Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə60/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   56   57   58   59   60   61   62   63   ...   78

178 
 
İMRƏ ADORJAN (1935) 
 
İmrə  Adorjan  1935-ci  ildə  Macarıstanın  Sombatxey  vilayətində 
anadan  olub.  1950-ci  ildə  Budapesti  Református  Gimnáziumdan 
məzun olan alim təhsilini Budapesti Református Teológia İnstitutunda 
davam  etdirib.  1956-cı  ildə  buranı  müvəffəqiyyətlə  bitirib.  Ömrünü 
türk xalqları ədəbiyyatının öyrənilməsinə həsr edən alim «Kitabi-Dədə 
Qorqud»un  öyrənilməsində  və  Macarıstanda  tanınmasında  əvəzsiz 
xidmətləri  olmuşdur.  1997-ci  ildə  Fejér  Megyei  Pedagógiai  Szolgál-
tató  Intézet tərəfindən  yayınlanan  Macar-Türk  xalq  mədəniyyəti  ara-
sındakı  bənzərlikləri  topladığı  «A  Turul  Gyermekei»  başlıqlı  kitabın 
hazırlığı  əsnasında  O.Ş.Gökyayın  «Dədə  Qorqud  kitabı»na  istinad 
edərək 12 hekayəni macar dilinə çevirsə də, bu tərcümələr müstəqil ki-
tab halında yayınlanmamışdır. Elə həmin ildə də M.Erginin variantını 
əsas  tutaraq  Laszlo  Puskasla  bəndlərdəki  heca  saylarını  və  qafiyə 
quruluşuna  nəzarət  edərək  yenidən  tərcümə  etmiş  və  2002-ci  ildə 
L’Harmattan Yayıncılık və Avropa Folklor İnstitutu tərəfindən yayın-
laşmışdır (Imre Adorján, László Puskás (2002). Dede Korkut könyve 
forditotta:  Adorján  Imre  és  Puskás  Lászlo.  Budapest:  L’Harmattan 
Könyvkiadó–Európai Folklór Intézet, Terebess Ázsia E-Tár). 
İmrə  Adorjanın təqdim  etdiyimiz  1977-ci ildə  yayınlanan  «Dede 
Korkut Kitabı’nın Macaristan’daki Geçmişi ve Önemi» adlı bu məqa-
ləsi 
www.kanalkultur.blogspot
  (Adorjan,  2008,
 
02.05.2015)  internet 
saytından götürülmüşdür. 
 
«DƏDƏ QORQUD KİTABI»NIN MACARISTANDAKI 
KEÇMİŞİ VƏ ƏHƏMİYYƏTİ 
 
1977-ci ildə Ankarada incəsənət tarixçisi Qabar Pap
1
 Orxan 
Şaiq  Gökyayın  türk  dilinə  tərcümə  etdiyi  «Dədə  Qorqud  kita-
bı»nı  (İstanbul,  1976)  aldı  və  hədiyyə  etdi
2
.  Macarıstana  qayı-
dandan  sonra  əsəri  oxudum  və  o  dəqiqə  də  diqqətimi  çəkdi. 
                                                
1
 Bu səfərimizin məhsulu «Gábor Pap, Fényhimnusz a kappadókia bar-
langszentélyeiben» (Budapeşte, Design & Quality, 1997) əsəridir. 
2
 Halasi Téka, 2. szám 1985., s.38. 


179 
 
Dr.Andras Kelemenlə
1
 seçdiyimiz üç boyu macar dilinə tərcümə 
etməyi qərara aldıq.  
İlk  tərcümə  etdiyimiz  boy  «Buğac  xan  soylaması»  idi.  Bu 
əsnada  türk  mədəniyyətinə  məxsus  olan  bu  əsərin  macar  ədə-
biyyatı ilə bağlılığını duyduq. Məsələn, dəliqanlının buğa ilə gü-
ləşməsi  bizi  təəccübləndirdi.  Çünki  məşhur  macar  şairi  Yanoş 
Aranın
2
 əsərində də Mikloş Toldi
3
 adlı qəhrəman buğa ilə döyü-
şür.  Bundan  əlavə  «qırx  igidin»,  yəni  nökərlərin  sayı  da  həm 
Toldi,  həm  də  Buğac  boyunda  qırxdır.  Bundan  sonra  macar  ilə 
türk xalq ənənələrinin bənzərliklərini axtarmağa başladıq. 
«Dəli Domrul»dakı soylama ilə macar xalq şeirlərində «sev-
ginin sınanması» adlanan bölümlər arasında ciddi oxşarlıqlar aş-
karladım. Bunu məndən əvvəl macar ballada tədqiqatçıları bilir-
dilər, lakin onlar «Dəli Domrul» boyunu heç oxumamışdılar. 
Düşündük ki, Macarıstanda «Dədə Qorqud» hekayələrini ta-
nıtmalıyıq. Bu  məqsədlə  «Buğac  xan  hekayəsi»  əsasında kukla 
teatrının ssenarisini yazdım. Bu tamaşa 1983-cü ildə Sekeşfeher-
varda  orta  məktəb  şagirdlərinin  iştirakı  ilə  səhnəyə  qoyuldu. 
Kukla  teatrının  premyerası  o  zamankı  Türkiyə  səfiri  Osman 
Başmanın  və  iş  yoldaşlarımın  qarşısında,  əyalət  Mədəniyyət 
mərkəzində,  Müqəddəs  Stefanos  adlı  teatr  salonunda  nümayiş 
                                                
