172
rəmanların bədənləri güclü hayvanlarla müqayisə edilir (aslan,
qaplan, danquşu və s.).
Yeni tarixli hadisələrdən bəhs edən bəzi bölümlər qəhrəma-
nın ruhi gücünün fiziki gücündən öndə gəldiyini göstərir. Bura-
da islamın təsiri müşahidə edilir. Çünki islamlaşdıqdan sonra
türk qəhrəmanları öz gücünü Allahdan alır. «Kitab»da əski şa-
manist dini unutmayan və tamamilə islam dinini qəbul etməyən
oğuzlar əsas etibarilə dini duyğulara bağlı olmayan və adi insan
gücü ilə yaranan qəhrəmanlığa sahibdirlər. İslamın tamamilə
qəbul edilməsi və türklərin Anadoluya hakim olması ilə dinlə
qəhrəmanlıq birləşir və türk ədəbiyyatında yeni bir qəhrəman
tipi meydana çıxır.
Bu «Kitab» bünövrəsində islamdan əvvəlki türk ruhunun
göstəricisidir. Əski türk dini əski türklər kimi düyüş nişanəsi da-
şıyır. Dastanda oğuzların ilk hücum edən tərəf olmaması, müha-
ribələrin bitmə istəyi və intiqam hissi üzərində qurulmasına bax-
mayaraq, təsvir edilən hadisələrin bünövrəsində müharibə durur
və qəhrəmanlıq ən böyük ictimai dəyərdir. Oğuzlarda qadınların
dəyəri də ata minmək, qılınc oynatmaq, düşmənə hücum etmək-
lə yanaşı, fiziki gücü göstərməklə ölçülür. Anadoluya gələn
türklərin həyatında əski türk ruhuna aid dəyərlərin təsiri əsrlərdir
davam edir. Bu dastan X əsrdə islam dinini qəbul edən türklərin
XIV əsrədək əski ruhu mühafizə etmələrinə dair ən yaxşı sü-
butdur.
Köçəri həyatı tərk edib Anadoluda məskunlaşan türklər
maddi mədəniyyətin deyişməsi ilə həyatın mənəvi tərzini də də-
yişdirir. İslamlaşdıqdan sonra türk ruhunda ən böyük dəyişiklik
maddi gücün yerinə mənəvi gücün keçməsi və insanın dünya ilə
əlaqəsinin bünövrədən dəyişərək passif şəkildə yer almasıdır. Bu
işarələrə «Kitab»ın bəzi qisimlərində rast gəlinir və bunun ən
bariz nümunəsi Tanrının iradəsi önündə başını əymək məcbu-
riyyətində qalan Dəli Domrul haqqındakı bölümdür.
173
Oğuz dastanı qəhrəmanlarında qadına qarşı çox güclü mə-
həbbət yoxdur. Şərq ədəbiyyatında, xüsusilə hekayələrdə az-çox
müşahidə olunan və bu xətlə inkişaf edən ehtiras və şəhvət «Ki-
tab»ın bölümlərində çox az yer alır. Bunun əksinə olaraq ata və
qardaş sevgisi çox güclüdür. Bu məhəbbət bölümlərdə qəhrəman
tiplərə böyük bir romantiklik gətirir. İtirdikləri oğul, qardaş, ata
üçün həm qadınlar, həm də kişilər çox asanlıqla ağlayırlar. Atalar
uşaqlarına bağlıdırlar. Atanın ailənin başçısı olmasına baxmaya-
raq, heç bir zaman despot kimi göstərilmir. Əksinə həyat yolda-
şına böyük hörmək göstərir və hər zaman onun tövsiyələrini qəbul
etməyə hazırdır. Ən məşhur döyüşçülər də (Salur Qazan, Dirsə
xan və başqaları) belədirlər. Uşaqlar ata-anaları ilə yanaşı, yaş-
lılara da böyük hörmət göstərirlər. «O zamanda oğul atasının sö-
zünü iki eyləməzdi, iki eyləsə, o oğlanı qəbul eyləməzdilər». Xü-
susilə analara göstərilən böyük hörmət vurğulanır. Ana haqqı
Tanrı haqqı ilə bərabərdir («Ana haqqı – Tanrı haqqı»). Ana hər
şeydən yüksəkdir. Sərvət, ər, oğul fəda edilə bilinər, lakin ana heç
bir zaman fəda edilməz. Bu məqama aydınlıq gətirən dastanın ən
gözəl parçası analarını azad etmək üçün hər şeyi gözə alan Salur
Qazan və oğlu Uruzun özlərini fəda etməsidir.
Bölümləri əsasən müharibələrin təşkil etməsinə baxmaya-
raq, burada daha çox yüksək əxlaq nümayiş etdirilir. Boy və ailə
içərisində əxlaq, güclü xarakter, yalanın olmaması, namus, qısa-
cası, insan, insan olmaq səyləri təxminən hər bölümdə ən çox
vurğulanan məqamlardır. Ana məhəbbəti, həyat yoldaşına hör-
mət, nişanlılar arasında sönməyən sədaqət, zamana və bütün ma-
neələrə sinə gərən oğul, ata və qardaşa qarşı sevgi hər bölümün
əsas mövzularıdır. Qısacası, yüksək əxlaq «Dədə Qorqud kita-
bı»nın hekayələrindəki qəhrəmanların əsas xüsusiyyətidir.
Oğuz dastanında təbiətə böyük üstünlük verilir. Burada tə-
biətin çoxlu canlı elementlərinə rast gəlmək mümkündür. Köçəri
psixologiyasında təbiət elementləri hər biri canlı olaraq qəbul
edilir. Yeri gəldikcə dağlarla dərdləşilir, su və qurddan xəbər alı-
174
nır. Səmanın altında insanlar azad təbiətdə və rəngli çadırda,
hündür, dumanlı dağlar və şəffaf sular arasında, yaşıl qoruq və
çəmənliklərdə torağayların səhər çağı ötməsini dinləyərək ya-
şayırlar. Bu baxımdan bəzi türk xalq hekayələrində olduğu kimi,
dastanda digər ədəbiyyatlara istinad yoxdur. Məsələn, bəzi türk
xalq hekayələrində dəbdəbəli zənginlik, saray, ləl-cəvahirat və
müxtəlif briliyatlar kimi ərəb və farslara xas bəzək elementləri
çoxlu sayda mövcuddur. Oğuzlar hündür dağlar, kölgəli ağaclar,
bozqurd, balaban və başqaları ilə yaşayırlar.
«Kitab»ın bölümləri haqqında onu deyə bilərik ki, hər biri
geniş mənada ayrıca bir dastandır. Quruluşca bir-birinə bənzə-
yən hekayələr qısadır və onlardan ən uzunu (III) belə sadəcə bö-
yük dastanın bir qismini təşkil edir. Lakin bölümləri başlanğıcda
epik xarakterə sahib olduğundan dastanın bir parçası, dar məna-
da isə dastan olaraq düşünmək mümkündür. Əlbəttə, bunun
üçün epik hekayə istifadə oluna biləcək ən yaxşı termin ola bi-
lər. Epik xarakteri olan qəhrəmanlıq əfsanələri həqiqi hadisələr
üzərində qurulmuş epik tərzdə verilmişdir.
Hansı xüsusiyyətlərinə görə bu «Kitab»ı milli dastan hesab
etmək olar?
«Kitab» tək bir sənətkarın deyil, bütün bir xalqın ortaq dü-
hasının məhsulu, ortaq zövq süzgəcindən keçən bir əsərdir. Əsər
xalqın həyatından bəhs edir və qədim türklərin mədəniyyəti,
folkloru, oğuz xalqının özəllikləri, fəzilətləri və duyğularından
söz açılan bu əsərdə xalqın və ictimai həyatın hərtərəfli rəsmi
müşahidə olunur.
Əsərdə qəhrəmanlıq ruhu insanın ən əsas xüsusiyyəti kimi
dəyərləndirilir. Əsərdə «qəhrəman» sözünün çoxlu sinonimi var.
Bölümlərdə təbiət sakit və hərəkətsiz deyil, dastanın qəhrəmanları
kimi canlı və hərəkətlidir. Demək olar ki, həmişə qəhrəmanların
həyatında və baş vermiş bütün hadisələrdə rol oynayır.
Həyatın özü kimi hadisələr də sürətlə cərəyan edir. Bir qısa
cümlədə, ya da deyimdə təxminən iyirmi illik zaman nəql edilir.
Dostları ilə paylaş: |