119
...Ayağı öküz ayağına,beli qurd belinə,kürəyi samur
kürəyinə, köksü ayı köksünə bənzəyirdi (Bayat, 1993, s. 124).
Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından
gedir və onun xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərq-
lənir. Deməli, bu halda öküz təsviri ―Oğuz‖ kəlməsinin sadəcə
ideoqrafik ifadəsidir. Elə bu səbəbdən də Əbülfəz Hüseyni və
Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini
oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər. Burada söh-
bətin məhz piktoqrafik yazıdan, yəni şəkil-yazıdan getdiyini elm
aləmində şərti olaraq ―7 gözəl‖ adlanan petroqlif də sübut et-
məkdədir.
Şərti olaraq, ―7 gözəl‖ adlanan bu piktoqramda böyük öküz
təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz
xalqını, 8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir. Nəzərə al-
saq ki, ilk soybirləşmələri məhz Mezolit dövründə formalaş-
mışdır və bu birliklərdə birləşən soyların başında qadınlar du-
rurdu, tam cəsarətlə deyə bilərik ki, burada söhbət 8 oğuz so-
yunun birləşməsini ifadə edən böyük bir qəbilədən, daha doğ-
rusu bu qəbilənin özünü ifadəsindən gedir.
Orxon-Yenisey mətnlərində Üçok, Onok, Onuyğur, Otuz-
tatar, Üçoğuz, Altıoğuz, Doqquzoğuz, Üçkarluq və sairə soybir-
ləşmələri ilə birlikdə Səkkizoğuz soybirləşməsindən də söhbət
açılmaqdadır. Beləki, ―Moyonçur‖abidəsinin şərq tərəfində belə
bir cümlə yer almaqdadır:
"Səkkizoğuz, Otuztatar qalmadı gəldi...” (Rəcəbov, Məm-
mədov, 1993, s. 150).
Doğrudur, mütəxəssislər sözügedən petroqlifdə öncə 7
qadının təsvir edildiyini, 8-cinin isə sonradan əlavə edildiyini
qeyd edirlər. Elə bu üzdən də təsviri "7 gözəl adlandırmışlar.
Fəqət bu hal işin mahiyyətini dəyişmir. Bu o deməkdir ki, öncə
7 oğuz qəbiləsi ittifaq bağlamış, sonra 8-ci qəbilə də bu ittifaqa
qəbul edilmiş, nəticədə təsvirdə korrektə edilmişdir. Arxeoloq-
ların fikrincə, petroqlifdəki qadınları bir-birindən fərqləndirən
cizgilər onların, deməli, həm də ayrı-ayrı soyların qəbilə ittifa-
qındakı, yəni boydakı ictimai mövqelərinə işarə etməkdədir.
121
olmaqla sol qanada verməsi əfsanəsini misal gətirir. Bu əfsanə
geniş şəkildə “qorqud Kitabı”nın Xll boyunu təşkil etmişdir.
Diqqətəlayiqdir ki, “Qorqud Kitabı”nda olduğu kimi, Yazıçıoğ-
lu variantında da Bayandır xan sol qanadı təmsil edir. Yazı-
çıoğluna görə bütün bunlar oğuzların ilk Vətənlərində baş ver-
mişdi. Sonralar oğuzlar otlaqların çatmaması üzündən öz yer-
lərini tərk edib qışı Buxarada, yazı Soğd və Səmərqənddə ke-
çirdikləri Orta Asiyaya gəldilər (Koroğlu, 1999, s. 57).
Məsələyə eyni mövqedən yanaşma görkəmli Azərbaycan ta-
rixçisi Əbu Bəkr Tehraninin 1471-ci ildə qələmə aldığı və Ağ-
qoyunlular sülaləsindən böyük Azərbaycan imperatoru Uzun Hə-
sənə həsr etdiyi ―Kitabi-Diyarbəkriyyədə də müşahidə edilmək-
dədir. Uzun Həsəni 68-ci nəsildə Həzrət Adəmə bağlayan ta-
rixçinin əsərində ―Kitabi-Dədə Qorqud‖ personajları da real tarixi
şəxsiyyətlər kimi təqdim edilir. Məsələn, Azərbaycan hökmda-
rının 52-ci göbəkdən ulu babası adlandırılan Bayandır xandan
söhbət açılır və aşağıdakı son dərəcə qiymətli məlumat verilir:
Bayandır xan padşahlığı dövründə İranı, Turanı, Rumu,
Şamı, Misiri, Əfrənci (Avropanı),
Xətayı, Qıpçaq çöllərini aldı.
Beçenek onun kiçik qardaşı idi. Bayandır xan onu Sayramda
öz nümayəndəsi təyin etdi. Özü qıĢlamağa Qarabağa, yay-
lamağa Göyçə gölünə getdi (Koroğlu, 1999, s. 66).
Tarixçi alim Yaqub Mahmudov yazır:
“Azərbaycan ən qədim zamanlardan başlayaraq tarixin
bütün dövrlərində əsas Türk məskəninin önəmli parçası, qə-
dim Oğuz yurdu, Azərbaycan xalqı isə bu diyarn ən qədim yerli
xalqı olmuşdur. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin
(1453-1478) əmri ilə yazılmış və indiyə qədər tədqiqatçıların
diqqətindən kənarda qalmış Əbu Bəkr əl - Tehrani əl-İsfaha-
ninin “Kitabi Diyarbəkriyyə” adlı kitabında açıq şəkildə yazıl-
mışdır ki, Azərbaycan ən qədim Türk-Oğuz yurdlarından biri-
dir. Qədim oğuzlar və hətta Oğuz xanın özü də, xanlar xanı
Bayundur xan, bunlardan sönrakı dövrlərin məşhur Oğuz-
Türk sərkərdələri, hətta Qıpçaq xanın özü də burada yaşamış,
burada ölmüşlər” (Oğuz Y., Tuncay Bakı: 2009, s. 20).