1
  Andras  Keremenin Türkiyə  türkcəsindən macar  dilinə tərcümə  etdiyi 
mühüm əsərlər: «Török elbeszelok» kitabında «Halikarnas balıkcısı»: «Cen-
net gemisi»; Refik Halıt Jaray. «Yatık Emine»; Sadri Ertem. «Bacayı İndir-
Bacayı  Kaldır»;  Ahmet  Hamdı Tanrınar.  «Erzurumlu  Tahsın»;  İlhan Tarus. 
«Demokrasi»;  Yaşar  Kemal.  «Çancının  Karısı»  (Budapeşte,  Europa,  1974); 
Samim Kocagöz. «Onbinlerin Dönüşü» romanı. Budapeşte, Europa, 1976. 
2
 Yanoş Aran – (János Arany, 1817-1882) macar xalq ənənələrinə söy-
kənən  realist  şeirin  banisi  hesab  olunur.  Şekspir  və  Aristofanesin  əsərlərini 
tərcümə edən şair onlardan təsirlənmiş, Hun kralı Budanın ömrünün son ba-
harında  qardaşı  Attila  ilə  olan  münasibətlərindən  və  mücadilələrindən  bəhs 
edən «Buda Halala» adlı dastan yaratmışdır – Q.Şəhriyar. 
3
 Mikloş Toldi – (Toldi Miklós, 1320-1390) macar Milli qəhrəmanı, Ya-
noş Aranın trilogiyasınının, Peter İloşvayın povestinin və Benedek Yelekanın 
romanının real prototipidir – Q.Şəhriyar. 


180 
 
etdirildi.  Şagirdlər  bu  kukla  teatrı  ilə  bir  çox  yarışlarda  iştirak 
edərək mükafat qazandılar. 
1984-cü  ildə  Sekeşfehervardakı  Alba  Regia  otelində  keçi-
rilən «Türk mətbəx gecəsi»ndə «Dəli Domrul» və «Sevginin sı-
nanması» adlı tamaşalar eyni zamanda iki yerli teatr truppasının 
iştirakı ilə səhnədə qoyuldu (Török E., 1984). Pyes eyni şəkildə 
arxitektorların  Mədəniyyət  Evində  də  təkrarlandı.  Türkiyənin 
səfiri Osman Başman xanımı və  iş yoldaşları ilə birlikdə  hər iki 
mərasimdə də iştirak etdi. 
Andras Kelemen və mən ayrı-ayrılıqda «Dədə Qorqud kita-
bı»nı  təbliğ  etmək  məqsədi  ilə  Budapeştdə,  Bekeşçabada, 
Debreçendə,  Keçkemetdə,  Kişkunxalasda  məruzələrlə  çıxış 
etdik. 
Qabar  Pap  və  həyat  yoldaşı  Judit  Berente  1985-ci  ildə 
«Halaşi  Teka»  (Halasi,  1985:  38-42)  məcmuəsində  bizim 
birlikdə tərcümə etdiyimiz «Buğac xan boyu»na ön söz yazaraq 
yayınladılar. 
Debreçen  Koşut  Layoş  Elmi  Universitetinin  Mədəniyyət 
Mərkəzi tərəfındən sətri olaraq çevirdiyimiz üç  boy  yayınlandı. 
Bunlar  «Buğac  xan»,  «Dəli  Domrul»  və  «Bamsı  Beyrək» 
boyları idi
1

«Dədə Qorqud kitabı»nı almancaya (Joachim Heyn, 1958), 
ingiliscəyə (Geoffrey Levis, 1974) və  bildiyimə görə, 6 boyunu 
italyancaya  (Ettore  Rossi)  tərcümə  etmişlər.  O  zamana  qədər 
Macarıstanda yalnız almanca yazılmış bir məqalə yayınlanmışdı 
(Körösi Csoma Archivumun, 1926). Etnoqrafıya ensiklopediya-
sında bəhs edilən «Sevginin sınanması» balladaları türk mənşəli 
yeganə abidə hesab olunur. Buna görə də əsərin macar dilinə tər-
cüməsinin  əhəmiyyətli  olduğunu  düşündük.  Andras  Kelemen 
nəşriyyatların çoxuna baş çəkib 12 boyun hamısını macar dilinə 
                                                
1
  İmre  A.  Kelemen  A.,  3  oguz  törzs  mondaja,  Dede  Korkut  elbeszele-
seiböl.  Kezirat,  Modszertani  füzet  belsö  hasznalatra,  kiado:  Kossuth  Lajos 
Tudomanyegyetem Közmüvelödesi Titkarsaga. Petö Andor. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə