200
dılar. Boyların qəhrəmanları bir yerə yığılıb silahlanaraq otlaqla-
rı və hevanlarını qoruyurdular.
Bu boyların daimi evləri yox idi. Yaylaq və qışlaqlarda ala-
çıqların içində hevanları ilə birlikdə yaşayırdılar.
Ozanlar hər boydan insanların nəzərində bir başqa hörmətə
sahib idilər. Ovsunlayıcı təsirə malik olan bu insanlar əllərində
qopuzları ilə eldən-elə, obadan-obaya gəzib boyların qəhrəman
liderlərinin adlarını öz hekayələrində əbədiləşdirirdilər. Mənzu-
mə söyləyib, dastan deyib, eyni zamanda bir boy ağsaqqalı kimi
xalqın yaşam sıxıntılarını bir anlıq da olsa, unutmalarına yardım
edirdilər. Ozanlar bugünkü aşıqların öncülləri idilər. Onların ən
usta qəbul edilən və ad qazananına «dədə» deyirdilər.
Məşhur «Dədə Qorqud» dastanları da bu ozanların yarat-
dıqları əsərlərdəndir. «Dədə Qorqud» dastanları X və XI əsrlərin
yadigarı olub, eyni zamanda Azərbaycan ləhcəsinin ən əski ya-
zılı mətnləridir. Oğuzların Azərbaycan və onun yamyaşıl otlaq-
larına gəlməzdən öncəki qədim yaşam və ənənələri haqqında
məlumat verir. Bu əsər XI əsrdə bilinməyən bir şəxs tərəfindən
«Kitabi-Dədə Qorqud Ala lisani-Taifeyi-Oğuzan» adı ilə bir
toplu şəklində bizə gəlib çatmışdır.
Yarımköçəri həyat yaşayan oğuzlar irili-xırdalı 24 boydan
ibarət idi. Kaşgarlı Mahmut «Divani-Lügatit-Türk»də oğuzların
22 boyunun adını çəkir. Eyni zamanda bir çox islam tarixçiləri
də bu boylara işarə edirlər. «Camiət-Təvarix»ə görə, bu 24 bo-
yun adları aşağıdakı kimidir: «Qayı, Bayat, Alka evli, Qara evli,
Yazır, Dögər, Dodurqa, Yaparlı, Afşar, Qızıq, Bəydilli, Karqın,
Bayındır, Peçenek, Çavuldur, Çepni, Salur, Eymür, Alayuntlı,
İğdir, Bügdüz, Yıva, Üregir, Qınıq»
1
.
Oğuzlar X əsrin birinci yarısında Xəzər dənizi və Ceyhun
çayı boyunca Fərab bölgəsi ətrafında (Kaşğar Mahmudun ifadəsi
1
Əsərdəki adlar Rəşidəddin Fəzlullah Həmədaninin «Camiət Təvarix»
əsərinini imlasına əsasən verilmişdir.
201
ilə Qaracıq) yaşayırdılar. «Hüdudi-Aləm»
1
kitabında verilən mə-
lumata görə, haqqında danışılan bölgə X əsrdə oğuzların qışlaq-
ları idi və Fərabdan iyirmi mənzil məsafədə yerləşirdi
2
.
İbn Havqalın
3
verdiyi məlumata görə, X əsrin əvvəllərində
oğuzlardan təxminən min çadır islamiyyətə boyun əymişdilər
4
.
İbn Xordabdehə
5
görə, Abdullah bin Tahir (hicri 213/230)
oğuzlardan min əsir və altı yüz min dirhəm almışdı
6
.
Bütün bunlar bizə oğuz qövmünün islamın ilk illərində orta-
ya çıxdığını göstərir.
Oğuzların və dolayısı ilə oğuzlara bağlı olan və haqqında
danışılan boyların Azərbaycanda təşəkkülü də eyni dövrə təsa-
düf edir. Tarixçilərin dediyinə görə, (oğuzlar – Q.Şəhriyar) Səl-
cuqilərdən əvvəl Azərbaycana «çəyirtkə sürüsü kimi düzənlik-
lərə, dağlara və qalalara dağılmışdılar». Başqa sözlə, azərbay-
canlıların (bir xalq kimi) formalaşması X əsrdən əvvəl tamam-
lanmışdır. Bu dövrdə müxtəlif bölgələr arasında az da olsa, iqti-
sadi əlaqələr qurulmuşdu. Azərbaycanlıların yaşam sahələrinin
sərhədləri müəyyənləşmiş, bu xalqın mədəniyyət kodları yavaş-
yavaş ortaya çıxmışdı. Azərbaycanlıların ortaq ağız xüsusiyyət-
ləri və ləhcənin inkişafı gündən-günə təkmilləşərək xalqın for-
malaşmasında əsaslı rol oynamağa başlamışdı.
