Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə61/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

181 
 
tərcümə  etməyimizi  təklif  etdi,  lakin  nəşriyyatlar  buna  maraq 
göstərmədikləri üçün macar dilində nəşrini nəzərdə tutduğumuz 
«Dədə Qorqud kitabı»nın qarşısında bütün qapılar bağlandı. 
1996-cı  ildə  macar-türk  folklor  münasibətlərindəki  bənzər-
liklərdən  bəhs  etdiyim  «A  Turul  Gyermekei»  («Toğrul  oğulla-
rı»)  adlı  kitabım  Fejér  Megyei  Pedagógiai  Szolgáltató  Intézet 
(əyalət Pedaqoji İnstitutu) tərəfindən 1997-ci ildə yayınlandı.  
Kitabımı yazarkən boyların hamısın mənə lazım olduğu nə-
zərə  alaraq  dastanı  bütövlükdə  macar  dilinə  çevirdim.  Mənbə 
olaraq  yenə  də  Gökyayın  yuxarıda  bəhs  etdiyim  əsərini 
götürdüm. 
1997-ci ilin yayında həyat yoldaşımla birlikdə Dədə Qorqu-
dun Bayburt yaxınlığındakı Masat kəndində olduğu güman edi-
lən türbəsini ziyarət etmək üçün Bayburta getdik. Şəhəri görmək 
üçün  gəzməyə  çıxarkən  küçədə  bir  türk  gənci  haradan  və  nə 
üçün  gəldiyimizi  soruşdu.  «Dədə  Qorqud»  üzərində  tədqiqat 
apardığımı  eşidəndə  o  saat  məni  Müəllimlər  Evində  söhbət  et-
məyə  dəvət  etdi.  Oraya  çatdığımız  zaman  çox  təəccübləndik, 
çünki  təxminən  10-12  müəllim  bizi  gözləyirdi.  Onlarla  söhbət 
etdik və hətta «Dədə Qorqud» barədə müzakirələr də apardıq. 
Vidalaşıb  ayrılanda  bayburtlu  Əli  Sirri  Çoban  (Aşıq  Şüb-
hani) «Xoş gəldiniz bu gün bizə» – deyə saz çalaraq adımızı da 
əks etdirən dördlüklər söylədi. Orada o anda belə qərara gəldim 
və türk dostlarıma da söz verdim ki, «Dədə Qorqud kitabı» ma-
car  dilində  də  olacaq.  Aşıq  Sübhani  o  şeiri  5  may  1997-ci  ildə 
yazmışdı.  O  zaman  necə  böyük  bir  vəzifəni  boynuma  götürdü-
yümü  düşünmədim.  Yenidən  Gökyay  mətnini  tərcümə  etməyə 
başladım, amma təəssüf ki, Dədə Qorqudun əsl qədim atalar sö-
zünü əks etdirən müqəddimə bu kitabda yox idi. 
Bu zaman artıq türkcədən macarcaya bir çox gözəl tərcümə-
ləri olan Laszlo Puskas
1
 ağlıma gəldi. «Dədə Qorqud kitabı»nın 
                                                
1
  Laszlo  Puskasin  ən  önəmli  əsərlərindən  biri  «Ömer  Seyfettin:  Ha-
rem»dir (Seçilmiş Hikayeler. Budapeşte, 1992). 


182 
 
hamısını  bir  yerdə  çevirmək  üçün  razılaşdıq.  Həm  də  bizim 
fikrimizcə  ən  uyğun  mətn  olan  Məhərrəm  Erginin    latın  
əlifbasında  
indeks ilə iki cilddə çap olunmuş əsərini
1
 qaynaq olaraq seçdik.  
İlk  qeyri-peşəkar  tərcüməni  mən  etdim,  Laszlo  Puskas  isə 
mətni  diqqətlə  oxuyaraq  redaktə  etdi.  Şeirləri  tərcümə  edərkən 
türk  şeirinin  tərzini,  ölçüsünü  və  qafiyələrini  oxuculara  çatdıra 
bilmək üçün çox səy göstərdik. Ortaq işimiz bir ildən çox çəkdi, 
bəzən  mübahisə  etdik,  lakin  bu  hər  zaman  daha  yaxşı  və  daha 
uyğun sözləri tapa bilmək məqsədi güdürdü. Dəfələrlə yazdıqla-
rımızı düzəldib dəyişdirirdik. 
«Dədə  Qorqud»un  mənzum  hissələrindəki  misraların  heca 
ölçüsü  və  qafiyələri  macar  dilinə  tərcümədə  də  tamamilə  eyni, 
hətta  səci  hissələrinin  də  əsl  türk  əsəri  tərzində  macar  dilində 
oxunması Laszlo Puskasın əvəzsiz zəhmətinin nəticəsidir. Ədəbi 
tərcümələrdə 
səriştəmin 
olmamasına  görə  qeyri-peşəkar 
tərcümədən  sonra  yalnız  əsərin  şərhi,  izahı  və  ətək  yazıları  ilə 
məşğul oldum. 
Müvafiq nəşriyyatın tapılmasını Puskas Laszlo öz öhdəsinə 
götürdü.  Sonra  L`Harmattan-Európai  Folklór  Központért  Eg-
yesület  Európai  Folklór  Intézete  (L`Harmattan  Avropa  Folklor 
Mərkəzi  Dərnəyinin  Avropa  Folklor  İnstitutu)  «Dədə  Qor-
qud»un ədəbi dəyərinə uyğun nəşriyyatın müdiri, dünya şöhrətli 
folklorşünas  Mixail  Hoppal  tərcümənin  çapını  öz  öhdəsinə  gö-
türdü. Dastanın nəşrini isə Macar Türk Qadınları Dərnəyi, Necla 
Aksop, Türk-Macar İşadamları Dərnəyi  və  Milli  Mədəni Miras 
Nazirliyi tərəfındən dəstəklədi.  
Mətnşünas, türkoloq Mixail Dobrevits bizə çox kömək etdi, 
səhvlərimizi tutduqda gözəl yumoru ilə, həqarət etmədən bildir-
di və biz də xətalı hissələri yubanmadan düzəltdik. 
                                                
1
  M.Ergin.  Dede  Korkut  Kitabı.  Giriş-Metin.  Türk  Tarih  Kurumu  Ba-
sımevi,  Ankara,  1958;  M.Ergin.  Dede  Korkut  Kitabı.  Indeks-Gramer.  Türk 
Tarih Kurumu Basımevi, Ankara, 1963. 


183 
 
Biz  macar  oxucularının  diqqətini  türk  mədəniyyətinin  bu 
xəzinəsinə  çəkmək  istədik.  Çünki  professor  M.Fuad  Köprülü 
«Dədə Qorqud» haqqında: «Tərəzinin bir gözünə türk ədəbiyya-
tının hamısını, digərinə də «Dədə Qorqud»u qoysan, ikinci daha 
ağır gələr», – demişdir. Bu iddianı kitabın arxasında yayınlamaq 
istədik ki, macar oxucuları onun dəyərini anlasınlar. 
 
Türk və macar ənənələri arasındakı bəzi bənzərliklər  
 
Əsərin üslubu 
Əvvəlcə «Dədə Qorqud»un mənzum və mənsur parçaları ilə 
qədim macar xalq şeiri və  xalq  ədəbiyyatı arasındakı bənzərlik-
ləri müəyyənləşdirək. Türk nəzmində çox istifadə olunan 4+4+4, 
4+4, 4+4+3 və ya 4+3 kimi bölgülü misralara macar xalq şeirlə-
rində tez-tez rast gəlinir. Məsələn: 
T: Kara tırnak/ağ yüzüme/çalayım mı? (4+4+4) 
M: Hol lakik kend/hugomasszony?/Komaromba. 
T:  Bunalmışsın/sana  nolmuş?//çal  kılıcın/yettim  Kazan! 
(4+4)  
M: Anyam anyam/edesaryam//Gyulaine edesanyam! 
Ümid edirəm ki, macarca bilməyənlər də misralardakı eyni 
hecanı və eyni ritmi duydular. 
Macarca şeirlərdə də iki misra sonuncu sözlə eyni olduğun-
dan  qafiyə  əmələ  gətirir.  Buna  türk  dilindəki  şeirdən  gətirdiyi-
miz nümunədə nəzər salaq: 
Dayim duran/Cebar Tanrı (4+4) 
Baki kalan/Settar Tanrı. 
Bu,  iki  dəfə  dörd  hecalı  misra  macar  dilində  «felezo  nyol-
cas»,  yəni  «ikidə-səkkizlik» adlanır. Bunun ortaq köklərinə  qə-
dim «Oğuz» dastanında rast gəlirik: 
Men sizlerge/boldım kağan (4+4), 
Alalım ya/takı kalkan, 
Tamga bizge/bolsın buyan... 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə