113
dövrü insanları ölüləri bilavasitə öz evlərində basdırardılar.”
(Мусеибли, 2005, c. 135).
Rəşid
Göyüşov bildirir ki,
Eneolit
dövründə hətta dəfn adət-
lərindən də danışmaq olar. Məsələn, Kür çayının orta axarında
yaşayan əhali öz ölülərini yaşayış yerlərindən xeyli kənarda,
Azərbaycanın cənub rayonlarında yaşayan əhali isə bilavasitə
yaşayış yerlərinin özündə-evlərin arasında, döşəmənin altında və
yaxud da həyətdə dəfn etmişdir. Çox vaxt ölü tək və bükülü və-
ziyyətdə basdırılmışdır, ancaq az da olsa kollektiv dəfn adətinə
rast gəlmək mümkündür. I Kültəpədə olduğu kimi, Babadərviş
və Əliköməktəpə abidələrində də qəbirlərdən oxra tapılmışdır
(Göyüşov, 1986, s. 30).
Nəcəf Müseyiblinin bildirdiyinə görə, son Eneolit dövrünə
aid olan kurqan qəbirlər böyük maraq kəsb etməkdədir.Biz bu
kurqanları 2004-cü ildə, neft və qaz kəmərlərinin 432-ci kilo-
metrində, Ağstafa rayonu ərazisində,Soyuqbulaqdan bir kilometr
aralıda təsbit etdik. Bir vaxt çox sayda kurqanın bulunduğu bö-
yük bir sahədə onların yalnız bir hissəsi qorunmuşdur. Onların
sayı otuza qədərdir:
“Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu
kurqanlar təkcə Qafqazda deyil, eyni zamanda bütün dünyada
məlum olan ən qədim kurqanlardır. Onların tarix səhnəsinə
çıxışı yerli əhalinin dini dünyagörüşündə baş verən dəyişik-
liklər ilə bağlı olmuşdur” (Мусеибли, 2005, c. 135).
Tarixçi alim Q.Qoşqarlı deyir:
“2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-
Tiflis-Ərzurum qaz kəmərlərinin marşrutu boyunca aparılan
arxeoloji qazıntılar zamanı son Eneolitdən orta əsrlərə qədərki
geniş bir dövrü əhatə edən otuzdan artıq qədim yaşayış və
məzar yeri tədqiq edilmişdir. 2002-2003-cü illərdən fərqli ola-
raq qazıntılar daha çox ən qədim maldarlıq və əkinçilik mə-
dəniyyətlərinin izlərinə sahib Kür boyu ərazilərdə aparılırdı.
Sözügedən marşrut üzrə aparılan qazıntılar zamanı tapılan
xronoloji baxımdan ən qədim məskənlər Eneolit dövrünə aid
məskənlər olmuşdur ki, onlar Böyük Kəsik 1, Böyük Kəsik 2,