Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   25   26   27   28   29   30   31   32   ...   97

86 
 
Nəsir Rzayev yazır:  
“Qədim  mədəniyyət  və  incəsənətimizdə  şumer  izlərinə 
həm  Cənubi,  həm  də  Şimali  Azərbaycanda  rast  gəlinir.  Bu 
izlər  qədim  azərbaycanlıların  şumerlərlə  qaynayıb  qarışma-
sının, etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır. Bu 
etnik yaxınlığın digər bir göstəricicsi Aydın Məmmədov və di-
gər  dilçilərimizin  dilimizdə  üzə  çıxardıqları  şumer  dili  para-
lelləridir.  Bu  dil  qohumluğu  həm  qədim,  həm  də  uzun  tarixi 
bir prosesin nəticəsidir.  
Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığın-
dan,  qan  qohumluğundan  xəbər  verən  bir  çox  maddi  mədə-
niyyət,  incəsənət  abidələri  içərisində  Qobustanın  günəş  gəmi-
ləri xüsusi yer tutur. 
1981-ci  ildə  məşhur  səyyah və alim Tur Heyerdal  və  onu 
müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya insti-
tutunun  baş  elmi  işçisi  Henrix  Anoxin  Qobustan  petroqliflə-
rinə baxmış, eramızdan əvvəl III minilliyə aid günəş gəmiləri-
nin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər” 
(Rzayev, 1985, s. 67). 
Qədim  şumer  yazılı  abidələrindən  belə  məlum  olur  ki,  Mes-
sopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk 
hakim  sülaləsi  Kiş  sülaləsi,  ilk  şəhərləri  də  Kiş  şəhəri  olmuşdur. 
Buradakı  ―Kiş‖  adının  Şəki  rayonu  ərazisindəki  Kiş  çayı  və  Kiş 
kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir. Görünür, 
qədim  şumerlər  Azərbaycandan  İkiçayarasına  köçərkən  əski 
yurdlarının adlarını da özləri ilə aparmışlar. Məlumat üçün bildirək 
ki, eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.  
―Tövrat‖da Nuh tufanından, Nuhun oğulları və onların soy-
ları  barədə  məlumat  verildikdən  sonra  tufandan  sağ  çıxmış  in-
sanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən 
də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir: 
“Yer üzndə bir dil və bir ləhcə var idi. Nuh övladları Şərq-
dən  hərəkətə  keçərək  Şumer  ölkəsində  düzənlik  bir  yer  tap-
dılar” (Библия, l. X. l). 
 


87 
 
Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq 
ölkəsindən  gəldiyi  bildirilir.  Qədim  və  orta  əsrlər  yəhudi  və 
xristian abidələrində,  o cümlədən Musa Kağankatlının ―Albani-
ya tarixi‖ kitabında ―Şərq ölkəsi‖ deyilərkən şimali Azərbaycan 
ərazisi nəzərdə tutulur. 
Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq 
ölkəsində olduğunu qeyd edərək  yazır: "Müqəddəs patrik Kişə 
gəlir,  burada  kilsə  tikir və  qansız qurban verir. Bu yer  Şərqin 
bütün  kilsə  və  şəhərlərinin  başlanğıcıdır..."  (Kalankaytuklu, 
1993, s. 18). 
Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə 
istinadən  verdiyi  bir  məlumat  da  çox  maraqlıdır.  Onun  yazdı-
ğından  belə  aydın  olur  ki,  qədim  Çol,  yəni  Dərbənd  şəhəri  də 
Şərq  ölkəsinə  daxil  olmuşdur.  Deməli,  şumerlər  İkicayarasına, 
başqa  sözlə  Messopatamiyaya  Şərq  ölkəsindəki,  yəni  Azərbay-
candakı  Kiş  çayı  hövzəsindən  köçmüşdülər  (Oğuz  Y.,  Tuncay 
Bakı: 2009, s. 128). 
Əski şumer mənbələrinin yazdığına görə, Kiş sülaləsinin və 
Şumer dövlətinin ilk hökmdarı Etana olmuşdur. Bu adın bir türk 
adı olduğu, Anadolunun bir parçasında bir müddət bəylik etmiş 
türk  sülalələrdən  birinin  Eretana  oğulları  adlandığı  məlumdur. 
Qədim şumerlər Etana ilə bağlı bir dastan da qoşmuşdular və bu 
dastanın  süjeti  Azərbaycanda  çox  məşhur  olan  Məlikməmməd 
nağılının süjeti ilə ağlasığmaz dərəcədə üst-üstə düşür. Dastanda 
əbədi həyat çiçəyini tapmaq qərarına gələn Etana şah tanrıların 
məsləhəti  ilə  yola  çıxır  və  bir  quyuya  düşür.  O  orada  balaları 
qartal  tərəfindən  yeyilmiş  ilanın  həmin  qartalla  döyüşünün 
şahidi  olur  və  ilanı  öldürür.  Etana  qartalın  belinə  minib  göyə 
qalxır. Göyə qalxanda Etana ilə qartal arasında dialoq baş verir. 
Quş  qəhrəmana  yerə  baxmağı  və  onun  nəyə  oxşadığını  təsvir 
etməyi təklif edir. Etana yeri öncə xəlbirlə, sonra çörəklə müqa-
yisə edir (Oğuz Y., Tuncay Bakı: 2009, s. 128). 
 


88 
 
Dastanın  yazıldığı  gil  lövhə  qırıq  olduğundan  onun  ardı 
məlum deyil. Lakin elə bu qədər də söhbətin ―Məlikməmmədin‖ 
şumer  variantından,  daha  dəqiq  desək,  prototipindən  getdiyinə 
heç bir şübhə oyatmır. Belə ki, bizim qəhrəman da əbədi həyat 
çiçəyi axtaran Etana kimi, cavanlaşdırıcı almanın dalınca gedir. 
O  da  quyuya  düşür.  O  da  əjdaha  ilə  zümrüd  quşunun  konflik-
tinin  şahidi olur. O da  əjdahanı  öldürür və quşun belində uçur. 
Ona da quş yerə baxmağı və nə gördüyünü söyləməyi təklif edir. 
Məlikməmməd də eynən Etananın verdiyi cavabı verir. 
―Bibliya  təpələri‖  kitabının  müəllifi,  qədim  Şərq  tarixinin 
böyük bilicisi Erix Tseren vaxtilə yazmışdır:  
“Alimlərin çoxu şumer dilini türk dili saymış və bu gün də 
saymaqda davam edirlər”( Церен, 1986, c. 193).  
Şumer və türk dillərinin qohumluğu müddəasını ilk dəfə irəli 
sürənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar. Son-
ralar bu fikir Əhməd Cavad, Naili Boratav və başqaları tərəfindən 
daha  da  inkişaf  etdirilmişdir.  Bu  iş  sonrakı  dövrlərdə  də  davam 
edirilmişdir  və  bu  sahədə  görkəmli  Azərbaycan  dilçisi  Aydın 
Məmmədov  və  tanınmış  qazax  alimi  Amanjolov,  məşhur  qazax 
şairi  Oljas  Süleymenov,  qaraçay-balkar  alimi  Miziyev,  türkiyəli 
tədqiqatçı  Osman  Nədim  Tuna  və  başqalarının  əməyini  xüsusi 
qeyd  etmək  lazımdır.  Hommel  və  Qroznı  bu  dillərin  genetik 
qohumluğu  müddəasını  ilk  növbədə  həmin  dillərin  hər  ikisinin 
aqqlünativliyinə  əsaslanaraq  irəli  sürmüşlər.  Amanjolov  da  bu 
yolla  gedərək,  20-dən  artıq  şumer  sözünün  türk  sözləri  ilə  ey-
niliyini fonetik qanunauyğunluqlar əsasında açıb göstərmişdir.  
Əhməd Cavad, Naili Boratav və Miziyev də Hommel kimi 
bir  çox  şumer-türk  sözlərinin  qarşılıqlı  müqayisəsini  vermiş  və 
bu  dillərin  genetik  qohum  olduqları  versiyasını  müdafiə  etmiş-
lər. Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə 
həsr  etdiyi  əsərində  170-ə  qədər  şumer  kəlməsini  türk  kəlməsi 
ilə  tutuşdurmuş  və  linqvistik  qanunauyğunluqlar  əsasında  şu-
mer-türk  leksik  uyğunluqlarını  müəyyən  etmişdir.  Alim  fonetik 
səs  əvəzlənməsi  prinsipinə  istinad  edərək  belə  nəticəyə  gəl-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə