər tədqiqatlara
işıq salmışdır. O zamandan etibarən həm türk xalqlarında həm də
digər xalqlarda bu dastana maraq artmışdır. Xarici dillərdə dastan
haqqında üç yüzdən çox kitab, tədqiqat işi və müzakirələr möv-
cuddur. Müasir türk dilinə edilən tərcümələrlə yanaşı, bu günə qə-
dər dastan alman, rus, italyan və ingilis dilinə tərcümə edilmişdir.
Bu sətirlərin yazarı hal-hazırda dastanın çex dilinə tərcümə edil-
diyini bilir. Tərcüməmiz üçün Orxan Şaiq Gökyayın bu mövzuda
Türkiyədə, şübhəsiz ki, ən ciddi tədqiqatlardan olan nəşrindən
(Dədəm Korkudun Kitabı, İstanbul, 1973) istifadə etmişik.
«Dədə Qorqud kitabı» müqəddimə və 12 bölümdən ibarətdir.
Girişdə Dədə Qorqudun şəxsiyyətindən, daha doğrusu, hik-
mətindən bəhs edilir. Qorqud şeir yazmaq bacarığı olan, oğuz
boylarının adət-ənənəsinin ən önəmli təmsilçisi, həqiqi müdrik
şəxs kimi göstərilir. Bu xüsusiyyəti ona insanlara təsir göstər-
məsinə yardım edir. «O, oğuzun müdrik şəxslərindən idi. Nə de-
yərsə, olurdu (…) Qorqud Ata oğuz qövmünün müşkülünü həll
edirdi. Hər nə iş olsa, Qorqud Ata ilə məsləhətləşməsələr etməz-
dilər. Hər nə buyursa, qəbul edərdilər. Sözünü tutub yerinə yeti-
rirdilər». Lakin feodal ideoloji və dini anlayışın təsiri ilə bu köh-
nə xarakterə yeni xüsusiyyətlər əlavə edilmişdir. Qorqud boyla-
rın müdrik şəxsiyyətindən xanların məsləhətçisinə, şamandan
sufi anlayışını dəstəkləyən sufiyə (dədə, ata və b.) çevrilmişdir.
Dastan formalaşdıqdan sonra əlavə edilən giriş bu əsərin XVI
əsr, ya da daha sonra son şəklini aldığını göstərir. Girişdə Qor-
164
qudun aşağıdakı sözləri vurğulanır: «Axır zamanda xanlıq yeni-
dən qayıya keçəcək. Kimsə əllərindən almayacaq axır zaman
olub qiyamət qopuncaya qədər. Bu dediyi Osman nəslidir, hələ
də davam edir. Və buna bənzər daha neçə söz söylədi».
Əsərin hər hekayəsi bir mənada müstəqil və tamdır. 12 bö-
lüm fundamental bir məzmunla bir-birinə bağlanmamasına bax-
mayaraq, birlikdə böyük bir bütövlüyü əmələ gətirir. Bu bü-
tövlüyə daxil olan macəralar, həyat tərzi və dünyagörüşü oğuz
cəmiyyətinin əksidir. Bölümləri bir bütövlüyün ətrafında bağ-
layan başqa bir ünsür isə dastanın qəhrəmanlarıdır və her şeydən
əvvəl Dədə Qorqudun özüdür.
Dastanın qəhrəmanlarından sadəcə oğuz müdriki və dini li-
deri (patrik) olan Dədə Qorqud bütün bölümlərdə iştirak edir.
Girişdə Qorqudun Məhəmməd peyğəmbərin dövründə yaşadığı
bildirilir. «Qeybdən dürlü xəbər söylərdi. Haqq-Təala onun kön-
lünə ilham edərdi». Xalqın ruhunu və əski təsəvvürlərini əks et-
dirən atalar sözləri və deyimlər Qorquda aid edilir. Qorqud, eyni
zamanda döyüşdən sonra təşkil olunan məclisdə qopuzu götürüb
bölümün qəhrəmanına ithaf etdiyi nəğməni söyləyən ozandır.
Hər bölümdə xan və bəylərə öyüd verən müdrikdir.
Digər tərəfdən, Qorqud oğuz dastanın ən mübahisəli qəh-
rəmanıdır. Müdrik qoca, dini lider və Orta Asiya şamanlarına
bənzəyən ozan xüsusiyyətlərini özündə əks etdirir. Qorqud ilk
qəhrəmanlıqlarından sonra oğlan uşaqlarına ad qoyur. Dəli Qar-
carın problemini həll edir (III bölüm), Təpəgözlə oğuzların xə-
racı ilə bağlı sövdələşir (VIII bölüm). Qeyri-adi gücə sahibdir və
tez-tez möcüzələr yaradır. Hər bölümün sonunda qopuz çalaraq
qəhrəmanlıq rəvayətləri söyləyir. Qorqudun adını daşıdığı bütün
dastanın, ya da sadəcə bir qisminin müəllifi, yaxud həqiqi biri,
və ya bir ozan tərəfindən yaradılan qəhrəman olub-olmadığı
sualı meydana çıxır.
Bədii qəhrəman olaraq Qorqud çox təsirlidir. Zəif bağlarla
bir-birinə bağlanan bölümlərin bütövlüyünü meydana gətirir,
165
sözləri ilə bölümlərin çərçivəsini yaradır. Digər tərəfdən, bayat
boyundan gələn Qorqud adlı tarixi şəxsiyyət haqqında kifayət
qədər məlumata sahibik. Dədə və Ata terminləri bilikli türk yaş-
lıları üçün də istifadə olunan ünvanlardır. Rəşidəddindən («Ca-
miət-Təvarix») etibarən XV əsr tarixçiləri Qorqudu Yenikənddə
yaşayan IX və X əsr hökmdarları İnal Sir Yaqbu, Qayı İnal xan
və Tumana xizmət göstərən bir dövlət xadimi və diplomat kimi
dəyərləndirirlər. Bunların yanında tarixçilərin söylədiklərinin
doğruluğuna şübhə var. Belə ki, Qorqudun qeyri-adi gücü və
uzun ömrü (295 yaş) haqqında danışmağa başlanıldığında bu
tarixçilərin istinad mənbəyinin xalq olduğu anlaşılır. XV əsrdə
Yazıçıoğlu («Tarixi-Ali Səlcuq») o tarixdə hökmdar olan Os-
manlıların öz atalarının boyu kimi qəbul etdiyi qayı boyunun
hökmdarlığı ələ keçirəcəyi və bu hökmdarlığın sonsuza qədər
davam edəcəyi ilə bağlı uzaqgörənliyi də Qorquda aid edilir.
Zamanla Qorqud islam hagioqrafiyasına
1
müsəlmanların
müqəddəsi olaraq daxil olmuş və Orta Asiyada kulta çevrilmiş-
dir. Jirmunskiyə görə (В.М.Жирмунский. Тюркский герои-
ческий эпос. Ленинград, 1974, s.545), əfsanəvi məzarı XX əsrə
qədər Sır-Dəryanın üst qismində, bugünkü Daşkənd-Kazalinsk
dəmiryolundakı Qorqud adlı stansiyada olduğuna inanılırdı.
Ancaq «Kitab»ın Qorqud tərəfindən yaradıldığı ehtimalı
azdır. Qorqudun daha qədim türk tarixinin ənənəvi ozan və
ozanlıq ruhunu təmsil etdiyinə inanılır. Dastanda da qəhrəman-
lardan biri Dədə Qorqudun qopuzu haqqında bu sözdən məcazi
mənada bəhs edir.
Qam-Qan oğlu Bayındır xan bütün oğuz toprağının hökm-
darıdır. Adətən ikinci planda durur, heç bir bölümdə qəhrəman
kimi göstərilmir. Passif rolu vardır. Onun vəzifəsi döyüş üçün
bəylərə izn vermək, ehtiyac yarandıqda bəyləri böyük divana
toplamaq və ildə bir dəfə ziyafət təşkil etməkdir. Döyüşdəki
uğurlarına görə divandakı bəylərin yerini müəyyənləşdirir. Bəy-
1
Hagioqrafiya – övliya mənqəbələri, avtobioqrafiya – Q.Şəhriyar.
Dostları ilə paylaş: |