122
Bütün bu deyilənlərə ―Kitabi-Dədə Qorqud‖dakı hadisələ-
rin cərəyan etdiyi çoğrafiyanı; Dərbəndi, Əlincə qalasını, Göyçə
gölünü və s., Dədə Qorqudun qəbrinin Dərbənddə, Qazan xanın
qəbrinin Təbrizdə, Burla Xatununkunun isə Urmiyada olması
barədə tarixi məlumatları, eləcə də, İslamdan çox-çox öncə
Azərbaycanda qələmə alınan Uluq xan Ata Bitikçi ―Oğuzna-
mə‖sini də əlavə etmək lazımdır. Bunlardan sonuncusu təkcə
türklərin etnogenezini deyil, ümumiyyətlə antopogenezi, yəni ilk
insanın yaradılışını Azərbaycan ərazisi ilə bağlayır.
Söhbət adının və məzmununun məlum olmasına baxma-
yaraq, özü dövrümüzədək ulaşmayan, Uluq xan Ata Bitiqçinin
qələminə məxsus ―Oğuznamə‖də yer almış bir mifdən gedir.
Sözügedən kitab barədə Məmlüklər dövründə Misirdə yaşamış
tanınmış türk tarixçisi Əbubəkr ibn Abdullah ibn Aybək üd –
Dəvadari məlumat vermişdir. Onun yazdığna görə, vaxtilə
―Uluqxan Ata Bitikçi‖ adında bir kitab yazılmış, bu kitabı tapan
Cəbril ibn Bxtəşyu adlı fars tarixçisi onu türk dilindən fars dilinə
(Sasanilər dövrünün orta fars-tat dilinə) tərcümə etmişdir. Uzun
müddət Abbasi xəlifəsi Harun ər-Rəşidin (VIII əsr) kitabxana-
sında qorunan, sonra it-bat olan bu kitabın farsca tərcüməsi son-
ralar Dəvadarinin əlinə düşmüş və o, həmin kitabın içindəkiləri
bütünlüklə öz əsərinə köçürmüşdür. Elə bunun sayəsində də əsə-
rin məzmunu dövrümüzədək ulaşmışdır (Ögəl, 2006, səh. 479).
Eynən ―Kitabi-Dədə Qorqud‖da olduğu kimi bu kitabda da
Təpəgözlə bağlı mif yer almaqdadr. Əsərin ən maraqlı hissəsi isə
ilk insanların yaradılması barədə Azərbaycan-türk mifidir. Ab-
dullah ibn Aybək üd-Dəvadari onu öz əsərində belə çatdırır:
İlləri sayılammaz, çox – çox əski bir çağmış,
Göylər sanki dəlinmiş, çoxlu yağışlar yağmış,
Dünya seldə boğulmuş bu şiddətli yağmurla,
Yer üzü tam örtülmüş sürüklənən çamurla.
Sellərin önündəki çamurlar bir yol bulmuş,
Qara Dağçı dağında bir mağaraya dolmuş.
124
Digər yarısı təsadüflə qız olmuş.
Evlənmişlər uşaqlar, nəsilləri bollaşmış,
Soyları böyüyərək ulusları çoxalmış.
Ana və ataları bir gün ölüb getmiş,
Uşaqlar mağarada onları da dəfn etmiş.
Amma bu mağaranı kimsə unutmamış,
Heç bir müqəddəs onun yerini də tutmamış.
Qızıl qapılar ilə qaplamışlar ağzın.
Çiçəklə bəzəmişəlr mağaranın yanın
(Ögəl, 2006, səh. 479-480).
125
ORTA ASĠYA TÜRKLƏRĠNĠN ETNOQONĠK
RƏVAYƏT VƏ DASTANLARI
Azərbaycnın ən qədim soy və boylarının hamısı barədə ayrı
– ayrı türk şəcərə əfsanələrində bu
və ya digər dərəcədə məlumat
tapmaq mümkündür. Bu baxımdan adları ən qədim zamanlardan
kutilərlə birlikdə çəkilən lulular (lulubilər) da istisna deyillər və
onlar barəsində özbək ―Xannamə‖sində söz açılır. Fəqət digər
soy və boylardan fərqli olaraq, bu xalqın Nuh oğlu Yafəsin so-
yundan deyil, türkmənlərlə birlikdə Nuhun qızı Vəjilənin so-
yundan gəldikləri qeyd edilir. Daha doğrusu, türkmənlər gerçək
Vəjilənin, lulular isə Vəjilənin simasını alan köpəyin övladları
kimi təqdim edilir:
Nuhun Ham, Sam, Yafəs adlı üç oğlu ilə bir də Vəjilə adlı
bir qızı var idi. Nuh qızını tufanda gəmini qayıran dülgərlərə
verməyi vəd etmişdi. Tufan qurtardıqdan sonra gəmini qayıran
üç dülgər gəlmiş və Nuha bu sözünü xatırlatmışlar. Nuh pey-
ğəmbər Allahn izni ilə bu vədi vermişdi. Lakin tufandan sonra
bu vədi yerinə yetirmək ona çox çətin gəlirdi. Tanrı Cəbrayılı
Nuhun yanna göndərir, bir eşşəklə bir it alıb, onları qızı Vəyilə
ilə bir otağa salmağı əmr edir. Nuh Allahın əmrini yerinə
yetirir və bir müddət sonra otağın qapısını açanda orada bir –
birinə bənzəyən üç qız görür. Nuh bu üç qızı üç dülgərə ərə
verir və maraqla nəticəni gözləyir...
Nuhun doğma qızı Vəjilədən bir oğlan uşağı olur və adını
Türkmən qoyurlar... Dişi itdən dönən qızın soylarından lulular
törəyir (Ögəl, 2006, s. 383-384).
Maraqlıdır ki, özbək ―Xannamə‖sində Azərbaycanın qədim
sakinlərindən kimmerlərin də adına rast gəlinməkdədir. Bu isə
buradakı süjetlərin bir çoxunun Ön Asiya və Qafqaz mənşəli
olduğunu göstərməkdədir:
Bükdi xan özbək xanı Təlim xan tərəfindən öldürülən za-
man türkmənlər özbəklərə qəti surətdə hücum etmişlər. Öz-
bəklərin tərəfində özbək, rak (Midiyanın Raqa vilayəti ?!)
, tox-