Qədim Azərbaycan dili Ural-Altay dil ailəsindəndir və çağdaş
Azərbaycan türkcəsi isə o dilin inkişaf etmiş formasıdır. Bu ləhcə
geniş miqyasda əvvəlki ləhcələri öz təsiri altına alaraq bölgədə
1
X əsrdə naməlum müəllif tərəfindən qələmə alınan bu əsərdə Şirvan-
şahlarla bağlı dəyərli məlumatlar var – Q.Şəhriyar.
2
Hudu-l Âlem (Düzenleyen ve Yayına Hazırlayan: Menüçöhr Sutûde).
Sazman Esnad ve Ketâbxane-ye Mellî İran Yayınları, Tahran, 1340/1962, s.124
3
İbn Havqal (?-976) – X əsrin məşhur islam müəllifi, coğrafiyaşünas, tarix-
çidir. 955-ci ildə Şərqi Anadoluya və Azərbaycana səyahət etmişdir – Q.Şəhriyar.
4
İbn Havkal. Suret-ül Arz (Farsça Çev: Cafer Şiar). Bonyad-e Ferheng-
e İran Yayınları, Tahran, 1345/1967, s.511
5
İbn Xordabdeh (820-912) – İran əsilli islam coğrafiyaşünasıdır –
Q.Şəhriyar.
6
Ebi el-Kasım Bin Havkal. Elmesâlik ü Elmemâlik. Lyden, 1872, s.37-39.
202
geniş yayılmış bir dilə çevrilmişdir. Beləliklə, yerlilərin də tarixi
və mədəni ənənələrini yeni mədəniyyət mühitində əridərək bədii
mədəniyyətə malik olan Azərbaycan mədəniyyətini formalaşdırdı.
Bu şərtlər altında bölgənin ucqar yerlərində yaşayan bəzi
feodal və qul tacirlərindən ibarət qruplar (Əhməd Kəsrəvinin id-
diasına görə, Sasanilərin krallıqları) belə oğuzların hökmranlığı-
na boyun əydilər. Məsələn, yenə onun fikrincə, Vədsudan Rəv-
vadi oğuzları qarşıladı, hətta onlardan (oğuzlardan) bir qız ilə
evlilik bağı qurdu. Vədsudanın saray şairi olan təbrizli Qətran
oğuz ağsaqqallarını tərifləyən qəsidələr söylədi
1
.
Səlcuqi fəthlərinin ardından Azərbaycan bütövlükdə bu xal-
qın yurdu oldu. Monqol hakimiyyətinin sonunda yerli səltənəti
olan Qaraqoyunlu dövlətini qurdular. Ardından isə Şah İsmayıl
Xətaini dəstəkləyərək Səfəvi hökumətinin əsasını qoyub digər
vilayətlərin də hakimiyyətini ələ keçirdilər.
Bu tarixi xülasənin verilməsinin səbəbi azərbaycanlıların
mənşəyi məsələsi deyil, sadəcə «Kitabi-Dədə Qorqud Ala lisani-
Taifeyi-Oğuzan»ın Azərbaycan xalqına bağlılığını göstərməkdir.
«Kitabi-Dədə Qorqud» əlyazması ilk dəfə XIX əsrin ilk ya-
rısında Almanyanın Drezden Kral Kitabxanasında aşkarlandı.
İlk dəfə alman alimi Fleyşer öz məcmuəsində ondan söz açdı.
Avropada bu əlyazmadan ilk dəfə istifadə edən alman alimi Dits
«Təpəgöz» dastanını yarımçıq şəkildə alman dilinə tərcümə edə-
rək yayınladı. Eyni zamanda Homerin «Odissey»i ilə müqayisə
edərək Homerin «Odissey» əsərini yazarkən bu əsərdən fay-
dalandığını, ya da ən azından onun (Təpəgözün) məzmunundan
xəbərdar olduğunu söylədi.
Sonralar Nöldeke və Bartold dastanı araşdırmağa və tərcü-
mə etməyə başlardılar. Bartold əsərə giriş yazaraq «Duxa Qoca
oğlu Dəli Domrul hekayəsi»nin rusca tərcüməsi ilə birlikdə
1894-cü ildə yayınladı. Bartoldun hazırladığı digər mətnlər isə
ölümündən sonra 1950-ci ildə yayınlandı.
1
Ahmet Kesrevî. Şehriyarân-i Gumnâm (Kayip Krallar), s. 75
Dostları ilə paylaş: |