126
maş, kimeri, səkləb, uyğur və tiber (Qafqazda yaşamış qədim
türk eli ?!) kimi on el var idi (Ögəl, 2006, s. 399).
―Xannamə‖nin başqa yerində Kimeri adlı bir vəzirdən də
söz açılır:
Toxtamış xan bəylərini toplayır və ağıllı tədbirlərə ehtiyacı
olduğunu bildirir. Bəylərdən Pir Arslan adlı biri Bənən şəhə-
rində Kimeri adlı bir vəzirinin yaşadığını bildirir. O vəzir Ozqan
xana da vəzirlik etmişdir, yaxşı məsləhətləri ancaq ondan almaq
olar. Toxtamış xan dərhal adam göndərib Kimerini gətirtdirir və
ondan məsləhətlər almağa başlayır (Ögəl, 2006, s. 402).
Dastanın sonrakı bölümlərindən aşağıdakı məlumatı da əldə
etmək mümkündür:
Kil xanın oğullarından Kimeri adlı bir xan var idi. Kimeri
xan Ozqan xanın ən hörmətli vəzirlərindən biri idi. Özü də
Bənən şəhərində yaşayırdı.
Kimerinin soylarından Qıyat xan adlı bir xan da var idi. O
da Bənən şəhərindən idi (Ögəl, 2006, s. 409).
Maraqlidir ki, özbəklərə qarşı vuruşan türkmənlərdən söh-
bət açılarkən Herodot tərəfindən Azərbaycan ərazisində yad edi-
lən Sakarta ölkəsinin sakinlərinin - sakarların, eləcə də Salur
Qazan ellərinin də adı çəkilir. Bu etnonimlər içərisində Ləbnət
(Ləbnə + ut – cəm şəkilçisi) etnonimi də xüsusi maraq doğurur.
Həmin türkmən boyunun adı Gürcüstanın azərbaycanlılarla məs-
kun Lənbəli kəndinin adında bugünədək yaşamaqdadır. Azər-
baycanda eyni adda xalça çeşnisi də olmuşdur:
Türkmənlərin ordusu isə İski, Salur Qazan, Təmir taş,
Çavdar, Çavuldur, Bükdi, Çandır, Çigil, Ləbnət, Sakar, Yıpar
və Oğud ellərindən meydana gəlirdi (Ögəl, 2006, s. 402-403).
Şübhəsiz ki, bu halda söhbət Azərbaycan türkmənlərindən,
yəni oğuzlardan getməkdədir. ―Xannamə‖də Xəzərin Şərqində
yaşayan türkmənlər də ayrıca yad edilir. Özbəklərin onlarla dö-
yüşü təsvir edilir. Bu türkmənlərin boyları sadalanır və həmin
boyların adlarının Xəzərin qərbindəki türkmənlərin boylarından
fərqli olduğunu görürük:
127
Bu döyüşdən sonra türkmənlər şərqdən qərbə köç etdilər.
Şərqdən qərbə köç edən türkmən boyları sıra ilə bunlardır:
baklan, aklan, köklən, vardınıq, təkə, yomut, dərdən (Ögəl,
2006, s. 405).
Burada yad edilən boyların böyük əksəriyyəti bu gün də Türk-
mənistanda yaşamlarını sürdürməkdədirlər. Türkmənistandan fərqli
olaraq onların adları Azərbaycan və Anadoluda qeydə alınmamış-
dır. Türkmənistanda isə ―Oğuznamə‖lərdə rast gəlinən oğuz boy-
larından dördü istisna edilməklə, digərlərinin adını daşıyan soy,
boy və ya yer adına rast gəlinmir. Azərbaycan və Anadoluda isə
bunun tam əksini görürük. Bu barədə X. Koroğlu yazır:
“Ənənəyə görə oğuzlar 24 tayfaya bölünürlər. Yalnız
Mahmud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu
siyahıya 2 xalac tayfasn əlavə edərək sayı ənənvi 24-ə çatdırır.
“Qorqud Kitabı”nda da 24 rəqəmi təkrarlanır... Müasir Orta
Asiya türkmənlri də 24 tayfaya bölünürlər. Ancaq onların
adları çox dəyişmişdir. Qədim adları yalnz 4 tayfa (Salır,
Əmirli, Çaudar, Karqın) saxlamışdır...
Maraqlıdır ki, Ön Asiya türkmənlərinin etnik tərkibi ge-
noloji cəhətdən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun
gəlir” (Koroğlu, 1999, s. 15-16).
S.P.Tolstov və ona istinad edən X.Koroğlu Səlcuqluların
Azrbaycan və Ön Asiyaya köçündən öncə də türkmənlərin, yəni
oğuzların yaşadığını etiraf etmişlər:
“Xl əsrdə Azərbaycana gəlmiş oğuzlar burada kifayət
qədər kompakt yaşayan türkdilli yerli əhali ilə qarşılaşdılar.
Gəlmə oğuz-qıpçaqların artıq Azərbaycanın əsil əhalisinə çev-
rilmiş hun mənşəli türklərlə etnik yaxınlığı çoxsaylı faktlarla
təsdiqlənir. Məsələn, tarixi əsərlərdə və eposda Oğuz xanın
hun hökmdarı Mete ilə eyniliyi haqqında çox deyilmişdir.
Oğuzların 12 sağ, 12 sol (yaxud İç oğuzlar və Daş oğuzlar) qa-
nada bölünmüş 24 oğuz tayfası hunların bölgüsünə (tümən-
başı ümumi adın adını daşyan 24 hun ağsaqqalı) tam uyğun
gəlir (Толстов, 1938, s. 80; Koroğlu, 1999, s. 14-15).
128
Yeri gəlmişkən qeyd edək ki, ərəb tarixçilərinin dövrümü-
zədək ulaşmış əsərləri oğuzların Azərbaycan və Anadoluya guya
Səlcuqlular dövründə gəldiyi barədə qondarma konsepsiyaları
kökündən rədd edir. Məsələn, Mühəmməd Vakidi (740-823) xə-
lifə Ömərin zamanında, təqribən 638-639-cu illərdə ərəb ordusu-
nun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van)
gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məley-
kəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət
açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxa-
nasında qorunan ―Düsturnamə‖ əsərində də yer almaqdadır (Ko-
roğlu, 1999, s. 57-58). Ənvəri eyni zamanda həmin bölgədə ya-
şayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir.
Maraqlıdır ki, ―Xannamə‖də Gün xanın məşhur vəziri Irkıl
Xocanın adı ilə də rastlaşırıq ki, burada onun adı özbəklərin
ikinci əfsanəvi xanı Uluq xanın adı ilə yanaşı yad edilir:
Başçısız və padşahsız gəzən özbəklər Uluq xana bir elçi
göndərir və onlara tabe olmasını tələb edirlər. Əgər tabe
olmasa, döyüşəcəklərini bildirirlər. Bu vaxt özbəklərin içində
İrkıl Kugərdi adlı bir ağıllı adam var idi. Bu yaşlı kişi bütün
özbəkləri toplayır və Uluq xanla birləşmələri üçün məsləhətlər
verir. Onun sözü ilə bütün özbəklər Uluq xana tabe olmağa
razı olurlar və bir çox hədiyyələrlə xanın yanına gedirlər. Xan
da onları bəy eləyir (Ögəl, 2006, s. 394).
Dastanın ―Uluq xanın türkmən döyüşü‖ adlı növbəti bölü-
mündə türkmənlərin 27 uruqdan (boydan) ibarət olduğu bildirilir
və onlardan bir neçəsinin adı sadalanır. Bu dəfə də Azərbaycan
və Anadolu boylarının adı çəkilir, Türkmənistandakı boylardan
isə söhbət belə getmir. Yuxarıda təqdim edilən siyahıda adı
―ləbnət‖ kimi keçən boyun adı bu siyahıda daha düzgün, ―lənbə‖
kimi təqdim edilir. Bu siyahıda ığdırların da adına rast gəlinməsi
diqqət çəkir:
...Türkmənlərin boylarının adları isə belə idi: çavuldur,
çandır, salur qazan, çavdur, çigil, ığdır, ükdi, bəktaş, sakar,
yıpar, lənbə, oğud, vardınq, qaynar, iski... (Ögəl, 2006, s. 395).
Dostları ilə paylaş: |