Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

95 
 
müqayisə  edilən  dil  materiallarının  fonetik  qanunauyğunluqları 
barədə deyir:                 
“Şumercədə  bəzi  mütəxəssislər  4,  bəziləri  6  sait  qəbul 
edirlər. 18 samit  qeydə  alınmışdır.  Bunlar müasir türk dilinin 
sait-samit  sisteminə  uyğun  deyildir,  ancaq  həmin  səslərin  ha-
mısı türk dilində var. Əlbəttə, bu, tipoloji uyğunluqdur və kök 
sözlərdə,  iki  heca  həcmində  yalnız  eyni  sait  çıxış  edir.  Bu, 
ahəng qanununun ardıcıl izlənməsi deməkdir. Bu prinsip yal-
nız  alınma  sözlərdə  pozulur.  Samitlərin  inkişafında,  əvəzlən-
məsində  də  uyğunluq  nəzərə  çarpır.  Köhnə  və  yeni  şumercə-
dəki p-b, t-d-z, s-z, s-ş və sairə səs uyğunluqları türk dillərində 
də  mövcuddur.  Hətta  müvafiq  səs  uyğunluqlarını  tutuşdur-
maqla  bir  çox  şumer  və  türk  sözləri  arasında  etimoloji  əlaqə 
alınır. Məsələn, şumercə də Tuş və suş, yəni düşmək, oturmaq, 
türkcədə  tüş  və  düş.  Burada  əlaqə  birbaşa  görünür.  Şumer 
dilində  sipa,  yəni  çoban  kəlməsini  götürək.  Həm  şumercədə, 
həm də türkcədə s-ç və p-b samit uyğunluqlarını qəbul etdikdə 
sipa- çoban əlaqəsi təbiiləşir. 
Bu  dillər  arasında  bir  sıra  maraqlı  fonetik-morfoloji  uy-
ğunluqlar  da  müşahidə  edilir.  Şumer  dilindəki  “tibira”,  yəni 
misgər  sözü  türk  dillərindəki  “təmir”,“dəmir”  sözü  ilə  bir 
kökdəndir. Buradakı “t” səsi qeyri-sabitdir. Eyni hal səma, göy 
mənasını  verən  “an”  kəlməsində  də  görünür.  Bu  sözə  “t”  sə-
sini artır-maqla göy anlamına gələn “tan” sözü alınır” (Hacı-
yev, 1976, s. 22-23).                
Mütəxəssislərin  bir  çoxunun  qeyd  etdiyi  kimi,  eləcə  də 
Qobustandakı  şumer  gəmi  təsvirlərinin  və  Ağstafa  rayonu  əra-
zisindəki  arxeoloji  tapıntıların  da  sübut  etdiyi  kimi,  qədim  şu-
merlər  bugünkü  İraq  ərazisinə  məhz  Azərbaycandan  köçmüş-
dülər. Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir. 
Alimlər təkəri və arabanı şumerlərin kəşf etdiklərini bildir-
məkdədirlər.  Gəmiqayadan  tapılan  bu  rəsm  sözügedən  kəşfin 
Azərbaycan ərazisində edildiyini, şümerlərin də bu sahədə bilik-
ləri  İkiçayarasına  Azərbaycandan  apardıqlarını  söyləməyə  əsas 
verir.                


96 
 
 ―Oğuznamə‖nin verdiyi bir məlumatdan belə aydın olur ki, 
arabanın kəşfi məhz türk-oğuz mühitində baş vermişdir:                 
Vuruşdan sonra Oğuz Kağanın ordusuna, əsgərlərinə, el-
gününə  o  qədər  çox  qənimət  düşdü  ki,  yükləyib  daşımağa  at, 
qatır, öküz azlıq etdi. Oğuz Kağanın ordusunda təcrübəli, usta 
bir  kişi  vardı.  Onun  adı  Barmaqluq  Cosun  Bilik  idi.  Bu  usta 
bir  araba  qayırdı.  Arabanın  üstünə  cansız  qənimətləri  qoydu, 
canlı qənimətləri arabaya qoşdu. Dartdılar, getdilər. Əsgərlər, 
el-gün  bunu  görüb  mat  qaldı.  Arabalar  düzəltdilər.  Kanğa, 
anğa deməklə kanğa sözü belə yarandı. Bunun üçün də onlara 
kanğa adını qoydular (Bayat, 1993, s. 133-134).              
Maraqlıdır ki, qədim mixi  yazılarda şumerlər özlərini kən-
gər  və  kanq  adlandırırlar  (Ağasıoğlu,  2005,  s.  155).
 
Bu  fakt  da 
şumerlərin  türk-oğuz  mühitindən  qopduqlarını  və  Azərbaycan-
dan köçüb getdiklərini sübut etməkdədir. Elə bu üzdən də şumer 
dili  və  ədəbiyyatının  öyrənilməsi  bizim  üçün  böyük  önəm  da-
şıyır. Çünki bu yolla 5 min il öncəki dil və ədəbiyyatımız barədə 
müəyyən  təsəvvür  əldə  etmiş  oluruq.  Eyni  zamanda  bu  gün  də 
yaşamaqda  olan  bəzi  adət  və  ənənələrimizin  kökləri  barədə 
dolğun məlumat almış oluruq. 
Bu  gün  Azərbaycanda,  eləcə  də  digər  türk  ölkələrində  bir 
kəsi  yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır. Belə 
hesab  olunur  ki,  yolçunun  arxasınca  su  atmaq  yolun  uğurlu  ol-
masına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan ―Bilqa-
mıs‖  dastanında  eyni  adət  və  inancın  izlərinə  rast  gəlinmişdir. 
Bu isə o deməkdir ki,  yola çıxan adamın ardınca su atmaq adə-
tinin ən azı 5 min il yaşı var:               
      Sabunlu köklər ilə bədənini yudu o. 
      Öz qamətinə layiq gözəl paltar geydi o. 
      Sinəsinə yaraşan boyunbağı da asdı 
      Belinə qurşaq vurub, başına tac qoydu o. 
      İgidlərin ardınca bir cam təmiz su atdı. 
      Pillələrlə çıxıb o evin damına qalxdı  
       (Bilqamıs dastanı, 1985, s. 32)  


97 
 
Məlum  olduğu  kimi,  qədim  türk  dilində  ―uçmaq‖  feli  ―öl-
mək‖ felinin sinonimi kimi işlənmişdir. Orxon-Yenisey abidələ-
rində bir sıra hallarda ―ölmək‖ yerinə ―uçmaq‖ yazılıb. Məsələn, 
Kül Təkin abidəsinin şərq tərəfində, 16-cı sətirdə deyilir:  
“Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım, yəni xa-
qan atam öləndə səkkiz yaşımda idim.”  
24-cü sətirdə isə deyilir: 
”Ecüm  kağan  uca  bardı,  yəni  xaqan  əmim  öldü”  (Rəcə-
bov, Məmmədov, 1993, s . 73). 
Bənzər  halla  eyni  abidənin  şərq  tərəfinin  30-cu  sətrində, 
şimal tərəfinin 1-ci sətrində, eləcə də Bilgə Xaqan abidəsinin cə-
nub tərəfinin 10-cu (Rəcəbov, Məmmədov, 1993, s . 103), qərb 
tərəfinin  2-ci  (Rəcəbov,  Məmmədov, 1993, s . 104), Moyunçur 
abidəsinin 12-ci (Rəcəbov, Məmmədov, 1993, s. 146) sətirlərin-
də və sairə üzləşirik. Qeyd etmək lazımdır ki, qədim türk dilində 
―uçmaq‖ kəlməsinin bir mənası da cənnət, behişt olmuşdur. Bu 
kəlməyə  Azərbaycan  klassik  ədəbiyyatında,  o  cümlədən  Mə-
həmməd  Füzuli  və  Şah  İsmayıl  Xətainin  şerlərində  sıx-sıx  rast 
gəlinməkdədir.   
İstər  Orxon-Yenisey  mətnlərində,  istərsə  də  klassik  Azər-
baycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən 
"uçmaq"  termini  təktanrıçılıqdan  əvvəlki  mifik  təsəvvürlərlə 
bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o 
biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən 
qaynaqlanmışdır. 
Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış 
"Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusun-
da görən Enkidunun  yuxusunu Bilqamısa danışdığı səhnə deyi-
lənlərə ən gözəl misaldır: 
    Gecə öz yatağına tənha uzanan zaman, 
    Enkidunun içinə bir ağrı doldu yaman. 
    O, dərdini açaraq öz dostuna söylədi
    "Gecə yuxu görmüşəm, əziz dost, eşit, - dedi, - 
    Göylər haray salırdı, nida qalxırdı yerdən, 
    Onların arasında dayanmışdım təkcə mən. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə